Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   2   3   4   5   6   7   8   9   10   ...   26

 

növbədə  isə  ticarət-iqtisadi  münasibətlərində  fərqlərin  müxtəlifliklərin  aradan 

qaldırılması,  xarici  iqtisadi  və  gömrük  qanunvericiliyinin  uyğunlaşdırılmasını 

nəzərdə tutur. 

Hal-hazırda  təsdiq  etmək  olar  ki,  birliyin  əksəriyyət  ölkələri  çoxdan  elan 

edilmiş sıx iqtisadi inteqrasiyaya doğru bir istiqamətin mühüm bir hissəsi kimi azad 

ticarət  rejiminin  yaradılmasına  səs  verirlər.  Razılaşmaya  imza  atan  11  ölkədən 

(Türkmənistandan  başqa)  9-u  sənədin  qüvvəyə  minməsi  üçün  artıq  dövlətləri 

daxilində prosedur qaydaları yerinə yetirmişlər. 

Ə

lbəttə ki, azad ticarət zonasının inteqrasiya problemlərinin həllində universal 



vasitə olduğunu demək düzgün olmazdı. 

Hökumət  başçılarının  Minskdə  keçirilən  sonuncu  sammitində  bu  gün  MDB 

ölkələri  ilə  münasibətdə  ağıllı  proteksionizm  zəruridir  ki,  bu  da  daxili  bazarlarda 

qarşılıqlı  mövqelərin  möhkəmləndirilməsi,  şəxsi  müəssisələrin  və  təsərrüfat 

sahələrinin  yeni  dünya  təsərrüfatında  layiqli  yer  tutması  üçün  real  resurslardan 

səmərəli istifadəyə yol açır. 

Bir  qayda  olaraq  MDB  məkanında  cərəyan  edən  proseslər  təhrif  edilmişdir. 

Sovet  məkanı  barəsindəki  əvvəlki  səhv  təsəvvürlər  artıq  postsovet  reallıqlarında  da 

özünü büruzə verməkdədir. Əslində sovet ittifaqı özündə çoxtəbəqəli, sosial iqtisadi 

sahədə və dini mədəni sahədə təhlilə müxtəliflik birləşdirirdi. Onun hissələrində olan 

müxtəlifliyi  50-ci  illərin  ortalarında  meydana  gələn  totalitar  rejimdə  büruzə  verirdi. 

Bu hadisə ölkələrin gələcək inkişafında böyük rol oynamışdır. 

MDB  ölkələri  arasında  diversifikasiyanın  dərinləşməsi  onların  xarici  iqtisadi 

orientasiyada müxtəlif istiqamətli iqtisadi maraqlarından irəli gəlir. Bildiyimiz kimi, 

Rusiya  Federasiyası  bu  məkanda  dominant  ölkə  sayılır  və  ölkələrin  Rusiya  ilə 

münasibətdə bir neçə qrupları vardır. 

1.

  Qısa müddətli və uzun müddətli dövrdə plana kritik olaraq xarici yardıma, 



xüsusilə Rusiyaya ehtiyacı vardır. Bu ölkələrə Ermənistan, Belarus, Tacikistan aiddir. 

2.

  Qazaxıstan,  Qırğızıstan,  Ukrayna  və  Moldova  Rusiya  ilə  əməkdaşlıq 



sahəsində asılıdırlar. Lakin balanslaşdırılmış xarici iqtisadi əlaqələri ilə fərqlənirlər. 


 

3.

  Bu  ölkələrin  Rusiyadan  asılılığı  zəifdir  və  getdikcə  azalır.  Buraya 



Azərbaycan, Gürcüstan, Özbəkistan və Türkmənistan daxildir. 

Bu qruplara bölünmə iqtisadi kriteriyalardan irəli gəlir. Belə ki, 1-ci qrupa zəif 

inkişaf  etmiş  ölkələr  (Belarusdan  başqa)  aiddir  ki,  onların  şəxsi  energetik  bazası 

yoxdur.  2-ci  qrup  aralıq  xarakter  daşıyır.  Məsələn,  Qazaxıstan  1-ci  qrupa  doğru 

istiqamətdədir.  Qırğızıstan  isə  əksinə  3-cü  qrupa  doğru  istiqamətdədir.  3-cü  qrup 

ölkələr təbii resurslardan istifadə etməklə milli iqtisadi məkanda inkişaf modellərini 

yeniləşdirməyə doğru can atırlar. 

Ə

gər 3-cü qrup ölkələri  maksimum  iqtisadi və  siyasi kursu həyata  keçirməyə 



çalışırlarsa,  1-ci  qrup  isə  inteqrasiyanın  daha  doğrusu  postsovet  məkanında 

reinteqrasiya tərəfdarladırıdır. MDB daxilində maksimum yaxınlaşmaya tərəfdar olan 

ölkələr  Belarus,  Türkmənistan  və  Ermənistandır  ki,  öz  fəaliyyətlərini  Rusiya 

resursları hesabına davam etdirmək niyyətinəddirlər. 

MDB  məkanında  qarşılıqlı  iqtisadi  əlaqələri  qiymətləndirərkən  qeyd  etmək 

lazımdır ki, burada inteqrasiya amilləri ilə yanaşı əks təsirli mexanizmlər də vardır. 

hər şeydən əvvəl qeyd etmək lazımdır ki, birlik sosial-iqtisadi böhran keçirir. Sosial-

iqtisadi  inkişafda  iqtisadi  və  siyasi  islahatların  həyata  keçirilməsi  istiqamətlərində 

xarici  siyasi,  xarici  iqtisadi  orientasiyada  müxtəliflik  konfliktlərin  tənzimlənməsi 

birlik  daxilində  inteqrasiya  prosesləri  üçün  gərəkli  olan  xarici  və  iqtisadi  şərtləri 

təmin  edir.  2-ci  amil  iqtisadi  potensiala  görə  fərqlilik  Rusiyanın  payına  ÜDM-nin 

80%-i düşür. 3-cü amil MDB ölkələrində hələ bazar islahatları sona çatmamışdır. Bu 

da  vahid  bazar  məkanının  formalaşmasında  problemlər  yaradır.  4-cüsü  isə  dünya 

dövlətlərinin bu məkanda baş verən proseslərə əks təsiri. 

 

 

1.3.



  MDB çərçivəsində inteqrasiya proseslərinin əsas  

inkişaf istiqamətləri 

 

1992-ci  ildən  başlanmış  olan  yeni  yaranmış  müstəqil  dövlətlər  arasında 



qarşılıqlı    əməkdaşlıq  münasibətləri  1993-cü  il  sentyabrda  Moskvada  dövlət  və 

hökumət  başçıları  tərəfindən  birlik  çərçivəsində  iqtisadi  ittifaqın  yaradılması 




 

haqqında  razılaşmanın  imzalanması  ilə  davam  etdi.  lkin  olaraq  bu  ittifaqa  7  ölkə: 

Ermənistan,  Belarus,  Qazaxıstan,  Rusiya,  Tacikistan,  Özbəkistan,  Qırğızıstan, 

Moldova və Ukrayna assosiativ üzv hüququ ilə daxil oldu. 

qtisadi  ittifaqın  yaradılması  haqqında  razılaşma  ümumi  iqtisadi  məkanın 

yaradılmasına  təkan  verdi.  Bu  razılaşmaya    uyğun  olaraq  münasibətlər  bazar 

prinsipləri  əsasında  qurulmalı,  qarşılıqlı  maraqlara  uyğun  olan  iqtisadi  layihələrin  

birlikdə  həyata  keçirilməsi  və  ekoloji  problemlərin  həllinə  birlikdə  iştirak  edilməsi 

edilməli idi. Məhsul, xidmət, kapital, işçi qüvvəsinin azad hərəkəti, pul-kredit, büdcə, 

vergi,  qiymət,  xarici  ticarət,  gömrük  və  valyuta  siyasətinə  uyğun  şəkildə  təmin 

edilməli  idi.  Bu  razılaşma  üzv  ölkələrin inteqrasiya  prosesində  mərhələli hərəkətinə 

azad ticarət zonası - gömrük ittifaqı, valyuta ittifaqı və nəhayət ümumbazar əsasında 

təklif edirdi. 

Azad  ticarət  zonasının  yaranması  ölkələrarası  məhsul  hərəkətində  gömrük 

təriflərinin  ləğv  olunmasını  və  kəmiyyət  məhdudlaşdırmalarının  tətbiq  edilməsini 

təklif edirdi. Bu zonaya daxil olan hər bir ölkə digər ölkəyə qarşı müəyyən tarif tətbiq 

edə bilər. Bu razılaşma 1994-cü il 15 apreldə imzalanmışdır. 

Bu razılaşma imzalandıqdan sonra ölkələr arasında iki meyl özünü göstərirdi. 

Birinci  meyl.  Birlik  ölkələrinin  qarşılıqlı  ticarət  məsələlərinin  azad  ticarət 

zonasının  çoxtərəfli  mexanizmi  əsasında  tənzimlənməsi  idi.  Bu  mexanizm  hələ  tam 

müəyyən edilməmişdir. 

kinci  meyl.  Onunla  əlaqədar  ki,  MDB  ölkələri  azad  ticarətin  çoxtərəfli 

assosiasiyaların  tərəfindən  müəyyən  edilən  vəzifələri  özünə  aid  etmək  istəmirdilər. 

Qarşılıqlı ticarətin tənzimlənməsi ikitərəfli ticarət-iqtisadi danışıqlar vasitəsilə həyata 

keçirilir. 

MDB  çərçivəsində  ölkələrin  qarşılıqlı  ticarət  əlaqələri  mexanizminin  işlək 

olmaması onların qarşılıqlı məhsul dövriyyəsində əks olunur. Birlik ölkələrinin ixracı 

yanacaq-energetika və mineral-xammal sahələri üzrə həyata keçirilir. 

90-cı ildə MDB ölkələri arasındakı ticarət ümumi ixracın 72%-ə qədəri idisə, 

90-cı ilin sonunda bu göstərici 36,5%-ə qədər aşağı düşmüşdür. Paralel olaraq birlik 

ölkələrinin  uzaq  xaric  ölkələri  ilə  xarici  ticarət  əlaqələrində  Rusiya  78%,  Ukrayna 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə