451
də çalışması, solistlər, xor və orkestr arasında harmonik ünsiy-
yətin yaranmasına imkan verirdi.
Azərbaycan dirijorunun müxtəlif illərdə İstanbul, Ankara və
Konyada verdiyi konsertlər, qoyduğu tamaşalar Türkiyənin mə-
dəni həyatında əlamətdar hadisə idi. Niyazinin idarə etdiyi kon-
sertlərdə görkəmli sənətçilər: Türk pianoçuları Ayşegül Sarıca,
İdil Biret, opera sənətçisi Suna Korad, skripkaçı Suna Kan, Oq-
tay Dalaysel və əcnəbi solistlər iştirak edirdilər. Simfonik or-
kestrin ifasında Volfqanq Amadey Motsart, Rixard Vaqner,
Lyudviq van Bethovenin əsərləri ilə yanaşı Fikrət Əmirovun
“Azərbaycan kapriççiosu”, Soltan Hacıbəyovun “Orkestr üçün
konsert”i, Niyazinin “Rast” simfonik muğamı və “Tərəkəmə”
simfonik rəqsi də ifa olunurdu.
Teatr səhnələrində Türkiyədə çox sevilən Pyotr Çaykovski-
nin “Yevgeni Onegin”, “Qaratoxmaq qadın” və Cüzeppe Verdi-
nin “Aida” operalarının təfsiri ölkənin musiqi ictimaiyyətinin və
musiqisevərlərin diqqət mərkəzində dururdu. Niyazidən öncəki
illərdə İstanbul səhnəsində İtaliya dirijoru və İsveçrə rejissoru tə-
rəfindən “Yevgeni Onegin” operası tamaşaya qoyulsa da uğursuz
alınmışdı. Bu barədə İstanbul mətbuatında mənfi, tənqidi rəylər
dərc olunmuşdu. 1965-ci ildə, İstanbulda, bu operanın yeni ta-
maşasında Niyazi əsərin musiqi dramaturgiyasını qavramaq,
musiqinin səciyyəvi xüsusiyyətlərini təsirli şəkildə təqdim et-
mək bacarığını göstərdi. 1966-1967-ci illərdə Niyazi yenə Ankara
opera teatrına dəvət olundu. Bu dəvət P.Çaykovskinin “Qaratox-
maq qadın” operasının tamaşaya qoyulması ilə əlaqədar idi. Bö-
yük uğur qazanan tamaşaya həmin dövrdə Türkiyənin preziden-
ti olan Cevdet Sunay da baxıb, Niyazini və yaradıcı kollektivi
təbrik etmişdi. Mətbuat bu tamaşanı Türkiyənin teatr həyatında
böyük bir hadisə, Türkiyə ilə Sovet İttifaqı arasında mədəni əla-
qələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi işində önəmli
tədbir kimi dəyərləndirdi. Bu uğurlu qastroldan sonra Niyazi də-
fələrlə Türkiyəyə dəvət olundu. 1973-cü ildə o, ilyarım ərzində An-
kara Opera teatrının bədii rəhbəri və dirijoru vəzifələrində çalışdı.
1973-cü ildə Niyazinin rəhbərliyi altında dünya opera sənəti-
nin incisi, İtaliya bəstəkarı C.Verdinin “Aida” operasının tama-
452
şası gerçəkləşdi. Niyazinin bu işi mətbuatda “mövsümün ən yax-
şı tamaşası” adına layiq görüldü
1
. Yeri gəlmişkən qeyd etmək la-
zımdır ki, operanın baş qəhrəmanı – Radames rolunda həmyerli-
miz, opera müğənnisi Lütfiyar İmanov çıxış etmişdi.
Bu tamaşalar və konsertlər Türkiyənin musiqi həyatının zən-
ginləşməsində, dinləyicilərin dünyanın gözəl musiqi nümunələri
ilə tanış olmasında, ümumiyyətlə, musiqi mədəniyyətinin inkişa-
fında müsbət rol oynayırdı. Niyazi ilə birgə çalışmalar türk ifaçı-
ları üçün də böyük əhəmiyyət kəsb edirdi. Onların özlərinin də
etirafına görə, Niyazinin məşq zamanı verdiyi izahatları, ifaçılıq
göstərişləri peşəkar təkmilləşmə, ustalıq məktəbi idi. Niyazinin
böyük bir psixoloq, müəllim olmasını Türkiyənin bir çox mədə-
niyyət xadimləri, bəstəkar və ifaçıları yazılı və şifahi şəkildə
qeyd etmişlər. Bunların arasında bəstəkarlar Adnan Sayqun,
Necil Kazım Akses, Bülent Tarcan, dirijor Gürer Aykal, opera
solistləri Ayhan Baran, Yıldız Tumbul, Müfidə Özgür, Sona Ko-
rad, Erol Uraş, pianoçu İdil Biret, skripkaçı Suna Kan, skripka
və viola (alt) ifaçısı Özər Sezgin, jurnalist Hayati Asılyazıcı və
başqalarının adını çəkmək olar.
Ümumiyyətlə, 1973-cü il Türkiyənin musiqi mədəniyyətində
baş verən əlamətdar hadisələrlə zəngin bir dönəm idi. Həmin ilin
iyul ayında İstanbulda Türkiyə Cümhuriyyətinin 50 illiyi müna-
sibəti ilə Beynəlxalq musiqi festivalı keçirilirdi. Festivalda türk
bəstəkarı Adnan Sayqunun yeni yazdığı “Koroğlu” operasının
ilk tamaşası və Ankara ilə Konya şəhərlərində onun “Yunis İm-
rə” (“Yunus Emre”) oratoriyası Niyazinin rəhbərliyi altında ifa
olundu.
1
Гусейнов А. О маэстро Ниязи. “Маэстро Ниязи”. Воспоминания,
статьи, письма / Составители Х.Гаджибекова, А.Гусейнов. Баку, 1987, c. 173.
453
Niyazinin rəhbərliyi altında Ankarada gerçəkləşən “Yunus Emre”
oratoriyasının afişası. Niyazi ev-muzeyinin arxivi.
Müsahibələrin birində A.Sayqun öz operası haqqında bu söz-
ləri demişdi: “Koroğlu bizim ortaq qəhrəmanımızdır. Mən bu
operanı yazanda həmişə Niyazi haqqında düşünürdüm, bilirdim
ki, yalnız o, bu operanı ən yaxşı şəkildə təqdim edə bilər. İndi
böyük bir sevinc hissi ilə təsdiq edə bilərəm ki, mənim bu arzum
gerçəkləşdi”
1
. Sayqunun söylədiyinə görə, Niyazinin opera üzə-
rində çalışma tərzi heyrət doğurucu idi. Daha öncə heç görmədi-
yi 800 səhifəlik opera notlarını çox diqqətlə incələyən, bir çox
yerdə işarələr qoyan Niyazi, sanki notları əzbərləmişdi.
Səhnələşdirmə, məşqlər zamanı o, orkestr və ifaçılarla parti-
tura üzərində çox diqqətlə, müfəssəl şəkildə çalışırdı. Gərəksiz
təlaşa qapılmadan o qısa zamanda bütün operanı tamaşaya hazır-
lamışdı
2
.
1
Гусейнов А. О маэстро Ниязи. “Маэстро Ниязи”. Воспоминания,
статьи, письма / Составители: Х.Гаджибекова, А.Гусейнов. Баку, 1987, c. 173.
2
1986-cı ildə A. Sayqun Sovet İttifaqına gəlmişdi. Moskvada, o vaxt
radionun baş musiqi redaksiyasının baş redaktor müavini N.Ələkbərovanın
bəstəkarla müsahibənin Niyaziyə aid olan hissəsi “İnsan həyatdan izsiz keç-