Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə5/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   2   3   4   5   6   7   8   9   ...   26

 

qarşılıqlı  əlaqələri  ilə  əlaqədardır.  Keçmiş  SSR   üçün  yüksək  intensivlik  xarakterik 

idi.  Ölkələrarası  mübadiləyə  milli  məhsulların  20%-dən  çoxu  cəlb  olunmuşdu.  104 

sahə  üzrə  tərtib  olunmuş  balansda  Rusiyanın  idxalı  102,  ixracı  isə  104  məhsul 

üzərində  qurulmuşdur.  Digər  ölkələrdən  gətirilmə  üzrə  Rusiya  öz  tələbatını 

maşınqayırma  məhsulları  üzrə  23%,  neft-qaz  kompleksi  üzrə  80%,  qara  və  əlvan 

metallurgiya  üzrə  30%-dən  çox,  kimya  və  yüngül  sənaye  üzrə  25%  ödəyirdi. 

Elektrovoz,  elektrik  qatarları,  kombayn,  pambıq  və  digər  hazır  məhsullar  üzrə  öz 

tələbatını 100% ödəyirdi. 

Rusiyanın yaxın xaric ölkələri bazarında öz iştirakının saxlaması təkcə keçmiş 

ittifaq daxili şəraitlə deyil, gələcək iqtisadiyyatını təyin edən bəzi amillərdən asılı idi. 

SSR  dağılandan sonra Rusiya hüdudlarından kənarda onun iqtisadiyyatına 50-100% 

təmin edə biləcək bir sıra əlvan və nadir metal yataqları aşkar olunmuşdur. 

Rusiya  istehsalının  tarixən  mənimsənilmiş  bazarda  hazır  məhsulların  satışına 

olan  maraq  onun  dünya  bazarında  rəqabət  qabiliyyətliliyi  ilə  həmçinin  investisiya 

resurslarının məhdudluğu ilə əlaqədardır. 

Yaxın  xaric  ölkələri  ilə  iqtisadi  əməkdaşlıq,  həmçinin  əməkdaşlıq  rusdilli 

diasporaların  (26  milyon)  maraqlarını  tələb  edir.  Rusdilli  əhalinin  əksəriyyəti 

təsərrüfat əlaqələrinin dağılmasından əziyyət çəkən müəssisələrdə məşğuldurlar. 

Onu  qeyd  etmək  lazımdır  ki,  hal-hazırda  Rusiyada  sərhədboyu  subregional 

inteqrasiya prosesləri dinamik inkişaf edir. MDB ölkələrinin digər ölkələrlə alternativ 

təsərrüfat  əlaqələri  yaranır.  Milli  bazar  transmilli  korporasiyalar  tərəfindən 

mənimsənilir, qərb firmaları ilə əməkdaşlıq Rusiyadan gətirilən məhsullardan asılılıq 

səviyyəsinin aşağı salır. 

Bunun  nəticəsində  Rusiyada  iqtisadi  islahatların  dəyişikliklərin  nəticəsi  və 

perspektivləri  onun  dünya  iqtisadiyyatında  yeri  daha  çox  onun  yaxın  xaric 

bazarlarında  mövqeyinin  qorunub  saxlanması  və  möhkəmləndirilməsi  ilə  təyin 

olunur.  Problemin  kəskinliyi  onunla  təyin  olunur  ki,  milli  iqtisadiyyatların  3-cü 

ölkələrə  doğru  istiqamət  alması  yaxın  vaxtlarda  bərpa  olmayan  xarakterə  gətirib 

çıxara bilər. 




 

Bununla bərabər yeni yaranmış müstəqil dövlətlər üçün tutumlu Rusiya  bazarı 

təkcə  cəlbedici  deyil,  bəzən  xammal,  material,  enerji  daşıyıcıları,  bir  çox  kənd 

təsərrüfatı  və  sənaye  məhsullarının  idxalı  və  ixracı  üçün  alternativ  olmayan  bir 

məkandır. 

MDB  ölkələri  çərçivəsində  inteqrasiya  meylləri  aşağıdakı  amillərlə  izah 

olunur: 

−  Əmək  bölgüsü  -  hansı  ki,  qısa  zaman  kəsiyində  tamamilə  dəyişmək 

mümkünsüz  idi.  Bəzi  hallarda  bu  ümumiyyətlə  məqsədəuyğun deyildi.  Çünki  əmək 

bölgüsü təbii iqlim, tarixi inkişaf səviyyəsi ilə bağlıdır. 

−  Ölkələrdə  geniş  əhali  kütləsinin  arzu  və  istəkləri  -  MDB  ölkələrində  qarışıq 

ə

hali  arasında  sıx  əlaqələri,  qarışıq  nigahlar,  ümumi  mədəniyyət  elementlərinin 



saxlanması, dil maneələrinin olmaması əhalinin azad hərəkəti və s. amillər təsir edir. 

−  Texnoloji qarşılıqlı asılılıq. 

Lakin  inteqrasiya  prosesləri  əks  meyllərlə  müşahidə  olunur  ki,  bu  da  hər 

ş

eydən  əvvəl  keçmiş  sovet  respublikalarında  hakim  dairələrinin  əvvəlki 



hakimiyyətlərini möhkəmləndirmək niyyətidir. Buna şərtsiz bir prioritet kimi baxır və 

iqtisadi faydalılığı ikinci plana keçirirdilər. Hər bir inteqrasiya hətta ən mülayim olsa 

belə birliyin vahid orqanına müəyyən hüquqlar verir. 

Keçmiş  sovet  məkanındakı  hər  bir  inteqrasiya  proseslərini  mənfi  qarşılayan 

qərb əvvəl gizli, sonradan isə açıq şəkildə bütün formalarda inteqrasiya proseslərinə 

fəal  şəkildə  təsir  etməyə  başladı.  MDB  ölkələrinin  qərbdən  maliyyə  və  siyasi 

asılılığını  nəzərə  alaraq  bunu  inteqrasiya  proseslərinə  bir  maneəçilik  kimi 

dəyərləndirmək olmaz. 

Postsovet ölkələrinin inteqrasiyaya hazırlığı müxtəlif idi. Bu müxtəliflik təkcə 

iqtisadi  deyil,  siyasi  hətta  etnik  amillərlə  də  bağlı  idi.  lk  əvvəl  baltikyanı  ölkələr 

MDB  strukturunda  iştiraka  qarşı  çıxmışdılar.  Bu  ölkələr  üçün  Rusiyadan 

"idarəedilmək"  və  öz  hökmranlığını  yalnız  "Avropaya"  daxil  olmaq  yolu  ilə 

möhkəmləndirmək  istəyi  daha  əsas  idi.  Baxmayaraq  ki,  MDB  ölkələri  ilə  əlaqələri 

inkişaf etdirmək marağında da idilər. 




 

MDB  daxilində  inteqrasiyaya  möhkəm  münasibət  Ukrayna,  Gürcüstan, 

Türkmənistan  daha  müsbət  isə  Belarus,  Ermənistan,  Qazaxıstan  və  Qırğızıstan 

tərəfindən bildirilirdi. 

Bu  ölkələrdən  bir  çoxu  MDB-yə  "sivilizasion  ayrılma"  kimi  öz  dövlətçiliyini 

qaçılmaz  itkiləri  minimumlaşdırmaq  vasitəsilə  möhkəmləndirmək  kimi  baxırdılar. 

Ölkələrin  real  yaxınlaşması  vəzifəsi  ikinci  plana  keçirdi.  Bu  ölkələr  öz  siyasi 

vəziyyətinə  çatmaq  üçün  inteqrasiya  qrupları  mexanizmindən  istifadə  etməyə 

çalışırdılar.  Xüsusilə  Gürcüstan  Abxaziya  separatizminə  qarşı  müharibədə  MDB 

vasitəsilə iqtisadi və siyasi blokadaya nail olmaq istəyirdi. 

MDB 

yaradılarkən 



onun 

nizamnaməsində 

birliyin 

məqsədləri 

müəyyənləşdirirdi  -  MDB  üzvlərinin  iqtisadi,  siyasi  və  humanitar  sahələrdəki 

inteqrasiyaya  imkan  yaratmaq,  insanlar  arasında  əlaqə  və  münasibətləri  inkişaf 

etdirmək, üzv ölkələrin dövlət institutları və müəssisələri arasında əlaqələrin bərpaçı 

və yeniləşməsi. 

MDB-nin yeni yaranmış ölkə hökumətləri öz iqtisadi məqsəd və prioritetlərini 

formalaşdırarkən  keçmiş  ittifaq  ölkələri  arasında  tarixən  mövcud  olmuş  əmək 

bölgüsünün  "aradan  qaldırılmasının"  mümkünsüzlüyünü  anladılar.  Keçmiş  ittifaq 

ölkələri arasında qarşılıqlı asılılıq çox güclü idi. 

Keçmiş  SSR   respublikaları  arasında  kooperasiya  əlaqələrinin  qırılmasına 

ə

lavə olaraq Q YŞ çərçivəsində istehsal əməkdaşlığı münasibətlərinin itirilməsi oldu. 



20%  tənəzzülün  səbəbi  təkcə  keçmiş  partnyorlar  arasında  təsərrüfat  əlaqələrinin 

qırılması  olmuşdu.  90-cı  illərin  sonu  üçün  bu  itki  ümumdaxili  məhsul  ilə  nisbətdə 

hələ də artırdı. MDB ölkələri iqtisadiyyatlarının strukturu və yetkinlik səviyyələrinə 

görə  bir-birindən  fərqlənir.  Rusiya,  Ukrayna,  Qazaxıstan  emaledici  sənayedə,  o 

cümlədən maşınqayırma sənayesi, diversifikasiyalaşmış istehsalın sahəsi strukturunu 

böyük həcminə görə milli təsərrüfatlarının kifayət qədər inkişafı ilə fərqlənir. Digər 

ölkələri inkişaf etməkdə olan ölkələr siyahısına aid etmək olur. Onlar iqtisadiyyatın 

ağır-xammal  strukturu,  hasiledici  sənayenin  xüsusi  çəkisi  və  kənd  təsərürfatı  və 

mineral  xammalın  ilkin  emaledici  sahələrində  fəaliyyət  göstərirlər.  Onlar  xarici 

ticarətin böyük hissəsini öz aralarında həyata keçirirlər. 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə