260
Birinci pərdə instrumental musiqi ilə qurtarır. Bu pərdənin
finalının məzmununu nəzərə alaraq bəstəkar “Segah” muğamına
müraciət edir. “Segah” təbii formasında, xanəndənin sol mayə-
sindən “Bərdaşt” oxumasına instrumental giriş kimi verilir. Bu
nömrədə “Şikəsteyi-fars” bölməsinə modulyasiya baş verir.
İkinci pərdə qızların rəqsindən və xorundan ibarətdir.
İnstrumental giriş “Rast” məqamının marş ritmli “do” mayə-
sinin fanfarlığını xarakterizə edir. Sonra qızların xoru başlanır.
İkinci pərdənin finalını qadın və kişi xoru, qızların rəqsi təş-
kil edir.
Xor lirik xarakterdədir. Onun ikinci bölməsi qızların rəqsi ilə
uyğunlaşır. Burada musiqinin ritmi (6/8), sürəti və xarakteri də-
yişir. Kişi xoru elə bil ki, qadın xorunun akkompanimentini təş-
kil edir. Kişi xoru “Segah” məqamının üçsəsi üzərində qurul-
muşdur.
Üçüncü pərdə “Şahnaz” muğamı ilə başlanır.
Komediya bütün əsərin ideyasını ifadə edən fəhlələrin təntə-
nəli himni ilə başa çatır. Burada klubun bütün üzvləri iştirak
edirlər. Onlar təhsil aldıqları klubu tərifləyirlər.
Bütün instrumental epizod pərdənin məzmunu ilə sıx əlaqə-
dar olan təntənəli rəqs xarakteri daşıyır. Epizod 8 taktlı girişlə
başlayır, sonra bəmdə əsas mövzu, daha sonra isə “Rast” məqa-
mında əsas mövzu gəlir. Kadensiya onu yenidən əsas tonallığa
qaytarır.
Orkestr epizodu vals ritmində yazılmışdır. Orkestr epizodu-
nun orta hissəsində “Rast” məqamının səciyyəvi kadensiya gedi-
şi tədricən sekvent inkişafı alır, sonra isə yavaş-yavaş kulmina-
siyaya çatır. Kulminasiya və sonrakı melodiya “Rast” muğamı-
nın “Əraq” bölməsini təşkil edir. Kulminasiya mövzu inkişafının
enən sekvensiyasından ibarətdir. Bu epizod “Rast” məqamının
səciyyəvi gedişi ilə başa çatır.
Əsərin məqsədi maarifin cəhalət, zülmət və gerilik üzərində
qələbə çaldığını nümayiş etdirməkdir.
261
III fəsil
“Aşıq Qərib”
1
operası
“Aşıq Qərib” operasının librettosunu Zülfüqar Hacıbəyov
özü yazmışdır. Libretto təkcə Azərbaycanda deyil, bütün Zaqaf-
qaziyada geniş yayılmış eyniadlı aşıq dastanının süjeti üzərində
qurulmuşdur. Dastanın xəlqiliyi, zəngin ideyası məzmunun sa-
dəliyi, incə lirizmi və forma ifadəliliyi həm keçən əsrin, həm də
müasir ədəbiyyat və incəsənət nümayəndələrinin diqqətini cəlb
etmişdir.
Poetik xalq rəvayətinin obrazlarına musiqi təcəssümünü isə
ilk dəfə Z.Hacıbəyov vermişdir. Bəstəkar operada xalq dastanı-
nın ideya əsasını və ümumi süjet ardıcıllığını saxlayaraq, onu
musiqili səhnənin tələblərinə uyğunlaşdırmışdır. Hər şeydən əv-
vəl, o, dastanı 4 böyük hissəyə bölmüşdür. Bu hissələrdən hərəsi
bir pərdənin məzmununu təşkil edir. Hər bir hissə də öz növbə-
1
Operanın qısa məzmunu: Qərib və Şahsənəm yuxuda bir-birinə vurulur-
lar. Qərib yuxusunu anasına va bacısına danışıb, sevgilisini axtarmaq üçün
Təbrizdən yola düşür. Tiflisdə o, təsadüfən Şahsənəmə rast gəlir. Bu görüş
onu o qədər sarsıdır ki, o, sevgilisini görən kimi huşunu itirir. Qəribin anası
Şahsənəmə elçi gəlir. Bəhram bəy (Şahsənəmin atası) Qəribdən başlıq kimi
40 kisə qızıl istəyir. Tələb olunan məbləği əldə etmək məqsədi ilə Qərib uzaq
ellərə yola düşür. Qəriblə vidalaşarkən Şahsənəm onu yeddi il gözləyəcəyinə
and içir. Şahvələd paltarını geyib Qəribin ardınca gedir.
Qərib köynəyini soyunub çayı üzüb keçəndə Şahvələd onun qana bulaşmış
köynəyi ilə geri qayıdır və onun ölüm xəbərini yayır. Qəribin öldüyünü eşidən
ananın gözləri tutulur. Yeddi il keçdikdən sonra Şahsənəmin xahişi ilə bir tacir
Xalana gəlir və Qəribə Şahsənəmlə Şahvələdin toyu olacağını xəbər verir.
Tacir Şahsənəmin söylədiyi əlamətlərə görə Qəribi tanıyır. Xalan şahın-
dan icazə alan Qərib öz sevgilisinin yanına qayıdır. Yolda ona xeyirxah qarı-
lar və Həzrət peyğəmbərin əfsanəvi atı kömək edir. Oğlunun səsini eşidən
ananın gözləri açılır.
Şahsənəmlə Şahvələdin toy günü gəlib çatır. Toy məclisində Qəribin səsi
eşidilir. Şahsənəm öz sevgilisinə tərəf atılır, Şahvələd onların səadətinə mane
olmur və Qəribin bacısı ilə evlənir.
262
sində iki müstəqil bölməyə ayrılmışdır. Operada dörd pərdə və
səkkiz şəkil belə yaranmışdır.
Səhnənin tələblərinə uyğun olaraq xalq dastanının əsasını
təşkil edən epik material librettoda bir qədər ixtisar edilmişdir.
İştirak edən bir sıra personajları: zalım və xeyirxah qarıları, Şah-
sənəmin anasını, Qəribin atasını və onların Qərib və Şahsənəmlə
əlaqədar bəzi hərəkətlərini Z.Hacıbəyov librettoya salmamışdır.
Şahsənəmin anası obrazının operadan çıxarılması Qəribi sevdi-
yinə görə qız ilə anası arasında baş verən toqquşmanı təsvir edən
səhnənin librettoda ixtisar edilməsinə gətirib çıxarmışdır.
Qəribin bacısı obrazının inkişafı ilə əlaqədar epizodları da lib-
rettoda görmürük. Burada onun Şahvələdə ərə getdiyi göstərilir. Bu
süjet motivi isə xalq dastanının, demək olar ki, bütün variantlarında
vardır. Qeyd etmək lazımdır ki, göstərilən motivin librettoda olma-
ması təkcə dastanın qısadılmasına deyil, həm də süjetin gerçəkliyə
daha uyğun gəlməsinə imkan yaratmışdır, çünki tamam xoşbəxt
sonluq, bütün baş qəhrəmanların səadətə çatması rəvayətin ictimai-
tarixi zəminində bir qədər sentimental səslənir.
Xalq dastanından fərqli olaraq, librettoda Qərib yad ellərə sə-
yahətə çıxmış tacir deyil, Şahsənəmi aşığı axtarmaq üçün gön-
dərdiyi qəhvəxana sahibi Mahmud tapır. Bu kiçik dəyişiklik Qə-
ribin sevgilisinin iradəliliyini, taleyə kor-koranə tabe olmayıb öz
səadəti uğrunda mübarizə apardığını nəzərə çarpdırır. Yeri gəl-
mişkən qeyd edək ki, bizə məlum olan lirik dastanların qadın
qəhrəmanları arasında Şahsənəm öz fəallığı, iradəli təbiəti ilə se-
çilir. Z.Hacıbəyov bunu duymuş və Şahsənəmin bu keyfiyyətlə-
rini daha aydın göstərməyə çalışmışdır.
Xalq dastanında tacir Qəribi Şahsənəmin söylədiyi əlamətlə-
rə görə tanıyır. Librettoda isə Qəribi tapmaq üçün Mahmud Ər-
zurum paşasının sarayına gəlib, sevgililərin əhvalatını danışır və
Qəribi tapmaqda ondan kömək istəyir. Bu, epizodun dəbdəbəli
olmasına imkan yaratmışdır. Paşa obrazı isə daha böyük drama-
turji əhəmiyyət kəsb etmişdir.
Dastandan fərqli olaraq librettoda fantastika ünsürü yoxdur.
Qəribin vətənə qayıtmasında heç bir möcüzədən istifadə olunma-
mışdır. Qəhrəmanın möcüzəli surətdə Ərzurumdan Tiflisə düşməsi
Dostları ilə paylaş: |