454
Açıq səhnədə tamaşaya qoyulan operanın dekorasyalarına da
Niyazi biganə qalmamışdı. Sayqunun dediyinə görə Niyazinin bu
sahədə də verdiyi tövsiyələr bir peşəkar rəssam səviyyəsində idi.
Tamaşanın müvəffəqiyyəti ilə əlaqədar Sayqun Ankara və İs-
tanbul Televizyasına bunları söyləmişdi: “Bütün demək istədik-
lərimi mən notlarla əks etdirdim. Sonrakı bütün əmək mənim
böyük dostum Niyazi və başqa yoldaşlara aiddir. Qeyd etmək is-
tərdim ki, Niyazi mənim əsərimi məndən yaxşı anlamış, mənim
düşünmədiyim şeylərə diqqət yetirmişdir”.
Niyazi və türk bəstəkarı Ə.A.Sayqun
Niyazi də, öz tərəfindən, bu opera üzərində çalışmaqdan zövq
aldığını bildirmişdi. Onun bu operaya qarşı olan xüsusi marağı
“Koroğlu” dastanının Azərbaycan və Türkiyə xalqlarına eyni dərə-
cədə doğma olmasından irəli gəlirdi. Türkiyə mətbuatına verdiyi
mir” adlı məqalədə, “Maestro Niyazi” (rus dilində) kitabında dərc olunmuş-
dur. Bax: Алекперова Н. Человек не проходит без следа из жизни. “Ма-
эстро Ниязи”. Воспоминания, статьи, письма. Составители: Х.Гаджибе-
кова, А.Гусейнов. Баку, 1987.
455
müsahibədə o deyirdi: “Bu yaxınlarda biz dahi bəstəkar Üzeyir Ha-
cıbəyovun eyniadlı “Koroğlu” operasının 1000-ci tamaşasını qeyd
edəcəyik, hazırda isə mən Türkiyədə Sayqunun “Koroğlu” operası-
nın ilk tamaşasını hazırlayıram. Bu tamaşanı türk izləyiciləri və fes-
tivalın qonaqları səbirsizliklə gözləyirlər. İndidən kassalarda artıq
bütün tamaşalara biletlərin satılıb bitməsi operaya göstərilən ma-
rağın sübutudur.” A.Sayqun ilə Niyazinin digər uğurlu birgə işi
“Yunis İmrə” (“Yunus Emre”) oratoriyası oldu. 1946-cı ildə yazı-
lan bu əsər 13-cü əsrin sufi-şairi Yunis İmrənin həyatı, onun fəlsəfi
görüşlərini əks etdirən şeirləri əsasında bəstələnmişdir. Uğurlu tale-
yi olan oratoriya müxtəlif vaxtlarda Amerika, Fransa, Macarıstan
və Türkiyədə ifa olunmuşdur. Onu ifa edən dirijorların arasında
məşhur Amerika dirijoru Leopold Stokovskinin adını xüsusi qeyd
etmək lazımdır. L.Stokovski əsəri çox bəyəndiyindən, öz gözəl or-
kestri ilə onu dəfələrlə səsləndirmişdi. Bu müvəffəqiyyət, əsəri öz
anasına həsr edən A.Sayqunu, “Anama” sözlərinin yanına “və Sto-
kovskiyə” sözlərini də əlavə etməsinə sövq etdi. Bununla yanaşı
Sayqun əsərin redaktəsinə bir neçə dəfə qayıtmış, onu öz dirijorluğu
ilə ifa etmiş, amma oratoriyanın ifası onu tam olaraq qane etməmiş-
di. Azərbaycan dirijoru Niyazinin yozumu isə bu əsərə “yeni bir
həyat verdi”. O dövrdə Ankara Opera teatrının direktoru, türk opera
müğənnisi, oratoriyanın solo ifaçılarından Ayhan Baranın bu söz-
lərini müxtəlif qəzetlərdə dərc olunan müsbət rəylər də təsdiqləyirdi.
Ankaradakı konsertdən sonra Adnan Sayqun AzərTAc-ın müxbiri
Əsildar Hüseynova demişdi: “O zaman ki, əsərim Niyazinin əlində-
di, mən çox rahatam. O, nəinki əsərlərimi çox düzgün yozumlayır,
hətta onları zənginləşdirir. Bu gün də mən eyni şeyin şahidi oldum”.
L.Stokovski və Niyazinin yozumları arasında olan önəmli bir
fərqi bəstəkar belə izah etdi: “Stokovski istedadlı bir musiqiçi
olaraq əsərin ən yaxşı səslənməsi üçün əlindən gələni edirdi. Ni-
yazi isə yalnız bir musiqiçi olaraq deyil, həm də bir insan kimi
əsərə yanaşdı”
1
. O,Yunis İmrənin şeirlərinin dərin mənasını, fəl-
səfəsini dərk edərək onu öz ifasında təcəssüm etdirdi. Sayqun
1
Алекперова Н. Человек не проходит без следа из жизни. “Маэстро
Ниязи”. Воспоминания, статьи, письма. Составители: Х.Гаджибекова,
А.Гусейнов. Баку, 1987, с. 163.
456
Niyazi ilə ruhca çox yaxın olduqlarını söyləmişdi. Onun dediyi-
nə görə, Niyazi oratoriyanı (digər əsərlərdə olduğu kimi) o qədər
ürəylə ifa edirdi ki, onu artıq öz əsəri kimi duyur və istər-istə-
məz oratoriyaya öz şəxsi dünyagörüşünü, yozumunu daxil edir-
di. Belə ki, əsərin son – xoral hissəsində Niyazi Sayqunun yaz-
dığı səsin gurluq dərəcələrini dəyişdirərək bu hissəni fərqli bir
tərzdə ifa edirdi. O, Yunis İmrənin və ümumiyyətlə insanın ölü-
münü “çarəsizlik”, “həyatın sonu” olaraq deyil, “əbədiyyətə qo-
vuşması” kimi təqdim etməyə çalışır və maraqlı musiqi həlli ta-
paraq bunu ustalıqla dinləyicilərə çatdırırdı.
Niyazi yozumunun digər önəmli fərqi haqqında “Yunis İmrə”
oratoriyasının solistlərindən biri, hal-hazırda vokal sənəti mü-
əllimi işləyən, professor Müfide Özgüç mənimlə söhbətində de-
di ki, oratoriyanın solo ifa edilən partiyalarında çox qısa sərbəst
ritmli motivlər var. Niyazi orta əsr ənənəvi musiqi sənətinin ru-
hunu daha qabarıq şəkildə əks etdirmək üçün partiturada göstə-
rilməyən, ifaçıların geniş improvizə etmələrini istədi. O, sənətçi-
lərə sərbəst yaradıcılıq imkanı verdi. Eyni zamanda, Niyazinin
qüvvətli ritm və forma hissi, möhkəm ustad dirijor əli əsərin bü-
tövlüyünü qoruyurdu. Müfide xanımın dediyinə görə, məşqlər
ciddi peşəkar tələbkarlıqla yanaşı xeyirxahlıq şəraitində keçirdi,
bu yaradıcılıq əhval-ruhiyyəsi məhsuldar uğurlu nəticələrə zə-
min yaratdı.
M.Özgüç təəssüflə bildirdi ki, Niyazinin bu gözəl yozumunu
digər dirijorlar təkrarlaya bilmədilər. Qeyd etmək lazımdır ki,
Niyazi yüksək səviyyəli peşəkar sənətçi olduğu üçün oratoriya-
nın yalnız musiqi hissəsiylə deyil, bütün əsərin quruluşu ilə məş-
ğul olurdu. O dövrdə Ankara Opera teatrının bədii rəhbəri vəzi-
fəsində çalışan Niyazi xor və solistlərin zahiri görünüşünə də
diqqət yetirirdi. Müfide Özgüçün söylədiyinə görə, Niyazi incə
zövqlü bir insan idi. O, xor və solistlərin səhnə geyimlərinin tər-
zini, rəngini özü təyin edirdi, tamaşanın bütövlükdə tam təəssü-
rat yaratmasına çalışırdı.
Türkiyənin qədim şəhəri Konyada oratoriyanın ifasını bütün
kollektiv xüsusi həyəcanla gözləyirdi. Konyada belə bir tədbirin
keçirilməsi heç də asan iş deyildi. Bir tərəfdən dini və mühafizə-