Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

 

II FƏS L. 

AZƏRBAYCANIN MDB ÖLKƏLƏR    LƏ  QT SAD  ƏLAQƏLƏR N N 

MÜAS R VƏZ YYƏT  VƏ ƏSAS  ST QAMƏTLƏR  

 

2.1. Azərbaycanın MDB çərçivəsində inteqrasiya proseslərində  

iştirak xüsusiyyətləri 

 

Müasir  şərtlərlə  beynəlxalq  iqtisadi  inteqrasiya  makroiqtisadi  proseslərin 

transmilliləşdirilməsinin məntiqi, qanunauyğun bir nəticəsidir. 

Keçmiş  SSR -nin  yerində  yaranan  müstəqil  respublikaların  MDB  ilə  yanaşı, 

regional  əməkdaşlığa,  təşkilati  qurumlara  inteqrasiya  olunma  cəhdləri  nəticəsində 

aşağıdakı mexanizmlər yaranmışdır. 

−  11 ölkə çərçivəsində Qara Dəniz  qtisadi Əməkdaşlıq Təşkilatının yaranması 

ticarət  və  investisiyaların  preferensial  rejiminin  formalaşdırılması  və  birgə 

institutların yaranması 

−  Azərbaycan, 

Qırğızıstan,  Tacikistan,  Türkmənistan,  Özbəkistan  və 

Qazaxıstanın  qtisadi Əməkdaşlıq Təşkilatına daxil olması 

−  Qazaxıstan,  Qırğızıstan  və  Özbəkistan  respublikaları  arasında  vahid  iqtisadi 

məkanın yaradılması haqqında razılaşma 

−  Belarus-Rusiya  arasında  olan  gömrük  ittifaqına  sonradan  Qazaxıstan  da 

qoşuldu 


−  Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiyanın arasında iqtisadi və humanitar 

sahədə  inteqrasiyanın  dərinləşməsinə  dair  olan  razılaşmanın  imzalanması, 

Türkmənistanın da qoşulması 

−  Azərbaycan,  Gürcüstan,  Ukrayna,  Özbəkistan  və  Moldova  ölkələrinin  hələ 

də qeyri-formal birliyi. 

Həqiqətdə  isə  bu  gün  MDB  daxilində  yaranan  3  gömrük  ittifaqı:  4  ölkənin 

gömrük ittifaqı (Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya); Mərkəzi Asiya ölkələrinin 

gömrük ittifaqı və  Belarus,  Qazaxıstan,  Qırğızıstan,  Rusiya  və Tacikistanın gömrük 

ittifaqı (Avrasiya gömrük ittifaqı) MDB çərçivəsində bu 3 ittifaqın yaranması təkcə 

inteqrasiya  proseslərinin  deyil,  həmçinin  dezinteqrasiya  proseslərinin  inkişafının 




 

təəccüblü  sübutudur.  Bu  ölkələrdə  iqtisadi  inteqrasiyanın  inkişafının  nəticələrindən 

biri də birlik məkanından kənardakı beynəlxalq ticarətin səviyyəsidir. 

 

Cədvəl 2.1. 2006-2013-cü illərdə Azərbaycanın xarici ticarət dövriyyəsi. 

 

Ümumi ticarət dövriyyəsi (mln. ABŞ dolları) 



2006 

2007 

2008 

2009 

2010 

2011 

2012 

2013 

Cəmi 


11638,9 

11771,7 


54926,0 

20824,5 


27960,8 

36326,9 


33560,9  34687,9 

MDB 


2693,4 

2598,3 


3417,8 

2964,6 


4035,0 

5477,9 


3630,0 

4062,9 


MDB-nin xüsusi çəkisi (%-lə) 

XTD 


23,1 

22,1 


6,2 

14,2 


14,4 

15,1 


10,8 

11,7 


xrac 

10,1 


18,2 

2,4 


7,7 

9,3 


11,0 

5,2 


6,3 

dxal 


38,9 

33,3 


31,9 

29,8 


31,1 

26,2 


24,6 

23,8 


Mənbə

www.azstat.org

  

Cədvəl  göstərir  ki,  2006-2013-cü  illərdə  Azərbaycanın  bütövlükdə  xarici 

ticarət  dövriyyəsi  3  dəfəyə  qədər  artdığı  halda,  MDB  ölkələri  xarici  ticarət 

ə

laqələrinin xüsusi çəkisi xeyli azalmışdır. 



Bəzi  rus  iqtisadçıları  belə  hesab  edirlər  ki,  MDB  çərçivəsində  hətta  gömrük 

ittifaqı dövlətlərində qarşılıqlı əmtəə dövriyyəsində təəssüf ki, müsbətlilik müşahidə 

olunmur.  Son  illərin  təcrübəsi  MDB-nin  həqiqətən  inteqrasiya  qruplaşmasına 

çevrilməsində  əhəmiyyətli  perspektivlər  vəd  etmir.  Azərbaycan  MDB-ni 

bərabərhüquqlu  və  milli  maraqların  qorunmasına  xidmət  edən  suveren  dövlətlərin 

hüquqi səlahiyyətli bir birliyi kimi görmək istərdi. 

MDB-ni  yaradarkən  üzv  ölkələr  keçmiş  SSR   məkanında  ikitərəfli  ticarət 

ə

ləqalərinin  qırılmasından  sonra  yaranan  böyük  itkiləri  aradan  qaldırmaq  üçün 



mövcud vəziyyəti hissə-hissə də olsa bərpa etmək istəyirdilər. 

Bununla  yanaşı,  ölkələr  arasında  xarici  iqtisadi  və  siyasi  sahədə  düyünlər 

(ziddiyyətlər)  yarandı.  Bunlardan  biri  Xəzər  düyünüdür.  Bu  onun  statusu  və  bu 

rayondan nəql edilən neftin marşrutu ilə bağlıdır. 2 postsovet ölkəsi - Azərbaycan və 

Qazaxıstan  müxtəlif  əsaslarla  Xəzərin  zonalarla  bölgüsünü  təklif  edirlər.  Rusiya  isə 

öz növbəsində Xəzərin təkindəki neft yataqlarından digər Xəzəryanı ölkələrlə birlikdə 

istifadəni təkid edir. O nefti Rusiya ərazisindən Avropaya nəqli üçün böyük sahədə 

yataqları əldə etmək marağındadır. 




 

Rusiya Azərbaycanda neft sənayesində öz mövqeyini saxlamağı davam etdirir. 

1994-cü  ildə  rus  konserni  "Lukoyl"  Xəzər  dənizinin  Azərbaycan  şelfindəki  Azəri, 

Çıraq,  Günəşli  yataqlarından  neft  çıxaran  beynəlxalq  konsorsiuma  daxil  oldu.  Bu 

ş

irkətin payı 10%-dir. 1995-ci ildə bu kampaniya digər bir layihədə (100 min tondan 



çox  ehtiyatı  olan  Qarabağ  yatağı)  əhəmiyyətli  bir  mövqe  tutdu.  Burada  beynəlxalq 

konsorsiumda  payı  35%  idi.  1996-cı  ildə  neft  ehtiyatı  200  mln  ton,  qaz  kondensatı 

100 mln ton və 400 mlrd m3 qaz ehtiyatı olan Şahdəniz konsorsiumuna daxil oldu. 

Xəzər  regionu  MDB  ölkələri  xüsusilə  Rusiya  ilə  digər  ölkələr  mövcud  olan 

ziddiyyətlərdən biridir. Bunu birlik ölkələrinin o cümlədən Azərbaycanın Rusiya ilə 

məhsul dövriyyəsinin azalmasında görmək olar. 

Dünya  iqtisadiyyatı  tendensiyalarının  və  Azərbaycanın  ticarət  əlaqələrinin 

kompleks  tədqiqatlarının  aparılması,  regional  xüsusiyyətlərin,  coğrafi-ölkə 

ə

saslandırılmış  proqnozların  hazırlanması  xarici  ticarətin  inkişaf  strategiyasının 



müəyyən olunmasında böyük rol oynayır. 

Bu  strategiyanı  müəyyən  edərkən  dünya  ticarətinin  keçid  iqtisadiyyatı 

ölkələrində  inkişafının xüsusiyyətini nəzərə  almaq  lazımdır.  Belə ki,  son  15 ildə  bu 

ölkələrin  dünya  ixracatında  və  ÜDM-də  payı  getdikcə  artır.  1992-ci  ilə  nisbətən 

2007-ci ildə bu göstəricilər uyğun olaraq 2,05 və 1,51 punkt artmış, nəticədə 8,01 və 

15,5 təşkil etmişdir. MDB ölkələrinin ixracatı isə 1992-ci ildə 1,4%-dən 1998-ci ildə 

2,3%-dək  artmışdır.  Bu  meyllər  keçid  iqtisadiyyatlı  ölkələrdə  iqtisadiyyatın 

transformasiyası  eləcə  də  xarici-iqtisadi  əlaqələrin  liberallaşdırılması  nəticəsində 

iqtisadi aktivliyin artmasından xəbər verir. 

Azərbaycan  mövcud  şəraitdə  dünya  bazarında  və  onun  ayrı-ayrı  seqment  və 

sferalarında baş verən proseslərə təsir etmək iqtidarında deyil. 

Hələ SSR  tərkibində respublikamızın xarici ölkələrlə ticarət əlaqələrinə nəzərə 

salsaq görərik ki, idxal ixracı bir neçə dəfə üstələyir. Bu SSR  rəhbərliyinin perifriya 

respublikalarına münasibətdə apardığı məqsədyönlü siyasət olmaqla, onları mərkəzin 

xammal əlavəsinə çevirmək məqsədini güdürdü. Respublikanın əsas ticarət partnyoru 

Rusiya  olmuşdur.  Belə  ki,  ixracatın  60%-i  Rusiyanın  payına  düşürdü.  Məhz  bu 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə