Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

 

56%, Özbəkistan 72%, Azərbaycan 57%, Ermənistan 64%, Gürcüstan 55% artım əldə 

etmişdir. 

Vahid  iqtisadi  məkanın  əldə  edilməsi  müvəffəqiyyətlərindən  biri  1995-ci  ildə 

Belarus,  Qazaxıstan,  Rusiya  tərəfindən  "Gömrük  ittifaqının"  yaradılması  haqqında 

ə

ldə  edilmiş  razılaşma  olmuşdur.  1996-ci  ilin  martında  Qırğızıstan,  1999-cu  ilin 



fevralında Tacikistan da daxil oldu. 

Gömrük ittifaqının fəaliyyəti dövründə çoxlu sayda sənədlər imzalanmışdır ki, 

onların arasında 1996-cı il 26 martda iqtisadi və humanitar sənədlərdə inteqrasiyanın 

möhkəmləndirilməsi  və  onun  məntiqi  inkişafı  olan  26  fevral  1999-cu  il  gömrük 

ittifaqı  və  vahid  iqtisadi  məkan  haqqında  olan  sənədlərin  mühüm  əhəmiyyəti  var. 

Məhz  bu  sənədlərdə  əməkdaşlığın  aşağıdakı  istiqamətləri  təyin  olundu:  azad  ticarət 

zonasının  formalaşması,  gömrük  ittifaqının  3-cü  ölkələrə  qarşı  qarşılıqlı 

münasibətləri,  vahid  gömrük  ərazisinin  formalaşdırılması,  ümumi  xidmət  və  əmək 

bazarı, vahid elmi-texniki informasiya məkanının formalaşdırılması və s. 

Müəyyən  nailiyyətlərlə  yanaşı  gömrük  ittifaqının  formalaşması  təcrübəsi  bir 

sıra ciddi problemləri və çətinlikləri aşkara çıxardı. 

Gömrük  ittifaqının  formalaşmasının  əsas  prinsipial  məsələləri  hələ  həll 

edilməmişdir.  Yaranmasından  bəri  əldə  olunan  iqtisadi  fəaliyyətdəki  nəticələr  hələ 

kifayət  deyil.  Gömrük  ittifaqı  nəticəsində  gedən  inteqrasiya  hökm  sürən    bir  növ 

sabitlik  bir  sıra  əhəmiyyətli  amillərdən  asılıdır  ki,  onların  içərisində  iqtisadi  inkişaf 

səviyyəsindəki,  istehsalın  səviyyəsi  strukturunda  həmçinin  ölkənin  coğrafi 

mövqeyinin xüsusiyyətlərində olan müxtəliflik başlıca rol oynayır. 

Hələ ki ümumi gömrük tarifinin formalaşması üçtərəfli əsasda həyata keçirilir. 

Bununla  əlaqədar  əgər  Rusiyf,  Qazaxıstan  və  Belarusda  qoyulan  gömrük  rüsumları 

təsadüfən üst-üstə düşürdüsə, 99-cu ilin sonlarında Belarusda 10%, Qazaxıstanda isə 

40%  təşkil  etmişdir.  Tamqiymətli  gömrük  ittifaqının  formalaşması  çətinliklərlə 

üzləşir. Belə ki, onun bəzi üzvlərinin bir-birindən əhəmiyyətli dərəcədə uzaqlaşması 

infrastrukturun  zəif  inkişafı,  həmçinin  milli  nəqliyyat  tariflərinin  fərqli  olması  əsas 

amllərdir. 




 

2000-ci ilin oktyabrında 5 ölkədən (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və 

Tacikistan)  ibarət    gömrük  ittifaqı  dəyişdirilərək  onun  yerində  Avrasiya  qtisadi 

Cəmiyyəti  yarandı.  Yeni  təşkilatın  məqsədləri  5  ölkənin  ərazisində  vahid  iqtisadi 

məkanın  formalaşması  idi.  Birlik  qarşısında  yaxın  vəzifələr  müəyyən  olunmuşdur. 

Üzv  ölkələrdə  iqtisadiyyatda  struktur  islahatlarının  uzlaşdırılması,  vahid  nəqliyyat 

strukturunun və vahid nəqliyyat bazarının yaradılması, vahid gömrük tarifinin tətbiqi, 

milli  qanunvericiliklərin  uyğunlaşdırılması  və  beynəlxalq  təşkilatlarla  münasibətdə 

ümumi siyasi kursun işlənməsi.  nteqrasiyanın formalaşmasından reallığa çevrilməsi 

üçün mühüm yeni aspektlərdən biri bu qurumda yeni təsərrüfat qarşılıqlı əlaqələrinin 

yaradılmasıdır.  Mərkəzi  komitə  -  nteqrasiya  komitəsi,  həmçinin  parlamentlərarası 

asambleya  və  cəmiyyət  məhkəməsi  yaradılması  nəzərdə  tutulur.  Bunun  üçün 

təşkilatın  sənədlərində  ilk  dəfə  olaraq  hər  bir  ölkə  üçün  dövlətlərarası  strukturların 

maliyyələşməsi  və  səslərin  bölüşdürülməsi  üçün  kvota  müəyyən  olunmuşdur.  Qərar 

isə  səslərin  2/3-si  həcmindən  çox  olduğu  halda  qəbul  olunur.  Cəmiyyət  ona 

qoşulmağa arzu edən bütün ölkələr üçün açıqdır. 

qtisadi  birliyin  gömrük  ittifaqı  bayrağı  altında  formalaşmasının  real 

problemlərindən biri ümumi xarici gömrük sərhədləri və ümumi xarici gömrük tarifi 

müəyyən  edilməmiş,  gömrük  sərhədlərinin  ləğd  edilməsi  oldu,  bu  da  üzv  ölkələrin 

daxili bazarlarında nizamsızlığa, pozuntulara gətirib çıxara bilər.  nteqrasiya yolunda 

Rusiya  və  Belarusiyanın  öndə  getmələrinə  baxmayaraq,  onların  ikitərəfli 

münasibətlərində də müxtəlif problemlər ortaya çıxır. 

1999-cu  ildə  Belarusdan  uzaq  xaric  ölkələrinə  rus  xammalından  istehsal 

olunmuş neft məhsulları ixracı artmışdır. Bu Belarusda Rusiyadan fərqli olaraq ixrac 

gömrük rüsumlarının olmaması ilə əlaqədar idi. 

1994-cü  il  30  apreldə  Qazaxıstan,  Qırğızıstan  və  Özbəkistan  respublikaları 

arasında  ümumiqtisadi  məkan  yaradılması  haqqında  razılaşma  imzalandı.  30  mart 

1998-ci  ildə  buraya  Tacikistan  da  qoşulmuşdur.  17  iyul  1998-ci  ildən  etibarən  bu 

birlik Mərkəzi Asiya  qtisadi Birliyi adlanır. 

Razılaşmanın  3-cü,  4-cü  bəndlərinə  əsasən  vahid  iqtisadi  məkanın  formalaş-

dırılması məqsədlərinə aşağıdakılar aid edilir: 



 

−  Kapitalın  və  işçi  qüvvəsinin  azad  hərəkəti  üçün  iqtisadi-təşkilati  və  zəruri 

hüquqi şəraitin yaradılması; 

−  Yük 


və 

sərnişinlərin 

səmərəli 

daşınması 

üçün 

nəqliyyat 



və 

kommunikasiyanın inkişafı sahəsində siyasətin yürüdülməsi; 

−  Antiinhisar  tənzimlənməsi  daxil  olmaqla  vicdanlı  rəqabətin  formalaşması 

üçün şəraitin yaradılması; 

−  Təsərrüfat  subyektləri  arasında  birbaşa  iqtisadi  əlaqələrin  inkişafının  təmini 

və istehsal korporasiyalarının təmini üçün əlverişli şəraitin yaradılması; 

−  Müştərək 

müəssisələrin,  prioritet  sahələrdə  istehsal  birliklərinin, 

kommersiya,  maliyyə-kredit  sahələrinin  və  təşkilatlarının  yaradılmasına  kömək 

edilməsi; 

−  Qarşılıqlı  kapital  qoyuluşu,  investisiya  siyasətinin  koordinasiyalaşdırılması, 

iqtisadiyyat sahəsində xarici investisiyalar və kreditlərin cəlb edilməsi və investisiya 

haqlarının  hüquqi  və  maraqlarının  qorunması  üçün  fəaliyyət  mexanizminin 

yaradılmasında bərabər iqtisadi şəraitin təmin edilməsi; 

−  Gömrük rüsumlarının ləğvi, vergilərin, yığımların və digər məhdudiyyətlərin 

həcminin aşağı salınması; 

−  Gömrük proseduralarının sadələşdirilməsi; 

−  Gömrük qanunvericiliyinin istiqamətləndirilməsi. 

10  oktyabr  1997-ci  ildə  Gürcüstan,  Ukrayna,  Azərbaycan  və  Moldova  ölkə 

prezidentlərinin  Strasburq  görüşündə  4  ölkə  tərkibində  dövlətlərarası  birlik 

yaradılması  haqqında  ideya  irəli  sürüldü.  1999-cu  il  aprelin  24-də  Özbəkistan  da 

rəsmi olaraq bu quruma qoşulduğunu elan etdi. 

Yuxarıda  adı  çəkilən  birliyin  yaradılmasının  başlıca  səbəbləri  həm  siyasi 

sferada,  həm  də  iqtisadi  sferada  məsələn,  separatizmlə,  dini  ekstremizmlə  və 

terrorizmlə  mübarizə,  sülhməramlı  fəaliyyət,  Avropa-Qafqaz  nəqliyyat  dəhlizinin 

inkişafı,  "Dünya  üçün  tərəfdaşlıq"  proqramı  çərçivəsində  NATO  ilə  əməkdaşlıq 

məsələlərində irəli gəlirdi. 

MDB ölkələrinin bu regional birliyi kütləvi informasiya vasitələrində GÜÖAM 

kimi səslənirdi. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə