İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
62
.
(konkret tədbir və ya pul ödənci)
4.31. Təhsil almaqla əlaqədar ödənişli məzuniyyətlər Əmək Məcəlləsində nəzərdə tutulan
müddətə verilir və işəgötürən bununla yanaşı, işçinin təhsilini artırmaq üçün zəruri
tədbirləri görməyi öhdəsinə götürür.
4.32. Ödənişsiz məzuniyyətdən Əmək Məcəlləsi ilə müəyyən edilmiş hallarda, habelə
işəgötürənlə razılıq əsasında istifadə edilir.
Tərəflərin müəyyən etdiyi, habelə kollektiv müqavilədə (sazişdə) nəzərdə tutulan digər əlavə şərtlər:
4.33.______________________________________________________________________
4.34.______________________________________________________________________
4.35.______________________________________________________________________
(bütün əlavə şərtlər təfsilatı ilə sadalanmalıdır)
§ 5. Birinin digərinə vurduğu ziyana görə
tərəflərin qarşılıqlı maddi məsuliyyəti
5.1.
Bu əmək müqaviləsinin tərəflərindən biri digərinin əmlakına, səhhətinə, maddi, istehsal,
kommersiya maraqlarına, qanunla qorunan mənafelərinə ziyan vurarsa, digər tərəf qarşısında
qanunvericiliklə müəyyən olunmuş qaydada maddi və mənəvi məsuliyyət daşıyır.
5.2.
Tərəflər istehsal və icra riski istisna olmaqla biri digərinə ziyan vurarsa, dəyən zərəri
könüllü şəkildə digər tərəfə ödəməyi öhdəsinə götürürlər. Əgər bir tərəf digər tərəfin
hüquqlarını pozaraq qarşılıqlı şəkildə dəyən zərərin ödənilməsi razılığına gəlməzsə, ziyan
dəyən tərəf məhkəmə qaydasında ziyanın ödənilməsini təmin etmək hüququna malikdir.
5.3. Tərəflər məhkəməyə müraciət etmədən ziyan vurmadan əmələ gələn öhdəliklərinin özləri
tərəfindən həllinə üstünlük verirlər.
§ 6. Sosial müdafiə məsələləri
6.1. İşçinin məcburi dövlət sosial sığortası üçün qanunvericiliklə müəyyən olunmuş qaydada
hər ay .............. məbləğində sığorta haqqı ödənilir və işəgötürən tərəfindən o, ...........
məbləğində əlavə sığorta edilir;
6.2.
Mövcud qanunvericiliklə müəyyən edilmiş hallarda, şərtlərlə və qaydada işçinin
pensiya təminatı, sosial müdafiə olunması, güzəşt və imtiyazları təmin edilir;
6.3. İşçiyə əmək qabiliyyətinin müvəqqəti itirilməsi ilə əlaqədar qanunvericiliklə müəyyən
olunmuş qaydada və məbləğdə sosial sığorta hesabına müavinət verilir.
§ 7. Mülkiyyət münasibətlərinin tənzimlənməsi
7.1. İşçi iş vaxtı ərzidə həm onun bilavasitə istifadəsinə verilən, həm də başqa istehsal
vasitələrinin – maşın, mexanizm, avadanlıq, cihaz və alətlərin, qurğu, habelə işəgötürənin
mülkiyyətində olan digər əmlakın qorunmasına cavabdehdir;
7.2. İşçinin müəssisənin mülkiyyətində __________ qədər payı var və işəgötürənlə mülkiyyət
münasibətləri həmin paya mütanasib olaraq qanunvericiliklə müəyyən edilən qaydada
tənzimlənir;
7.3. İşçi müəssisənin mülkiyyətindəki payına görə nizamnamə ilə müəyyən edilən _______
məbləğində divident almaq hüququna malikdir;
7.4. İşçi əmək funksiysının icrası zamanı özünün aşağıdakı şəxsi əmlakından istifadə edir:
a) ____________________________________________________________________ ;
b) __________________________________________________________________;
İNSAN RESURSLARINA DAİR TƏLİMAT
İCRAÇI KREDİT AGENTLİYİ
Səhifə:
63
.
7.5. İşəgötürən işçinin kommersiya və istehsal sirrinin qorunmasına cavbdehdir və bu Əmək
müqaviləsində nəzərdə tutulan məsuliyyət daşıyır.
§ 8. Əmək müqaviləsinə dəyişikliklər və
əlavələr edilməsi barədə məlumatlar
8.1.
Bu Əmək müqaviləsinə birtərəfli qaydada aparılmış dəyişikliklərin, əlavələrin,
düzəlişlərin hüquqi qüvvəsi yoxdur.
8.2.
Bu Əmək müqaviləsinə aşağıdakı dəyişikliklər, əlavələr edilmişdir:
a);
b);
c)... (bütün dəyişikliklər və əlavələr təfsilatı ilə sadalanmışdır).
8.3.Tərəfimizdən razılaşdırılmış dəyişikliklər və əlavələr (______ gündən gec olmayaraq) qüvvəyə minir
və bu Əmək müqaviləsinin tərkib hissəsini təşkil edir.
İmzalar:
_________________İşəgötürən
________________İşçi
§9. Əmək müqaviləsinə xitam verilməsi
9.1.
Bu Əmək müqaviləsi Əmək Məcəlləsinin 68,69,70,73,74 və 75-ci maddələrində nəzərdə
tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə
bilər;
9.2.İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan
hallarda xəbərdar edilir;
9.3.
İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən bir təqvim ayı
qabaqcadan xəbərdar edilməlidir;
9.4.
İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla
işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol
verilmir;
9.5.
Əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərin müəyyən etdiyi hallar:
_____________________________________________________________________________
§10. Yekun qaydalar
10.1
Bu Əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində tərəflər yaranan əmək
mübahisələrinin həllinə qarşılıqlı anlaşma və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan
nail olacaqlar. Tərəflər əmək mübahisələrinin həlli haqqında razılığa gəlmədikdə mübahisənin
məhkəmə qaydasında araşdırılması hüququndan istifadə edəcəklər.
10.2. Bu Əmək müqaviləsi iki nüsxədə tərtib edilib, onlardan biri işçidə, digəri isə
işəgötürəndə saxlanılır.
10.3. Tərəflər bu Əmək müqaviləsi üzrə öhdəliklərinin icrasını üçüncü şəxslərə həvalə edə
bilməzlər.
10.4. Tərəflər bu Əmək müqaviləsi ilə nəzərdə tutulmamış, habelə bilavasitə Əmək Məcəlləsi
ilə müəyyən edilən hallar istisna olunmaqla üçüncü şəxslər qarşısında biri digərinin öhdəliklərinə
görə cavabdehlik daşımırlar.