3.
Xarici iqtisadi sferanın dinamik və yüksək effektli artımı təmin edə biləcək
amilə çevirmək.
Rusiya Azərbaycanda neft sənayesində öz mövqeyini saxlamağı davam etdirir.
1994-cü ildə rus konserni "Lukoyl" Xəzər dənizinin Azərbaycan şelfindəki Azəri,
Çıraq, Günəşli yataqlarından neft çıxaran beynəlxalq konsorsiuma daxil oldu. 1995-ci
ildə bu kompaniya digər bir layihədə (100mln-dan çox neft ehtiyatı olan Qarabağ
yatağı) əhəmiyyətli bir mövqe tutur. Burada beynəlxalq konsorsiumda payı 35% idi.
Cə
dvə
l 2.6. dxalda ölkə
qruplarınnı xüsusi çə
kisi, %
Mə
nbə
:
www.azstat.org
Dünya iqtisadiyyatı tendensiyalarının və Azərbaycanın ticarət əlaqələrinin
kompleks tədqiqatlarının aparılması, regionla xüsusiyyətlərin, coğrafi-ölkə prioritet-
lərinin müəyyən olunması və bunun əsasında elmi əsaslandırılmış proqnozların
hazırlanması xarici ticarətin inkişaf strategiyasının müəyyən olunmasında böyük rol
oynayır.
Cə
dvə
l 2.7. xracda ölkə
qruplarınnı xüsusi çə
kisi, %
Dünya bazarından asılılığın güclənməsi şəraitində postsovet dövlətlərinin
təsərrüfat əlaqələrinin yaxın xaricdən uzaq xaric ölkələrə istiqamətlənməsi idxal-ixrac
ə
laqələrinin strukturunda və MDB ölkələrində istehsal sferasında böyük struktur
dəyişikliklərə gətirib çıxarmışdır. Məlum olduğu kimi, hazırda bu ölkələrin ixracında
yanacaq-energetik və mineral-xammal resursları, idxalda isə emaledici sənaye
məhsulları (hazır mallar - hər şeydən əvvəl yüngül və yeyinti sənaye məhsulları)
üstünlük təşkil edir. 1990-2005-ci illər ərzində Birlik ölkələri arasında qarşılıqlı və
birtərəfli asılılıq meylləri yaranmışdır. Bu proses demək olar ki, regional birliklərin
yaranmasına və onların müəyyən dərəcəli müxtəlif siyasi-təşkilati qruplaşmalarına
gətirib çıxarmışdır. Bunlara - 1) Rusiya və Belarusa ttifaqı; 2) AvrAsiya itqisadi
birliyi (Rusiya, Belarusiya, Qazaxıstan, Qırğızıstan və Tacikistan); 3) Mərkəzi Asiya
iqtisadi birliyi (Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan); 4) GUAM
(Gürcüstan, Ukrayna, Özbəkistan, Azərbaycan və Moldova).
Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsindən verilən məlumata
ə
sasən, 2013-cü ildə Azərbaycan Respublikasının MDB dövlətləri ilə ticarət
dövriyyəsinin həcmi 4.062,88 mln. ABŞ dolları, o cümlədən idxalın həcmi 2.553,24
mln. ABŞ dolları, ixracın həcmi isə 1.509,64 mln. ABŞ dolları təşkil etmişdir.
2013-cü ildə MDB dövlətlərinin Azərbaycan Respublikasının xarici ticarət
dövriyyəsindəki payı 11,71 faiz təşkil etmişdir. 2012-ci il ilə müqayisədə, 2013-cü
ildə MDB dövlətləri ilə ticarət dövriyyəsi 11,84 faiz, o cümlədən ixrac 20,58 faiz
artmışdır.
Müstəqil Dövlətlər Birliyi ölkələrinin inteqrasiya potensialının yüksək
olmasına baxmayaraq, blokdaxili əməkdaşlığın inkişafının kifayət qədər problemləri
qalmaqdadır. MDB-nin əhalisi planetin əhalisinin 5%-ni, sənaye potensialı dünya
sənaye potensialının 10%-ni təşkil edir. Dünyanın əsas növ təbii ehtiyatlarına 25 faizi
MDB ölkələri ərazisində yerləşir. Elektrik enerjisi hasilatına görə MDB dünyada
dördüncü yerdə olmaqla, dünya hasilatının 10%-ni təşkil edir. Eyni zamanda, qeyd
olunmalıdır ki, XX əsr ərzində postsovet ölkələri əhəmiyyətli industrial inkişaf yolu
keçmiş, elmi-texniki və intellektual potensial inkişaf etmişdir. MDB ölkələrinin
formalaşan qlobal iqtisadiyyatda mövqelərinin gücləndirilməsi imkanları böyükdür,
bu imkanlardan qarşılıqlı maraqlara uyğun istifadə olunması inteqrasiya
ə
məkdaşlığının ən aktual problemləridir.
2.3. Azə
rbaycanın MDB ölkə
lə
ri ilə
investisiya sahə
sində
ə
mə
kdaş
lığ
ının
mövcud və
ziyyə
ti və
istiqamə
tlə
ri
Azərbaycanın da digər keçid iqtisadiyyatlı ölkələr kimi bir çox problemləri
vardır. Bunlardan biri də investisiya krizisidir və xarici investisiyaların cəlb
olunmasına Azərbaycanda bu vəziyyətdən ən uğurlu çıxış yolu kimi baxılır. Xarici
investisiyaların cəlb olunmasına Azərbaycanda bu vəziyyətdən ən uğurlu çıxış yolu
kimi baxılır. Xarici investisiyaların cəlb olunması üçün isə münbit investisiya
mühitinin olması vacib şərtdir.
Hər bir ölkədə, o cümlədən, Azərbaycanda da investisiya mühitinə aşağıdakı
amillər qrupu təsir göstərir:
1. Sosial-iqtisadi situasiya;
2. qtisadi vəziyyət;
3. Hüquqi təminat.
Azərbaycanda hal-hazırda siyasi vəziyyət qismən sabitdir, lakin 1990-93-cü
illərdə olan hakimiyyət dəyişiklikləri, "Qarabağ" münaqişəsi bu illərdə investisiyanın
dinamikasına öz təsirini göstərir.
Azərbaycanda iqtisadiyyatın bazar səviyyəsi bütün keçmiş sosialist ölkələrində
olduğu kimi çox aşağıdır. Azərbaycn keçid dövrünü yaşayır. Bununla yanaşı, bu
ölkələrdə iqtisadiyyatın açıqlığı aşağı olduğuna görə onlar xarici investisiyalar
haqqında xüsusi, ayrıca qanunlar qəbul etməyə borcludurlar.
Azərbaycanda xarici investisiyaların hüquqi rejimi 4 səviyyədə müəyyənləşir:
a) konstitusion rejim;
b) qanunlar və digər normativ-hüquqi səviyyəsində;
c) ikitərəfli və çoxtərəfli hökumətlərarası razılaşmalar səviyyəsində;
d) beynəlxalq çoxtərəfli müqavilələr səviyyəsində.
Azərbaycanda xarici investisiyalar haqqında əsas qanunlar "Azərbaycan
Respublikasının Konstitusiyası" və 1992-ci ildə qəbul olunmuş "Xarici investi-
siyaların qorunması haqqında" qanundur.