Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
156
fotoşəkillər, dəhlizləri və sinif otaqlarını bəzəyən gül-çiçək dibçəkləri, göz
oxşayan səliqə-sahman diqqəti cəlb edir.
Mehriban xanım məktəbin bayramsayağı bəzədilmiş salonunda uşaqların
Novruz bayramı münasibətilə hazırladığı musiqili-əyləncəli kompozisiyaya
tamaşa etdi, onların sevincinə qoşularaq uşaqlarla birlikdə rəqs etdi. Uşaqların
məharətlə ifa etdiyi yumoristik səhnələr, oynaq, şux rəqslər hörmətli qonağa,
valideynlərə xoş ovqat bəxş etdi.
Mehriban Əliyeva məktəbin kompyuter otağına da baxdı. Burada uşaqlar
kompyuterlərdə sərbəst işləyirdilər. Onlar Mehriban xanımın suallarını, verdiyi
tapşırıqları bacarıqla yerinə yetirdilər.
Uşaqların əmək təlimi dərsində əldə etdiyi uğurlar emalatxanada nümayiş
etdirilən əl işlərində özünü göstərirdi.
Yardımçı məktəbin yeməkxanasında açılmış bayram süfrəsi də uşaqların
ürəyincə oldu. Şəkərbura, paxlava, meyvə-tərəvəz, şərbətlər düzülmüş bol süfrə
arxasında uşaqlarla birlikdə əyləşən Mehriban xanımdan qızı Arzu və Leylanı
soruşdular, ötən dəfə onlarla birlikdə rəqs etdiklərini, birgə şəkil çəkdirdiklərini
xatırlatdılar, hətta onların harada və hansı uşaqlarla yanaşı oturduqlarını da yada
saldılar. Mehriban xanım uşaqların bu diqqət və yaddaşından mütəəssir oldu,
növbəti görüşlərində mütləq onları da gətirəcəyini bildirdi. Buraya toplaşan
valideynlər bu qayğıkeşliyinə görə Mehriban xanıma minnətdarlıq etdilər, onun
artıq bu uşaqların sevimlisinə çevrildiyini vurğuladılar.
Valideyn Nisə Abbasova Fondun Prezidentinə müraciətlə dedi ki, qızı
Sevda hər dəfə Sizi televizorda görəndə "Mehriban xala, Mehriban xala"
deyərək hamını Sizə baxmağa, söhbətinizi dinləməyə çağırır, onu öpdüyünüzü
yada salır.
Mehriban xanım Heydər Əliyev Fondunun əqli və fıziki cəhətdən zəif
inkişaf etmiş, xüsusi qayğıya ehtiyacı olan uşaqların problemlərinin həllinə,
onların valideynlərinin, doğma və əzizlərinin mənəvi ağrılarına şərik olmağı
özünün borcu hesab etdiyini, bunun üçün mümkün olan tədbirləri görməyə
çalışdığını bildirdi.
Mehriban xanım uşaqlarla birlikdə xatirə şəkilləri çəkdirdi.
Əziz qonağı səmimiyyətlə yola salan uşaqların əhval-ruhiyyəsindən bu
görüşün də onların qəlbində şirin xatirəyə çevriləcəyi hiss olunurdu.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
157
Nərimanov rayonundakı kor və zəif görən uşaqlar üçün respublika internat
məktəbinin qarşısında Mehriban xanıma gül-çiçək dəstəsi təqdim edən uşaqlar
bu məktəbin əsaslı şəkildə təmirinə, yenidən qurulmasına, təzə avadanlıqla
təmin olunmasına göstərdiyi qayğıya görə minnətdarlıqlarını bildirdilər, indi
burada onların rahatlığı üçün hər cür şərait yaradıldığını söylədilər.
"Heydər Əliyev Fondunun təşəbbüsü ilə yenidən qurulmuşdur", "Xüsusi
qayğıya ehtiyacı olan uşaqlar tək deyil" sözləri yazılmış lövhələrin də asıldığı
foyedə bu təhsil ocağının bərpadan əvvəlki acınacaqlı görkəmini və hazırkı
vəziyyətini əks etdirən stend, ulu öndər Heydər Əliyevin uşaqlara diqqət və
qayğısından bəhs edən, habelə Fondun prezidenti Mehriban xanımın bu təhsil
ocağında keçirdiyi görüşlərə dair fotoguşələr yaradılmışdır.
Direktor məlumat verdi ki, 61 ildir fəaliyyət göstərən məktəbdə hazırda 300
uşaq təlim-tərbiyə alır. Onların yarısı tamamilə görmür, 27-si 1-ci qrup əlildir.
Burada 100 müəllim və tərbiyəçi çalışır, onların da əksəriyyətinin görmə
qabiliyyəti zəifdir.
Mehriban xanımın bu məktəbə ilk gəlişindən sonra Heydər Əliyev
Fondunun həyata keçirdiyi "Uşaq evləri və internat məktəblərinin inkişafı
proqramı" çərçivəsində 2005-ci ilin sonunda məktəbin əsaslı təmiri və yenidən
qurulmasına başlanmışdır. İşlər qısa vaxtda keyfiyyətlə başa çatdırılmış, daimi
istilik sistemi quraşdırılmış, yeməkxana, idman kompleksi də tikilmişdir.
Uşaqların bədii-estetik zövqlərinin formalaşması, asudə vaxtlarının təşkili üçün
nümunəvi şərait var. Məktəbin həyətində geniş abadlıq işləri görülmüş,
yaşıllıqlar salınmış, istirahət guşələri yaradılmışdır. Uşaqlar açıq havada
gəzməyi, burada istirahət etməyi, idman oyunları ilə məşğul olmağı çox sevirlər.
Məktəb təzə avadanlıqla tam komplektləşdirilmiş, uşaqların müayinə,
müalicəsinə kömək məqsədilə müasir avadanlıqla təchiz olunmuş tibb
kabinetləri təşkil edilmişdir.
12 illik təhsil proqramından sonra attestat alan məzunlar test imtahanları ilə
ali məktəblərə daxil ola bilirlər. Ötən il 14 nəfər məzundan 4-ü ali, 2-si isə orta
ixtisas məktəblərinə daxil olmuşdur. Məzunlar arasından xeyli istedadlı adamlar
çıxmışdır. Onlardan biri də bəstəkar İsrail Kərimov idi.
Sinif, yataq otaqları, fənn kabinetləri ilə ətraflı tanış olan Mehriban xanım
proqram və dərsliklərlə təminat, kadrların ixtisas hazırlığı ilə maraqlandı.
Humanizm və xeyirxahlıq missiyası
___________________________________________
158
Uşaqlar Azərbaycanın birinci xanımını Novruz bayramı münasibətilə
xüsusi olaraq bəzədilmiş yeməkxanada təşkil edilmiş şənliyə dəvət etdilər.
Süfrədə müxtəlif yeməklər, səməni, bol şirniyyat, meyvə-tərəvəz vardı.
Məktəbin şagirdi Əsgər Əliyevin ifa etdiyi şən, oynaq mahnı və Kosa, Keçəl,
Bahar qızın göstərdiyi səhnəciklər, şən, şux zarafatlar, rəqslər uşaqlarda hədsiz
sevinc doğurdu. Mehriban xanım uşaqlarla birlikdə süfrə arxasında bayram
plovundan daddı, yumurta döyüşdürdü, buraya tez-tez gələcəyini bildirdi.
Şagirdlərdən Zeynəb Nəcəfova, Ləman Abdullayeva, Leyla Mərdanlı,
Hüseyn Əliyev Fondun prezidenti Mehriban xanım Əliyevanın məktəblilərin
sevimlisi olduğunu bildirərək ona, Azərbaycan Prezidenti İlham Əliyevə və ailə
üzvlərinə ən xoş Novruz arzularını çatdırdılar.
Mehriban Əliyeva Fondun BMT-nin İnkişaf Proqramı ilə birgə həyata
keçirilən "Kor və görmə qabiliyyəti zəif olan insanların informasiya-
kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" layihəsi
çərçivəsində bu məktəbdə görülmüş işlərlə də tanış oldu.
Respublikamızda kor və ya görmə qabiliyyəti zəif olan şəxslərin sayı
təxminən 40 min nəfərdir. Fond onlara informasiya toplamaq və məşğulluğunu
artırmaq üçün əlavə imkanlar yaratmaq mexanizmi kimi, İKT-dən istifadənin
təşkilini zəruri saymış, BMT-nin İnkişaf Proqramı ilə birgə Milli Strategiya
hazırlamışdır.
Məktəbin kompyuter mütəxəssisləri bildirdilər ki, geniş zal elektron
kitabxana üçün uyğunlaşdırılmış, Almaniya istehsalı olan 2 kompyuter dəsti
alınıb quraşdırılmışdır. Bu kompyuterlər xüsusi olaraq kor və görmə qabiliyyəti
zəif uşaqlar üçün hazırlanmış ən son model texnologiyadır. Uşaqlar üçün Model
İKT sinifləri yaradılmış, proqram təminatı lokallaşdırılmış, internetə çıxışın
təmin olunması və tədris-təlim proqramlarının hazırlanması, audio studiya və
kitabxananın fəaliyyəti təmin edilmişdir.
Texnologiyanın işləmə mexanizmi əyani şəkildə göstərildi. Bildirildi ki,
Brayl əlifbası ilə Azərbaycan, rus və ingilis dillərində olan istənilən kitabı
kompyuterin yaddaşına köçürüb oxumaq, səsləndirib dinləmək mümkündür.
Musiqiyə qulaq asmaq, internetə girmək, məktublaşmaq, 100 min səhifəlik
materialı yaddaşda saxlamaq, surətini çıxarmaq, SMS göndərmək, o cümlədən
mobil telefonlara da mesaj göndərmək olur. Burada dərsliklər əldə edilib çap
Dostları ilə paylaş: |