Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə7/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   2   3   4   5   6   7   8   9   10   ...   22

20 

 

şə



ffaflıq  və  hesabatlılığın  yaradılmasına  ciddi  əngəllər  doğura  bilir.  Məsələn, 

Azərbaycanın  müstəqilliyi  dövründə  qəbul  edilmiş,  demək  olar  ki,  bütün  iqtisadi 

qanunlarda “keçid müddəaları” və ya “keçid dövrü” anlayışları təsbit olunmaqla bu 

normativ  aktların, xüsusilə prinsipial  müddəaların tətbiqində  “yumşaq  eniş” üçün 

şə

rait  yaradılmışdır.  Bu,  özünü  qanunvericilik  aktlarına,  onların  qəbulunun  ertəsi 



günündən başlayaraq “zəruri düzəlişlər” tələb olunmasında göstərir. 

Azərbaycanda  şərti  olaraq,  iqtisadiyyatın  tranzitivlik  xarakterinin  xüsusiy-

yətlərinə  aid  edilə  biləcək  və  ölkəmizdə  iqtisadiyyatın  dövlət  idarəetməsi 

təcrübəsində şəffaflıq və hesabatlılığa çox ciddi zərər vuran mühüm məqamlardan 

biri  də,  bütövlükdə,  iqtisadi  proseslərin  monitorinqi,  uçotu  və  qiymətləndi-

rilməsinin  metodologiyası  və  statistikasının  aparılması  üzrə  mövcud  yanaşmalar 

hesab  olunmalıdır.  Qeyd  olunan  şərtiliyin  mahiyyəti  ondadır  ki,  müvafiq 

metodologiya və statistik yanaşma bir növ planlı idarəetmə dövründən qalan miras 

kimi də dəyərləndirilə bilər. 

Ölkəmizdə  iqtisadi  uçotun  çağdaş  durumu  iqtisadi  proseslərin  “bircinsli” 

ölçülməsinə  və  qiymətləndirilməsinə  əsas  maneələrdən  biridir.  Bir  çox  hallarda 

mərkəzi idarəetmə orqanlarının, ayrı-ayrı ekspert və mütəxəssislərin iqtisadiyyatda 

baş verən proseslər haqqında fərqli şərhlərinin (bəzi hallarda isə bir – birini inkar 

edən şərhlərin) əsas səbəblərindən biri, məhz onların “geniş” mənada reprezentativ 

olmayan,  qeyri-adekvat  informasiya  tutumlu  iqtisadi  parametrlərə  istinad  etməsi 

hesab olunmalıdır. 

Lakin  qeyd  etmək  lazımdır  ki,  idarəetmə  üzrə  partnyorların  yuxarıdakı 

səbəblərdən  nəticə  etibarı  ilə  fərqli  informasiyalarla  işləməsinin,  liberal  bazar 

təsərrüfatçılıq  modelinə  xas  –  “informasiyanın  asimmetrikliyi”  kimi  xarakterizə 

olunan  “bazar  fiaskosu”  ilə  ciddi  əlaqəsi  yoxdur.  Bununla  belə,  məşhur 

“ nformasiyanın  dörd  qanunu”nu  nəzərə  aldıqda  yaranmış  şəraitin  zəruri 

informasiyanın  obyektivliyinin  ciddi  şəkildə  pozulmasına  səbəb  ola  biləcəyi  real 

görünür. 

Tranzitiv  iqtisadiyyatlı  ölkələrdə  sosial-iqtisadi  proseslərin  idarə  olunması, 

son  dövrlərdə,  sanki  yeni  bir  paradiqma  almışdır:  iqtisadi  açıqlığın  artması,  bir 



21 

 

tərəfdən hökumətin iqtisadi proseslərə təsir imkanlarını azaldır, digər tərəfdən isə 



iqtisadiyyatın  ictimailəşməsi  və  beynəlmiləlləşməsi  inkişafın  idarə  olunmasında 

ictimai  nəzarətin  rolunu  və  demək  olar  ki,  müvafiq informasiyanın  rolunu  hədsiz 

artırır.  Son  1-2  il  ərzində  dünya  iqtisadiyyatını  bürümüş  və  getdikcə  dərinləşən 

iqtisadi böhranın cari dərsləri sübut edir ki, iqtisadi idarəetmədə formalaşmış ifrat 

liberal  dəyərlərə  əsaslanan  tənzimləmə  konsepsiyalarına  yenidən  baxmağa  böyük 

ehtiyac  vardır.  Belə  vəziyyətdə  isə  iqtisadi  sistemdə  yaranan  şərait  və 

xüsusiyyətlərin, meydana gəlmiş və həllini tələb edən problemlərin aktuarial şərhi 

olduqca vacib hesab olunmalıdır. 

Beynəlxalq  iqtisadi  böhranın  ilk  dərsləri  sırasında  yeni  və  ya  nisbətən  yeni 

nəzəri  ideyalarla  yanaşı,  əhəmiyyətlilik  baxımından  isə  bəlkə  də  ön  cərgələrdə, 

A.Smitin “bazarın gözəgörünməz əli” ideyası və “dövlətin gecə qoruqçusu olması” 

təklifinə yeni münasibət dayanır. Məsələn, məşhur C.Soros iddia edir ki, “Müasir 

böhranın  səbəbləri  kənarda  deyil.  Onun  yaranmasını  sistemin  özü 

şə

rtləndirmişdir”.  2008-ci  ildə  dünya  ölkələrinin,  ilk  növbədə,  iqtisadi  cəhətdən 



güclü ölkələrin böhrana qarşı mübarizəsinə rəğmən, riskləri bölüşdürmək əvəzinə, 

dünya maliyyə sistemi onları daha da artırır. 

Neoliberal  ideyanın  “görünməz  əli”  işləmir.  Bu  baxımdan,  artıq  bir  çoxları 

C.Stiqlisin  “bazarda  görünməz  əlin  görünməməyinin  səbəbi  ondadır  ki,  belə  əl 

burada  yoxdur”  fikrini  dəstəkləyirlər.  Doğrudur,  əslində,  liberal  iqtisadi 

münasibətlərdə  dövlətin  tamamilə  iştirak  etmədiyini  söyləmək  olmaz. 

qtisadçıların  bir  qismi  “bazarın  boşluqları”  ilə  “dövlət  tənzimləməsinin 

boşluqlarının”  eyni  tərtibli  olması  kimi  qiymətləndirməni  daima  müdafiə 

etməmişlər  və  biz  də  hesab  edirik  ki,  bu  doğru  qiymətləndirmədir.  Akademik 

L.Abalkinin  fikrincə  isə,  “...Prinsip  etibarı  ilə,  dövlətin  iqtisadiyyatda  iştirakının 

zəruriliyinin  əksi  heç  vaxt  aktual  olmayıb,  həmişə  belə  iştirakın  obyekt  və 

subyektləri, əhatə dairəsi və sərhədləri, forma və üsulları, social dəyəri, meyilliyi 

və  istiqamətləndirilməsi  müzakirə  predmeti  olmuşdur”.  Lakin  nəzərə  almaq 

vacibdir  ki,  iqtisadi  idarəetmədə  mühüm  məsələlərdən  biri  məqsəd  funksiyasının 

formalaşdırılmasıdır. Bu məsələnin universal həlli indiyədək yoxdur və təcrübədə 



22 

 

ə



n  çox  istifadə  olunan  yanaşma  Tinberqen  bərabərsizliyinə  və  “prioritetlərin 

seçiminə” əsaslanan yanaşmadır. 

Eyni  zamanda  müasir  dövlət  tənzimləməsi  nəzəriyyəsinin  əsasını  qoymuş 

C.M Keynsin  “Hadisələr və faktlar arasında müəyyən əlaqə var, lakin bu əlaqəni 

heç  də  həmişə  ölçmək  olmur”  fikrinin  doğruluğunu  qəbul  etmək  olmaz.  Təcrübə 

göstərir  ki,  iqtisadi  informasiyanın  keyfiyyətini  artırmaqla,  onun  dolğunluğu, 

doğruluğu və şəffaflığını təmin etməklə yuxarıda qeyd edilən ölçməni təmin etmək 

olar. 


nformasiyanın dolğunluğu iqtisadi siyasətin bu hissəsində təsiri olan, ölçülən 

bütün parametrlərin analitik sintezi vasitəsi ilə təmin edilir. Doğrudur, burada əsas 

məqam  məqsədin  seçimindən  və  müvafiq  analitiklərin  bacarığından  asılıdır. 

Faktiki  olaraq,  bu  mərhələdə  sintetik  göstəricilərin  üstünlük  təşkil  etdiyi  yeni 

sistem  formalaşdırılır.  nformasiyanın  doğruluğunu  onun  formalaşdırılması  və 

ölçmə  mənbələrinə  görə  qiymətləndirmək  olar.  Bu  zaman  ən  vacibi  müvafiq 

göstəricilərin qarşılıqlı uyğunluğu və bir-birini təsdiqləməsidir. 

nformasiyanın  şəffaflığı  onun  dolğunluğunu  və  doğruluğunu  ifadə  edən 

xüsusiyyətlərin  mövcudluğu  və  informasiyanın  bütün  maraqlı  tərəflər  üçün 

ə

lçatanlığı ilə müəyyənləşir. 



Fikrimizcə,  yuxarıda  qeyd  olunan  xüsusiyyətlərə  malik  olan  informasiyanın 

formalaşdırılması üçün aşağıdakıların həyata keçirilməsi vacibdir: 

1.  qtisadiyyatın  idarə  edilməsi  terminlərinin  eyniliklə  qəbul  edilən 

qlossarisinin yaradılması; 

2.  qtisadi informasiyanın standartlarının yaradılması; 

3.  qtisadi  qanunvericiliyin  yeni  informasiya  standartları  və  qlossari  ilə 

uyğunlaşdırılmasının təmin edilməsi. 

Dünya  iqtisadiyyatını  bürümüş  və  özünün  xarakteri  və  miqyasına  görə 

“Böyük  tənəzzül”lə  müqayisə  edilən  müasir  qlobal  maliyyə-iqtisadi  böhranının 

səbəblərini araşdıran çoxsaylı tədqiqat mərkəzləri, beynəlxalq iqtisadi qurumlar və 

ayrı-ayrı  analitiklər  böhranın  baş  verməsi  səbəbləri  sırasına  iqtisadi  proseslərin 

uzun  müddət  ərzində  gedişi  haqqında  düzgün  və  dolğun  məlumatların  ortada 




Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə