423
kapriççiosu”nu, A.Məlikovun “Metamorfozalar” simfonik poema-
sını, R.Mustafayevin “Vaqif” və “Polad” operalarından parçaları,
V.Adıgözəlovun skripka konsertini (solist – Azərbaycanın Xalq
artisti A.Əliyev) ifa etdi və F.Əmirovun “Simfonik rəqslər” əsəri-
nin ilk tamaşasını təqdim etdi. SSRİ Bəstəkarlar İttifaqının I katibi
T.Xrennikov demişdi: “Festivalın açılışında görkəmli dirijor Niya-
zinin rəhbərliyi altında Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
simfonik orkestri əla səsləndi”
1
.
Sonrakı illərdə də Niyazi Azərbaycan bəstəkarlarının və ifa-
çıların yaradıcılığının təbliği ilə məşğul idi. 1966-ci ildə o,
Q.Qarayevin “Leyli və Məcnun” simfonik poemasını xüsusi bir
coşğunluqla təfsir etmiş, onun ən təsirli səhifələrini qabarıq şə-
kildə təqdim etmişdir. F.Əmirovun “Nizami” simli simfoniyası-
nın təfsiri də dramaturji dinamikliyi ilə fərqlənir, Nizami möv-
zusundan ifadəli şəkildə bəhs edirdi. Konsertdə H.Berliozun
“Roma karnavalı” uvertürası və K.Sen-Sansın Fortepiano kon-
serti (solist F.Bədəlbəyli) yüksək virtuozluq və nyuansların zən-
ginliyi ilə səciyyələnirdi. Qeyd edək ki, o zaman gənc (hal-hazır-
da Azərbaycanın və SSRİ-nin Xalq artisti) F.Bədəlbəylinin Niya-
zi kimi təcrübəli və həssas musiqiçi ilə davamlı yaradıcılıq ünsiy-
yəti gələcəkdə Praqada və Lissabonda beynəlxalq müsabiqələrdə
onun uğurlu çıxışlarının nəticələrinə öz təsirini göstərmişdi.
Niyazinin qastrol konsertlərindən bəhs edərkən onun üç dəfə
Monqolustan Xalq Respublikasına (1963, 1966, 1967 illərdə) sə-
fər etməsini qeyd etmək zəruridir. Burada Niyazi konsertlərlə
yanaşı böyük maarifçilik işi də aparmışdır. O, MXR-ın dövlət
simfonik orkestri ilə birgə yaradıcılıq prosesində bədii və texno-
loji səciyyəli bir çox vacib məsələləri həll etdi. Niyazinin kömə-
yi ilə o zaman yeni təşkil olunmuş və az təcrübəli musiqiçilər-
dən ibarət olan MXR-ın Dövlət simfonik orkestri ilk xarici səfə-
rinin proqramını hazırladı. Proqrama Monqolustan bəstəkarları-
nın simfonik əsərləri, klassik rus, Qərbi Avropa və sovet musiqi
nümunələri də daxil edilmişdi. 1966-cı ilin may ayında Niyazi
Monqolustanın Dövlət simfonik orkestri ilə çox səmərəli işlə-
1
Kərimov S. Niyazi. B., 1982. s. 61.
424
miş, Monqolustan dirijorlarına məsləhətlər vermiş, konsertlərdə
çıxış etmişdi. O, monqol bəstəkarları Mordorjun, Damdin-Sure-
nin, Qonçik Sumlanın, Luvsanşaravın, Çulonun simfonik əsərlə-
rinin redaktəsində və nəşrə hazırlanmasında iştirak etmişdi. Hə-
min səfərləri xatırlarkən, Niyazi “Vışka” qəzetində dərc olun-
muş məqaləsində yazırdı: “Məni hər gün əhatə etmiş səmimi
mehribançılıq və dostluq mühiti məni şair Badraanın sözlərinə
“Azərbaycan və Monqolustan” mahnısını bəstələməyə ilhamlan-
dırdı. Bu mahnı konsertlərimiz zamanı ilk dəfə ifa edildi və din-
ləyicilər tərəfindən coşğunluqla qarşılandı”
1
.
1967-ci ildə Niyaziyə Üzeyir bəy Hacıbəyov adına Azərbay-
can SSR Dövlət mükafatı təqdim edildi və o, Qırmızı Əmək Bay-
rağı ordeni ilə təltif edildi. Bu, dirijorun coşğun ifaçılıq fəaliy-
yətinin, musiqiyə vurğunluğunun, geniş dinləyici kütlələrini mu-
siqiyə qovuşdurmaq istəyinin bariz surətdə dəyərləndirilməsi idi.
1964-1967-ci illərdə Niyazinin ifa etdiyi simfonik konsertlə-
rini müəyyən mənada onun apardığı böyük musiqi təbliği işinin
yekunu hesab etmək olar. Həmin proqramlar dirijorun bədii əqi-
dəsini və yaradıcılıq istiqamətini əks etdirirdi.
Niyazi 1967-ci ilin noyabr-dekabr aylarında Parisdə sovet
musiqisi və P.Çaykovskinin musiqisi festivalında, məşhur “Ko-
lonna” və Fransa radiosunun simfonik orkestrləri ilə uğurla çıxış
etdi. İfa etdiyi proqrama Q.Qarayevin “Leyli və Məcnun” sim-
fonik poeması, “Don Kixot” simfonik qravürləri və Niyazinin
“Rast” simfonik muğamı da daxil edilmişdir.
Niyazi musiqi maarifçiliyi sahəsinə çox diqqət yetirirdi. Mü-
təmadi olaraq o, hər il, Azərbaycanın gənc nəsli, orta məktəb şa-
girdləri, ali məktəb tələbələri, ümumiyyətlə dinləyicilər üçün res-
publikanın müxtəlif şəhər və rayonlarında öncədən planlaşdırılmış
abonement simfonik konsertlərini böyük həvəslə həyata keçirirdi.
Məsələn, 1968-ci ildə Niyazi abonement konsertlərini Sumqayıt şə-
hərində gerçəkləşdirdi. Niyazinin bütün fəaliyyətinin əsas məqsədi
Azərbaycan xalqının estetik cəhətdən zənginləşməsinə, dünya mu-
1
Ниязи. Монгольские музыканты перенимают опыт советских
коллег//газета “Вышка”. 1963, 14 fevral.
425
siqi klassikasının və müasir musiqinin uğurlu əsərləri ilə tanış edil-
məsi idi. Həmin il Niyazi Ümumittifaq müsabiqəsinin laureatı,
Əməkdar kollektiv Üzeyir bəy Hacıbəyov adına Azərbaycan Döv-
lət simfonik orkestri ilə Azərbaycan Dövlət Filarmoniyasında
R.Kerer, A.Sarıca kimi məşhur sovet və xarici ölkə musiqiçiləri ilə
çıxış etmiş, Türkmənistana qastrol səfərinə getmişdi.
Niyazi 1968-ci ilin oktyabr ayında Azərbaycan bəstəkarlarının
III qurultayını Üzeyir bəy Hacıbəylinin (“Koroğlu” operasının uver-
türası), S.Hacıbəyovun (Orkestr üçün konsert), A.Məlikovun (“Me-
tamorfozalar” simfonik poeması), H.Xanməmmədovun (Tar ilə or-
kestr üçün 2 №-li konsert), C.Cahangirovun (“Sabir” oratoriyası)
əsərlərindən ibarət proqramla açmışdı. Burada da dirijorun bəstəkar-
ların üslubunu dərindən başa düşməsi və eyni zamanda müəllifin üs-
lubundan məharətlə kənara çıxılması ilə fərqlənirdi. Niyazinin bu
təfsirini böyük, “ilhamlı improvizasiya” adlandırmışdılar
1
.
1969-cu ildə böyük bədii hadisəyə çevrilmiş Cənubi Qafqaz
respublikalarının simfonik orkestrlərinin festivalında Niyazi rəh-
bərlik etdiyi orkestr ilə çıxış etmişdi. Həmin ildə o, abonement
konsertləri verir, görkəmli ifaçı musiqiçilər ilə – L.Koganla,
R.Kererlə, əslən bakılı olan beynəlxalq müsabiqələrin laureatı
pianoçu Bella Davidoviç ilə və başqaları ilə çıxış etmişdir.
Niyazi və pianoçu Bella Davidoviç
1
Kərimov S. Niyazi. s. 67.
Dostları ilə paylaş: |