Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   18   19   20   21   22   23   24   25   26

 

orqanlarında  islahatlar  aparacaq  və  onun  fəaliyyətinin  aktivləşdirilməsi  cəhdlərini 

dəstəkləyəcəklər. 

Birlik  ölkələrinin  böyük  əksəriyyəti  təbii  ki,  məsələyə  optimist  yanaşmağa 

üstünlük verirlər. Lakin perspektivdə onun reallaşdırılması planında sürətli irəliləyiş 

gözlənilmir. Ehtimal ki, 2-ci və 3-cü variantların kulminasiyası baş verəcək. Konkret 

olaraq  MDB  üzv  ölkələrinin  siyasi,  ictimai,  sosial,  iqtisadi  sferaların  müxtəlif 

aspektləri üzrə fikir mübadiləsinin aparılacağı və əgər çoxluğun mövqeyində birliyə 

nail  olmaq  mümkündürsə,  onun  uyğun  razılaşdırma  əv  sazişlərlə  rəsmiləşdiriləcəyi 

təşkilat kimi mövcudluğunu saxlayacaq. Ən yaxşı halda bunlar azad ticarət zonasının 

yaradılması, kollektiv təhlükəsizliyin təminatı, beynəlxalq terrorizmə qarşı mübarizə 

kimi məsələləri əks etdirir. 

Bildiyimiz  kimi  birlik  tərkibində  siyasi  və  iqtisadi  maraqların  daxili 

regionalizasiyası  formalaşır.  MDB  dövlətlərində  inteqrasiyanın  məqsədləri  və 

vəzifələri  fərqli  olduğundan,  postsovet  məkanında  ayrı-ayrı  regional  birliklərin 

formalaşması ilə müxtəlif sürətli inteqrasiya prosesi baş verir. Bu birlikləri qarşılarına 

qoyduqları məqsədlərə görə 2 qrupa ayırmaq olar. 

Birinci  qrupa  aid  olan  birliklər  inteqrasiyanın  sürətlənməsinə  doğru 

istiqamətlənməklə hələlik birliyin bütün üzvlərinin hazır olmadığı daha sıx iqtisadi və 

siyasi qarşılıqlı fəaliyyətə yönəlmiş qərarlar qəbul edirlər. Bunlar Belarus və Rusiya 

ittifaqı və 5 ölkənin gömrük ittifaqıdır. 

kinci  qrupu  isə  sırf  regional  maraqlar  üzərində  qurulan  birliklər  təşkil  edir. 

Bunlara Mərkəzi Asiya ittifaqı və GÜÖAM-ı göstərmək olar. 

Adı  çəkilən  qurumlardan  ən  qabaqcılı  Belarus  və  Rusiya  ittifaqıdır.  Bu 

qurumun formalaşması strategiyası iqtisadi (xalq təsərürfatı komplekslərinin qarşılıqlı 

tamamlanması,  sıx  istehsal  kommersiya  əlaqələri),  xarici  siyasi  (Avropa  qitəsi  və 

dünya arasında milli təhlükəsizliyin təminatında dövlət maraqlarının uyğun gəlməsi) 

və  tarixi-sosial  (milli  mentalitetlərin  və  dövlətlərin  tarixi  talelərinin  yaxınlığı) 

amillərə  əsaslanır.  Mahiyyət  etibarilə  daxili  sərhədlər  aradan  qaldırılır,  ümumi 

gömrük  tarifi  işə  salınır.  6  yanvar  1995-ci  ildə  Rusiya  Federasiyası  və  Belarus 

Respublikası,  sonra  isə  20  yanvar  1995-ci  ildə  Qazaxıstan  Respublikası  arasında 



 

gömrük  ittifaqı  haqqında  müqavilə  imzalandı.  Sonradan  bu  quruma  Qırğızıstan  və 

Tacikistan Respublikası da daxil oldu. 

Gömrük ittifaqının üzv dövlətlərin qarşılıqlı ticarətdə tam formada azad ticarət 

rejimi  fəaliyyət  göstərir,  nə vergilər,  nə  də  kəmiyyət  məhdudiyyətləri  tətbiq  olunur. 

Razılaşdırılmış  ticari  tarif  siyasəti  formalaşır.  Bununla  əlaqədar  vahid  gömrük 

siyasətinin  əsasını  təşkil  edən  ümumi  gömrük  tarifi  haqqında  razılaşmanı  xüsusilə 

qeyd etmək lazımdır. 

Vergi  və  maliyyə  məsələlərinin  həllində  müəyyən  nəticələr  əldə  edilib. 

Dövlətlərarası  şura  1999-cu  ilin  oktyabrında  gömrük  ittifaqı  ölkələri  əsasında 

qarşılıqlı  ticarətdən  dolayı  vergilərin  götürülməsində  "Təyinat  ölkələri"  prinsipinə 

keçməyən məqsədəuyğunluğu haqqında qərar qəbul etdi. 

Milli  valyuta  sistemlərinin  qarşılıqlı  fəaliyyətinin  təminatı  istiqamətində  də 

konkret addımlar atılıb. Bu gün "Beşlik" ölkələri tərəfindən qarşılıqlı dönərliliyi əldə 

etmək  və  milli  valyuta  kurslarının  stabilləşdirilməsi  istiqamətində  bütün  lazımi 

ikitərəfli müqavilələr imzalanıb. 

Yuxarıda göstərilənlər MDB məkanında beynəlxalq iqtisadi inteqrasiyanın əsas 

xüsusiyyətləri və çətinliklərini göstərir. Son illər bu inkişafın iqtisadi və siyasi şərtləri 

hətta  bir  neçə  dəfə  pisləşmişdir.  Bu  istehsalın  davamlı  tənəzzülü,  siyasi  sahədə 

köhnədən qalan və yeni yaranan ziddiyyətlərin kəskinləşməsi və s. ilə əlaqədardır. 

Bununla  və  digər  məsələlərlə  bağlı  1999-cu  ildə  MDB  məkanında  iqtisadi 

inteqrasiyanın inkişafı barəsində konsepsiya hazırlanmışdır. 

Konsepsiya  layihəsinin  variantlarından  birində  iqtisadi  inteqrasiyanın  başlıca 

məqsədi  müəyyən  olunmuşdur:  dövlətlərarası  əmək  bölgüsünün  üstünlüklərindən 

istifadə  etmək,  üzv  ölkələrin  ümumi  strateji  və  cari  maraqlarını  təmin  etmək  üçün 

istehsal,  istehsalın  ixtisaslaşdırılması  və  kooperasiyalaşdırılması.  Sonra  elan  olunur: 

qarşılıqlı ticarətin inkişafı, ehtiyat və bazarlara daxil olmanın təmini, sosial yönümlü 

istehsal cəmiyyətinin qurulması və s. 

Avropa  və  Asiya  bazarlarına  əhəmiyyətli  dərəcədə  daxil  olmaq  üçün  birlik 

ölkələri öz məhsul dövriyyəsinin 2006-ci il üçün ən azı 2 dəfə (dünya ticarətinin 3%-

i)  artırmalı  idi.  Ümumi  cari  məqsədlərə  çatmaq  -  daxili  bazarların  inkişafı  başlıca 



 

məhsul istehsalçılarının qorunması, güclərdən istifadənin yaxşılaşdırılması nəsə sanki 

qəribə görünür. Bunu MDB ölkələrinin inteqrasiyası olmadan da etmək olar. 

Birinci növbədə ilkin şəraiti qiymətləndirmək lazımdır (əraziyə yaxınlıq, milli 

təsərrüfatların  ekoloji  və  texnoloji  cəhətdən  eyniliyi,  mentalitetlərin  oxşarlığı,  bazar 

islahatları  üzrə  vəzifələrin  uyğunluğu,  MDB  ölkələrinin  ikitərəfli  və  çoxtərəfli 

münasibətlərinin  inkişafı  üçün  sabit  və  qarşılıqlı  maraqların  formalaşdırılması) 

bununla  MDB  inteqrasiyasının  dərinliyi,  ayrı-ayrı  ölkələrin  uzunmüddətli  maraqları 

ə

sasında formalaşacaq (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və s.) 



Hər  halda  ilkin  olaraq  inteqrasiya  edən  ölkələrin  vahid  hüquqi,  informasiya, 

iqtisadi məkanın formalaşdırılması üçün 3 vacib məsələ həll olunmalıdır. 

1.

  nformasiyanın  operativ  və  maneəsiz  mübadiləsi,  bütün  təsərrüfat 



subyektlərinin onları əldə etməsi üçün zəruri şərtlərin təmin edilməsi; 

2.

  Müxtəlif  səviyyələrdə  tələb  edilən  qərarların  qəbulu  üçün  zəruri  iqtisadi 



məsələlər; 

3.

  Bütün təsərüüfat fəaliyyətinin, o cümlədən sahibkarlıq fəaliyyətinin hüquqi 



normalarının unifikasiyası və koordinasiyası. 

Məhz  bununla  vahid  iqtisadi  məkanın  formalaşdırılması  üçün  ilkin  şərait 

yaranacaq, bu da təsərrüfat transaksiya maneəsiz razılaşdırılması və dünya təsərrüfat 

münasibətlərinin üstünlük verilən variant və formalarının azad seçilməsini təklif edir. 

Ş

übhəsiz  ki,  vahid  informasiya,  hüquqi  və  iqtisadi  məkanda  könüllülük, 



qarşılıqlı  yardım,  iqtisadi  qarşılıqlı  faydalılıq,  hüquqi  zəmanət  və  cavabdehlik 

prinsipləri qarşıya qoyulan vəzifələrdə öz əksini tapmalıdır.  nteqrativ inkişafın ilkin 

ə

sası hökumətə nəzarət və milli maraqların qorunması və onların beynəlxalq və milli 



təhlükəsizliyinin təminidir. 

Bundan  belə  nəticələr  çıxarmaq  olar  ki,  B M-in  inteqrasion  əlamətlər 

intensivliyinə görə müxtəlif subregionlarda cəmlənmişdir. Vahid informasiya, hüquqi 

və  iqtisadi  məkanın  formalaşması  prosesində  azad  ticarət  zonası,  gömrük  ittifaqı, 

tədiyyə  ittifaqı,  ümumi  əmək  bazarı,  ümumi  aqrar  bazarı  mərhələləri  böyük  rol 

oynamışdır.  Bununla  bərabər  növbəti  inkişafda  ümumi  investisiya  və  elmi-texnoloji 

məkan,  birləşmiş  nəqliyyat  və  energetik  sistemi,  enerji  rusumları  bazarının 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə