Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

 

həmçinin  ərzaq,  enerji.  Ekoloji,  müdafiə  və  s.  məsələlərinin  həllində  idarəetmə 

sistemlərinin yaradılması. Dünya göstəricilərilə müqayisədə MDB ölkələrinin ərazisi 

16,3%;  əhalinin  sayı  5%,  elmi-texniki  potensial  12%-dir.  Lakin  bütün  bunlara 

baxmayaraq, Birlik ölkələrində dünya ÜDM-nin 2%-i istehsal edilir və dünya əmtəə 

ixracının 1,5%-i verirlər. Bu cür nəhəng disproporsiyalar inteqrasiya imkanlarından, 

təbii-resurs və istehsal potensialından səmərəli istifadə olunmamasından xəbər verir. 

 

Cədvəl 3.1. MDB ölkələrinin ayrı-ayrı məhsullarının dünya istehsalına 



münasibətdə istehsal potensialı (%-lə), 2010 

Məhsul növləri 

Müasir istehsal 

stehsal potensialı 

Elektroenerji 

10,2 


17,9 

Neft (qaz kondensantı daxil olmaqla) 

11,6 

17,0 


Təbii qaz 

32,8 


40,0 

Kömür 


10,7 

16,5 


Polad 

10,4 


22,1 

Mineral gübrələr 

13,0 

24,7 


Kimyəvi lif 

3,0 


6,0 

Buğda 


6,3 

12,0 


Şə

kər çuğunduru 

19,4 

29,7 


Mənbə: MDB-in dövlətlərarası statistika komitəsinin statistik bülleteni. 

 

Cədvəldən  göründüyü  kimi,  MDB  ölkələrində  istehsal  olunan  əsas 



xammaltutumlu əmtəələrin həcmi dünya istehsalının 10%-i təşkil edir. Eyni zamanda 

istehsal  imkanları  bu  səviyyədən  iki  dəfə  üstündür.  Hesablamalara  görə,  MDB 

ölkələrinin  ÜDM-un  adam  başına  düşən  gəliri  orta  dünya  daxili  ÜMM 

göstəricilərində  nəzərə  çarpır.  1992-ci  ildə  bu  kəsir  əmsalı  5,5-ə  bərabər  olduğu 

halda, 1998-ci ildə 6,9-a çatmışdır. Bu da inteqrasiyanın inkişaf imkanlarından qeyri-

effektiv istifadə deməkdir. 

ndiki  vəziyyətə  çatmış  MDB  ölkələrində  ancaq  dörd  növ  məhsulun  istehsal 

səviyyəsini  hesablasaq  (neft,  qaz,  kömür  və  polad  dünya  qiymətlərilə),  onda  MDB 

ölkələrinin  ÜDM-u  dünya  ÜDM-un  15%-dən  az  olmamalıdır.  Əlbəttə  bu  təqribi 

hesablamadır.  Məhsul  istehsalında  daha  çox  enerji  xərcləri  tələb  edən  sərt  iqlim 

şə

rtlərini  və  Birlik  ölkələrinin  iqtisadiyyatındakı  hasiledici  və  emal  sektorlarındakı 



fərqli  inkişaf  və  əhəmiyyətli  struktur  disproporsiyalarını  nəzərə  almamaq  olmaz. 


 

Bunları diqqətə çəksək, belə nəticəyə gəlmək olar ki, 2010-ci ildə MDB ölkələrinin 

ÜDM-u  30.2  mln.dollara  çatacaq.  Qeyd  edək  ki,  bu  rəqəm  1997-ci  ildə  560 

mlrd.dollar  olmuşdur.  Lakin  1997-98-ci  illərin  Asiya  və  Rusiya  böhranları,  MDB 

ölkələrinin islahatlarındakı çətinliklər çətin ki bu il nəzərdə tutulmuş nəticələri vermiş 

olsun. 


Hal-hazırda  MDB-in  əsas  fondlarının  dəyəri  sənayedə  1300  mlrd.,  kənd 

təsərrüfatında  865,  tikintidə  190,  nəqliyyat  və  rabitədə  733,  başqa  sahələrdə  1500, 

bütünlüklə 4588 mlrd.dollar təşkil edir. 

Aydındır ki, yaranmış vəziyyəti kordinal müsbət istiqamətdə dəyişdirmək üçün 

MDB  ölkələrində  həyata  keçirilən  islahatlar  kursunu  dəyişmək  lazımdır  və  onu  hər 

ş

eydən  əvvəl  daxili  bazarın,  ayrı-ayrı  əmtəə  və  xidmətlərin  inkişafına 



istiqamətləndirmək, qısa müddətdə əsas fondların köklü yeniləşdirilməsi, elmtutumlu 

texnologiyanın  istehsalının  stimullaşdırılması,  xarici  iqtisadi  fəaliyyətin  idarəetmə 

sistem və metodlarının təkmilləşdirilməsini həyata keçirmək lazımdır. 

Pqotensial  iqtisadi  artımı  reallaşdırmaq  üçün  xeyli  investisiya  tələb  olunur. 

1997-ci  ildə  qoyulmuş  investisiyanın  həcmi  MDB  ölkələrinin  çoxunda  1964-cü  ilin 

səviyyəsinə  uyğun  gəlir  və  1991-ci  ilin  orta  qiymətlə  29%-i  təşkil  edirdi. 

qtisadiyyatın  bir  çox  sahələrinin  əsas  fondlarının  aşınması  50%  və  daha  çox 

olmuşdur.  Buna  görə  də  MDB  ölkələrində  islahatlar  zamanı  sənayenin  rəqabət 

qabiliyyətinin  artırılması  tədbirləri  həyata  keçirilməlidir.  Yüksək  keyfiyyətli 

məhsulun buraxılması üçün XXI əsrin əvvəllərində yeddi aparıcı  EÖ-in potensialını 

müəyyən edən 50 makrotexnologiyadan azı 10-12-i tətbiq edilməlidir. Dövlət yardımı 

olmadan bu məsələni həll etmək çox çətindir. 

Ə

gər  1991-1997-ci  illərdə  yaranmış  MDB  dövlətlərinin  sosial-iqtisadi  inkişaf 



tendensiyası  bu  cür  qalarsa,  yaxın  zamanda  yüksək  dərəcəli  emal  məhsullarının  bu 

məkandan  kənarda  satışını  təmin  etmək  mümkün  olmayacaq.  Bundan  əlavə,  xarici 

ticarətin  ekstensiv  faktorları  artıq  reallaşıb.  Onun  göstəricilərinin  1993-1996-cı  illər 

inkişafı  xeyli  dərəcədə  liberallaşdırma  siyasəti  ilə  şərtlənirdi.  Lakin  onunla    bağlı 

resurslar artıq sona çatıb. Bununla belə MDB ölkələrində kifayət qədər daxili yığımın 

olmaması xarici ticarəti istisna əhəmiyyətə yüksəldir. Məhz xarici ticarət islahatların 




 

həyata  keçirilməsi  və  xarici  borcları  ödəmək  üçün  vəsait  verir.  Əvvəlki  kimi,  bu 

vəsaitlər  yanacaq-enerji  resurslarından,  metallardan  və  başqa  xammallardan  daxil 

olur (təxminən ixracın 60%-i). Hal-hazırda MDB ölkələri hasil olunan neftin 50%-i, 

neft  məhsullarının  40,  mineral  kübrələrin  75,  sellülozun  85%-dən  çoxunu  ixrac 

edirlər.  Bu qeyd  olunan  məhsul  növlərinin  ixracının son həddidir.  Onların  ixracının 

növbəti artımı daxili istehlakın tələblərilə məhdudlaşmışdır. 

Xammal  ixrac  edən  istənilən  ölkə  kimi  Birlik  dövlətləri  də  dünya 

iqtisadiyyatının  konyukturundan  çox  asılıdırlır.  1997-ci  ildə  neft  və  neft 

məhsullarının,  kömür,  əlvan  metalların  və  s.  kapitaltutumlu  xammal  resurslarının 

qiymətlərinin  düşməsindən  xarici  ticarətdən  gələn  gəlir  növbəti  dəfə  də  xeyli 

artmasına baxmayaraq, dəyər göstəriciləri 2,7% azalmışdır. 

Ə

vvəlki illərdə olduğu kimi indi də ÜTT-in üzvü olmayan MDB dövlətlərinə 



xarici ticarətdə müxtəlif məhdudiyyətlər mövcuddur. 

Xarici ticarətdə liberal mexanizmi həyata keçirməklə MDB dövlətləri nəzərdən 

qaçırdılar ki,  EÖ artıq çoxdandır ki, milli istehsalçıları həm iqtisadi, həm də inzibati 

metodlarla  dəstəklənməsini  sistemli  şəkildə  uğurla  reallaşdırırlar.  MDB  ölkələrində 

bu  cür  yardımların  olmaması  idxal  və  ixrac  strukturlarını  xeyli  korlayır,  emal 

sənayesi məhsullarının ixrac effektivliyini azaltmış, ixracın xammal istiqaməti xeyli 

güclənmiş, ticarət şərtləri qeyri-münasib formada dəyişmişdir. 

xracın  həcminin  "istənilən  vasitə  ilə"  artırılması  tendensiyası  güclənir  ki,  bu 

da növbəti valyuta əks-axınına səbəb olur. Hal-hazırda ixrac MDB-in ÜDM-un 25%-i 

aşır,  onlardan  daxil  olan  valyutanın  ümumi  həcmi  əvvəlki  kimi  büdcənin  gəlir 

hissəsinin böyük bir hissəsini təşkil edir. 

Mövcud inteqrasiya imkanlarını xarici ticarətdə tam reallaşdırmaq üçün MDB 

ölkələri  öz  səylərini  azad  ticarət  zonasının  yaradılması.  Elmi-texniki  əməkdaşlığın 

effektiv  sistemini  və  istehsal  potensialını  artırmaqla  xarici  iqtisadi  əlaqələrin 

yaxşılaşdırılmasına cəlb etməlidirlər. 

Bildiyimiz  kimi,  iqtisadi  inteqrasiyanın  bir  çox  modelləri  var.  Lakin  regional 

iqtisadi  əməkdaşlıq  bir  qayda  olaraq,  çoxtərəfli  əsasda  azad  ticarət  rejiminin  tətbiq 

olunmasından başlanır. Bu mərhələni AB dövlətləri də keçmişlər. Azad ticarət rejimi 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə