Microsoft Word humbatova xadica docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/36
tarix05.04.2018
ölçüsü5,01 Kb.
#35994
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

70 
 
   Azərbaycan Respublikasının xarici borc 1995-2014 illər üzrə təhlili  
Göstərici   
(ilin axırına) 
1995 
2000 
2005 
2011 
2012 
2013 
2014 
Xarici borcun 
məbləği, mln. 
ABŞ dolları 
294 
1158 
1650 
4816,7 
5708,4 
4753,2 
6380.7 
ÜDM, mln. ABŞ 
dolları 
2415,2 
5272,7 
13245 
65952 
68731 
73560 
75067 
Xarici borcun 
ÜDM-də xüsusi 
çəkisi, % 
12,2 
12,2 
12,5 
7.3 
8.3 
6.5 
8.5 
Büdcə gəlirləri,  
mln. ABŞ dolları 
358,7 
798,6 
2172,7 
19881.9 
21997.8 
24851.9 
23458.2 
Xarici borcun 
büdcə 
gəlirlərində 
xüsusi çəkisi% 
82,0 
145,0 
75,9 
24,2 
25,9 
19,1 
27,2 
Ə
halinin sayı  
(mln nəfər) 
7,6 
8,0 
8.4 
9.1 
9.2 
9.4 
9.5 
Adambaşına 
şən xarici 
borc, ABŞ 
dolları 
38,7 
144,8 
196,4 
529.3 
620.5 
505.7 
671.7 
          Cədvəl www.stat.gov.az və www.finance.gov.az internet saytının  
       statistik məlumatlarına əsasən müəllif tərəfindən tərtib olunmuşdur. 
  
 
1993-2004-cü  illərdə  ölkənin  xarici  borcu  26.7  dəfə  artsa  da,  2004-cü  ilin 
yekunlarına  görə,  onun  ÜDM-yə  nisbəti  18.6%,  ixraca  nisbəti  isə  43.9%  olmuşdur. 
Hesabat dövründə adambaşına düşən xarici borcun həcmi 23.9 dəfə artaraq 2004-cü 
ildə  191  dollara  çatmışdır.  Müqayisə  üçün  qeyd  edək  ki,  bu  göstərici  keçid 
iqtisadiyyatlı ölkələr arasında ən yaxşı göstəricilərdən biridir.  
 
Cədvələ  əsasən  deyə  bilərik  ki,  1995  ildən  2014-cü  ilə  qədər  xarici  borcun 
ümumi  həcmi  və  adambaşına  düşən  həcmi  artmışdır.  Lakin  xarici  borcun  ÜDM-də 
xüsusi  çəkisi  isə  azalsada  2014-cü  ildə  artmışdır,  əsasən  12-8  faiz  arasında 
dəyişmişdir.  Xarici  borcun  ÜDM-də  xüsusi  çəkisi  25-50%  keçməmişdir.  Xarici 
borclanma  səviyyəsini  narmal  hesab  etmək  olar.  Xarici  borcun  büdcə  gəlirlərində 
xüsusi çəkisi azalsa da, 2014-ci ildə keçən ilə nisbətən artmışdır. 
2013-cü  ilin  axırına  Azərbaycan  Respublikasının  xarici  dövlət  borcu  4753.2 
milyon  manat,  xarici  dövlət  borcunun  Ümumi  Daxili  Məhsula  (ÜDM)  olan  nisbəti 


71 
 
6.5 faiz təşkil edərək bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələri bu sahədə 
də qabaqlamışdır. Bu nisbət Türkiyədə 36 faiz, Rusiyada 14.1 faiz, Gürcüstanda 32.9 
faiz, Macarıstanda 79.8 faiz, Slovakiyada 34.3 faiz, Çexiyada 40.2 faiz olmuşdur. 
Kredit vəsaitlərinin 8.1%-i 10 ilə qədər, 43,6%-i 10 ildən 20 ilə qədər, 48.3%-i 
isə 20 ildən artıq olan müddətə cəlb olunmuşdur.  Xarici borc üzrə alınan kreditlərin 
valyuta  tərkibi  aşağıdakı  kimi  olmuşdur:  XBH  (Beynəlxalq  Valyuta  Fondunun 
Xüsusi  Borcalma  Hüquqları)  -  11.7  faiz,  valyutalar  üzrə  isə  ABŞ  dolları  ilə  –  47.1 
faiz,  avro  –  28.8  faiz,  yapon  yeni  –  9.5  faiz,  digər  valyutalar  üzrə  isə  2.9  faiz,  o 
cümlədən BƏƏ dirhəmi,  slam dinarı, Səudiyyə rialı, Küveyt dinarı və  sveçrə frankı. 
01 oktyabr 2014-cü il tarixinə Azərbaycan Respublikasının xarici dövlət borcu 
6,380.7 milyon ABŞ dolları (5,005.1 milyon manat), xarici dövlət borcunun Ümumi 
Daxili Məhsula (ÜDM) olan nisbəti 8.5 faiz təşkil etmişdir. Borc vəsaitlərinin 7.4%-i 
10 ilə qədər, 61.3%-i 10 ildən 20 ilə qədər, 31.3%-i isə 20 ildən artıq olan müddətə 
cəlb olunmuşdur.  
01  oktyabr  2014-cü  il  tarixi  vəziyyətinə  xarici  borc  üzrə  alınan  kreditlərin 
valyuta  tərkibi  aşağıdakı  kimi  olmuşdur:  XBH  (Beynəlxalq  Valyuta  Fondunun 
Xüsusi  Borcalma  Hüquqları)  -  10.4  faiz,  valyutalar  üzrə  isə  ABŞ  dolları  ilə  –  63.7 
faiz, avro – 21.7 faiz, yapon yeni – 2.2 faiz,  slam dinarı – 0.8 faiz, Səudiyyə rialı – 
0.5 faiz, BƏƏ dirhəmi – 0.5 faiz, Küveyt dinarı – 0.2 faiz. 
Xarici borclanma səviyyəsi normadan aşağı olması nəticəsində ölkənin maliyyə 
sabitliyinin  təmin  olunmasına  öz  mənfi  təsirini  göstərə  bilməmişdir.    Azərbaycanın 
xarici borcunun əksər hissəsini uzunmüddətli və aşağı faizli borclar təşkil edir ki, bu 
da çox müsbət haldır.  
Son  dövlərdə  dünya  böhranı  Azərbaycana  öz  təsiri  göstərməyə  başlayır. 
Azərbaycanın tədiyyə, xarici ticarət balansının mənfi saldoya keçməsi təhlükəsi var. 
Bu  da  maliyyə  sabitliyinə  pozulmasına  öz  təsirini  göstərəcəkdir.  Bunun  üçün xarici 
iqtisadi  siyasət, büdcə  vergi  və pul kredit  siyasəti təkmilləşdirilməli,  iqtisadi şəraitə 
uyğunlaşdırılmalıdır. 
 


72 
 
2.3 Makromaliyyə sabitliyinin təmin edilməsi ilə iqtisadi artımın qarşılıqlı 
ə
laqəsi 
 Ölkənin  iqtisadi  inkişaf  səviyyəsini  müəyyən  edən  əsas  göstərici  iqtisadi 
artımdır.  qtisadi  artımın  parametrləri,  onların  inkişafı  iqtisadiyyatın  dövlət 
tənzimlənməsində  milli  təsərrüfatların  inkişafını  xarakterizə  etmək  üçün  istifadə 
olunur. 
qtisadi  inkişaf  dedikdə,  iqtisadi  artım,  iqtisadiyyatda  sturuktur  dəyişiklikləri, 
həyat  səviyyəsi  və  onun  keyfiyyətinin  yüksəlməsi  başa  düşülür[32,  səh.6].  qtisadi 
artım,  onun  tempi,  keyfiyyəti  və  digər  göstəriciləri  yalnız  milli  təsərrüfatın 
potensialından deyil, eyni zamanda xarici iqtisadi və xarici siyasi amillərdən asılıdır. 
Makromaliyyə sabitliyi makroiqtisadi sabitliyinin mühüm tərkib hissəsi olmaqla 
iqtisadi inkişafa səmərəli təsir göstərir, iqtisadi artımın obyektiv qanunauyğunluqları 
ilə  müəyyən  olunur.  qtisadi  artım  olmadan  iqtisadi  inkişafa  nail  olmaq  olmaz. 
qtisadi  inkişaf  anlayışının  mahiyyəti  iqtisadi  artımdan  başlayaraq  özü  təhlükəsizlik 
və sülh, ekologiya və sosial ədaləti daxil edən mürəkkəb kompleksli anlayışa qədər 
təkamül etmişdir[62, səh 165-166]. 
Ölkələrin  iqtisadi  inkişaf  səviyyəsi  və  fəaliyyət  göstərən  iqtisadi  sistemin 
xarakteri və quruluşunun, həyata keçirilən makroiqtisadi sabitləşmə siyasətinin fərqli 
cəhətlərinə  baxmayaraq,  onun  bütün  mərhələləri  üçün  əsas  götürülən  ümumi  cəhət 
oxşardır. Belə ki, makromaliyyə sabitliyinin təmin olunmasında əsas məqsəd iqtisadi 
inkişafa  nail  olunması,  iqtisadi  artıma  nail  olunması  və  əhalinin  həyat  səviyyəsinin 
yaxşılaşdırılmasıdır.   
Lakin,  bunu  da  qeyd  etmək  lazımdır  ki,  ölkədə  iqtisadi  artım  olmasa  maliyyə 
sabitliyini  təmin  etmək  çətinləşər.  Deməli,  makromaliyyə  sabitliyi  ilə  iqtisadi  artım 
qarşılıqlı  əlaqədədir.  Bu  əlaqənin  təmin  olunmasının  əsas  vasitələri  maliyyə 
münasibətləri,  maliyyə  siyasəti,  məqsədli  maliyyələşmə  və  daxilolmalardır. 
Makromaliyyə  sabitliyi  ilə  iqtisadi  artım  qarşılıqlı  əlaqəsinin  təmin  olunması 
həmçinin  daxili  mənbələrdən  əlavə  xarici  investisiyalardan  səmərəli  istifadə 
olunmasına da əsaslanır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə