Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə3/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   2   3   4   5   6   7   8   9   ...   22

 

etdirsə  də,  müasir  iqtisadi  ədəbiyyatlarda  onun  müxtəlif  təriflərinə  rast  gəlinir. 



Tanınmış  Amerika  sosioloqu  Manuel  Kastels  (1942)  informasiyaya  bəsit  tərif 

verir: “ nformasiya təşkil edilən və öturulən gostəricilərdir”. Kibernetikanın banisi 

N.Viner isə qeyd edir ki, “ nformasiya nə materiyadır, nə də enerjidir, informasiya 

elə informasiyadır”.  nformasiyaşdırmanın tərifini tanınmış rusiyalı filosof Arkadi 

Ursul (1936) da verir. Onun təbirincə “ nformasiyaşdırma dedikdə, sivilizasiyanın 

intellektual səviyyəsinin köklu yüksəlməsi və bunun əsasında insanın bütün həyat 

fəaliyyətinin  hümanist  yenidən  qurulması  məqsədilə  informatika  vasitələrinin 

köməyilə mühüm inkişaf resursu kimi informasiyaya tam  malik olmanın yaradıcı 

prosesi başa düşülür”. 

nformasiyanın  müxtəlif  növləri  arasında  iqtisadi  informasiya  mühüm  yer 

tutur. Fərqləndirici xüsusiyyət olaraq iqtisadi informasiyanı insan kollektivlərində, 

təşkilatlarda  idarəetmə  prosesləri  ilə  bağlılıq  səciyyələndirir.  qtisadi  informasiya 

istehsal,  bölgü,  mübadilə,  maddi  nemət  və  xidmətlərin  istehlakı  proseslərini 

müşayiət edir. Onun əhəmiyyətli hissəsi ictimai istehsalla bağlıdır ki, bu da istehsal 

informasiyası kimi qəbul edilir. 

nformatika  uzrə  mütəxəssislər  dünyanın  ən  inkişaf  etmiş  ölkələri  üçün  ilk 

olaraq  “informasiya  cəmiyyəti”  və  “informasiya  iqtisadiyyatı”  terminlərini  bir 

araya  gətirmişlər.  Bu  anlayışlar  isə  öz  növbəsində  “innovasiyalı  iqtisadiyyat”, 

“yeni  iqtisadiyyat”,  “acıq  cəmiyyət”,  “biliklər  cəmiyyəti”,  “biliklər  iqtisadiyyatı” 

kimi terminlərin sinoniminə çevrilmişdir. 

Bu təriflərdən və onların mahiyyətindən iki hal irəli gəlir: 

1)  informasiya  inkişafın  ən  mühüm  istehsal,  ictimai  və  sosial  resursuna 

çevrilmişdir; 

2) informasiya demək olar ki, biliklər sinonimidir və ya başqa sözlə, biliklər  

informasiyanın özəyidir, onun mühüm hissəsidir; 

3)  müasir  informasiya  sistemləri  və  texnologiyaları,  onların  qloballaşması 

vahid  informasiya  məkanına,  mədəniyyətlərin,  təhsilin,  biliklərin  və  qismən 

iqtisadiyyatların qloballaşmasına gətirmişdir. 




 

nformasiya və informasiya iqtisadiyyatı haqqında işləmələr Nobel laureatları 



– amerika iqtisadçıları Cozef Arroru (1921), Herbert Saymon (1918-2001), Robert 

Lukas  (1937),  Vilyam  Vikri  (1914-1996),  Corc  Akrlof  (1940),  Maykl  Spens 

(1943),  Cozef  Stiqles  (1943),  Robert  Merton  (1944),  ingilis  iqtisadçıları  Vilyam 

Luis (1915-1991), Ceyms Mirrlis (1936) və başqalarının tədqiqatlarında da mühüm 

yer tutmuşdur. 

1994-cu  ildə  iqtisadiyyat  sahəsində  Nobel  mükafatı  almış  ABŞ  iqtisadcısı 

Con Harsaninin (1920-2000) tədqiqatları isə o zaman iqtisad elminin nisbətən yeni 

sahəsi kimi inkişaf tapan informasiya iqtisadiyyatı üçün nəzəri təməl olmuşdur. 

nformasiya  və  onunla  bağlı  texnologiyalar  ÜDM-in  inkişaf  sürətlərini 

müəyyən edir. Həmçinin, vətəndaş cəmiyyətinin yetkinlik dərəcəsini, inkişafını və 

təşəkkülünü müəyyən edir ki, bu da öz növbəsində, sosial sferanın iqtisadi artım və 

inkişafının sürət yüksəlişində əks olunur. 

qtisadi informasiyaya dəqiqlik, doğruluq və operativlik kimi tələblər xasdır. 

nformasiyanın  dəqiqliyi  bütün  istehlakçılar  tərəfindən  birmənalı  qəbul  olunmanı 

təmin  edir.  Doğruluq  iqtisadi  informasiyanın  sistemin  fəaliyyət  effektivliyinin 

saxlanılmasına  zəmin  yaradır.  Operativlik  isə  zəruri  hesablamalar  və  dəyişən 

şə

raitdə qərarların qəbul olunmasında informasiyanın aktuallığını əks etdirir. 



qtisadi  informasiyanın  təhlili  səmərəli  idarəetmədə  qərarların  qəbul 

edilməsinin  mühüm  şərti  olaraq  çıxış  edir.  Tədqiqat  predmetini  idarəetmənin 

ümumi  qanunları  təşkil  edən  kibernetika  nəzəriyyəsində  informasiya  xarici 

aləmdən alınaraq idarəetmədə adaptasiya olunan məlumatlar sistemi kimi anlaşılır. 

Eyni  zamanda,  risk  amilinə  rəğmən  natamam  informasiya  şəraitində  qərarların 

qəbul  edilməsinin  məxsusi  nəticələri  yaranır.  Belə  ki,  gələcək  heç  də  hər  zaman 

bizim proqnozlarımıza uyğun inkişaf etmir. Qəbul edilmiş qərarlar çox vaxt səhv, 

qazanclar yetərsiz, məsrəflər isə gozlədiyimizdən artıq olur. Səhvlərin isə əvəzini 

ödəmək lazım gəlir. Qeyri-müəyyənlik effektiv bazara aparan yolda ciddi maneəyə 

çevrilir, xeyli qüvvə, vəsait, vaxt və enerji sərfinə gətirir, mal və resursların qeyri-

optimal bölgüsünə səbəb olur. Buna gorə də iqtisadi informasiya sferasında onun 

doğru və dürüstlüyü, müfəssəlliyi xüsusi önəm daşıyır. 




 

Beləliklə, iqtisadi informasiya sosial-iqtisadi prosesləri əks etdirən və onların 



idarəedilməsinə, həmçinin istehsal və qeyri-istehsal sferasında insan kollektivlərinə 

xidmət  gostərən  məlumatlar  məcmusunu  ehtiva  edir.  nformasiya  resursu  və  ona 

daxil  olan  bilik  və  məlumatlar  isə  insan  kapitalının  tərkib  hissəsi  kimi  onun 

təməlində  dayanır.  Bu  səbəbdən  də  informasiya,  o  cümlədən  də,  iqtisadi 

informasiyanın insan kapitalı ilə birlikdə müasir cəmiyyətin və bütövlukdə dunya 

iqtisadiyyatının inkişafının əsas amillərinə çevrildiyi əsaslandırılır. 

Son bir necə ildə “yeni iqtisadiyyat”ın gəlişinin çox da uzaqda olmadığı faktı 

daha  aydın  görüntüyə  gəlmişdir.  Bu  görüntünün  təzahurləri  belədir  ki,  “köhnə 

industrial  qaydalar”ın  yerinə  informasiya  texnologiyaları  və  nternetin  hərəkətə 

gətirdiyi  yeni  bir  iqtisadiyyat  paradiqması  gəlir.  Yeni  iqtisadiyyat  informasiya 

kommunikasiya  texnologiyalarının  sürətli  inkişafına  əsaslanaraq  dinamik, 

elmtutumlu  olmaqla  dəyişikliklərə  daha  çox  həssaslıqla  reaksiya  verir.  Əslində 

texnoloji noqteyi-nəzərdən müasir informasiya kommunikasiya texnologiyalarının 

geniş  və  hərtərəfli  yayılmasını  Elmi-Texniki  Tərəqqinin  növbəti  mərhələsi  kimi 

nəzərdən  də  keçirmək  olardı.  Lakin  baş  verən  yeni  elmi-texniki  inqilabın 

xüsusiyyəti  ondan  ibarətdir  ki,  o,  insan  fəaliyyətinin  bütün  başlıca  növləri  üçün 

ə

sas olan informasiyanın istehsalı, emalı və öturulməsi kimi proseslərə toxunaraq 



informasiya  sferasına  müdaxilə  edir.  Bu  isə  iqtisadiyyat,  siyasət,  mədəniyyət 

sahəsində köklu sosial transformasiyalara, insanların şüurunda dəyişikliklərə, yeni 

postindustrial  cəmiyyət  tipinin  –  informasiya    cəmiyyətinin  meydana  çıxmasına 

zəmin olur. 

Tədqiqatlar  əsaslandırır  ki,  informasiya  cəmiyyətinin  yaranması  Amerika 

iqtisadçısı Fris Maxlup (1902-1983) və yapon sosioloqu Umesao Tadaonun (1920-



2010

)  adları  ilə  bağlıdır.  Bu  anlayış  ABŞ  və  Yaponiyada  onlar  tərəfindən  eyni 

vaxtda elmi dövriyyəyə çıxarılmış və sonradan informasiya cəmiyyəti konsepsiyası 

yapon  sosioloqu  və  futroloqu  Yonedzi  Masuda  (1905-1995),  Amerika  iqtisadçısı 

Mark  Porat  (1932),  ingilis  alimi  Tom  Stounyer  (1929)  və  başqaları  tərəfindən 

inkişaf etdirilmişdir. 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə