sanitariya-karantin nəzarətinin həyata keçirilməsinin və beynəlxalq avtomobil
daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə «icazə» blanklarının verilməsinin
ardıcıllığını müəyyən edən müvəqqəti Texnoloji sxem» təsdiq edilmişdir. Texnoloji
sxemdə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericilikdə müəyyən
olunmuş qaydada gömrük, baytarlıq, fitosanitar və sanitariya karantin nəzarəti və
beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə « cazə»
blanklarının verilməsi işlərinin bu məsələlər üzrə məsul olan gömrük əməkdaşları
tərəfindən həyata keçirilməsi göstərilmişdir.
Xarici investorlar özəlləşdirmədə iştirak edə bilərlər. Özəlləşdirmədə iştirak
etmək üçün özəlləşdirmə çekləri dövriyyədə olan zaman xarici investorlar
özəlləşdirmə opsionunu əldə etməlidirlər (Özəlləşdirmə opsionu - xarici investorlara
özəlləşdirmə üçün lazım olan özəlləşdirmə çeklərinin alınmasına hüquq verən
qiymətli kağızdır).
Azərbaycanın Mərkəzi Bankı valyuta tənzimlənməsinə dair mübadilə siyasətini
müəyyən etməyə və təlimatları qəbul etməyə müvəkkil olunmuşdur.
Mərkəzi Bankın xüsusi lisenziyası olmadığı halda bütün ödəmələr manatla
həyata keçirilir.
Ə
mtəələrin və xidmətlərin Azərbaycana idxalı ilə bağlı rezidentlər və qeyri-
rezidentlər tərəfindən xaricə göndərilən avanslara dair pul məhdudiyyətləri Mərkəzi
Bank tərəfindən ləğv olunmuşdur. Məhdudiyyətlərin ləğv olunmasına baxmayaraq,
avans ödənişləri veriləndən sonra əmtəələr Azərbaycana 180 gün ərzində
çatdırılmalıdır.
Azərbaycan qanunvericiliyi daşınmaz əmlaka dair aşağıda göstərilən hüquqları
təmin edir: mülkiyyət, icarə, istifadə
Sahibkarlıq konsepsiyası mülkiyyət hüququnu, istifadə və ya gəlir əldə etməni
və torpağın üçüncü tərəfə ötürülməsini nəzərdə tutur. Torpaq mülkiyyətçisi qismində
Azərbaycan Respublikası, bələdiyyələr və Azərbaycanın fiziki və hüquqi şəxsləri ola
bilərlər. Xaricilər (fiziki və hüquqi şəxslər) və vətəndaşlığı olmayan şəxslər torpaq
mülkiyyətçisi ola bilməzlər. Torpağı verilmiş kreditə görə girov, hədiyyə və ya
vərəsəlik kimi hüquqi üsullar nəticəsində alan xaricilər 1 il ərzində mülkiyyət
hüquqlarını 3-cü tərəfə verməlidirlər. Əks halda torpaq dövlətin və ya müvafiq
bələdiyyənin mülkiyyətinə keçəcək. Buna baxmayaraq, xaricilər torpağı
uzunmüddətli icarəyə götürə bilərlər.
qtisadi fəaliyyətin artırılması və sahibkarlığın dinamik inkişafı məqsədilə vergi
sistemində aşağıdakı dəyişikliklər edilib:
- Müəssisə və təşkilatların mənfəətindən vergi tutulmasının proqressiv
sistemindən proporsional sisteminə keçilməsi və bu vergi növü üzrə vergi
dərəcələrinin tədricən 35%-dən 20%-ə endirilməsi, ƏDV-nin dərəcəsinin 28%-dən
18%-dək azaldılması, bir sıra vergilərin ləğv edilməsi, fiziki şəxslərin gəlirlərindən
tutulan vergilərin dərəcələrinin maksimum həddinin 55%-dən 35%-ə endirilməsi.
Azərbaycan qanunvericiliyi Azərbaycana idxal olunan əmtəələrə bir neçə
gömrük rejimi tətbiq edir. Bunlardan xarici investorlar üçün vacib olanları
aşağıdakılardır: tranzit, gömrük saxlanılması, gömrük anbarı, müvəqqəti idxal,
gömrük zonalarına giriş və çıxış.
Azərbaycana idxal olunan əmtəələrdən rüsum tutulur (advalor rüsumu - 0-15% -
ə
dəd və ölçü rüsumuna uyğundur). Aksiz vergisi bəzi növ əmtəələrə tətbiq olunur
(tütün və alkoqol məmulatları). Azərbaycan məqsədli ƏDV prinsipini qəbul edib
(hazırda 18%) ki, bu da hər hansı əmtəənin gömrük dəyərindən tutulur (tətbiq olunan
gömrük rejimindən asılı olaraq, idxal rüsumu və həmçinin aksiz vergisi). Bəzi
kateqoriyalara və əmtəə növlərinə ƏDV tətbiq olunmur və ya 0% dərəcəsi ilə tətbiq
olunur.
xrac (metal ixracından başqa) dövlət rüsumlarından azaddır.
Hasilatın Pay Bölgüsü haqqında Sazişlərdə (HPBS) və boru kəməri layihələri
üzrə sazişlər çərçivəsində fəaliyyət göstərən podratçılar, onların agentləri və
subpodratçılar idxal rüsumunu ödəmədən və məhdudiyyətsiz neft-qaz sənayesi
təyinatlı əmtəələri Azərbaycana idxal və yenidən-ixrac edə bilərlər. HPBS rejimli
idxala 0% ƏDV tətbiq olunur. Eyni zamanda " xrac məqsədli neft-qaz fəaliyyətinə
xüsusi iqtisadi rejimin tətbiqi haqqında" Qanuna əsasən, neft-qaz sahəsində
podratçıların və subpodratçıların ixrac məqsədli fəaliyyətinə 0% dərəcəsi ilə ƏDV
tətbiq olunur.
Qeyri-sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərə dair dövlət reyestri
hüquqi şəxslər və onların təsisçiləri barədə ümumi məlumatı daxil edir. Mülki
Məcəllənin müddəalarına əsasən, hüquqi şəxslərə dair dövlət reyestri açıq elan edilib
və hər bir maraqlanan tərəf qeydiyyat üçün təqdim olunan sənədlərin surətini ala
bilər. Dövlət qeydiyyatı 5 gün ərzində keçirilir."Bir pəncərə" sisteminə görə
kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslər Vergilər Nazirliyində
qeydiyyatdan keçməlidirlər.
2002-ci ilə qədər bir sıra kommersiya fəaliyyəti üçün müxtəlif dövlət
orqanlarından xüsusi lisenziyalar almaq lazım idi. Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 3 sentyabr tarixli Fərmanına əsasən, kommersiya
fəaliyyətinin əksər növləri üçün lisenziyalaşdırma ləğv olunmuşdur. Lisenziyanın
alınması bank işi, sığorta, audit, daşınmalar, qiymətli kağızlar üzrə fəaliyyət və s.
üçün tələb olunur. Lisenziyanın uzadılma müddəti 5 ildir.
Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan
"Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması
sahəsində ən islahatçı ölkə elan edilmişdir. "Doing Business 2010" hesabatında isə
ölkəmiz öz mövqelərini qoruyub saxlamış və "Doing Business 2011" hesabatında
Azərbaycan 183 ölkə arasında 54-cü yeri tutmuşdur. Hesabatda 2006-cı ildən etibarən
5 il ərzində Azərbaycanın biznes mühiti üzrə əhəmiyyətli islahatlar apardığı və biznes
mühitinin təkmilləşdirilməsinə xüsusi diqqət ayırdığı qeyd edilmişdir.
"Qlobal Rəqabətlilik Hesabatın"da Azərbaycan MDB ölkələri arasında 1-ci yer,
makroiqtisadi mühitin stabilliyi altindeksi üzrə 139 ölkə arasında 13-cü yeri
tutmuşdur.
Azərbaycanın MDB ölkələri ilə investisiya əməkdaşlığının potensial
istiqamətləri kimi aşağıdakı sahələri göstərmək olar:
1.
Kimya, metallurgiya və energetika sə nayelə ri:
− nisbətən az enerji və su tutumlu yerli istehlak və ixrac yönümlü polimer
materialların istehsalı;
− yerli istehlak və ixrac yönümlü qara metallurgiya məhsullarının istehsalı;
Dostları ilə paylaş: |