433
Niyazinin “Rast” simfonik muğamı Azərbaycan musiqisinin
ən yüksək nailiyyətlərindən biridir. Tanınmış musiqişünaslar
J.Nestyev və V.Fere bu əsəri xalq sənətkarları tərəfindən toxun-
muş qiymətli Şərq xalçasına bənzətmişlər. “Rast” simfonik mu-
ğamı Niyazinin idarəsi ilə dünyanın müxtəlif ölkələrində dəfə-
lərlə və uğurla səsləndirilmişdir. Ali istedadın yaradıcılıq məh-
sulu olan bu simfonik muğam artıq bir neçə onillik ərzində müx-
təlif ölkələrin musiqisevərləri tərəfindən böyük rəğbətlə qarşılanır
1
.
1
2004-cü ildə Niyazinin “Rast” simfonik muğamı əsasında Azərbaycan
Opera və Balet teatrı tərəfindən balet-tamaşa səhnələşdirilmişdir. Tamaşanın
quruluşçu baletmeysteri Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla
Şirəliyeva, quruluşçu rəssamı isə Xalq rəssamı, Dövlət mükafatı laureatı Ra-
fis İsmayılovdur.
434
III fəsil
Niyazinin “Xosrov və Şirin” operası və “Çitra” baleti
Niyazinin musiqi-dramaturji təfəkkürü onun kino və teatr
musiqisi sahələrində çalışması prosesində, tədricən inkişaf et-
mişdir. Bəstəkarın “Kəndlilər” bədii filminə yazdığı musiqi bu-
nu təsdiqləyir. Bu musiqi həmin filmə üzvi surətdə bağlı olmuş,
filmin mühüm dramaturji komponentinə çevrilmişdir.
Üzeyir bəy Hacıbəylinin gözəl, “Arşın mal alan” komediya-
sının partiturasının Niyazi tərəfindən redaksiya etməsi artıq
onun bəstəkarlıq məharətinin artdığını təsdiqləmişdi. Niyazi bu
redaktə işini hələ 1941-ci ildə, həmin komediya ekranlaşdırılar-
kən yerinə yetirmişdi. Ü.Hacıbəylinin musiqisinə böyük sitayiş
və kino sənətinin səciyyəvi xüsusiyyətlərini bilməsi Niyaziyə
“Arşın mal alan” musiqili komediyasının əla kino partiturasını
yaratmaq imkanı vermişdi. Bununla yanaşı o, əsərin musiqisinin
alət cəhətdən tərtibatını yenidən təqdim etdi və onun ayrı-ayrı
səhifələrini nəzərəçarpacaq dərəcədə genişləndirdi. Məsələn, Ni-
yazi “Arşın mal alan” musiqili komediyasının baş qəhrəmanı
Əsgərin surəti əsasında geniş orkestr epizodu yaratmış, habelə
komediyanın musiqi tərtibatına Üzeyir bəy Hacıbəylinin digər –
“O olmasın, bu olsun” operettasından fraqmentlər əlavə etmişdir.
“Xosrov və Şirin”
operasının partiturası Niyazinin bəstəkar-
lıq üslubunun fərdi özünəməxsusluğunu təsdiq edir. O, həmin
operanın partiturasının yaradılmasına musiqi sənətinin müxtəlif
sahələrində çalışmaqla müəyyən təcrübə topladıqdan sonra baş-
lamışdı. Operanın musiqi dramaturgiyası xeyli dərəcədə tematiz-
min ardıcıl surətdə dəyişilməsi ilə müəyyənləşmişdir. Operanın
tərtibatında Şirin surətini səciyyələndirən tematizm daha çox in-
kişaf etmişdir.
435
Niyazi “Xosrov və Şirin” operasından “Şirinin ariyası”.
Partitura. Niyazinin əlyazması.
436
Operanın ikinci pərdəsində Şirinin inkişaf etdirilmiş ariyası
əsərin qəhrəmanı üçün səciyyəvi olan parlaq vokal-simfonik
ümumiləşdirmədir. Lirik dramın inkişafı prosesində Şirinin te-
matizmi yeni cəhətlərlə xüsusiyyətlənir: ikinci pərdədəki musi-
qiyə, ariyalara hopmuş incə həyəcan və dərin qüssə, kədər duy-
ğuları dördüncü pərdədəki ariozoda açıq ehtirasla, Xosrovla dia-
loqda ifadənin patetizmi ilə əvəz edilir. Melodiyanın böyük dia-
pazonu, melodik təsvir cizgilərinin müəyyənliyi və kulminasiya-
ların parlaqlığı – bütün bunlar opera qəhrəmanının lirik tematiz-
minin genişlənməsinə imkan verir.
Fərhadın tematizmi də emosional zənginliyi və dəyişkənliyi
ilə seçilir. Operanın ekspozisiya hissəsində Fərhad surətini sə-
ciyyələndirən tematizm qəhrəmani planı da açıqlanır. Sonrakı
inkişafda çiçəklənən məhəbbətin lirizmi Fərhadın vokal xəttinə
nüfuz edir. Operanın final hissəsində Fərhadın intonasiyalarının
xüsusiyyəti kəskin şəkildə dəyişir: musiqi dərin kədər və ümid-
sizlik əhvali-ruhiyyəsilə aşılanır.
Operanın orkestr partiyası çox ifadəlidir. Bu müşayiət canlı-
dır, rəngarəngdir, çoxplanlıdır, səhnədə baş verən hadisələrin
mənasını və əhəmiyyətini fasiləsiz simfonik inkişafda açıqlayır.
S.Prokofyev kimi nüfuzlu bəstəkar və tənqidçi “Xosrov və
Şirin” operasının bu məziyyətinə, keyfiyyətinə diqqət yetirmiş
və qeyd etmişdir ki, Niyazi səhnədə “hərəkətdə olan insanların,
surətlərin bu və ya digər psixoloji çalarlarının çatdırılmasında
doğru, düzgün rəngləri tapmağı bacarır”.
1
“Xosrov və Şirin” operasının quruluşu mütəhərrikdir: əsərdə
sonralar Azərbaycan operasının lirik qəhrəmanlarının real obraz-
larının yaradılmasında müəyyən rol oynamış sürətlə inkişaf edən
hadisələr, şəxsiyyətlərin təzadlı halları, ifadəli, əsasən lirik ruhda
olan xasiyyətnamələri diqqəti cəlb edir.
“Xosrov və Şirin” operasının bütövlükdə gözəl musiqi tərti-
batında qüsurlar da nəzərə çarpır. Əsərdə ansambl epizodlarının
məhdudluğu və reçitativlərin olmaması hiss edilir. Məlumdur ki,
1
Bax: Абасова Э, Касимов К. Очерки музыкального искусства Со-
ветского Азербайджана. Баку, 1970, с. 104.