Bununla əlaqədar D K-in əsas məsələləri içində, MDB ölkələrinin
təsərürfatının investisiyasının stimullaşdırılması, investisiya sferasında proqram və
layihələrin inkişafı və təkmilləşdirilməsinin araşdırılması və koordinasiyası, vahid
investisiya məkanının formalaşması durur.
Ancaq göstərilən məsələlər o halda həyata keçə bilər ki, əgər MDB həqiqətən,
qarşılıqlı əlaqələrin ümumdünya prinsiplərinə əsaslanmış, mükəmməl inteqrasiya
birliyi olacaq. Ancaq son illər dezineteqrasiya xarakterli əks proseslər müşahidə
olunur.
MDB-nin qeyri-effektiv labüd şəraitində əsas əhəmiyyəti, ikitərəfli əsasda
investisiya əməkdaşlığı kəsb edir.
Yaranan investisiya əməkdaşlığının imkanlarını Azərbaycan birlikdə istifadə
etməlidir, çünki MDB-nin investisiya məkanının bütün mürəkkəbliklərinə və
çətinliklərinə baxmayaraq bundan həm ölkənin milli iqtisadiyyatı, həm də dünya
birliyində qazanacaqlar. MDB-yə keçmiş SSR -nin özünün izolyasiya təcrübəsini
təkrar etmək lazım deyil, dünyada və Avroasiya regionunda baş verən prosesləri
nəzərə almaqla MDB-nin əsas postulatı açıqlıq prinsipi olmalıdır, o özünü qlobal
avropa və asiya proseslərinə qarşı qoymalı deyil.
nvestisiya əməkdaşlığının yoluna qoyulmasında əsas diqqəti praktiki olaraq
kapitalın çıxarılmasının, texniki kömək və s. növündə olan, formalaşan hissəsi
investisiyanın yeni formalarına yönəltmək lazımdır. Belə formalara qarışıq
səhmdarlıq, texniki köməyin "qulluq", "açar altında" və s. formalı müqavilələrin
bağlanması aiddir.
Xarici kapital son hesabda milli iqtisadiyyatın və onun elmi-texniki
səviyyəsinin inkişafına kömək etsə də, "investisiyanın yeni formalarının" tətbiq
edilməsində qəbul edən tərəf ehtiyatla və ölçülərək həyata keçirilməlidir, çünki o
arzuolunmaz nəticələrə gətirib çıxara bilər.
Xarici investorlar tərəfindən müqavilə formalarının istifadə edilməsi, güzəştli
şə
raitdə gəlirlərin alınmasında cəlbedici perspektivlər açır, obyektə nəzarət etmək və
eyni zamanda riski azaltmağa imkan verir. Azərbaycanda keçid iqtisadiyyatı olan
başqa ölkələr kimi, iqtisadiyyatın effektivliyini artırmaq üçün müqavilə əlaqələri
hesabına qabaqcıl texnologiyalara yol açır. Ancaq azad bazar rəqabəti şəraitində
xarici investorlar son elmi-texniki nailiyyətləri deyil, inkişaf etmiş və yeni müstəqil
ölkələr arasında mövcud olan qırılma qorunsun və həmçinin artsın deyə artıq "istifadə
olunmuş" texnologiyaları ötürməyə üstünlük verirlər.
nvestisiya əməkdaşlığında Azərbaycan qarşısında böyük potensial imkanlar
lizinq adlanan proqressiv formanın istifadəsi ilə açılır. Axırıncı onillikdə investisiya
fəaliyyətində əsas mexanizmlərindən biri olan bu forma inkişaf etmiş ölkələrdə daha
geniş yayılma alıb.
Dünya təcrübəsində investisiyanın yeni formalarının bütün çoxluğunda
öyrənilməsi nə qədər mürəkkəb və təzadlı olsa da, Azərbaycan iqtisadiyyatının dünya
təsərürfatına (iqtisadi, texnoloji, idarəçilik sferasında, təchizatın qulluğu və s.)
inteqrasiya prosesini gücləndirmək lazımdır. Son zamanlar investisiyanın qarşılıqlı
ə
laqəsi və xarici ticarət sualı da aktuallaşıb. ndiyə kimi xarici ticarət və xarici
investisiya siyasəti izolə edilərək aydınlaşdırıldı, bu hər birinin hədəfinin qarşılıqlı
təzadına gətirib çıxarırdı və onların reallaşmasının effektivliyini azaldırdı. qtisadi
inkişafa xarici investisiyanın və xarici ticarətin qoyuluşunu maksimumlaşdırmaq
üçün onların sinerciliyinə çatmaq lazımdır, yəni vahid kimi, ancaq qarşılıqlı asılı tam
kimi istifadə etmək lazımdır. Qeyd etmək lazımdır ki, xarici investisiyaların və xarici
ticarətin qarşılıqlı əlaqəsi ən çoxu iqtisadiyyatın bu və ya digər sektorunun
spesifikasından asılıdır. Xammal sektorunda dünya praktikasında olduğu kimi,
bilavasitə xarici investisiyalar xarici ticarət selinə ixracı və müvafiq olaraq baza
ölkələrinin TMK-da (ABŞ, Avropa ölkələri, Türkiyə və s.) idxal artır.
Bir qayda olaraq bununla yanaşı xammal emalı məhsullarının tədarük
sferasının genişlənməsi və bu xammaldan alınan son məhsullar hesabına xalis ixrac
artır və faydalı qazıntı mənbələrinin işlənməsi üçün avadanlıq və texnologiya idxalı
genişlənir. Son illərdə Azərbaycan belə yanaşmanın bir tərəfliliyini dəf etmək və
hazır məhsul ixracını genişləndirmək istəyir. Bu səbəbdən ölkəmiz özünün hazır
məhsulunun ixracını stimullaşdırmaq məqsədilə TMK-in sərəncamında olan aparıcı
texnologiyalar, işçi qüvvəsi resursları və satış şəbəkəsinə qoşulmaqla fayda görür.
Ölkə iqtisadiyyatına investisiyaların cəlb olunması məqsədilə hökumət
tərəfindən "açıq qapı" siyasəti həyata keçirilir. Hazırda Azərbaycan Hökuməti ölkədə
iqtisadi islahatların davam etdirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması,
neft sektoru ilə bərabər, qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı tədbirlər
həyata keçirir.
nvestorların hüquq və mənafelərinin qorunması, mülkiyyətin toxunulmazlığı,
yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılması " nvestisiya fəaliyyəti
haqqında", "Xarici investisiyaların qorunması haqqında" Azərbaycan Respublikasının
qanunları və bir sıra normativ sənədlərlə tənzimlənir.
Ölkədə
sahibkarlığın
inkişafının
sürətləndirilməsi,
biznes
mühitinin
ə
lverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının
sadələşdirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə Azərbaycan
Respublikasının Prezidenti "Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin "bir
pəncərə" prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında" 2007-ci il 25
oktyabr tarixli Sərəncam imzalamışdır. Sərəncama əsasən, "bir pəncərə" prinsipi üzrə
vahid dövlət qeydiyyat orqanı Azərbaycan Respublikasının Vergilər Nazirliyi
müəyyən edilmiş və 2008-ci ilin 1 yanvar tarixindən Azərbaycanda bu sistemin
tətbiqinə başlanmışdır. "Bir pəncərə" sisteminin tətbiqindən sonra Azərbaycanda
biznesə başlama proseduraları 15-dən 1-ə və bunun üçün sərf olunan vaxt 30 gündən
3 günə endirilmişdir.
«Azərbaycan Respublikası dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən
malların və nəqliyyat vasitələrinin yoxlanılmasında «bir pəncərə» prinsipinin tətbiqi
haqqında» Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2008-ci il tarixli, 12
nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin
sədrinin 22 dekabr 2009-cu il tarixli 136 saylı əmri ilə Azərbaycan Respublikasına
gətirilən mallar üzərində dövlət sərhədinin buraxılış məntəqələrindəki nəzarət
orqanlarında müvafiq nəzarətin həyata keçirilməsi məqsədi ilə qanunvericilikdə
müəyyən olunmuş qaydada sənədlər gömrük orqanına təqdim olunur. Bununla
ə
laqədar, «Dövlət sərhədinin buraxılış məntəqələrində «bir pəncərə» prinsipinin
tətbiqi ilə bağlı mal və nəqliyyat vasitələri üzərində gömrük, baytarlıq, fitosanitar və
Dostları ilə paylaş: |