Microsoft Word H?simzade Seyid Zeyn?b doc docx



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə14/25
tarix08.10.2017
ölçüsü0,61 Mb.
#3667
1   ...   10   11   12   13   14   15   16   17   ...   25

Digər  tərəfdən  müasir  təsəvvürlərə  görə  sənaye  tezlikli  maqnit  sahəsi bu 

ş

üalanmaya  məruz  qalan  əhali  üçün  o  zaman  təhlükəli  olur  ki.maqnit 



induksiyasının səviyyəsi 0,2mkTl-dan böyük və təsiri uzunmüddətli olsun. 

Sənaye tezlikli elektrik sahəsinin qiyməti E=6-8 kV/m olduqda yönəlmiş 

istiqamətə malik ,qiyməti 90-120mKA olan cərəyan yaradır. Bu cərəyan torpağa 

keçməyə  cəhd  göstərir  ki,  bunun  da  nəticəsində  yer  ilə  insan  bədəni  arasında 

potensiallar  fərqi  yaranır.  Əgər  insan  torpaqdan  izole  olunubsa,torpaqlanmış 

məftilə  toxunduqda  öz  elektrik  cərəyanının  boşalmasını  hiss  edəcək.  Bioloji 

nöqteyi-nəzərindən  bədəndən  keçən  elektrik  cərayanının  qiyməti  500  mkA-ə 

yaxın olduqda insan bunu hiss edir [ 11]. 

Müəyyən  olunmuşdur  ki,  elektrik  ötürücü  xəttlərindən  yaranan 

istiqamətlənmiş  cərəyanın  qiyməti  məişət  cihazlarından  istifadədə  yaranan 

cərəyana  ekvivalentdir.Sənaye  tezlikli  elektrik  və  maqnit sahələri bütün bioloji 

obyektlərə ( hansılar ki, şüalanma zonasına düşürlər) təsir göstərir. 

Məsələn, elektrik ötürücü xəttlərin təsiri zonasına düşən böcəklərin həyat 

tərzində  dəyişikliklər  yaradır  :  məsələn,  balıqların  aqressivliyi  artır, 

narahatlıqlarını  biruzə  verirlər,onların  iş  qabiliyyəti  və  məhsuldarlığı  aşağı 

düşür, onların hərəkət istiqaməti əsasən sahənin azalması istqamətində olur. 

Bitkilərdə  bu  təsir  onların  formalarının,  güllərinin  ölçülərinin 

dəyişməsində və əlavə yarpaqların əmələ gəlməsində özünü göstərir. 

Sağlam insanlar bu şüalanmanın təsirinə uzun müddət məruz qaldıqda hiss 

etdiyi halda hipertonik və allergiya ilə xəstələnən adamlar qısa müddətli  (hətta 

bir dəqiqədə) şüalanmaları belə hiss edirlər. 

nsan bədənindən keçən elektrik cərəyanı sənaye tezlikli maqnit sahəsinin 

təsiri  səbəbindən  müxtəlif    bioloji  effektlər  yaradır.  Bunlardan  sümüklərin 

böyüməsinin stimullaşması, əsəb hüceyrələrinin regenerasiyası və hüceyrələrdə 




gedən  biokimyəvi  proseslərin  dəyişməsidir.  Aşağıdakı  cədvəldə  induksiya 

olunmuş  cərəyanın  təsirindən  ehtimal  olunan  bioloji  effektlərin  təsnifatə 

verilmişdir. 

Bu  məlumatlar  4  saat  sənaye  tezlikli  şüalanmaya  məruz  qalmış  insanlar 

üzərində  eksperimentlərdən  alınmışdır.  Müəyyən  olunmuşdur  ki,  cərəyanın 

qiyməti  100mA/m

2

-dən  çox  149-150mTl  olduqda  sağlamlığa  mənfi  təsir 



göstərir. 

Maqnit  sahəsinin  (MS)  təsirinin  yaxşı  öyrənilmiş  effektlərindən  biri 

maqnitosfen  adlanır.  Bu  effekt sənaye  tezlikli  MS qiyməti  10-20mTl  olduqdaa 

müşahidə olunur. Şüalanma təsiri kəsildikdə bu effekt yox olur [ 16]. 



Cədvəl 10  . 

Cərəyanın təsirindən sənaye tezlikli maqnit sahəsinin 

ehtimal olunan bioloji effektləri. 

Maqnit sahəsinin 

sıxlığı,mTl 

nduksiya cərəyanın 

sıxlığı, A/m 

Proqnozlaşdıran effektlər 

0,5-5 

1-10 


Minimal bioloji effektlər 

5-50 


10-100 

Görmə və əsəbsistemində 

baş verən mənfi effektlər 

50-500 


100-1000 

Sağlamlıq  üçün  təhlükə 

mövcuddur.  Həyəcanlan- 

mış  hüceyrələrin  stimul- 

yasiyası baş verir. 

>500 


>1000 

Sağlamlığın 

kəskin 

pozulması.Ürək  çatışma- 



mazlığı. 

MS  görmə  potensialını  da  aşağı  salır.  Bu  effekt  şüalanma  kəsildikdən 

sonra 40 dəqiqə müddətində də davam edir.  



Qeyd  etmək  lazımdır  ki,  Yerin  elektrik  və  maqnit  sahələri  də  insan 

orqanizminə  bu  və  ya  digər  dərəcədə  təsir  göstərir.  Məlum  olduğu  kimi,  Yer 

səthində  elektrik  sahə  gərginliyinin  qiyməti  təqribən  130  V/m  təşkil  edir.  Bu 

qiymət  Yer  səthindən  uzaqlaşdıqca  eksponensial  qanunla  azalır.Bu  qiymət  il 

ə

rzində dəyişir, onun maksimal qiyməti(150-250 V/m) yanvar-fevralda, minimal 



qiyməti isə iyun-iyul aylarında (100-120 V/m) qeydə alınır. 

Yerin  maqnit  sahəsinin  gərginliyi  iki  parametrlə  xarakterizə  olunur. 

Ekvatorun yaxınlığında maksimal olan sahənin üfiqi tərtibedicisidir (20-30A/m). 

Bu qiymət qütblərə yaxınlaşdıqca azalıb 1 A/m-ə kimi düşür. 

MS  şaquli  tərtibedicisinin  maksimal  qiyməti  qütblərdə  50-60A/m  təşkil 

edir.  Ekvatora  yaxınlaşdıqca  bu  qiymət  olduqca  azaldığından  nəzərə  alınmaya 

bilər. 

Yer  kürəsində  elə  oblastlar  mövcuddur  ki,  bu  ərazilərdə  şaquli 



tərtibedicisinin qiyməti daha böyük olur. Buna “müsbət anomaliya” deyilir. Elə 

oblastlar da var ki, orada bu parametrin qiyməti orta qiymətdən aşağı olur. Buna 

“mənfi anomaliya” deyilir [ 16 ]. 

Qeyd  etmək  lazımdır  ki,  Yerin  elektrik  və  maqnit  sahəsi  milyon  illər 

ə

rzində mövcud olduğundan, Yer kürəsində yaşayan bütün canlı orqanizmlər, o 



cümlədən insanlarda bu şüalanmaya qarşı adaptasiya yaranmışdır. Buna görə də 

canlı  aləm  üçün  əsas  təhlükə  mənbəyi  süni  yaradılmış  elektrik  və  maqnit 

ş

üalanma 


mənbələridir.Bu 

mənbələrin 

təsirini 

qiymətləndirmək 

və 

məhdudlaşdırmaq üçün şüalanmanın normallaşdırılması aparılır. 



Son illər şəhərlərdə demək olar ki, bütün tezlik diapazonlarında (hətta bir 

neçə on qiqahersə kimi) işləyən EMŞ sayı kəskin artmışdır. 

Məsələn,  Moskvadakı  Ostankino  teleqülləsinin  yaxınlığındakı  yaşayış 

binalarında şüalanmanın səviyyəsi buraxıla bilən həddən 4 dəfə artıqdır. 




Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə