Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə15/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   11   12   13   14   15   16   17   18   ...   26

 

Bununla  əlaqədar  D K-in  əsas  məsələləri  içində,  MDB  ölkələrinin 

təsərürfatının  investisiyasının  stimullaşdırılması,  investisiya  sferasında  proqram  və 

layihələrin  inkişafı  və  təkmilləşdirilməsinin  araşdırılması  və  koordinasiyası,  vahid 

investisiya məkanının formalaşması durur. 

Ancaq göstərilən məsələlər o halda həyata keçə bilər ki, əgər MDB həqiqətən, 

qarşılıqlı  əlaqələrin  ümumdünya  prinsiplərinə  əsaslanmış,  mükəmməl  inteqrasiya 

birliyi  olacaq.  Ancaq  son  illər  dezineteqrasiya  xarakterli  əks  proseslər  müşahidə 

olunur. 

MDB-nin  qeyri-effektiv  labüd  şəraitində  əsas  əhəmiyyəti,  ikitərəfli  əsasda 

investisiya əməkdaşlığı kəsb edir. 

Yaranan  investisiya  əməkdaşlığının  imkanlarını  Azərbaycan  birlikdə  istifadə 

etməlidir,  çünki  MDB-nin  investisiya  məkanının  bütün  mürəkkəbliklərinə  və 

çətinliklərinə  baxmayaraq  bundan  həm  ölkənin  milli  iqtisadiyyatı,  həm  də  dünya 

birliyində  qazanacaqlar.  MDB-yə  keçmiş  SSR -nin  özünün  izolyasiya  təcrübəsini 

təkrar  etmək  lazım  deyil,  dünyada  və  Avroasiya  regionunda  baş  verən  prosesləri 

nəzərə  almaqla  MDB-nin  əsas  postulatı  açıqlıq  prinsipi  olmalıdır,  o  özünü  qlobal 

avropa və asiya proseslərinə qarşı qoymalı deyil. 

nvestisiya  əməkdaşlığının  yoluna  qoyulmasında  əsas  diqqəti  praktiki  olaraq 

kapitalın  çıxarılmasının,  texniki  kömək  və  s.  növündə  olan,  formalaşan  hissəsi 

investisiyanın  yeni  formalarına  yönəltmək  lazımdır.  Belə  formalara  qarışıq 

səhmdarlıq,  texniki  köməyin  "qulluq",  "açar  altında"  və  s.  formalı  müqavilələrin 

bağlanması aiddir. 

Xarici  kapital  son  hesabda  milli  iqtisadiyyatın  və  onun  elmi-texniki 

səviyyəsinin  inkişafına  kömək  etsə  də,  "investisiyanın  yeni  formalarının"  tətbiq 

edilməsində  qəbul  edən  tərəf  ehtiyatla  və  ölçülərək  həyata  keçirilməlidir,  çünki  o 

arzuolunmaz nəticələrə gətirib çıxara bilər. 

Xarici  investorlar  tərəfindən  müqavilə  formalarının  istifadə  edilməsi,  güzəştli 

şə

raitdə gəlirlərin alınmasında cəlbedici perspektivlər açır, obyektə nəzarət etmək və 



eyni  zamanda  riski  azaltmağa  imkan  verir.  Azərbaycanda  keçid  iqtisadiyyatı  olan 

başqa  ölkələr  kimi,  iqtisadiyyatın  effektivliyini  artırmaq  üçün  müqavilə  əlaqələri 




 

hesabına  qabaqcıl  texnologiyalara  yol  açır.  Ancaq  azad  bazar  rəqabəti  şəraitində 

xarici investorlar son elmi-texniki nailiyyətləri deyil, inkişaf etmiş və yeni müstəqil 

ölkələr arasında mövcud olan qırılma qorunsun və həmçinin artsın deyə artıq "istifadə 

olunmuş" texnologiyaları ötürməyə üstünlük verirlər. 

nvestisiya  əməkdaşlığında  Azərbaycan  qarşısında  böyük  potensial  imkanlar 

lizinq adlanan proqressiv formanın istifadəsi ilə açılır. Axırıncı onillikdə investisiya 

fəaliyyətində əsas mexanizmlərindən biri olan bu forma inkişaf etmiş ölkələrdə daha 

geniş yayılma alıb. 

Dünya  təcrübəsində  investisiyanın  yeni  formalarının  bütün  çoxluğunda 

öyrənilməsi nə qədər mürəkkəb və təzadlı olsa da, Azərbaycan iqtisadiyyatının dünya 

təsərürfatına  (iqtisadi,  texnoloji,  idarəçilik  sferasında,  təchizatın  qulluğu  və  s.) 

inteqrasiya  prosesini  gücləndirmək  lazımdır.  Son  zamanlar  investisiyanın  qarşılıqlı 

ə

laqəsi  və  xarici  ticarət  sualı  da  aktuallaşıb.  ndiyə  kimi  xarici  ticarət  və  xarici 



investisiya  siyasəti  izolə  edilərək  aydınlaşdırıldı,  bu  hər  birinin  hədəfinin  qarşılıqlı 

təzadına  gətirib  çıxarırdı  və  onların  reallaşmasının  effektivliyini  azaldırdı.  qtisadi 

inkişafa  xarici  investisiyanın  və  xarici  ticarətin  qoyuluşunu  maksimumlaşdırmaq 

üçün onların sinerciliyinə çatmaq lazımdır, yəni vahid kimi, ancaq qarşılıqlı asılı tam 

kimi istifadə etmək lazımdır. Qeyd etmək lazımdır ki, xarici investisiyaların və xarici 

ticarətin  qarşılıqlı  əlaqəsi  ən  çoxu  iqtisadiyyatın  bu  və  ya  digər  sektorunun 

spesifikasından  asılıdır.  Xammal  sektorunda  dünya  praktikasında  olduğu  kimi, 

bilavasitə  xarici  investisiyalar  xarici  ticarət  selinə  ixracı  və  müvafiq  olaraq  baza 

ölkələrinin TMK-da (ABŞ, Avropa ölkələri, Türkiyə və s.) idxal artır. 

Bir  qayda  olaraq  bununla  yanaşı  xammal  emalı  məhsullarının  tədarük 

sferasının genişlənməsi və bu xammaldan alınan son məhsullar hesabına xalis ixrac 

artır və faydalı qazıntı mənbələrinin işlənməsi üçün avadanlıq və texnologiya idxalı 

genişlənir.  Son  illərdə  Azərbaycan  belə  yanaşmanın  bir  tərəfliliyini  dəf  etmək  və 

hazır  məhsul  ixracını  genişləndirmək  istəyir.  Bu  səbəbdən  ölkəmiz  özünün  hazır 

məhsulunun  ixracını  stimullaşdırmaq  məqsədilə  TMK-in  sərəncamında  olan  aparıcı 

texnologiyalar, işçi qüvvəsi resursları və satış şəbəkəsinə qoşulmaqla fayda görür. 




 

Ölkə  iqtisadiyyatına  investisiyaların  cəlb  olunması  məqsədilə  hökumət 

tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə 

iqtisadi  islahatların  davam  etdirilməsi,  biznes  mühitinin  daha  da  yaxşılaşdırılması, 

neft  sektoru  ilə  bərabər,  qeyri-neft  sektorunun  inkişaf  etdirilməsi  ilə  bağlı  tədbirlər 

həyata keçirir. 

nvestorların  hüquq  və  mənafelərinin  qorunması,  mülkiyyətin  toxunulmazlığı, 

yerli  və  xarici  sahibkarlara  bərabər  şəraitin  yaradılması  " nvestisiya  fəaliyyəti 

haqqında", "Xarici investisiyaların qorunması haqqında" Azərbaycan Respublikasının 

qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir. 

Ölkədə 

sahibkarlığın 



inkişafının 

sürətləndirilməsi, 

biznes 

mühitinin 



ə

lverişliliyinin  daha  da  artırılması  və  biznesə  başlama  prosedurlarının 

sadələşdirilməsi  üçün  zəruri  tədbirlərin  görülməsi  məqsədilə  Azərbaycan 

Respublikasının  Prezidenti  "Sahibkarlıq  fəaliyyəti  subyektlərinin  fəaliyyətinin  "bir 

pəncərə"  prinsipi  üzrə  təşkilinin  təmin  edilməsi  tədbirləri  haqqında"  2007-ci  il  25 

oktyabr tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən, "bir pəncərə" prinsipi üzrə 

vahid  dövlət  qeydiyyat  orqanı  Azərbaycan  Respublikasının  Vergilər  Nazirliyi 

müəyyən  edilmiş  və  2008-ci  ilin  1  yanvar  tarixindən  Azərbaycanda  bu  sistemin 

tətbiqinə  başlanmışdır.  "Bir  pəncərə"  sisteminin  tətbiqindən  sonra  Azərbaycanda 

biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən 

3 günə endirilmişdir. 

«Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən 

malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi 

haqqında»  Azərbaycan  Respublikası  Prezidentinin  11  noyabr  2008-ci  il  tarixli,  12 

nömrəli  Fərmanına  əsasən  Azərbaycan  Respublikası  Dövlət  Gömrük  Komitəsinin 

sədrinin  22  dekabr  2009-cu  il  tarixli  136  saylı  əmri  ilə  Azərbaycan  Respublikasına 

gətirilən  mallar  üzərində  dövlət  sərhədinin  buraxılış  məntəqələrindəki  nəzarət 

orqanlarında  müvafiq  nəzarətin  həyata  keçirilməsi  məqsədi  ilə  qanunvericilikdə 

müəyyən  olunmuş  qaydada  sənədlər  gömrük  orqanına  təqdim  olunur.  Bununla 

ə

laqədar,  «Dövlət  sərhədinin  buraxılış  məntəqələrində  «bir  pəncərə»  prinsipinin 



tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosanitar və 


Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə