Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə2/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   2   3   4   5   6   7   8   9   ...   22

 

Maşınları  (EHM),  müasir  kompüterlər,  məlumatları  maşın  daşıyıcılarında 



hazırlayan  vasitələr,  intellektual  sistemlər,  informasiyanı  yığan  və  qeyd  edən 

vasitələr,  məlumatları  rabitə  kanalları  ilə  ötürən  vasitələr,  digər  köməkçi 

avadanlıqlar  və  təşkilat  texnikası  vasitələri)  aiddir.  Lakin  informasiya 

texnologiyalarının inkişaf etdiyi bir dövrdə qeyri-səlis informasiyanın işlənməsi öz 

aktuallığı ilə mühüm əhəmiyyətə malikdir. 

Tədqiqatın  məqsədi:  Tədqiqatın  əsas  məqsədi  informasiya  iqtisadiyyatının 

inkişaf 


xüsusiyyətlərinin 

araşdırılması 

və 

qeyri-səlis 



informasiya 

texnologiyalarının  informasiya  iqtisadiyyatının  inkişafına  təsir  imkanlarının 

öyrənilməsindən ibarətdir.  

Tədqiqatın  predmeti:  Tədqiqatın  predmeti  kimi  informasiya  iqtisadiyyatı, 

qeyri-səlis  informasiya  texnologiyaları,  informasiya  və  kommunikasiya 

texnologiyalarının iqtisadiyyatda tədbiq istiqamətlərinin tədqiqi çıxış edir. 

Tədqiqatın  nəzəri  əsaslarını  iqtisadi  elmi  klassiklərinin,  müasir  Qərb 

iqtisadçılarının  əsərləri  ilə  yanaşı  müasir  dövrdə  rus  və  Azərbaycan  iqtisadçı 

alimlərinin tədqiqatları, həmçinin tədqiqatçının fərdi yanaşması təşkil edir. Magistr 

dissertasiyasının  yazılmasında  iqtisadi  nəzəriyyə,  informasiya  iqtisadiyyatı, 

informasiya  cəmiyyəti, qeyri-səlis  mühit, biliklərə əsaslanan  iqtisadiyyat  və  digər 

elmlərin müddəalarından geniş istifadə edilmişdir.  



Tədqiqatın  metodoloji  bazasını  iqtisad  elminin  əsaslandığı  elmi  -  tədqiqat 

metodlarının  geniş  spektri  və  problemin  tədqiqində  elmi  abstraksiya,  tarixi  və 

məntiqi  əlaqə,  induksiya,  deduksiya,  analiz  və  sintez  metodlarından  istifadə 

edilməklə  faktlar  yığılıb-ümumiləşdirilmiş,  onlar  arasında  qanunauyğun  və 

təsadüfi  əlaqələr  müəyyənləşdirilmiş  xarakterik  əlamətlər  aşkara  çıxarılmış, 

həmçinin müasir inkişaf xüsusiyyətlərini və təmayüllərini izah edən bir çox xarici 

ölkə alimlərinin elmi mülahizələri və nəticələri təşkil edir. 

Elmi  yenilik:  Magistr  dissertasiyasının  elmi  yeniliyi  informasiya 

iqtisadiyyatının  formalaşması  xüsusiyyətləri,  informasiya  iqtisadiyyatının 

inkişafına  təsir  edən  amillər,  informasiya  iqtisadiyyatının  inkişafında  qeyri-səlis 



 

informasiya  texnologiyalarının  tətbiq  istiqamətlərinin  öyrənilməsi  və  tətbiqi 



barəsində təklif və tövsiyələrin hazırlanmasından ibarətdir. 

Nəzəri  və  təcrübi  əhəmiyyəti  aparılan  tədqiqatın  əsas  nəticə  və  elmi 

müddəalarından  təkliflər  və  tövsiyələrdən,  informasiya  iqtisadiyyatının  inkişaf 

edilməsi  və  qeyri-səlis  informasiya  texnologiyalarının  tətbiqinin  perspekivləri  və 

problemlərinin öyrənilməsində lazımi modernləşdirmənin həyata keçirilməsidir.  



nformasiya  mənbəyi  müxtəlif  beynəlxalq  təşkilatların  dövrü  nəşrləri, 

Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsinin,  Mərkəzi  Bankın,  Rabitə 

və 

nformasiya 



Texnologiyaları 

Nazirliyinin, 

qtisadiyyat 

Nazirliyinin 

məlumatlarından ibarətdir. 

şin  strukturu  və  həcmi. 

Aparılmış  tədqiqat  işi  giriş,  üç  fəsil,  nəticə  və 

təkliflərdən  ibarətdir.  Girişdə  işin  aktuallığı,  tədqiqatın  istiqamətləri  göstərilir  və 

tədqiq ediləcək problemlər müəyyənləşdirilir.  

Magistr dissertasiya işinin birinci fəslində informasiya iqtisadiyyatının nəzəri 

aspektləri  və  informasiya  iqtisadiyyatının  formalaşmasının  əsas  xüsusiyyətləri 

tədqiq edilmişdir. 

Dissertasiya  işinin  ikinci  fəslində  qeyri-səlis  informasiya  texnologiyalarında 

süni  intellekt  proqramı  və  qeyri-səlis  informasiya  texnologiyalarının  inkişafına 

təsir edən proqram təminatı araşdırılmışdır. 

Magistr  dissertasiya  işinin  üçüncü  fəslində  qeyri-səlis  mühitdə  informasiya 

texnologiyalarından  istifadə  etməklə  müəssisənin  maliyyə  fəaliyyətinin  təhlilinin 

ə

sas  xüsusiyyətləri  və  qeyri-səlis  mühitdə  müəssisənin  maliyyə  fəaliyyətinin 



təhlilinin inkişaf perspektivləri öyrənilmişdir. 

ş

in  sonunda  isə  məntiqi  yekunu  olaraq  nəticə  və  təkliflər  və  ədəbiyyat 



siyahısı verilmişdir.  

 

 




 

 



FƏS L I.  NFORMAS YA  QT SAD YYATININ  NK ŞAFININ 

KONSEPTUAL ƏSASLARI 

 

1.1.  nformasiya iqtisadiyyatının nəzəri aspektləri 

 

nformasiya iqtisadçı elm adamları üçün artıq yarım əsrdən çoxdur ki, böyuk 



maraq  doğurur.  Hələ  XX  əsrin  40-cı  illərində  Amerika  alimləri  Klod  Şennon 

(1916-2001)  və  Nobert  Viner  (1894-1964)  tərəfindən  informasiyanın  kəmiyyət 

nəzəriyyəsi  formalaşdırılmışdır.  Lakin  bununla  belə  müasir  zamanda 

“informasiya” anlayışına birmənalı təyinat vermək yenə də çətin olaraq qalır. 

Ensiklopedik  nəşrlərdə  “informasiya”  anlayışının  latınca  “informatika” 

sözündən  yarandığı  gostərilir.  Materialist  fəlsəfə  nöqteyi-nəzərindən  informasiya 

məlumatların  (məlumatvermənin)  köməyi  ilə  real  dünyanın  təsviri  kimi  nəzərdən 

keçirilərək dəyərləndirilir. 

Məlumatvermə  isə  informasiyanın  nitq,  mətn,  şəkil,  rəqəmsal  göstərici, 

qrafik,  cədvəl  və  s.  təqdimatlar  forması  kimi  səciyyələndirilir.  Çağdaş  zamanda 

informasiya  çox  mühüm  resurs  kimi  bəşər  cəmiyyətinin  əsas  hərəkətverici 

qüvvələrindən  biri  hesab  olunur.  O,  idrakımızdan  asılı  olmadan  mövcuddur  və 

bizim  qavrayışda  mütaliənin,  siqnal  formasında  alınmanın,  stimulların  qarşılıqlı 

təsirinin nəticəsi kimi əksini tapır.  nformasiya çoxtəsvirlik vəziyyətində istənilən 

material obyektdə mövcuddur və bir obyektdən digərinə qarşılıqlı hərəkət prosesi 

ilə  öturulur.  Maddi  dunyada,  canlı  təbiətdə,  bəşər  cəmiyyətində  baş  verən 

informasiyalaşdırma  prosesləri  demək  olar  ki,  elmin  bütün  sferalarında  nəzərə 

alınır  və  öyrənilir.  Ayrılıqda  isə  informasiya  özünün  konseptual  təyinatını 

“informatika”  elmində  tapır.  Ötən  əsrin  ortalarında  kibernetikadan  ayrılaraq 

müstəqil elm sahəsinə cevrilən informatikanın predmetini də məhz informasiyanın 

yaranma metodu, qəbulu, emalı və ötürülmə göstəriciləri xarakterizə edir. 

Umumi  elmi  anlamda  informasiya  insanlar  arasında,  həmçinin  insanlar  və 

qurğular  arasında  məlumat,  canlı  və  cansız  təbiətlə  siqnallar  mübadiləsini  əks 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə