Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   2   3   4   5   6   7   8   9   ...   26

 

"Şok  terapiyası"ndan  tamamilə  uzaq  olan  ölkələrdə  (Özbəkistan, 

Türkmənistan)  əhalinin  pul  gəliri  ilə  istehlak  qiymətləri  arasında  kəsir  az  idi.  Bu 

siyasətdən  "bəhrələnənlər"  isə  kütləvi  xarici  maliyyələşmədən  dəstəklənirdilər 

(Rusiya,  Qırğızıstan,  Moldova).  Ümumböhran  vəziyyəti  sosial-iqtisadi  islahatların 

dayandırılmasına gətirib çıxarırdı.  qtisadi reformalar ardıcıl xarakter daşımır, onların 

tərəfdar  və  əleyhdarları  islahatların  baş  tutmadığını  bəyan  edir,  yeni  əks  kursa 

dönməyin zəruriliyini vurğulayırdılar. 

Sistemli  transformasiyanın  əsası  olan  iqtisadiyyatın  dövlətsizləşdirilməsi  və 

ümumxalq  mülkiyyətinin  özəlləşdirilməsi  Ukrayna,  Belorus,  Moldovada  praktik 

olaraq  dayandırılıb.  Qafqaz  dövlətlərində  mülkiyyət  münasibətlərinin  dərinləşməsi 

sovxoz və kolxozların ləğvi, torpağın kəndli təsərrüfatına kütləvi şəkildə paylanması, 

kiçik ticarət müəssisələrinin satışı və icarəyə verilməsi ilə nəticələndi. Mərkəzi Asiya 

ölkələri bu prosesə daha yaxındırlar. Kütləvi xalq özəlləşdirilməsi özünün kriminal və 

qeyri-effektiv  elementləri  ilə  Rusiyada  geniş  vüsət  aldı.  Proses  Moldova  və 

Qırğızıstanda  başlanıb,  lakin  sona  yetməyib.  Birliyin  əksər  ölkələrində  dövlətlərin 

ə

lində  sənaye,  tikinti,  energetika,  nəqliyyat,  rabitə  və  aqrar-sənaye  kompleksinin 



ə

ksər hissəsi cəmləşmişdir. 

MDB  dövlətlərindəki  islahatların  ilkin  mərhələsində  iqtisadiyyatın  bütün 

sahələrində fərdi əmək fəaliyyəti, icarə müəssisələri və istehsal kooperasiyası, xüsusi 

vasitəçi  ticarət-satış,  xidmət  və  konsaltinq  firmalarının  bazasında  təşəbbüskar  şəxsi 

sahibkarlıq  dairəsi  genişlənmişdir.  Bu  mərhələ  üçün  Birliyin  bir  çox  ölkəsinin 

maliyyə-kredit sferasının kommersiyalaşması ən xarakterik cəhətdir. Ticarət və bank 

ə

məliyyatlarının  azadlığı  şəxsi  sahibkarlığın,  dövlət  müəssisələrinin,  nazirlik  və 



idarələrin,  maliyyə  aktivlərinin  "özəlləşdirilməsi" dövlət  əmtəə  fondlarının,  icarə  və 

kooperativ  müəssisələrin,  xarici  humanitar  yardımların  spekulyativ  satışı  kimi 

fenomenləri yaratdı. 



 

1.2.

  MDB interqasiya blokunun yaranması, təkamülü və xüsusiyyətləri 

 

SSR -nin dağılması onun yerində müstəqil dövlətlər yaranması ilə nəticələndi. 



MDB  ölkələri  SSR -dən  vahid  energetika  sistemi,  nəqliyyat,  rabitə, 

telekommunikasiya  sistemi  qarşılıqlı  əlaqədə  olan  milli  təsərrüfat  sistemləri,  işçi 

qüvvələrinin  azad  surətdə  hərəkəti,  vahid  texniki  standartlaşma  və  s.-ə  malik  idi. 

Bütün  bu  vahid  məkan  şərait  sovet  dövründə  qeyri-bazar  prinsipləri  əsasında 

qurulmuşdu.  Hal-hazırda  bu  ölkələrdə  yeni  bazarların  yaranması  bir  reallığa 

çevrilmişdir. 

Sovet  dövründə  MDB  ölkələrinin  xarici-iqtisadi,  o  cümlədən  xarici  ticarət 

ə

laqələri uzun müddət "dəmir pərdələrlə" əhatə olunmuş, iqtisadiyyatın müstəqil bir 



sahəsi  kimi  mövcud  olmamışdır.  Ümumittifaq  xalq  təsərrüfatı  kompleksinin  asılı 

tərkib  hissəsi  olan  respublika  iqtisadi  əlaqələrini  iddia  edildiyi  kimi  iqtisadi 

inteqrasiya  adlandırmaq  düzgün  deyildir.  Çünki  müasir  anlayışlara  uyğun  olaraq 

beynəlxalq  iqtisadi  inteqrasiya  yalnız  müstəqil  dövlətlər  arasında  baş  verir.  Sovet 

iqtisadi  əlaqələrini  isə  respublika  və  regionları  bitməmiş  istehsal  tsiklləri  ilə  bir-

birindən asılı vəziyyətə salan, onları iqtisadi müstəqillikdən məhrum edən təsərrüfat 

inteqrasiyası kimi qiymətləndirmək lazımdır. 

80-cı  illərin  sonundan  başlayaraq,  SSR -də  çoxməsrəfli  ekstensiv  sosialist 

iqtisadiyyatının  inkişaf  imkanları  tükəndiyindən  sosial  iqtisadi  böhran  dərinləşirdi. 

Rubl  surətlə  məzənnədən  düşür,  əhaliyə  hətta  kartoçka  sistemi  üzrə  satılmalı  olan 

gündəlik zəruri ərzaq məhsullarının istehsal həcmi aşağı düşürdü. 

ttifaq  dövləti  ölkənin  iqtisadiyyatını  sağlamlaşdırmağın  yeganə  mümkün 

yolunu  intensiv  inkişafın  mənbəyi  olan  bazar  münasibətlərinə  keçiddə  görürdü. 

Yalnız  bazar  iqtisadiyyatının  tətbiqi  ilə  əsasını  ictimai  mülkiyyət  təşkil  edən  vahid 

xalq təsərürfatı kompleksinin iflası sürətlənər, əvəzində xüsusi mülkiyyətə əsaslanan 

azad  iqtisadiyyat  qurmaq  olardı.  Sosialist  inteqrasiya  siyasətindən  kənara  çıxa 

bilməyən  respublikalar  məhz  bazar  iqtisadiyyatından  məhrum  olduqları  üçün  real 

ehtiyaclara uyğun iqtisadiyyat qura bilmirdilər. 




 

80-ci  illərin  sonunda  iqtisadi  böhranın  görünməmiş  səviyyəyə  çatması  sovet 

iqtisadi və siyasi sistemini iflasa doğru aparırdı. 

1991-ci  il  dekabrın  8-də  SSR -nin  3  respublikasının  -  Rusiya,  Ukrayna  və 

Belorus  respublikalarının  Minsk  görüşündə  SSR -nin  buraxılması  və  müstəqil 

dövlətlər  birliyinin  yaradılmasına  dair  razılaşma  əldə  edildi.  Bu  razılaşma  əslində 

SSR -nin qanunauyğun yekunu idi. 

1991-ci il dekabrın 21-də MDB-nin yaradılması barədə razılaşmaya əsasən bu 

quruma  daha  8  ölkə  -  Azərbaycan,  Ermənistan,  Qazaxıstan,  Qırğızıstan,  Moldova, 

Tacikistan, Türkmənistan və Özbəkistan daxil oldu. 1993-cü ilin dekabrında MDB-yə 

Gürcüstan da daxil oldu. 

Müstəqilliyin  ilk  dövrlərində  (1992-1993-cü  ilin  əvvəllərində)  artıq  ölkələr 

arasında yeni münasibətlər yaranırdı. Bu qısa vaxt ərzində birliyini təşkilatı strukturu 

yarandı:  Dövlət  başçıları  şurası,  Hökumət  başçıları  şurası,  Parlamentlərarası 

assembleya,  1993-cü  ildən  Minskdə  icraedici  katiblik  fəaliyyət  göstərir,  Xarici  işlər 

nazirliyi şurası MDB ölkələrinin müdafiə nazirlər şurası, Sahəvi əməkdaşlıq orqanı, 

Xarici  qtisadiyyat  təsisatların  rəhbərləri  şurası,  Neft  və  qaz  üzrə  hökumətlərarası 

ş

ura, iqtisadiyyatın digər sahələri üzrə rəhbərlərin hökumətlərarası şurası və s. 



Bir  neçə  il  ərzində  MDB  ölkələri  arasında  iqtisadi,  sosial,  müdafiə  və  s. 

sferalarda  qarşılıqlı  iqtisadi  əməkdaşlığın  prinsip  və  istiqamətlərini  təyin  edən 

yüzlərlə ikitərəfli və çoxtərəfli razılaşmalar əldə edilmişdir. 

MDB ölkələrinin qarşılıqlı əlaqələrində ən mühüm nailiyyətlərindən biri 1993-

cü  ildə  iqtisadi  ittifaqın  yaradılması  barədə  razılaşma  olmuşdur.  Bu  inteqrasiyanın 

uzun  müddətli  məqsədlərini  -  məhsul,  xidmət,  kapital  və  işçi  qüvvəsini  vahid 

bazarının  yaradılmasını  müəyyən  edirdi.  Bu  vahid  bazarın  yaranmasına  qədər 

iştirakçılar,  azad  ticarət  zonası,  gömrük  ittifaqı  və  valyuta  ittifaqı  kimi  mərhələləri 

görürdülər. 

Lakin iqtisadi inteqrasiyaya dair razılıq hələ kağız üzərindədir. MDB ölkələri 

hələ ki, heç bir ciddi səlahiyyətlərə malik deyillər. 

Bununla  yanaşı,  MDB  ölkələrinin  ümumi  iqtisadi  mühitinin  saxlanması  və 

möhkəmləndirilməsinə  olan  maraq  keçmiş  SSR   ölkələrinin  ötən  10  ildə  yaxın 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə