263
də Həzrət peyğəmbərin atı da librettodan atılmışdır. Fantastik
epizodların ixtisara salınması xalq süjetini gerçəkliyə yaxınlaşdırır.
Librettoda hadisələrin baş verdiyi ərazi də məhdudlaşdırılmışdır.
Hadisələr Təbriz, Tiflis və Ərzurum şəhərlərində baş verir.
Dastana görə, sevgilisi ilə ayrılıq zamanı 7 il müddətində Qəribin
yaşadığı Xalanın adı çəkilmir. Librettoda onu Ərzurum əvəz edir.
Libretto xalq dastanı formasında yazılmışdır
–
nəsr poetik
mətnlə birləşir. Xalq dastanından fərqli olaraq librettoda nəsrin
rolu əhəmiyyətli dərəcədə azaldılmışdır. Nəsr parçalarından mü-
əllif dastanda olduğu kimi, şeir bəndləri arasında əlaqə yaratmaq
məqsədilə istifadə edir. Şeirlərin bir qismi dastandan götürül-
müş, qalanlarını isə müəllif özü yazmışdır.
“Aşıq Qərib” operası ilk dəfə 1916-cı il mayın 13-də milyon-
çu Tağıyevə məxsus olan Bakı Dram Teatrının səhnəsində ta-
maşaya qoyulmuşdur. Digər Azərbaycan opera və musiqili ko-
mediyaları kimi, “Aşıq Qərib” də çətinliklə səhnəyə vəsiqə ala
bilmişdir. Bu, operanın səhnələşdirilməsi tarixi haqqında arxiv
sənədlərindən biri çox maraqlıdır.
Z.Hacıbəyovun Tiflis mətbuat işləri komitəsinə yazdığı 10
fevral 1916-cı il tarixli ərizəsində qeyd olunur ki, “Aşıq Qərib”
musiqili pyesi dörd pərdə və səkkiz şəkildən ibarətdir.
1
Ancaq
aprel ayına qədər senzura bu operaya hələ də baxış keçirməmiş-
di. Müəllifin 14 mart 1916-cı il tarixli teleqraf sorğusundan son-
ra “Aşıq Qərib”i tamaşaya qoymağa hələ icazə verilməmişdir.
Yalnız 1916-cı il aprelin 19-da Tiflis mətbuat işləri komitəsi
pyesi gözdən keçirib, canişin dəftərxanasına göndərmişdir.
2
Nə-
hayət, 1916-cı il aprelin 21-də pyesin Qafqaz səhnələrində oyna-
nılmasına icazə verilmişdir.
3
İlk tamaşanın proqramından rolla-
rın ifaçıları və tamaşa haqqında bəzi təfsilatlar məlum olur.
4
1
Gürcüstan SSR MDTA, f. 480, siyahı 2, iş 1203, s. 71.
2
Yenə orada, f. 13, siyahı 3, iş 1731, s. 82; f. 480, siyahı 2, iş 1203, s. 72.
3
Yenə orada, f. 480, siyahı 2, iş 1203, s. 73.
4
P r o q r a m:
Cümə günü 1916-cı il mayın 13-də müsəlman opera artistləri “Aşıq
Qərib operasını tamaşaya qoyacaqlar. Opera 4 pərdə və 8 şəkildən ibarətdir:
264
Z.Hacıbəyov özü operanı tamaşaya qoymaqda fəal iştirak et-
miş, onun dirijoru, yəni əsas musiqi rəhbəri olmuşdur. Operanın
ilk tamaşası geniş Azəbaycan ictimaiyyətinin diqqətini cəlb etdi.
Yerli mətbuat səhifələrində qeyd olunurdu: Mayın 13-də cümə
günü H.Z.Tağıyevin teatrında tamaşaya qoyulan Z. b. Hacıbəyo-
vun yeni “Aşıq Qərib” operasında zal adamla dolu idi. Opera
həm musiqisinə, həm də məzmununa görə çox maraqlı idi. Mu-
siqisi melodik xalq və orijinal motivlərdən (xor) və Şərqdə möv-
cud olan Klassik ariya və melodiyalardan tərtib olunmuşdur.
Orkestr yalnız Şərq musiqi alətlərindən ibarət idi.
1
1916-cı ildə “Aşıq Qərib” operası Azərbaycan səhnəsində
beş dəfə tamaşaya qoyulmuş, hər dəfə dinləyiçilərin böyük rəğ-
bətini qazanmışdır. İkinci dəfə tamaşa mayın 20-də göstərilmiş-
dir. Bu barədə “Kaspi” qəzetində çıxış edən rəyçi yazırdı ki,
İştirak edənlər:
Rəsul (Aşıq Qərib)
Onun anası
Qəni xanım, onun bacısı
Hacı
Şahsənəm, onun qızı
Ağca qız
Vasiq, onların nökəri
Şahvələd
Güloğlan
Mahmud
Aşıq Vəli
Qara qız
Türk paşası
Aşıq Səlim
Dərviş
c. Sarabski
c. Hacıbababəyov
x. Olenskaya
c. Mirzə Muxtar
c. Ağdamski
x. Olenskaya
c. Məmmədov
c. Terequlov
c. Hacınski
c. Sidqi
c. M. Əliyev
c. Nərimanov
c. Hüseynov
c. Bağdadbəyov
c. Bağdadbəyov
Kişi və qadın xoru, camaat və b.
Altıncı pərdədə ərəb rəqslərini Anadlinski və Darablinski cənabları ifa
edirlər.
Tamaşanın quruluşu X.Hüseynovundur.
Dirijor – Z. b. Hacıbəyovdur.
Xormeyster - M.H.Terequlovdur.
Məsul sərəncamı – Ü. b. Hacıbəylidir.
1
“Kaspi” qəzeti, 15 may 1916-cı il, № 108.
265
əsərdən alınan ümumi təəssürat çox xoşdur və Z.Hacıbəyovun
yeni operası, şübhəsiz ki, mövsümün repertuarına daxil olacaqdır.
Qəzet rəyləri sonrakı illərdə bu operanın dəfələrlə səhnələş-
dirildiyini göstərir.
“Aşıq Qərib” 1929-cu ildə Bakı rayonlarının birində
–
Sa-
bunçuda, “Proletar inqilabı” adına klubda tamaşaya qoyuldu.
Tamaşanın dirijoru M.Maqomayev idi. Rolları Həqiqət xanım
Rzayeva, H.Sarabski, Əhməd Anatollu və b. ifa edirdilər.
1
Baş
rolların ifaçıları haqqında qəzetlərdə müsbət rəylər verilmişdi.
Məlumdur ki, “Aşıq Qərib” yeni quruluşda M.F.Axundov
adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya
qoyulmuşdur (ilk tamaşa 1930-cu ilin noyabrında olmuşdur).
2
Qərib rolunda yenə də H.Sarabski, Şahsənəm rolunda Həqiqət
Rzayeva, Şahvələd rolunda Əli Zülalov, Güloğlan rolunda
Ə.Anatollu çıxış etmişlər. “Aşıq Qərib” opera teatrının səhnəsin-
də 1939-cu ildə də yeni quruluşda getmişdir.
Opera çox müfəssəl, eyni zamanda yığcam ekspozisiyaya
malikdir. Birinci pərdənin birinci şəkli Qəribin və Şahsənəmin
səciyyəvi xüsusiyyətlərini və onların mühitinin təsvirini verir.
Birinci pərdənin ikinci şəklində (Tiflisdə çayxana) Qərib surəti
geniş təqdim olunur. Burada onun Şahsənəmə məhəbbəti aşıq
mənşəyi nəzərə çarpdırılır.
İkinci pərdənin birinci şəkli – Şahvələdin Şahsənəmə elçi
göndərməsidir.
Əsərdə əsas hadisələr Qəribin elçi göndərdiyi sahnədən baş-
lanır (ikinci pərdənin ikinci şəkli). Ancaq gərgin vəziyyət (əslin-
də Qəribə rədd cavabı verilməsi – Şahsənəmin atasının aşığın
qarşısına qoyduğu ağır şərtlər) əvvəlki səhnədə elçi göndərilmiş
Şahvələdin qızın atasından razılıq alması nəticəsində yaranmış-
dır. Sonrakı hadisələr iki istiqamatdə inkişaf edir. Birincisi
–
Qə-
ribin Şahsənəmlə vidalaşması (ikinci pərdənin sonu), onun “uy-
durma qətli, anasının, bacısının və Şahsənəmin sonsuz kədəri”.
1
“Yeni yol” qəzeti, 30 dekabr 1929-cu il.
2
“Kommunist” qəzeti, 19 noyabr 1930-cu il.