Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

47 

 

Məlumatların   işlənmə   sistemlərində   informasıyanın saxlanması, axtarışı 



və  verilməsi məqsədilə ən primitiv üsul və vasitələrdən başlayaraq ən mütərəqqi 

üsul və vasıtələrin çoxsaylı variantları tətbiq edilir. 

qtisadı  informasıyanın  avtomatlaşdırılmış  işlənmə  sistemlərinin  təşkilati-

texniki  bazasında  periferiya  texnikası  vasitələrinin  xüsusi  yeri  vardır.  Bu  texniki 

vasitələrə  identifıkatorları  dərk  edən  və  maşına  daxil  edən  qurğular,  fakt  və 

hadisələri,  təsərrüfat  əməliyyatlarını  ölçmək  və  hesablamaq  üçün  qurğular,  pul-

hesablaşma  əməliyyatlarını  avtomatlaşdıran  qurğular,  müxtəlif  istehsal 

qeydediciləri və s. aiddır.  dentifıkatorların dərk edilməsi və maşına daxil edilməsi 

proseslərinin  avtomatlaşdırılması  üsullarını  nəzərdən  keçirərkən  daha  geniş 

yayılmış  ştrixli  kodlaşdırma  və  kodların  maqnit  yazılışı  üsullarına  xüsusi  dıqqət 

yetirmək lazımdır.   

Ş

trix  kodlaşdırma  üsulunun  geniş  yayılması  onun  bir  sira    üstünlüklərə  və 



vasitələrə malik olması ilə əlaqədardir: qrafikanın sadəliyi, təsvirlərin və eləcə də, 

informasıya  daşıyıcılarının  keyfıyyətinə  qarşı  ciddi  tələblərin  qoyulması; 

informasıyanı  oxuyan  qurğuların  sadəliyi  və  ucuz  başa  gəlməsi.  Ştrixli 

kodlaşdırma vasitələrinin qeyd edılən üstünlükləri onların tətbiq dairəsini daha da 

genişləndirır  (ticarət  sahəsində,  sənaye  müəssisələrində,  malların  və  əmək 

cisimlərinin  hərəkəti  zamanı  istifadə  olunan  ştrixli  kodlar,  identifikatorlar 

qeydiyyat  nömrələrini  özündə  birləşdirir).  Bu  məqsədlə  xüsusi  proqram 

vasitələrindən və cihazlardan istifadə edilir. 

Maqnit  kartları  plastmas  lövhədən  ibarət  olmaqla  onun  üst  səthində 

identifikasıyaedici  yazılar  və  identifıkasiyanın  maqnit  yazısı  olan  ferro-maqnit 

örtük vardır. Maqnit kartı informasıyanı oxuyan qurğunun qəbuledicisinə qoyulur 

və ötürücü mexanizm vasitəsilə maqnit başlığın yanından keçir. Bu zaman maqnit 

kartında olan isarələr oxunaraq tələb olunan xəbər formasına çevrilir. 

Maqnit kartlarının da tətbiq edildiyi sahələri çoxdur. 

Fakt  və  hadisələrin  əməliyyatların  ölçülməsi  və  hesablanması  məqsədilə 

istifadə  edilən  qurğulara  elektron  tərəziləri,  müxtəlif  sayğacları,  xammal  və 

material sərfini və axınlarını ölcən cihazları və s. aid etmək olar. Elektron tərəziləri 



48 

 

ə



n çox iri ərzaq malları satışı mağazalarında, malların çəkilməsi və qablaşdırılması 

tələb olunan yerlərdə istifadə olunur. 

Konstruksiyasına  görə  elektron  tərəziləri  çəki  mexanızmi  ilə  çəkinin 

nəticələrini  rəqəm  formasına  çevirən  qurğunun  birləşməsi,  elektron  bloku, 

klaviaturalı idarəetmə paneli və zəruri indikatordan ibarətdir. Bu tərəzilər aşağıdakı 

ə

məliyyatları  yerinə  yetirə  bilir:  qablaşdırılmış  malın  çəkilməsi;  çəkinin  malın 



qiymətinə vurulması (qiymət elektron blokun yaddaşında saxlanılır), qablaşdırılmış 

malın etiketinin çap edilməsi, xəbərin malların hərəkətinin uçotunu həyata keçirən 

kompüterə  verilməsi,  malların  nomenklaturası  və    qiymətlərindəki  dəyişmələr 

haqqındakı  məlumatların  kompüterdən  qəbul  edilməsi,  aparılmış  çəkilər 

haqqındakı  məlumatların yığılması, saxlanması. 

Belə tərəzilər həm ayrılıqda və həm də malların hərəkətinin uçotu sisteminin 

tərkibində  istifadə  edilə  bilər.  Əgər  tərəzi  mağazanın  informasıya  sisteminin 

tərkibinə  daxil  olarsa,  tərəzinin  sayğac  göstəricisi  dövri  olaraq,  yaxud  da  iş 

növbəsinin  sonunda  malların  hərəkətinin  ümumi  uçotunu  aparan  mərkəzi 

kompüterə verilir. Beləliklə, mağazanın rəhbəri  çeşidlər üzrə  malların  hərəkətini 

operativ  surətdə izləmək və mal  axınlarının tənzimlənməsi  üçün vaxtında tədbir 

görmək imkanı əldə edir. 

Sayğaclardan iri seriyalı və axınlı xarakter daşıyan istehsal obycktlərində və 

ə

l  üsulları  ilə  malların,  məhsulların  hesablanması  məqsədəuyğun  və  etibarlı 



olmayan sahələrdə istifadə edilir. 

Bir qayda olaraq sayğac məmulatların və ya detalların hazırlanması texnoloji 

prosesinin  başa  çatdığı  yerlərdə  və  əsas  texnoloji  avadanlıqların  üzərində 

quraşdırılır. 

Xammal  və  material  sərfini  və  axınlarını  ölçən  cihazlardan  maye  və  qaz 

şə

klində olan obyektlərin ölçülməsində istifadə olunur. 



Hazırda  periferiya  texnikası  vasitələri  kimi  elektron  kassa  aparatlarından  və 

banknotları hesablayan cihazlardan da geniş istifadə edilir. 

Elektron  kassa  aparatları  kassa  əməliyyatlarının  sürətini  artırmaq  və 

məlumatların  dəqiqliyini  təminin  etməklə  yanaşı,  malların  hərəkətinin  uçot 




49 

 

sistemini  əsaslı  surətdə  təkmilləşdırməyə  imkan  verır.  Elektron  kassa  aparatları 



kassir  əməyinin  yüksək  səviyyədə  avtomatlaşdırılması  üçün,  alıcılara  xidmətin 

səviyyəsinin  yüksəldilməsi  və  yekun  məlumatların  rabitə  kanallarına  və  texniki-

informasıya  daşıyıcılarına  cıxarılması  ücün  əlverışli  sərait  yaradır.  Banknotların, 

müxtəlif  pul  nişanlarının  və  məbləğlərin  hesablanması  prosesində  tətbıq  edılən 

cihazlar əvəzsizdir. Bu cür sayğacların konsrtuksiyası ixtiyari valyuta nümunələrini 

yüksək  sürət  və  dəqiqliklə  hesablayır  (saniyədə  təqribən  100  vərəq  besablama 

sürətinə  malikdir).  Qalınlığı  0,1  mm-ə  bərabər  olan  bərk  kağız  vərəqələri  100%  

dəqiqliklə hesablaya bilir. 

nformasiyanın işlənmə texnologiyalarının proqram təminatı dedikdə, müasir 

hesablama  texnikası  vasitələrinin  köməyilə  məlumatların  işlənmə  sistemlərinin 

yaradılması  məqsədləri  üçün  istifadə  edilən  proqram  vasitələrinin  və  sənədlərin 

məcmusu  başa  düşülür.  Proqram  təminati  vasitələrinin  yerinə  yetirdiyi 

funksiyalardan asılı olaraq onu iki yerə ayırmaq olar: 

a) baza və ya sistem proqram təminatı; 

b) tətbiqı proqram təminatı. 

Baza  və  ya  sistem  proqram  təminatı  iqtisadi  informasıyanın  kompüterdə 

işlənməsi prosesini təşkıl etməklə yanaşı tətbiqi proqram vasitələri üçün normal iş 

mühitini  də  təmin  edir.  Baza  proqram  təminatı  sistemin  aparat  vasitələri  ilə  o 

dərəcədə bağlıdır ki, bəzən onu kompüterin bir hissəsi hesab edirlər. 

Tətbiqi  proqram  təminatı  istifadəçinin  konkret  məsələlərinin  həlli  və 

bütövlükdə informasıya sisteminin hesablama prosesinin təşkil edilməsini nəzərdə 

tutur. 


Baza proqram təminatının tərkibinə aşağıdakılar daxildir: 

- əməliyyat sistemləri;                                                     

- servis proqramları;                                              

- proqramlaşdırma dillərinın translyatorları;             

- texniki xidmət proqramları.                                   

Ə

məliyyat  sistemləri  (ƏS)  informasıyanın  işləmə  proseslərinin  idarə 



edilməsini və aparat vasitələri istifadəçilərin qarşılıqlı fəaliyyətini təmin edir. 


Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə