457
kar bir mərkəzdə sufi Yunis İmrəyə həsr olunmuş əsərin səslən-
məsi məkana uyğun bir mövzu kimi görünürdü, digər tərəfdən
isə buradakı dinləyici auditoriyası müasir, çoxsəsli, Avropa tər-
zində yazılmış musiqi əsərinin ifasına o vaxt hələ alışmamışdı
ki, bu da gərginlik yaradırdı. Niyazi hər zaman olduğu kimi bu
konsertə də böyük məsuliyyət hissi ilə hazırlaşır, Sayqunla bəra-
bər əsərin dramaturji yozumunu dəqiqləşdirirdi. İmrənin müasiri
XIII əsr sufi Mövləvi təriqətinin banisi, böyük filosof və şair Cə-
laləddin Ruminin məqbərəsinin ziyarəti dirijora Yunis İmrənin
yaşadığı dövrə daha dərindən nüfuz etməyə kömək etdi. Konya-
da “Yunis İmrə” oratoriyasının dinləyicilər tərəfindən hərarətlə
alqışlanması Sayqun-Niyazi sənətinin böyük uğuru idi.
Niyazinin Türkiyə musiqi xadimləriylə uğurlu yaradıcılıq
əlaqələri çox vaxt aralarında yaranan şəxsi dostluq, ailəvi müna-
sibətləri ilə möhkəmlənirdi. Bir çox bəstəkarlar, sənətçilər dahi
dirijorun və onun mehriban, sadiq həyat yoldaşı Həcər xanımın
səmimiliyinin, qonaqpərvərliyinin şahidi idilər. Bunların arasın-
da A.Sayqunla dostluğu xüsusilə seçilirdi. Niyazi Sayqunu bir
bəstəkar və insan olaraq yüksək qiymətləndirirdi. O, hətta hesab
edirdi ki, Sayqun öz xidmətlərinə uyğun, yetərli dərəcədə dəyər-
ləndirilmir
1
.
1977-ci ildə İstanbulda A.Sayqunun 70 illik yubileyi qeyd
olundu. Şəxsən iştirak edə bilmədiyi bu tədbirdə Niyazi Sayquna
təbrik teleqramı göndərmişdi. Bu teleqramın mətni Sayqunun
yubiley konsertinin proqramında dərc olunmuşdu:
2
“Sənət dostum, can qardaşım, türk musiqisinin ağsaqqalı!
Kim deyir ki, “yetmişdir”? Mən deyirəm: “yetməmişdir”! Bir
dörd simfoniya daha yaz, çünki sənin hər bir simfoniyan Anado-
lunun bir parçasıdır: onun tarixi, onun qəhrəmanlığı, onun həya-
1
Гаджибекова Х. Воспоминания о моём муже // Маэстро Ниязи. Вос-
поминания, статьи, письма / Составители: Х.Гаджибекова, А.Гусейнов.
Баку, 1987, с. 36.
2
Bu mətni mənə 2007-ci ilin mart ayında Bursa şəhərində A.Sayqunun
100 illiyinə həsr olunmuş beynəlxalq konfransda vaxtı ilə Türkiyədə Niyazi-
nin orkestrində çalışan skripka və viola (alt) ifaçısı, hal-hazırda İstanbul Kül-
tür Üniversitesinin professoru Özər Sezgin təqdim etmişdir.
458
tı, onun mənəvi xəzinəsidir. Bu musiqi xəzinəsini musiqisevən-
lərə geniş ürəyinlə bağışla, insanlara sevinc gətir. Onu bil ki, sə-
nin partituralarına dağılmış incilər dünyanın qabaqcıl musiqiçi-
lərinə yeni bir musiqi səhifəsini açır. Səni candan təbrik edirəm
və sevgimi “Koroğlu”nda göstərərəm. Yenə də “Hey, hey!”
Qeyd edək ki, Niyazinin Türkiyə səfərləri onun yalnız diri-
jorluq fəaliyyəti ilə deyil, eyni zamanda orada verdiyi müsahibə-
lərilə, müxtəlif rəsmi və qeyri-rəsmi görüşlərdə, toplantılarda iş-
tirakı və çıxışları ilə diqqəti cəlb edir.
Dirijorun həmin çıxışlarında toxunduğu mövzular – Azər-
baycan və Türkiyənin musiqi mədəniyyətinin keçdiyi inkişaf
yolları və ortaq tarixi mərhələləri, xalq musiqisinin bəstəkarların
yaradıcılığında tutduğu mövqe, xalq mahnılarının əsərlərdə iş-
lənməsi, bəzi çağdaş cərəyanların tənqidi və tövsiyyələri, musiqi
tədrisi sistemi, dirijorluq sənətinin xüsusiyyətləri və digər aktual
məsələlər idi. Bu çıxışlar əsasən qısa olsa da öz dərinliyi ilə se-
çılir və bir musiqişünas məruzəsi qədər əhəmiyyət daşıyırdı.
Niyazinin arzu etdiyi, amma təəssüf ki, həyata keçirə bilmə-
diyi işlərdən biri A.Sayqunun “Koroğlu” operasını (təkrarən) və
Ü.Hacıbəylinin “Arşın mal alan” operettasını Türkiyənin səhnə-
sində tamaşaya qoymaq və “Ankara – İstanbul – Ankara” adlı
kitabını tamamlamaq idi.
SSRİ Xalq artisti dirijor Veronika Dudarova Niyazi haqqın-
da xatirələrində belə yazırdı: “Türkiyədə olduğum zaman türk
həmkarlarım biləndə ki, mən əslən bakılıyam, mütləq Niyazidən
söz açırdılar, onun böyük maestro, Türkiyədə çox sevilən dirijor
və gözəl bir insan olduğunu qeyd edirdilər”.
1
Türk jurnalisti və teatr tənqidçisi Hayati Asılyazıcı, ruscadan
türk dilinə tərcümə olunmuş “Olağanüstü Yetenekli Bir Büyük
Sanatçı” adlı kitabın girişində Azərbaycan dirijoru haqqında bu
sözləri yazmışdır: “Sovet sənətkarı Azərbaycanlı Niyazi müasir
orkestr dirijorları arasında bir çox özəllikləriylə öndə yer tutan
dirijorlardandır. Bir psixoloqdur. Bir pedaqoqdur. Bir böyük us-
1
Дударова В. Талант – это главное в Ниязи. “Маэстро Ниязи”. Вос-
поминания, статьи, письма. Составители: Х.Гаджибекова, А.Гусейнов.
Баку, 1987, с. 68-69.
459
taddır. Böyük istedadı var. Klassik və modern bəstəkarların
əsərlərini müasir yozumlarla ifa edən böyük virtuozdur. Elə dü-
şünürəm ki, Şərq və Qərb musiqisini ən yaxşi bilən dirijordur.”
Son olaraq bir daha vurğulayaq ki, bu gün “bir millət – iki
dövlət” adlandırdığımız Azərbaycan və Türkiyə münasibətləri-
nin belə yüksək səviyyədə qurulmasında Niyazinin rolu müstəs-
nadır. Türkiyədə böyük uğurla çalışan ilk Azərbaycan dirijoru
və bəstəkarı məhz Niyazi olmuşdur. O, xüsusən 1963-73-cü il-
lərdə, Türkiyədə çalışdığı dövrdə dost ölkənin musiqi mədəniy-
yətinin zənginləşməsində, inkişafında, eləcə də əlaqələrimizin
möhkəmlənməsində böyük xidmətlər göstərmişdir. Bir sözlə,
Niyazi yalnız dahi dirijor deyil, həm də böyük bir insan kimi ta-
rixin yaddaşında əbədi yer tutan Azərbaycan və dünya musiqi
mədəniyyətinin elçisi olmuşdur.
***
Azərbaycan simfonik orkestrinin “mayestro”su Niyazidən
sonra, xalq çalğı alətləri orkestrinin “mayestro”su Səid Rüstə-
movun həyat və yaradıcılığının xasiyyətnaməsinə keçid alırıq.