Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə11/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   7   8   9   10   11   12   13   14   ...   26

 

şə

raitdə  Azərbaycan  özünü  müstəqil  elan  etməklə  B M-in  müstəqil  subyekti  kimi 



azad ticari-iqtisadi münasibətlərə qoşuldu. 

Hazırda  Azərbaycan  Respublikası  tərəfindən  bütün  MDB  ölkələri 

(Ermənistandan  başqa)  ilə  azad  ticarət  rejimi  yaradılmış,  sərbəst  sərmayə  üçün 

hüquqi baza tərtib olunmuşdur. 2011-ci ildə MDB çərçivəsində "Azad ticarət zonası 

haqqında  Saziş"  imzalanmışdır,  hal-hazırda  Azərbaycan  Respublikasının  Sazişə 

qoşulması ilə bağlı danışıqlar aparılmaqdadır. 

Bununla yanaşı, MDB-nin 2020-ci ilədək  qtisadi  nkişaf Strategiyasının ikinci 

mərhələsinin  (2012-2015-ci  illər)  həyata  keçirilməsi  üzrə  Tədbirlər  Planı  layihəsi 

işlənib hazırlanmış, MDB Hökumət Başçıları Şurasının 18 oktyabr 2011-ci il tarixli 

Qərarı  ilə  sözügedən  Tədbirlər  Planı  təsdiq  olunmuşdur.  Həmin  Plana  əsasən 

beynəlxalq  innovasiya,  ticari-iqtisadi,  texniki  tənzimləmə,  informasiya  və 

kommunikasiya kimi sahələrdə əməkdaşlıq, ətraf mühitin qorunması, maddi və təbii 

resursların  effektiv  istifadəsi,  istehlakçıların  hüquqlarının  qorunması,  nəqliyyat, 

sənaye  və  digər  sahələrdə  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə  tutulmuşdur. 

2011-ci  ilin  28  iyun-3  iyul  tarixlərində  Moskvada  Ümumrusiya  Sərgi  Mərkəzində 

Müstəqil  Dövlətlər  Birliyinin  (MDB)  20  illiyinə  həsr  olunan  Dövlətlərarası  Sərgidə 

MDB-yə  üzv  dövlətlərdən  rəsmi  şəxslərlə  yanaşı,  Azərbaycanda  müxtəlif  sahələrdə 

fəaliyyət  göstərən  iş  adamları  iştirak  etmişdir.  Sərgidə  40-a  yaxın  Azərbaycan 

ş

irkətinin  250  çeşiddən  çox  məhsulları  nümayiş  olunmuşdur.  Azərbaycanın  milli 



pavilyonunda 

sənaye, 


kənd 

təsərrüfatı, 

yanacaq-energetika, 

informasiya 

texnologiyaları, mədəniyyət, turizm və digər sahələrə dair stendlər təşkil edilmişdir. 

MDB-nin  qtisadi  Şurasının  20  sentyabr  2013-cü  il  tarixində  keçirilmiş  növbəti 

iclasında sözügedən Sazişə dəyişikliklərin edilməsi barədə Protokol layihəsi haqqında 

Qərar layihəsi hazırlanmış və MDB-nin Hökumət Başçılarının 20 noyabr 2013-cü il 

tarixində keçirilmiş növbəti iclasında baxılmaq üçün təqdim olunmuşdur. Həmçinin, 

2014-cü  ilin  9-12  oktyabr  tarixlərində  Moskva  şəhərində  Ümumrusiya  sərgi 

mərkəzinin  ərazisində  keçirilmiş  "Qızıl  payız"  adlı  sərgidə  Azərbaycanın  kənd 

təsərrüfatı,  heyvandarlıq,  bitkiçilik  məhsulları  istehsalçılarının  iştirakının,  logistika 

mərkəzlərinin, alternativ enerji üzrə avadanlıqların nümayişi həyata keçirilmişdir. 



 

"MDB-də malların mənşə ölkəsinin təyin edilməsi Qaydaları haqqında 2009-cu 

il  20  noyabr  tarixli  Sazişə  dəyişikliklər  edilməsi  barədə  Protokol"  Azərbaycan 

Respublikasına münasibətdə 2013-cü il 1 may tarixindən qüvvədədir. 

 

 

 



 

2.2. Azərbaycanın MDB ölkələri ilə ticarəəlaqələrinin  

kompleks tədqiqi 

 

Keçmiş  SSR   respublikalarının  vahid  xalq  təsərrüfatı  kompleksi  çərçivəsində 



uzunmüddət  birgə  inkişafı  prosesində  onlar  arasında  ictimai  əmək  bölgüsü 

dərinləşmiş və ixtisaslaşan sahələr inkişaf etdirilmişdir. Vahid mərkəzin təsiri altında 

respublikalararası  əlaqələr  genişləndirilmiş  və  milli  ərazi  istehsal  kompleksləri 

iqtisadi cəhətdən bir-birilərini qarşılıqlı surətdə tamamlamışdır. 



 

Cədvəl 2.2. MDB ölkələri və Gürcüstan üzrə ümumi daxili məhsul  

(cari qiymətlərlə, milyon dollarla) 

  

2009 



2010 

2011 

2012 

2013 

Azərbaycan 

44 297,0 

52 909,3 

65 951,6 

69 683,9 

73 560,5 

Belarus 


49 029,2 

54 940,0 

53 008,6 

63 366,1 

70 982,0 

Ermənistan 

8 648,0 

9 260,3 


10 142,1 

9 958,0 


10 431,2 

Qazaxıstan 

115 306,1 

148 023,1 

188 050,0 

203 520,6 

224 414,8 

Qırğızıstan 

4 691,5 

4 794,7 


6 198,3 

6 605,1 


7 226,3 

Moldova 


5 437,6 

5 799,0 


7 022,5 

7 285,5 


7 934,7 

Özbəkistan 

33 681,0 

39 315,6 

45 915,2 

51 114,8 

56 805,2 

Rusiya 


1 224 975,3 

1 525 314,3 

1 906 890,2 

2 002 522,6 

2 097 903,9 

Tacikistan 

4 978,3 

5 642,2 


6 523,6 

7 592,6 


8 506,0 

Türkmənistan 

20 214,0 

22 148,0 

29 233,0 

35 164,0 

… 

Ukrayna 


117 220,2 

136 427,9 

163 449,3 

176 598,5 

182 025,6 

Gürcüstan 

10 767,1 

11 636,5 

14 438,5 

15 846,8 

16 126,4 



 

 

 



Şə

kil 2.1. MDB ölkələrində qarşılıqlı iqtisadi əlaqə və asılılığın inkişaf meylləri 

 

Müstəqil Dövlətlər Birliyini təşkil edən keçmiş  ttifaq respublikalarında sənaye 



və  aqrar  sahələr  qarşılıqlı  surətdə  daxili  bazarla  sıx  əlaqələndirilmiş  şəkildə 

etdirilmişdir.  Belə  bir  uzunmüddətli  inkişafın  gedişində  respublikaların 

sənayeyönümlü  ixtisaslaşmasının  dəqiq  istiqamətləri  yaranırdı.  Məsələn,  Rusiya, 

Belarusiya, Ukraynada maşınqayırma sahəsi daha inkişaf etdirilmişdir. Bu sahələrin 

1990-cı  ildə  sənaye  istehsalında  payı  Belarusda  34,2%,  Rusiyada  30,3%  təşkil 

etmişdir.  Gürcüstan,  Moldova,  Azərbaycan  və  Qırğızıstan  yeyinti  sənayesi  sahələri 

inkişaf etmiş və sənaye  məhsulunda bu sahələrin payı 37,4-24,8 faiz səviyyələrində 

olmuşdur.  Türkmənistan,  Tacikistan,  Özbəkistan  və  Qırğızıstan  üçün  yüngül  sənaye 

sahələri üstün inkişaf etmişdir. Bu dövrdə Türkmənistanda yüngül sənayenin ümumi 

sənaye  məhsulunda  payı  42,2%,  Qırğızıstanda  27,4%  təşkil  etmişdir.  Azərbaycanda 

neft maşınqayırması və kimya sahələri də üstün inkişaf səviyyəsində olmuşdur. Bəzi 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə