Microsoft Word informasiya iqtisadiyyatinin inkisafinda qeyri-s?Lis informasiya texnologiyalarinin ?Sas xususiyy?TL?RI. docx



Yüklə 0,57 Mb.
Pdf görüntüsü
səhifə10/22
tarix22.05.2018
ölçüsü0,57 Mb.
#45611
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

29 

 

1)  müasir  qloballaşma  şəraitində  iqtisadiyyatın  idarə  edilməsində 



informasiyanın rolu sürətlə artır və onun xarakterinə olan tələb dəyişir; 

2)  informasiya  iqtisadiyyatı  iqtisadi  resurs  kimi  çıxış  edən  informasiya 

kateqoriyasını ön sıraya çıxarır; 

3)  iqtisadi  sistemin  bütün  həlqələrində  baş  verən  dəyişikliklər  yeni 

informasiya  paradiqmasına  əsaslanan  informasiya  iqtisadiyyatının  yaranmasını 

təsdiqləyir; 

4)  informasiya  paradiqması  bazarın  fəaliyyətinin  bütün  prinsiplərinin, 

xüsusilə istehlakçıların əmtəə və xidmətlər bazarında davranışı prinsiplərində olan 

dəyişmələri əks etdirir və istehlakçının məlumatlılığını ilk sıraya çıxarır. 

Hesab  olunur  ki,  informasiya  paradiqmasının  tətbiqi,  fundamental  iqtisadi 

kateqoriyaların indiyədək məlum olmayan cəhətlərini aşkar etməklə, yeni şəraitdə 

iqtisadi  sistemin  inkişaf  qanunlarını  müəyyənləşdirməyə  və  bütövlükdə, 

iqtisadiyyatın  və  dövlətin  idarə  olunması  prinsiplərini  müəyyənləşdirməyə  imkan 

verər. 


 

 

 




30 

 

 



FƏS L II. QEYR -SƏL S  NFORMAS YA TEXNOLOG YALARINA 

TƏS R EDƏN AM LLƏ

 

2.1. Qeyri-səlis informasiya texnologiyalarında süni intellekt proqramı 

 

Süni  intellektin  tarixi  Aris,  Leybis,  Dekart,  Paskal,  Bul,  Sayman  və 



başqalarının adı ilə bağlıdır. Aristotelin süni intellektə verdiyi tövhə o olmuşdur ki, 

o ilk dəfə olaraq yeni qanunların yaranmasında insanın rasional biliklərinə əsasən  

məntiqi  nəticə  çıxarma  mexanizmini  əsaslandırmışdır.  Daha  sonra  Dekart  süni 

intellektin digər bir vacib məqamını, yeni biliklərin ortaya qoyulmasında irrasional 

biliklərlə  yanaşı  insanın  intuisiyasının  iştirak  etdiyini  qeyd  etmişdir  ki,  yeni 

qanunların irəli sürülməsində insan həm biliklərinə həm də intuisiyasına əsaslanır. 

Daha sonra 1642-cı ildə Paskal ilk dəfə olaraq insanın edə biləcəyi əməliyyatları – 

toplamanı  və  çıxmanı  edə  bilən  maşın  yaratdı.  Bu  insanın  intellekt  fəaliyyətini 

yamsılayan  ilk  prototip  oldu.  Az  sonra  Leybnis  tərəfindən  həmin  qurğu  daha  da 

inkişaf etdirildi, vurma və bölməni də yerinə yetirdi. Leybnisin verdiyi tövhələrdən 

biri də ilk dəfə olaraq tərcümə edə bilən sistemin yaradılması ideyası olmuşdur.   

  Süni  intellektə  Bull  cəbrinin  meydana  çıxması  böyük  sıçrayışa,  yeni 

ideyaların yaranmasına səbəb olmuşdur. 

  1845-ci ildə ildə ilk EHM yarandı. EHM-in meydana gəlməsi kibernetikanın 

və  onunla  yanaşı  süni  intellekt  sistemlərinin  inkişafının  başlanğıcı  oldu.  Bu 

istiqamətdə  tədqiqatlar  ilk  olaraq  oyunlar  sisteminin  və  tərcümə  sistemlərinin 

yaranması istiqamətində özünü göstərir.  

  Ekspert sistemləri süni intellekt proqramıdır. Ümumi olaraq bir alqoritmdən 

istifadə etməzlər, mühüm olan informasiyadır. Əsasən süni intellekt üçün nəzərdə 

tutulmuş  Prolog  və  Lisp-dən  istifadə  olunur.  stənilən  dildə  də  kodlaşdırılma 

aparıla bilər. Süni intelektlə ekspert sistemi arasında əsas fərq ondan ibarətdir ki, 

süni intellekt insan kimi fikirləşərək problemi həll edər, ekspert sistemi isə yalnız 

və yalnız ekpert kimi davranaraq problemi həll edən kompüter proqramıdır. 



31 

 

 Fuzzy ekpert sistemi: 



 Verilənlər  üzərində  fikirləşən  və  qəti  bir  nəticəyə    gəlməyən  kompüter 

proqramlarıdır.  Fuzzy    Ekspert  Sistem,  məlumatların  qeyri-kafi  və  az  olduğu 

sistemlərdə  qeyri-səlis  giriş  və  çıxış  verilənlərindən    qeyri-səlis  məntiq  qaydaları 

çərçivəsində məntiqli həllini tapar. Qeyri-səlis məntiq komponentlərindən biri olan 

qeyri-səlis  çoxluqlar  anlayışı  bu  mərhələdə  istifadə  edilir,  çünki  bilik  bazası 

ə

vəzinə bu altçoxluqlarda təyin olan  funksiyalar işləyir.  



 Süni sinir şəbəkələri: 

 Giriş  və  çıxışları  olan  bir-birləri  ilə  möhkəm  bir  şəkildə  əlaqələnmiş  olub 

insan beynindəki hüceyrələrin iş prinsipini  modelləşdirən bir kompüter sistemidir. 

 Genetik alqoritmlər: 

 Geniş,  kompleks,  çoxölçülü  və  s.  problemlərin  xüsusiyyətləri  və  ehtimala 

söykənən, axtarışda olan sistemlərdir. 

Ekspert sistemlərinin tətbiq olunduğu sahələr: 

Ekspert Sistemlərin istifadə sahələri: 

Şə

rh etmə: Sensor vericilərindən gələn vəziyyətlərin təyin olunması 



stifadə sahəsi: Səs tanıma, görüntü analizi, yoxlama 

Təxmini-proqnoz: Verilmiş vəziyyətlərə bənzər nəticələrin çıxarılması 

stifadə sahəsi: Hava proqnozu 

Diaqnoz: Müşahidə nəticələrinə görə sistem nasazlıqların təsbiti 

stifadə sahəsi: Tibb, elektronika 

Səhv ayırd etmə: Səhvlərə səbəb olan pozuntuların təqdim edilməsi 

stifadə sahəsi: Kompüter proqramı 

Təhsil: Şagird davranışlarının təsbiti və nəzarəti 

stifadə sahəsi: Məsləhətləşmə, islah, müalicə 

darə: Sistem davranışının şərhi, proqnozu, təmiri və nəzarəti 

stifadə sahəsi: Hava nəqliyyatı 

Ekspert sistemlərinin üstünlükləri və çatışmazlığı 

Üstünlükləri 



32 

 

stehsal  artımı:  Ekspert  insanlardan  daha  sürətli  olduğundan  ötəri  zaman 



anında istehsal artımı gözlənilə bilər.  

Davamlılıq: Məlumat itkisi əsla yoxdur. Dinamik quruluşlu olduğu   təqdirdə 

öz-özünə bilik qazana bilər. 

Xərc qənaəti: Hər dəfə  bahalı ekspertlərdən istifadəyə ehtiyac qalmaz.  nsan 

ekspertinə  çəkilən  xərc  yalnız  bir  dəfə  ekspert  sisteminin  yaradılmasına  çəkilər. 

Sonra isə adi bir tətbiqi proqram kimi istifadə edilər, bir başa xərcə qənaət edilər.   

Bilik vermə: Mövzu haqqında məlumatı olmayanlara öyrətmə bacarığı. Sistem 

ə

hatə  etdiyi  predmet  sahəsini  ondan  istifadə  etməzdən  əvvəl  istifadəçiyə  ilkin 



anlayışları çatdıra bilər.  

Etibarlılıq:  Ekspert  sistemləri  heç  bir  detalı  yaddan  çıxarmadan  son  detalına 

qədər  analiz  etdikdən  sonra  nəticə  çıxarar.  nsan  -  ekspert  qərar  verərkən  ona 

müxtəlif amillər təsir göstərə bilər, nəticədə yekun qərar verərkən faktorlar yaddan 

çıxa bilər. Ekspert sistemlərində isə belə problem yoxdur. 

Ekspert sisteminin  quruluşunda ən əhəmiyyətli faktor, qərar vermək, inkişaf 

etdirilə  bilmək  və  məlumatı  yığıb  onu  işlədə  bilməkdir.  Bu  qurulan  sistem 

müəyyən predmet sahəsinə aid olan biliklərə sahib olmalıdır.  

Hazırlanmış  bir  ekspert  sistemində  alqoritm  yoxdur.  Hər  zaman  biliyə 

söykənən  əməliyyatlar  həyata  keçirilər.  Bilik  bazasından  məlumat  çağırılır,  emal 

edilib,  axtarış  reallaşdıqdan  sonra  nəticəyə  çatıb  çatmadığı  haqda  şərh  edilər. 

Sistem  doğru  şəkildə  hazırlanarsa,  sistem  öz-özünü  inkişaf  etdirə  bilər,  öyrənmə 

qabiliyyəti qazandırıla bilər. Bilik bazasını daim yeniləyə bilər. Bir problemi həll 

etmək  üçün  əvvəl  o  problemə  aid  model  yaradılır.  Modeli  yaradılmayan 

problemlerin  həlli  hardasa  qeyri-mümkündür.  Həllə  başlamadan  əvvəl  ilk 

ə

məliyyat modelin  yaradılması, hazırlanması və işlək hala gətirilməsidir.  



Süni  intellekt  proqramlarının  ortaq  xüsusiyyətlərindən  biri,  bu  proqramların 

hamısının  əsasında  biliyin  dayanmasıdır.  Bilik  insan  beyninin  olduğu  kimi 

kompüter beyninin də təməl daşıdır. Süni intellektin əhəmiyyətli qolu olan ekspert 

sistemləri üçün biliyin əhəmiyyəti, digər süni intellektin digər qollarına görə daha 

böyükdür,  çünki    ekspert  sisteminin özü  sahib  olduğu  bilikdir.  Ekspert  sistemləri 



Yüklə 0,57 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə