Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə6/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   2   3   4   5   6   7   8   9   ...   26

 

Birlik  daxilində  qarşılıqlı  iqtisadi  əlaqələri  qüvvətləndirərkən  ayrı-ayrı 

ölkələrin göstəricilərini nəzərdən keçirmək lazımdır. 

Qazaxıstan  və Belarus  Rusiyanın  səviyyəsinə daha  yaxındır  (ÜDM-nin  77 və 

71%-i).  Bundan  sonra  Gürcüstan  (48%),  Ukraynadır  (45%).  Azərbaycan  və 

Türkmənistan  (28%),  Ermənistan  (26%),  Moldova  (24%),  Qırğızıstan  (18%)  və 

Tacikistan (11%) zəif inkişaf etmiş ölkələrə daxildir. 

Göstəricilərin dəyəri MDB-nin keçid iqtisadiyyatlı ölkələri üçün kifayət qədər 

etibarlı alət deyil. Ona görə məşğulluğun strukturuna diqqət yetirək. 

Kənd  təsərrüfatında  məşğulluğun  ümumi  həcminə  görə  3  qrup  ölkə  var. 

Rusiya,  Belarus,  Qazaxıstan  və  Ukrayna  -  13-24%.  Orta  Asiya  ölkələrində  xüsusilə 

Tacikistan,  həmçinin  Gürcüstan  və  Moldova  aqrar  sektorun  həcmi  məşğulluğun 

xüsusi  çəkisinə  görə  aşağıdır.  Burada  əhalinin  böyük  hissəsi  hələ  sənayeləşmə 

dövrünə qədəm qoymamışdır. 

Ümumdünya  inteqrasiya  meyllərindən  fərqli  olaraq  postsovet  məkanında 

ölkələrin iqtisadi cəhətdən ayrılma prosesi gedir. 

MDB  ölkələrinin  qarşılıqlı  münasibətlərindən  danışdıqda  onların  qarşılıqlı 

çətinlikləri,  yaranmaqda  olan  iqtisadi  fəaliyyətin  qloballaşması  (regional  və 

subregional) proseslərini nəzərdən keçirmək lazımdır. 

Hamıya  məlumdur  ki,  qlobalizasiyanın  hərəkətverici  qüvvələri  -  ölkənin 

ticarəti,  kapital  bazarının  liberallaşdırılması,  yeni  texnologiyaların,  məhsulların 

bölüşdürülməsi,  mübadiləsi  strategiyası  və  istehsalın  beynəlxalq  xarakterinin 

möhkəmləndirilməsi, məhsul, xidmət və kapitalın hərəkəti zamanı yaranan maneələri 

aradan qaldırılmasına doğru atdığı addımlardır. 

Qlobalizasiya  meylləri  dünya  iqtisadiyyatında  müxtəlif  cür  qiymətləndirilir. 

Bunlar  EÖ-də  meydana gəlir,  inkişaf edir  və  EOÖ-ə  böyük təhlükələr  yaradır.  Bu 

təhlükələrin olmaması üçün MDB ölkələri öz unikal geosiyasi mövqeyindən istifadə 

edərək  öz  iqtisadi  maraqlarını  qoruya  və  dünya  bazarlarına  aktiv  şəkildə  müdaxilə 

edə bilər. Bunun üçün bütün hərəkətverici qüvvələr vardır. MDB ölkələri spekrli və 

böyük həcmli təbii  resurslara, güclü  elmi-texniki potensiala, ixtisaslı  mütəxəssislərə 

və işçi kadrlara malikdir. 



 

Qərbi Avropa və inkişaf edən Asiya-Sakit Okean regionu arasında geosiyasi və 

sosial mədəni bir qurum kimi inteqrasiya edən Müstəqil Dövlətlər Birliyi hal-hazırda 

beynəlxalq  siyasi  və  iqtisadi  münasibətlər  sisteminə  aktiv  şəkildə  təsir  etmək 

gücündədir. 

Yeni  müstəqil  dövlətlərin  yaranmasından  açıq  bazar  iqtisadiyyatının 

formalaşmasına  istiqamət  götürən  keçmiş  ittifaq  respublikaları  dərin  iqtisadi 

transformasiyalara məruz qalmışdır. 

Nəticədə hal-hazırki dövrdə demək olar ki, bazar iqtisadiyyatının bazisi vardır. 

Bir  çox  ölkələr  iqtisadiyyatın  açıqlığı,  liberalizasiyası  ilə  təmin  olunmuş  və  bir  çox 

dövlət  müəssisələri  və  təşkilatlarında  iri  miqyaslı  özəlləşdirmə  prosesləri 

aparılmışdır. 

Keçmiş  sovet  məkanında  MDB-nin  bütün  ölkələrində  iqtisadi  münasibətlərin 

yeni  əsasda  qurulması  prosesi  başlamışdır.  Bu  konteksdə  qeyd  etmək  lazımdır  ki, 

hakimiyyətə nail olmaq onlara sərbəst surətdə xarici bazarlara çıxmaq imkanı verir. 

MDB-də  mürəkkəb  iqtisadi  vəziyyətin  olması  onun  ölkələrinin  dünya  təsərrüfat 

ə

laqələrinin  qoşulmasına hazır  olmaması  olmuşdur  və bunun da nəticəsində neqativ 



dezinteqrasiya prosesləri güclənməkdədir. Bu şəraitdə birlik ölkələri milli maraqların 

qorunması  şərti  ilə  qarşılıqlı  münasibətləri,  əməkdaşlığı  inkişaf  etdirmək  üçün 

qanunauyğun şəkildə milli təsərrüfatların kompleks inkişafı yollarını axtarır. Burada 

qeyd etmək olar ki, son dövrlərdə inteqrasiya prosesləri güclənməkdədir. 

1997-ci ilin oktyabrında Kişinyov sammitindən sonra ilk dəfə MDB-yə bitərəf 

bir  qiymət  verildi.  Uzun  müddət  dövlətlərarası  forum  işə  başladı  ki,  bu  MDB 

qarşısında  duran  kompleks  problemlərin  həlli,  onun  inkişafı  və  perspektivlərini 

müəyyənləşdirməsi  üçün  nəzərdə  tutulmuşdu.  Daha  qısa  və  konkret  vəzifə  -  tam 

qiymətli  çoxtərəfli  azad  ticarət  zonası  formalaşdırılması  irəli  sürüldü.  Bu  dövrdən 

etibarən aydınlaşdı ki, 15 aprel 1994-cü il azad ticarət zonasının yaradılması barədə 

imzalanan, hələ onun yarısı təsdiq edilən bir razılaşma qarşılıqlı işgüzar tərəfdaşlığın 

real bazası olmamışdır. 

Burada  qeyd  etmək  lazımdır  ki,  bu  sənəd  eks  prezidentlərin  rəyinə  görə  çox 

yüksək  tələblərə  cavab  verirdi.  Bu  tədricən  gömrük  rüsumlarının  ləğvini,  qarşılıqlı 




 

ticarətdə  kəmiyyət  məhdudlaşdırmalarını,  hər  bir  iştirakçı  üçün  3-cü  ölkələrə  qarşı 

münasibətlərin  xarakterini  özü  müəyyən  etməyi  nəzərdə  tuturdu.  Lakin  fakt 

faktlığında qalır. 

Bunun  səbəbi  müxtəlifdir.  Bəzi  ekspertlər  əsas  səbəbi  MDB  çərçivəsində 

iqtisadi qarşılıqlı əlaqələrə təşəbbüsün olmaması  və  ikitərəfli əlaqələri  üstün tutmaq 

kimi  qiymətləndirirlər.  Razılaşmanın  ireallaşdırılması  üçün  bu  ölkələrdən  ticarət 

siyasətində  əhəmiyyətli  mövqelərin  razılaşdırılmasını  qaçılmaz  qarşılıqlı  güzəştlərə 

getmək hazırlığını tələb etmiş olur. 

Digərləri hesab edir ki, hər hansı bir planı həyata keçirərkən onu real faktlardan 

götürmək  lazımdır.  3-cülər  hesab  edir  ki,  azad  ticarət  rejiminin  səmərəli  fəaliyyət 

göstərməsi  üçün  müəyyən  bir  sərhəddə  çatmaq  və  bazar  islahatlarının  kefyiyyəti 

zəruridir. Buraya dövlətlərin hüquqi və iqtisadi sisteminin bağlılığı və uyğun olaraq 

islahatların istiqamətliliyi və sinxronluluğu nəzərə alınmalıdır. 

Forum bu arqumentləri nəzərdən keçirdi və azad ticarət zonasının yaradılması 

haqqında  olan  razılaşmaya  dəyişikliklər  və  əlavələr  edilməsi  haqqında  protokol 

hazırladı. Protokol özündə prinsipial düzəlişlər və təkliflər çoxluğunu birləşdirirdi ki, 

mütəxəssislərin qiymətlərinə görə bu sənədi azad ticarət rejiminin müəyyən məqsədə 

yönəlmiş bir sənəd kimi dəyərləndirirdi. 

Ə

gər  adı  çəkilən  sənəddə  qoyulmuş  iddialar  həyata  keçirilsə,  nazirlik  və 



təşkilatların  konkret  addımları  ilə  möhkəmləndirilsə,  birlik  ölkələri  əhalinin  həyat 

səviyyəsinin qaldırılması üçün onların elmi-istehsal, təbii və əmək potensialından tam 

və  dolğun  istifadə  edə  biləcək  mexanizmə  yiyələnəcəkdir.  Əməkdaşlığın 

müvəffəqiyyətli  inikşafı  üçün  həm  yuxarı  (dövlət  orqanları),  həm  də  aşağılar 

(təsərrüfat subyektləri) tərəfindən ardıcıl müəyyən bir məqsədə yönəlmiş bir fəaliyyət 

göstərilməlidir.  Bunlara  iyun  ayında  keçirilmiş  Moskva  sammitində  təsdiq  edilmiş 

"MDB-nin  2005-ci  ilə  qədərki  dövrdə  inkişafına  dair"  fəaliyyət  proqramında  ətraflı 

şə

kildə  nəzər  yetirmişdir.  Bu  sammitin  iqtisadi  hissəsində  diqqət  azad  ticarət 



zonasının  formalaşdırılmasına  yönəlmişdir.  Proqram  kompleks  ölçülərin  həyata 

keçirilməsini nəzərdə tutur ki, bu da son nəticədə ilk növbədə bütün birlik inteqrasiya 

sistemi  üçün  faydalı  olan  milli  iqtisadiyyatların  qarşısına  qoyduğu  vəzifələri,  2-ci 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə