I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
27
Makula, əs-Siləfi, əl-Kəhhalə və başqalarının əsərlərində) şirvanilər nisbəli ziyalılar haqqında
yetərincə məlumatın olması da bunu bir daha təsdiqləyir.
Azərbaycanı səyahət zamanı öyrənmiş müəlliflərin mənbələrində Şirvanın çox sayda
ziyalılarının olması və onların müxtəlif elmi mərkəzlərdə iştirakı, elmi biliklərin inkişafındakı rolu
barədə məlumat verilir. Dəməşq Universitetində təhsil almış İbn əs-Sabuni bildirirdi ki, Əbül-
Qasım ibn Ruvaha əl-Ənsari kimi şeyx alim Azərbaycanın Şirvan bölgəsindən olan Əbül-Həsən əl-
Müfəddidin tələbəsi olmuşdur (35, s.316). Bu, Şirvanın özündə elmi mühitin yüksək səviyyədə
olmasından xəbər verirdi. Şirvan alimlərinin formalaşmasında mühüm amil olan mühit bir neçə
Şirvanşahlar nəslinin elmi- mədəni fəaliyyəti sayəsində yaranmışdı. Şirvanşahlar elm və
mədəniyyətə ətraflı dəstək verməklə məşhur olmuşlar (28, p.552). Şirvan, xüsusilə, Şirvanşah I
Fariburz (1063- 1096) və onun vəziri Baha əd-Din Kamal əl-Mülk Əbül-Fərəc Məhəmməd ibn əl-
Hüseyn əl-Kakuyinin* dövründə (XI əsrin sonlarında) «torpağına göylərin həsəd aparıldığı»
çiçəklənən bir diyara çevrilmişdi (15, л.13 а; 3, s.142). Şirvanşah və onun vəziri təhsilli şəxslərə
himayəçilik edirdilər. I Fariburzun sarayında ərəb dilində mədhiyyələr yazan şairlər toplanmışdı.
Ərəb şairi əl-Qəzzinin bu diyara səyahət etməsi ərəbdilli poeziyanın ənənəvi janrlarının inkişafına
təkan vermişdi, əs-Siləfi (h.478/1085- 576/1180) kimi sufi şeyx alimin Şirvana ziyarəti isə bu
diyarda fiqh və sufilik, eləcə də hədis elmi geniş yayıldığını göstərir. Əs-Siləfinin Şirvana
səyahətindən əsas məqsəd hədis toplamaq, orada yaşayıb-yaradan hafizlər, ilahiyyatçı alimlər,
mühəddislər, qarelər, vaizlər barədə eşitdiklərini dəqiqləşdirmək, onların həyat və yaradıcılığı,
inamı haqqında yeni məlumat əldə etmək olmuşdur (4, s.27). Şirvan elmi mühitinin əsas iştirakçıları
yerli alimlər idilər. Onlardan biri şirvanlı vaiz Əbülhəsən Əli ibn Əhməd Əli əl-Mufaddid haqqında
əs-Siləfiyə əsaslanan İbn əs-Sabuni (anadan olub h.604 /1207) məlumat verir. O yazır: «Hafiz əbu
Tahir əs-Siləfi (Allah ona rəhmət eləsin) «Mucəm əs-Səfər» əsərində əl-Mufaddid əş-Şirvanini
xatırlayaraq yazır ki, o, həqiqətən Şirvanın şəhərləri və ona yaxın yerlərdə məşhur sinli bir şeyx
olmuşdur. O, dövrünün ən yaxşı vaizlərindən hesab edilirdi. Şirvanın «dər əl-məmləkəti» olan
Yəzidiyyədə hörməti vardı. O, əl-Hüseyn ibn Mənsur əl-Həllacın xəbərlərini toplamışdır. Onun
haqqında bizə Bağdadda onu dinləmiş bir nəfər rəvayət etmişdir. Sonra Şirvanda onunla görüşüm
vaxtı bu (“Xəbərlər”) haqda ondan öyrəndim». Bizim bəzi təfsirlərimizdə onun haqqında xatırlanıb”
(5, s.323).
Şirvanşahlardan III Mənuçöhrün hakimiyyətdə olduğu 40 il ərzində (514-555/1120-1160) də
Şirvanşahlar dövləti özünün inkişafı dövrünü yaşamışdır. XII əsrin görkəmli ədib və alimi, otuz ilə
yaxın Xarəzmşah Atsızın “Divani-inşasının” başçısı olmuş Rəşidəddin Vətvat (h.471-487(1088-
89/1094-cü illər arasında Bəlxdə doğulmuşdur) Şirvanşah Mənüçöhrə yazdığı tərcibənddə Şirvan
dövləti və Şirvanşahlar ocağının güc və bacarığından, “Şirvanşahların sözükeçərliliyinin Rumun ən
ucqarlarına belə gedib çatdığından danışılır. Mənüçehr ölkəsinin görən gözü, Şərq və Qərb
hökmdarlarının başçısı kimi yazıya alınmışdır (37, s.496-500; 10, s.48-88). RəşidəddinVətvat
Şirvanşahlar və Mənüçehrin bütün bu keyfiyyətlərilə yanaşı “elm və rüsumun” qayğıkeşi
olmasından da danışır.
Bu tərəqqi özünü mədəni mühitdə də tapır. Şair Cəlaləddin Fələki Şirvani (öl.1181) III
Mənüçöhrün sarayında o dövrün bütün Yaxın Şərqdə şöhrət tapmış, Azərbaycanda şeir məktəibni
yaratmış görkəmli şairlər, məlik əş-şüara- “şairlər şahı” adlandırılan Əbül-Üla Gəncəvi, Xaqani,
Fələki Şirvani, Mücirəddin Beyləqani** cəm olmuşdu (17, c.27-70). Mədhiyyəçi Cəlaləddin
Məhəmməd Fələki Şirvani (ö.1181) sarayda “şairlərin şahı” titulunu qazanmışdı. “Fələki” ləqəbini
isə görünür münəccimliklə məşğul olduğuna görə qazanmışdı. Fələki vəfat edərkən kürəkəni
Xaqani ona uzun bir mərsiyyə şeri yazmışdı***. Qanınatası və dostu olmuş Fələki kimi Xaqani də
Şirvanşahları tərənnüm edən şeirlər yazmışdır. Zəkəriyyə əl-Qəzvini Mücirəddin əl-Beyləqanini
digərlərindən fərqləndirərək üstün hesab edirdi. Müəllif əlavə olaraq məlumat verir ki, şair İsfahana
gələrkən şeirində yerli sakinləri cahil adlandırmışdı. Bundan xəbər tutan İsfahanın rəisi bütün
isfahan şairlərinə buna münasibət bildirməyi əmr etmişdi. Onlar buna əməl etmiş, şeirləri bir kitaba
cəm edərək, Mücirəddinə göndərmişdilər (18, c.52).
Şirvanşah I Fariburz kimi Mənüçehr də filosof, şair və alimlərin qayğısına qalırdı. Bu işin
icrasına nəzarəti vəzirlərindən biri olmuş Əmin əd-Din əl-Əxrasiyə həvalə etmişdi. Fələki Şirvani
I Türkoloji Qurultayın 90 illiyinə həsr olunmuş beynəlxalq konfrans:
TÜRKOLOJİ ELMİ-MƏDƏNİ HƏRƏKATDA ORTAQ DƏYƏRLƏR VƏ YENİ ÇAĞIRIŞLAR (II hissə)
28
bu vəzirin Şirvandakı filosof, həkim, astroloq, şair və ənənəçilərə hamilik etməsindən bəhs edir (2,
s.160). Xaqani Şirvani Fələki və digər Şirvan şairləri kimi şirvanşah Mənuçöhrü mədh etmişdir. III
Mənüçöhr şairlərdən Xaqaniyə saysız-hesabsız mükafat və hədiyyədən başqa hər il 30 min dirhəm
məvacib verirdi. Mənuçöhr vəfat edəndən sonra elm və incəsənətə hamiliyi davam etdirən
Axsitanşah (ö.1188-1194-cü illər arasında) onun yerinə keçdi. Nizami Gəncəvi də özünün “ Leyli
və Məcnun” Bu şirvanşaha 1188-ci ildə Nizami Gəncəvinin “ Leyli və Məcnun” poemasını
Şirvanşah Axsitanın sifarişi ilə yazmışdı (13, s.5). Şair əsərində onun fəaliyyətini yüksək
qiymətləndirmişdir.
Xaqani Şirvani (1126-1199) yeni şahın yeni seçdiyi paytaxt Bakıda qərarlaşır (24, c.148).
Saray şairi kimi qəbul edilən Xaqani uzun illər özünün şairlik yaradıcılığının bir qolunu Axsitan,
onun ailəsi və saray əyanlarına mədhiyyə formalı şeirlər yazmaqla məşğul olmuşdur. Əsir
Əxsikerti (ö.1212) Xaqani ilə görüşüb deyişmək üçün Fərqənədən Şirvana yola düşmüşdür. Xaqanı
1194-1199-cu illər arasında Təbrizdə vəfat etmiş Söhrab adlı şəhər yaxıllığındakı qəbristanlıqda
“şairlər məqbərəsi”ndə dəfn edilmişdir. Burada ondan əvvəl Beyləqani (1198) və bir az sonra Zahir
Fəryabi və digərləri dəfn edilmişdir.
Şirvanı şair kimi ziyarət edən şairlərdən biri də Əbunnami Sədəqə ibn İbrahim Tənəvvuxi əl-
Məərri olmuşdur. O, Şirvanda olarkən Nizamülmülk haqqında mərsiyyə demişdir. Mərsiyyənin
məzmunu belədir: “Nizam Əbu Əli bütün aləmin rəhbəri, dinin imamı idi. Onu zülmlə öldürməklə
insanlar üçün gündüz gecəyə döndü. Onlar sadəcə bu böyük şeyxi öldürmədilər, əslində bütün
camaatı və İslamı öldürdülər” (31, s.15). Mərsiyyə şairin bu böyük şəxsiyyətə böyük ehtiramını
göstərməklə bərabər, həm də Şirvanın o dövrdə şeir məclislərinin təşkil olunduğu, şeir
yarışmalarının təşkil olunduğu məkan kimi, mədəniyyət mərkəzlərindən biri olduğunu bir daha
təsdiqləyir. Bağdada səfər edən şirvanlı şair Xaqani Bağdad alimlərinin elmi məclislərində iştirak
etmişdir. Onun ərəbcə oxuduğu xütbəni Bağdad alimləri dərindən alqışlamışdır. Şairimizə «Dəbiri-
ərəb» ləqəbi verilmişdir (9, s.42) . Bağdad xəlifəsi ona öz yanında qalıb dəbir (münşi) olmağı təklif
etdikdə öz ana yurdunu sevən vətənpərvər şair ona demişdi: ”Mən dəbir deyil, vəzir olmağa belə
razı deyiləm, Şirvanda anam məni gözləyir” – deyə, bu təklifi qəbul etməmişdı (7, s.5). Bağdada
təriflər yağdıran şairimiz Bağdada həsr etdiyi şeirində Misirlə müqayisədə üstünlüyü Bağdada
vermişdir.
Bağdada köçərək burada fəaliyyət göstərən şirvanlı alimlərdən Məhəmməd ibn Uşeyr (Aşir
?) ibn Məruf Əbu Bəkr əş-Şirvani (ö. 547/1152) haqqında məlumat verən əs-Safadi onu dövrünün
Hibbətullah ibn Mübarək ibn əs-Sakti kimi görkəmli alimi ilə yanaşı qoyur. O qeyd edir ki, Əbu
Bəkr əş-Şirvani dövrunun digər alimləri ilə yanaşı Şirvan alimlərindən elm öyrənmişdir (18, c.61;
19, s.149).
Nizamiyyəyə ən layiqli, kamil biliyə malik mütəxəssislər işə götürülürdü. Şirvan elmi-ədəbi
məktəibnin yetişdirmələri xüsusi nüfuz sahibləri olmuşlar. Ibn əl-Fuvati məlumat verir ki, Şamaxıda
doğulmuş Qəvaməddin Yusif ibn Mənsur ibn İbrahim Əş-Şirvani (ö. 1258) vətəni Şirvanda təhsil
almışdı. Şirvan elmi-ədəbi məktəbinin yetişdirməsi kimi məşhurlaşdığı üçün Nizamiyyə
mədrəsəsinə dərs deməyə dəvət olunmuşdur. Elmi–asami (onomastika) sahəsində əsərlərin müəllifi,
müqayisəli qrammatika üzrə məşhur alim olmuşdur. Onun fəlsəfədən də dərs deməsi məlumdur. İbn
əl-Fuvati onun öz əli ilə qazılara yazdığı təlimatı gördüyünü qeyd edir (27, c.118). Maraqlıdır ki,
elm mərkəzlərinə toplaşan tanınmış şəxslər bir-birlərinə elmi məclislərdə həmin vaxt iştirak
etməyən soydaşları haqqında məlumat vermiş, fikir mübadiləsi aparmışlar. Şirvanlı vaiz Əbül-
Həsən Əli ibn Əhməd Əli əl-Mufaddid haqqında ibn əs- Sabuni yazır: «Mən Dəməşq
universitetində təhsil alarkən onun haqqında bizə ondan qiraəti öyrənmiş alim şeyxlərdən biri Əbül-
Qasım Abdulla ibn əl-Hüseyn əl-Ənsari məlumat verib. Qahirədə təhsil aldığım vaxt isə Əbül-
Həsən Əli ibn İsmayıl ibn İbrahim ibn Cubara əl-Kindidən aşağıdakı məlumatı almışam: əl-Hafiz
əbu Tahir Əhməd əs-Siləfi əl-İsfahani İsgəndəriyyədə tələbə olarkən belə bir əhvalat danışıb:
«Şirvanda kəramət sahibi olan və əz-Zərəndi kimi tanınan qazı Əbül- Qasım əl- Həsən ibn Mümtaz
əl- İsfahani varid olanda qazı Əbu Bəkr Əhməd ibn Səhl ibn Sirri əl-Həmədani öz fitvasından əl
çəkdi və dedi: «O bunda məndən üstündür». Bu və buna yaxın mənadakı sözlər Şirvanda əl-
Mufaddiddən eşitdiyim kəlamlardır» (35, s.17). Əl-Mufaddid əş-Şirvaninin bu məlumatı Şirvanda