448
munu ona tamamilə etibar etməsinə səbəb olurdu. Bunu dəfələr-
lə türk bəstəkarları özləri də etiraf edirdi. Məsələn, 3-cü simfo-
niyanın məşqi zamanı Niyazi salonda oturan Sayquna üz tutaraq
əsərin yozumu haqqında fikrini soruşur. Sayqun isə Niyazinin
ifasında simfoniyasının düşündüyündən daha yaxşı səsləndiyini
məmnuniyyətlə qeyd edir.
Bu konsertin təkrarının Moskva şəhərində bir başqa dirijo-
run iştirakı ilə də keçməsi qabaqcadan planlaşdırılmışdı. Amma
Türk bəstəkarlarının təkidi ilə bu konserti idarə etmək üçün Ba-
kıdan Niyazi dəvət olundu. Təşkilatçılar A.Sayquna öz simfoni-
yasına özünün dirijorluq etməsini təklif etsələr də, o, Niyazi
olan yerdə başqa birisinin, hətta müəllif olsa belə, dirijorluq et-
məyinin mümkün olmadığını vurğulamışdı.
1963-cü ildə Moskva Konservatoriyasının böyük salonunda
keçirilən konsert türk musiqisinin bayramına çevrildi. Konsert
birbaşa qrammofon vallarına yazıldı. Bu, Moskvada türk bəstə-
karlarının yaratdığı ilk qrammofon yazıları idi. Salonda toplan-
mış dinləyicilər, Moskvanın ən tanınmış musiqiçiləri muasir
türk musiqisini böyük maraqla qarşıladılar. Bu hadisə türk mə-
dəniyyətinin təbliğində və yayılmasında böyük əhəmiyyət kəsb
etdi.
Moskvadakı konsertdə dinləyicilər arasında türk şairi, yazı-
çısı və ictimai xadimi Nazim Hikmətin (1902-1963) də olması
tədbirə xüsusi önəm verirdi. N.Hikmət ilə Niyazi 1960-cı ildə
Azərbaycan bəstəkarı A.Məlikovun “Məhəbbət əfsanəsi” baleti
üzərində çalışarkən tanış olmuş və bu, ömür boyu davam edən
dostluğa çevrilmişdi. Niyazi o günü xatırlarkən yazırdı ki, Na-
zim Hikmət konsertin ilk tənəffüsündə səhnənin arxasına gələ-
rək “Harada mənim “Aslanım”, sualı ilə məni axtarırdı”
1
.
N.Hikmət dostu Niyazini və məktəb yoldaşı A.Sayqunu qucaq-
layaraq onları bu müvəffəqiyyətə görə təbrik etdi. Konsertdən
sonra Türkiyənin Moskvadakı səfiri Fəhri Qorutürk (illər sonra
ölkənin prezidenti olmuşdur) Niyazi, Sayqun və Erkinin şərəfi-
1
Ниязи. О народной музыке. “Маэстро Ниязи”. Воспоминания, статьи,
письма / Составители: Х.Гаджибекова, А.Гусейнов. Баку, 1987, с. 239.
449
nə qəbul təşkil edərək öz təbriklərini onlara çatdırdı. Həmin
1963-cü ildə Niyazi böyük konsert proqramı ilə Türkiyəyə də-
vət olundu.
O dönəmdə Sovet ölkəsi ilə Türkiyə arasında olan münasi-
bətlər bugünkü sıx əlaqələrin gerçəkləşən şəraitindən fərqli, çox
mürəkkəb idi. Sovetlərin illər boyunca sürən “dəmir qapılar” si-
yasəti, Türkiyədə baş verən hərbi çevriliş və hərbi iqtidar iki
qardaş xalqı – Azərbaycan və Türkiyə xalqlarını biri-birindən
uzaq salırdı. Amma ölkələr arasında tədricən mülayimləşən mü-
nasibətlər mədəni əlaqələrin də inkişafına yol açırdı.
Bu münasibətlərin müsbət şəkildə irəliləməsində Niyazinin də
bir sənətkar və vətənpərvər Azərbaycan vətəndaşi kimi böyük payı
var idi. İllər sonra Türk dirijoru Hikmət Şimşək (1924-2001) Ba-
kıda qastrol səfərində olarkən Niyazi haqqında bu sözləri demiş-
dir: “Niyazi Türkiyə və Sovet İttifaqı arasında olan buzları əridə
bilmişdir. O, öz sənəti ilə ölkələrimiz arasında uzun illər bağlı
qalan qapıları açmışdır”
1
.
1925-1930-cu illərdə Parisdə və Avropanın digər mədəniyyət
mərkəzlərində peşəkar musiqi təhsili almış ilk beş Türkiyə bəs-
təkarı – Rəşid Rey (1904-1985), Fərid Alnar (1906-1978), Ad-
nan Sayqun, Ülvi Cemal Erkin, Necil Akses (1908-1999) 1960-
70-ci illərdə artıq tanınmış musiqiçilər idi. Onların ardından ye-
ni bəstəkarlar nəsli yetişməyə başladı. Bununla yanaşı Türkiyədə
simfonik əsərlərin ifası üçün yüksək səviyyəli dirijorlara böyük
ehtiyac var idi. Bu problemə toxunan Türkiyənin musiqi xadimi,
bəstəkar Bülent Tarcan (1908-1999) öz məqaləsində belə yazır-
dı: “Bizim öz Adnan Sayqunumuz var, lakin təəssüf ki, öz Ni-
yazimiz yoxdur. Opera sənətimizin adından, bütün türk musiqi-
si adından mən Niyaziyə hədsiz minnətdarlıq duyğularımı bil-
dirmək və belə demək istəyirəm: yaşa, min yaşa, Niyazi!”
2
Niyazi Türkiyəyə gələn ilk Sovet dirijoru idi. Türk mədəniy-
yət xadimləri, ictimaiyyət nümayəndələri, hətta sadə Türkiyə və-
1
Həcər xanımın Niyazi haqqında xatirələrindən. Bax: Хаджар ханум Гад-
жибекова. Рассказ о моем муже. “Маэстро Ниязи”. Воспоминания, статьи,
письма. Составители: Х.Гаджибекова, А.Гусейнов. Баку, 1987, с. 38.
2
Kərimov S. Həmin əsər. s. 72.
450
təndaşları biləndə ki, Niyazi azərbaycanlıdır, ona qarşı maraq qat-
qat artırdı. Musiqiçilər, tamaşaçılar hər fürsətdən istifadə edərək
Niyaziyə Azərbaycan haqqında, onun mədəniyyəti, ədəbiyyatı
ilə bağlı müxtəlif suallar verirdilər. Niyazi öz geniş biliyi, iste-
dadı və Türk xalqına bəslədiyi səmimi hissləri sayəsində türk ic-
timaiyyətinin dostluğunu və hörmətini qazanmışdı.
İlk gəlişindən Niyazi geniş və zəngin proqramla çıxış etməyə
çalışırdı. Bu məqsədlə o, dünya klassiklərinin, Azərbaycan və
türk bəstəkarlarının əsərlərinə müraciət edərək Ankara Cumhur-
başkanlığı simfonik orkestri və Ankara opera və balet teatrının
solistləri ilə konsert və tamaşalarla çıxış edirdi. Həmin konsert-
lərdə Niyazinin dirijorluğu ilə P.Çaykovskinin Dördüncü simfo-
niyası və “Romeo və Cülyetta” uvertüra-fantaziyası, N.Borodi-
nin “Knyaz İqor” operasından “Qıpçaq rəqsləri”, H.Venyavski-
nin Skripka və orkestr üçün konserti (solist – orkestrin konsertmey-
steri Oktay Dalaysel), A.Sayqunun Üçüncü simfoniyası və Forte-
piano konserti böyük məharətlə ifa olunmuşdu.
Bu çıxışlar türk mətbuatında da geniş işıqlandırılırdı. Adnan
Sayqun Niyazinin ecazkar sənətindən, bəstəkarın əsərləri dərk
edib ustalıqla ifa etməsindən yazaraq aldıqları əsl zövqə görə Ni-
yaziyə səmimi minnətdarlığını və təşəkkürünü bildirirdi.
Musiqi tənqidçisi Orxan Tanrıqulu Türkiyədə bundan öncə
P.Çaykovskinin və N.Borodinin əsərlərinin belə müstəsna dərə-
cədə parlaq və canlı səslənməsini eşitmədiklərini, Niyazinin ifa-
sında isə əsl rus musiqisini dinlədiklərini yazmışdı. Niyazi Anka-
ra opera teatrının səhnəsində P.Çaykovskinin “Yevgeni Onegin”
operasını və “Yatmış gözəl” baletini yenidən səhnələşdirərək
yüksək məharətlə tamaşaya goydu. P.İ.Çaykovskinin “Yevgeni
Onegin” tamaşasında iştirak edən məşhur rumın müğənnisi Teo-
dora Lukaçio yazırdı: “Niyazi öz şəxsində ilhamlı musiqiçini,
ciddi dramaturqu və tələbkar tamaşa tərtibatçısını təcəssüm etdi-
rən dirijordur. Onun incə ifaçılıq göstərişləri, müfəssəl rejissor-
luq remarkaları, nəticə etibarilə operanın müvəffəqiyyətini mü-
əyyən etmişdir”.
Niyazinin musiqili teatr sənətində olan böyük təcrübəsi, di-
rijorluqla yanaşı bir rejissor və tamaşaların bədii rəhbəri kimi
Dostları ilə paylaş: |