Microsoft Word hesenli cavid doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə3/26
tarix27.03.2018
ölçüsü0,64 Mb.
#34893
1   2   3   4   5   6   7   8   9   ...   26

 

qurtarır. Əlbəttə, seçim yenə də yerli elitaların ambisiyalarını təmin edən suverenlik 

çərçivəçində ediləcək. 

Müstəqilliklərinin ilk dövrlərində Rusiya, Ukrayna, Belorus islahatçıları radial 

ssenaridə  aparmağı  qərarlaşdırmışdılar.  Qeyd  edək  ki,  bu  qərarlar  öz  hüquqi  əksini 

Rusiyada  1992-ci  ildə  Rusiya  Ali  Sovetinə  təqdim  olunmuş  " qtisadi  islahatların 

dərinləşdirilməsi  proqramında",  1992-ci  ildə  Ukraynada  "Ukraynanın  iqtisadi 

islahatlar  proqramı"  və  Belorusda  "Belorus  Respublikası  Hökumətinin  istehsalın 

tənəzzülünün  qarşısının  alınması  siyasətinin  əsas  istiqamətləri  və  böhrandan  çıxış 

şə

rtlərinin  formalaşdırılması  proqramında"  tapmışlar.  Bu  respublikalardan  əlavə, 



Ermənistan da şok-terapiyası yolunu tutmuşdur. 

Qırğızıstanın ilk vaxtlarda xalis şok-terapiyası keçid formasını dəstəkləməsinə 

baxmayaraq,  artıq  1997-ci  ildə  o,  öz  kursunu  mülayim-radikal  ssenariyə  verdi. 

Qazaxıstan  MDB  ölkələri  arasında  evolyusiyalı  keçidin  ən  bariz  nümunəsini 

göstərirdi.  Qeyd  edək  ki,  Qazaxıstanda  islahatların  müddəti  15-20  ilə  müəyyən 

edilmişdir.  Müqayisə  üçün  deyək  ki,    birinci  haqqında  danışdığımız  ölkələrdə  bu 

müddət  2  ildən  5  ilə  qədər  göstərilmişdir.  ndi  Qazaxıstanda  və  Moldava  mülayim-

radikal  kursa  üstünlük  verərək.  Xüsusi  sahibkarlığın  inkişafı  prioritetlərini  kiçik 

istehsal,  ticarət  və  məişət  xidmətinin  strateji  əhəmiyyəti  olan  müəssisə  və  sahələrə 

nəhəng xarici kapitalının cəlb edilməsinə yönəldirlər. 

Bazar  islahatlarına  təkamüllə  keçidi  yalnız  Türkmənistan  və  Özbəkistanın 

hakim  dairələri  qoruyub  saxlayırlar.  Cəmiyyətin  stabilliyi  və  islahatların  sosial 

vəziyyətə  mənfi  təsirinin  minimuma  endirilməsi  iqtisadi  siyasətin  əsasında  durur. 

Burada  da,  ciddi  xarici  investorları  strateji  dövlət  layihələrində  iştiraka  cəlb  etmək 

üçün islahatlara mütərəqqi xarakter verməyə çalışırlar. 

Gürcüstan,  Azərbaycan  və  Tacikistan  əvvəlcədən  islahatlar  axınından 

çıxmışlar:  daxili  siyasi  çəkişmələr  və  müharibələr  bazar  islahatlarının  dövlətlər  və 

ictimai qüvvələrin fəaliyyət çərçivəsindən çıxardı. Sonralar elan edilən proqramlar və 

praktik  fəaliyyətə  nəzər  salsaq  görərik  ki,  Azərbaycan  və  Gürcüstanda  islahatlar 

mülayim-radikal, Tacikistanda isə mühafizəkar-təkamül ssenarisinə yaxındır. 




 

qtisadi  islahatların  yeni  mərhələlərinin  müxtəlif  modelləri  obyektiv  olaraq 

MDB  ölkələrində  fərqli  sosial-iqtisadi  situasiyalara  səbəb  olur.  Xarakterikdir  ki, 

islahatlar  mövcud  siyasi  rejimlərin  möhkəmlənməsi,  iqtisadiyyatın  böhran 

vəziyyətindən  sabitlik  fazasına  keçirilməsi,  ən  yaxşı  halda  bərpa  və  inkişaf,  sosial 

gərginliyi  azaltmaqla  məhdudlaşır.  Sosial  yönümlü  bazar  iqtisadiyyatının  qurulması 

ilə əlaqədar sistemli məqsədlərə gəldikdə isə onların nailiyyətləri perspektivdən çox 

uzaqdır. Bundan əlavə, "işıqlı bazar gələcəyi" "sosial kapitalizm" kimi deyil, "bazar 

sosializmi"  kimi  qələmə  verilir.  Bu  da  radikal  islahatçıların  liberal  qanadını  ciddi 

narahat edir. 

Məlum  olduğu  kimi,  islahatlar  yeni  yaranmış  xaotik  iqtisadi  strukturun 

tənəzzülünün, müəssisələrin istehsal-texnoloji və təsərrüfat əlaqələrinin dağılmasının 

qarşısını  ala  bilmədi.  Birliyin  heç  bir  ölkəsi  hələ  də  uzun  sürən  istehsalın 

tənəzzülündən  və  geniş  miqyaslı  sosial-iqtisadi  böhrandan  çıxa  bilməyib.  MDB-in 

ÜDM  1996-cı  ildə  1988-90-cı  illər  səviyyəsinin  53%-ni,  1998-ci  ildə  isə  1990-cı  il 

səviyyəsinin  46%-i  təşkil  etmişdir.  Bu  səviyyə  iştirakçı  dövlətlərin  20  il  bundan 

qabaqkı istehsal səviyyəsinə uyğun gəlir. 

Bütün  sivilizasiyalı  dünyada  iqtisadi  islahatlar  bu  və  digər  formada  dövlətin 

tənzimləmə  alət  və  mexanizmlərinin  köməyilə  və  yaxud  əksinə,  irimiqyaslı  iqtisadi 

liberalizasiya  kursu  ilə  iqtisadiyyat  böhran  vəziyyətindən  çıxarılır,  onun  qarşısına 

yeni  məqsədlər  qoyulur,  inkişafa  impuls  verilir.  Bu  cür  islahatların  aparılması 

yaranmış iqtisadi-ictimai və istehsal münasibətlərinə müsbət təsir göstərir, onun daha 

da  müasirləşməsi,  daxili  və  xarici  iqtiadi  münasibətlərin  rasionallaşmasına  gətirib 

çıxarır.  Keçmiş  ittifaq  respublikalarında  isə  tamamilə  əks  tendensiya  müşahidə 

olundu. 

Praktik  olaraq,  Birliyin  heç  bir  ölkəsində  ictimai-siyasi  və  sosial-iqtisadi 

islahatlar  iqtisadiyyatın  və  ictimaiyyətin  həyat  fəaliyyətində  gözlənilən  təsir 

göstərmədi,  ictimai  və  iqtisadi  proqresin  "lokomotivi"  olmalıdılar.  Struktur 

dəyişikliklər  və  milli  iqtisadiyyatın  modernizasiyasına,  xarici  investisiyalar  onlarla 

gətirilən  texnologiya  və  onların  köməyi  ilə  dünya  bazarına  çıxmaq  və  dünya 

iqtisadiyyatına  inteqrasiya  olunmaq  ümidləri  də  boşa  çıxdı.  MDB  çərçivəsində 



 

inteqrasiya  prosesi  neqativ  halların  aradan  qaldırılmasında  real  faktor,  ölkələrin 

iqtisadiyyatının  inkişafını  və  sistemli  islahatların  sinxronizasiyası  üçün  güclü  forma 

kimi  çıxış  edə  bilmədi.  Birlik  ölkələri  siyasi-iqtisadi  transformasiyanın  müxtəlif 

səviyyəli trayektoriyasına çıxdılar. 

Məlumdur  ki,  hələ  SSR -nin  dağılmasından  qabaq,  iqtisadi  diskussiya  və 

islahatlar  axtarışı  dövründə  sosialist  planlı  iqtisadiyyatının  trasformasiyasının 

aşağıdakı əsas istiqamətləri müəyyən edilmişdir: 

−  qitsadi  fəaliyyətin  mərhələlərlə  liberallaşdırılması,  təsərrüfat  təşəbbüskar-

lığının və sahibkarlığın stimullaşdırılması; 

−  Bazar  infrastrukturunun  yaradılması  qeyri-dövlət  birja,  bank,  investisiya, 

sığorta institutları, fond və valyuta bazarının vahid valyutanın konvertləşməsi; 

−  nstitusional  dəyişikliklərin  həyata  keçirilməsi,  xüsusi  korporativ  və  dövlət 

mülkiyyəti  formalarının  inkişafı,  "məsuliyyətli  və  effektiv  təsərrüfatçının" 

yetişdirilməsi; 

−  Daxili  və  xarici  ticarətin  demonopolizasiyası  və  liberalizasiyası,  əmtəə  və 

xidmət bazarlarında rəqabət mühiti yaradılması; 

−  Qiymətlərin,  əmək  haqqı  və  gəlirlərin,  məşğulluğun  liberallaşdırılması 

(əhalinin dövlət sosial-müdafiə sisteminin yaradılmasına uyğun); 

−  qtisadiyyatın struktur yenidən qurulması, hərbi sənayenin konversiyası; 

−  Dövlətin  təsərrüfat  fəaliyyətinin,  kredit-maliyyə  münasibətlərinin,  fond  və 

valyuta  bazarının,  işçi  qüvvəsi  bazarının  tənzimlənməsinin  bazar  mexanizmi  və 

alətlərinin işlənməsi və hərəkətə gətirilməsi. 

Bu ümumi islahatçı məqsədlər tam həcmdə, yeni müstəqil dövlətlər tərəfindən 

qəbul  olunmuşdur.  Fərqlər  islahatların  tempindən,  şok  terapiyası  siyasətinin  hansı 

formada  qəbul  olmasından,  iqtisadiyyatı  idarəetmə  mexanizmlərindən  ibarətdir. 

Lakin  bu  fərqlər  MDB-dəki  bazar  islahatlarına  müxtəlif  qütblü  konfiqurasiya  verdi. 

Artıq  2-3  ildən  sonra  plan  iqtisadiyyatı  tamamilə  dağıdıldı:  sosial-iqtisadi 

dəyişikliklər avtoritar xarakter aldı. 

Birlik ölkələrinin hamısı üçün "suverenləşmənin" sosial-iqtisadi dəyişikliklərin 

nəticəsi maliyyə destabilizasiyası və ən yüksək inflyasiya oldu. 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə