Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

73 
 
Bazar iqtisadiyyatı şəraitində makroiqtisadi sabitləşmə əsasında davamlı iqtisadi 
artıma  nail  olunması,  maliyyə  resurslarının  səmərəli  bölgüsünü,  sosial  sahədə 
müxtəlif  əhali  təbəqələrinin  gəlirlərindəki  kəskin  qeyri-bərabərliyinin  aradan 
qaldırılmasını tələb edir. 
Ümumiyyətlə,  iqtisadi  artım  dedikdə,  müəyyən  dövrdə  ictimai  məhsulun 
kəmiyyət  və  keyfiyyətcə  təkmilləşdirilməsi  nəzərdə  tutulur.  Lakin  iqtisadi  artım 
qeyri-effektiv  yollarla  əldə  oluna  bilər.  Belə  ki,  istehsalın  artımına  təbii  resursların 
keyfiyyətinin  azaldılması,  onların  qeyri-səmərəli  istifadəsi,  ərtaf  mühitin 
çirkləndirilməsi, həyat səviyyəsinin aşağı salınması yolu ilə də nail olmaq olar. Lakin 
bu artım dayanıqsız və ümumiyyətlə arzuolunmayandır. Buna görə də iqtisadi artım o 
halda məna kəsb edir ki, o, sosial stabillik və sosial səmərə ilə uyğunlaşır. Bu zaman 
iqtisadi  artım  istehsalın  genişlənməsinə,  istehsal  xərclərinin  azalmasına,  həyat 
səviyyəsinin yüksəldilməsinə, təlabatların tam ödənilməsinə, işsizlik və yoxsulluğun 
azaldılmasına,  təhsil  və  səhiyyənin  yüksəldilməsinə  və  bu  kimi  nailiyyətlərin  əldə 
edilməsinə səbəb olur. Belə iqtisadiyyat effektiv iqtisadiyyat hesab olunur. 
qtisadi  artım  sürəti  özlüyündə  kifayət  dərəcədə  mürəkkəb  anlayışdır  və  fərqli 
göstəricilər  toplusu  ilə  ölçülə  bilər.  Onlar  arasında  ən  universalı  ÜDM-un  artım 
tempidir  [22,  səh.  222].  qtisadi  artım  dedikdə,  ictimai  məhsulun  və  istehsal 
amillərinin  kəmiyyətcə  artımı,  keyfiyyətcə  təkmiləşməsi  baş  düşülür.  qtisadi  artım 
iki üsulla hesablanır: 
1)  Müəyyən  müddətdə  ümumi  milli  məhsulun  (ÜMM)  və  ya  ümumi  daxili 
məhsulun (ÜDM) artımı kimi 
2)    Müəyyən  müddətdə  ÜDM-in  və  ya  ÜMM-un  adambaşına  düşən  həcminə 
görə  müəyyən  olunur.  Hər  iki  üsul  işlənə  bilər.  Məsələn,  əgər  diqqət  mərkəzində 
hərbi-siyasi  potensial  problemidirsə  onda  birinci  üsul  seçilir.  Əksinə  müxtəlif 
ölkələrin və regionların əhalisinin həyat səviyyəsi müqayisə olunursa ikinci üsul daha 
münasibdir.  Məsələn,  Azərbaycanın  ÜDM-nun  artım  sürəti  bir  çox  inkişaf  etmiş 
ölkələrin  iqtisadi  artım  sürətindən  yüksək  olsa  da  həyat  səviyyəmiz  onlardan 
dəfələrcə geri qalır. 


74 
 
Adətən bu üsullardan hər hansı birindən istifadə edərək iqtisadi artım illik artım 
templəri  ilə  faizlə  ölçülür.  Məsələn,  əgər  ötən  ildə  ÜDM  100  mlrd  dollar,  cari  ildə 
110 mlrd dollar olubsa onda artım tempi : ( 110-100 ) : 100= 10 % 
qtisadi  artımın  əhəmiyyəti  bir  sıra  amillərlə  izah  olunur.  Adambaşına  düşən 
ictimai  məhsulun  artması  həyat  səviyyəsinin  artımı  deməkdir.  nkişaf  edən 
iqtisadiyyat  yeni  təlabatları  optimal  şəkildə  ödəməyə,  ölkə  daxilində  eləcədə 
beynəlxalq  səviyyədə  sosial-  iqtisadi  problemləri  həll  etməyə,  eləcə  də  yeni 
proqramların işlənməsi üçün daha böyük imkanlara malik olur. Real gəlirlərin artımı 
bütün ailələr üçün yeni imkanlar yaradır, məsələn, sakit istirahət, xaricdə təhsil, ikinci 
dərəcəli  ehtiyacların  ödənilməsi  və  s.  Bununla  yanaşı  gəlirlərin  artımı  istehlakın 
mövcud  səviyyəsi  enmədən,  investisiyalar  və  əmtəə  istehsalı  aşağı  düşmədən 
yoxsulluq  və  ətraf  mühitin  çirklənməsi  ilə  mübarizə  proqramlarının  hazırlanmasına 
yeni  imkanlar  açır.  qtisadi  artım  resursların  məhdudiyyəti  probleminin  həllini 
asanlaşdırır.  Yuxarıda  qeyd  olunan  problemi  yumşaldaraq  -  istehsalın  ixtisar 
olunmasından  yaranan  iqtisadi  məhdudiyyətləri  aradan  qaldıraraq  -  iqtisadi  artım 
cəmiyyətə  qarşıya  qoyulan  məqsədi  reallaşdırmağa  və  yeni  iri  həcmli  proqramlar 
həyata keçirməyə imkan verir. 
Azərbaycan  Respublikasının  iqtisadi  artımı  Milli  Hesablar  Sisteminin 
göstəricilərinə  əsasən  hesablanır.  qtisadi  artımı  hesablanmasında  istifadə  olunan 
başlıca  statistik  göstəricilər  ölkədə  il  ərzində  istehsal  olunmuş  ÜDM  və  ÜMM-dur. 
Bu  göstəricilər  iki  metodla  hesablanır:  gəlir  və  xərc  metodu.  Xərc  metodu  ilə 
hesablandıqda  ölkədə  mövcud  olan  aşağıdakı  xərc  maddələri  nəzərə  alınır:  əhalinin 
istehlak  xərcləri,  milli  iqtisadiyyatdakı  ümumi  və  xüsusi  investisiyalar,  əmtəə  və 
xidmətlərin dövlət alqısı, xalis eksport (ixrac-idxal).  Bütün bu göstəriciləri cəmləsək 
ölkənin ÜDM-i alınar. Gəlir metodunda isə ölkənin coğrafi ərazisində yerləşən bütün 
iqtisadi  subyektlərin  gəlirləri  cəmlənir:  əmək  haqqı,  faiz,  mənfəət,  dolayı  vergilər, 
renta. 
Digər  hesablama  üsularına  alıcılıq  qabiliyyəti  pariteti  (AQP)  və  Atlas  metodu 
aiddir.  AQP  əsasən  əmtəələrin  daxilində  və  müqayisə  aparılan  ölkədəki  (çox  vaxt 


75 
 
ABŞ-dakı)  qiymətlərin  nisbəti  ilə  müəyyən  edilir.  Hesablama  metodu  aşağıdakı 
kimidir:  bütün  istehsal  (və  ya  istehlak)  əmtəə  qruplarına  və  altqruplarına  bölünür; 
altqruplarda  müqayisə  aparılan  ölkələrdəki  eyni  malların  qiymətləri  ilə  daxili 
qiymətlər  əsasında  ayrı-ayrılıqda  valyuta  nisbətləri  tapılır;  altqruplar  üzrə  orta 
“qiymət”  indeksi  müəyyən  edilir;  bu  indeks  əsasında  əmtəə  qrupları  üzrə  AQP 
hesablanır;  əmtəə  qrupları  üzrə  hesablanmış  AQP  əsasında  ümumi  AQP  tapılaraq 
milli  valyuta  ilə  ifadə  olunmuş  ÜDM  əsasında  hesablama  aparılır.  Bu  metodla 
hesablanmış  ÜDM  mikroiqtisadi  göstəricilərin  real  vəziyyətini  əks  etdirsə  də,  geniş 
ə
mtəə  və  xidmət  çeşidlərinin  olması,  ölkələrdə  əmtəə  keyfiyyətinin  müxtəlifliyi, 
etibarlı  informasiya  mənbəyinin  olmaması  AQP  hesablayarkən  problemlər  yaradır. 
Ona görə də bu göstərici bir neçə ildən bir hesablanır. 
Atlas metodu ilə hesablama Dünya Bankı tərəfindən müəyyən edilib və bankın 
bütün hesabatlarında milli gəlirin Atlas metodu ilə hesablanmış dəyəri əks olunur. Bu 
üsul aşağıdakı metodikaya əsaslanır:  
 
 
                            
                                        Y
t

= (Y

\ N
t
) \ e

 
Burada e
*
t   
-  t ilində Atlas metodu ilə hesablanan milli valyutanın USD dolları 
ilə ifadə olunmuş qiyməti, e 
t
 – t ilində milli valyutanın USD ilə ifadə olunmuş orta 
illik kursu, p 
t
 – ÜDM-un deflyatoru, p

s$  
-  t ilində USD dolları ilə ifadə olunmuş 
SDR  deflyatoru,  Y

$
   
-  t  ilində  Atlas  metodu  ilə  hesablanmış  adambaşına  ÜDM-un 
USD dolları ilə ifadə olunmuş məbləği, Y
t
  
- t ilində milli valyuta ilə ifadə olunmuş 
ÜDM, N 
t  
- t ilində əhalinin orta sayını göstərir. Bu metodla hesablanan ÜDM və MG 
ölkədə hər hansı  ildə    və  əvvəlki iki ildə milli  valyuta  məzənnəsi,  ÜDM deflyatoru 
ə
sasında götürülən inflyasiya səviyyəsi və Yaponiya, Böyük Britaniya, ABŞ və avro 
zonasında  infliyasiya  səviyyəsi  əsasında  hesablanır.  Göstərilən  ölkələrdə  infliyasiya 








+






+






=






1
$
1
$
1
1
$
2
$
2
2
*
/
/
3
1
e
p
p
p
p
e
p
p
p
p
e
e
s
t
s
t
t
t
t
s
t
s
t
t
t
t
t


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə