tutulub. Intel Physical Address Extensions (PAEs) texnologiyasını nəzərə almaqla
işlənmiş aparat vasitəsi fiziki yaddaş ölçüsündən çoxa ünvanlanmağa imkan verir.
Microsoft Windows 2000 DataCenter Server – yüksək etibarlılıq tələblərinə
cavab verən və əlavə olaraq klasterləşmə imkanı olan və 16-dan 32 prosessora kimi
nəzərdə tutulan ƏS-dir. Bu yeni və olduqca güclü funksional imkanları olan server
Ə
S-dir. Bu əməliyyat sistemi böyük müəssisələr üçün nəzərdə tutulub.
2001-ci ildə yaradılan əməliyyat sistemi Windows XP (Windows eXPerience )
adlandırıldı. Bu əməliyyat sisteminin Windows XP Server, Windows XP
Professional və Windows XP Home versiyaları mövcuddur.
Bu əməliyyat sistemində ən böyük yenilik əməliyyat sisteminin özündə CD-R və
CD-RW disklərində yazmağı dəstəkləməsidir.
2003-cü ilin yayında yeni server ƏS olan Windows Server 2003 yarandı ki, bunun
da aşağıdakı dörd versiyası mövcuddur.
Windows Server 2003 Standart Edition - kiçik biznes müəssisələri və təşkilatın
ayrı-ayrı bölmələri üçün nəzərdə tutulan şəbəkə əməliyyat sistemidir və aşağıdakı
xassələrə malikdir:
• fayl və printerlərdən birlikdə istifadəni dəstəkləyir.
• nternetə təhlükəsiz qoşulmanı təmin edir.
Windows Server 2003 Enterprise Edition – istənilən həcmli müəssisənin tələblərini
ödəyən əməliyyat sistemidir. ƏS aşağıdakı xassələrə malikdir:
• səkkiz prosessoru dəstəkləyən tam server əməliyyat sistemidir;
• 32 Qb yaddaşı dəstəkləyir;
• Intel Itanium prosessorunun bazasında kompüterlər üçündür;
• 8 prosessor və 64 Qb əməli yaddaşı dəstəkləyən 64 mərtəbəli hesablama
platforması üçün də mümkündür.
Windows Server 2003 Datacenter Edition - biznes tətbiqi proqramları üçün
nəzərdə tutulub və aşağıdakı xassələrə malikdir:
• 32-axınlı SMP multiprosessorlu emalı və 64 Qb əməli yaddaşı dəstəkləyir.
• 32 prosessor və 128 Qb əməli yaddaşı dəstəkləyən 64 mərtəbəli hesablama
platforması üçün də mümkündür.
Windows Server 2003 Web Edition - bu Windows əməliyyat sisteminin yeni
məhsulu olmaqla, veb-server istifadəsi üçün nəzərdə tutulub. Bu ƏS aşağıdakı
xassələrə malikdir:
• veb-tətbiqi proqramları, veb-səhifələr və XML veb-xidmətlərinin işlənməsinə imkan
verir;
• .NET Framework əsas hissəsi olan ASP.NET texnologiyasından istifadə edən
platformanı dəstəkləyir.
34. World redaktorunun obyektlə
ri və
paneli
Word proqramının işə salınması çox sadədir. O, aşağıdakı sxemə əsasən yerinə
yetirilir:
•
Məsələ panelində START (Пуск) düyməsi basılır.
•
Progr
ams (Программы
) alt menyusunda
Microsoft Word seçilir.
Ə
gər Word-ün pəncərəsi bütün ekranı tutmursa, onda Maximize (Развернуть)
düyməsi basılır. Word işə salındıqdan sonra açılan fayla (sənədə) Document 1
(Документ 1) adı verilir.
Proqramdan çıxmaq üçün isə əvvəlcə bütün açıq fayllar File→Close
(Файл→Закрыть
) əmrinin köməyilə bağlanır, daha sonra
File→
Exit
(Файл→Выход
) əmrindən istifadə edilir.
Word-ün əsas ekranına baxarkən siz
Windows mühitində işləyən bütün
proqramlar üçün tipik elementləri – ekranın aşağı hissəsində Tapşırıqlar panelini,
yuxarı hissəsində isə başlıq və menyu sətrini görürsünüz. Lakin bunlardan başqa
çoxlu elementlər var ki, onlar ya sizə müəyyən məlumat verir, ya da sizin bəzi
hərəkətlərinizi sadələşdirir.
• Alətlər Paneli (Standart alətlər və formatlaşdırma paneli) sənədləri
yaratmaq, redaktə etmək və formatlaşdırmaq üçündür.
• Sahə və sətir başındakı məsafəni xətkeş (Ruler) vasitəsilə quraşdıra
bilərsiniz.
• şçi sahə - ekranın bütün işi yerinə yetirdiyiniz və nəticəni gördüyünüz
hissəsidir. Nə qədər çox yer tutsa, bir o qədər yaxşıdır.
• Kursor növbəti daxil edəcəyiniz simvolun yerini göstərir.
• Sürüşdürmə zolağı hal-hazırda sənədin görünməyən hissəsini görməyə
kömək edir.
• Status Bar (Vəziyyət sətri) işçi sahənin vəziyyəti haqqında məlumat verir,
məsələn, yerləşdiyiniz səhifəni və rejimi (əlavə etmə və ya əvəz etmə) göstərir.
Minimize (Свернуть
) – pəncərəni
Tapş
ırıq panelində
nişan şəklində yığır.
Reset (Восстановить
) – pəncərəni ilkin ölçülərini bərpa edir.
Maximize (Развернуть
) – pəncərəni ekran boyu açır.
Close (Закрыть
) – işçi pəncərəni bağlayır.
Aşağıda Word-ün əsas əmrlərinin siyahısı və onların qısa xülasəsi (izahı)
verilmişdir. Əmrlərin adları ingilis və rus versiyalarına uyğun verilmişdir.
Ə
mrlərin ardıcıllığı proqramın menyusuna uyğun olaraq göstərilmişdir.
New (Создать
)
Yeni sənədin yaradılması. Yeni təmiz səhifə açılır.
Open (Открыть)
Kompüterin yaddaşında mövcud olan sənədin açılması. Bu düyməni seçdikdə,
dialoq pəncərəsi açılır. Lazım olan (mövcud) sənədi dialoq pəncərəsində
göstərmək lazımdır.
Save As... (Сохранить как…)
Aktiv sənədin kompüterin yaddaşında saxlanması. Əgər sənəd birinci dəfə
yaddaşda saxlanırsa, onda Save As... (Сохранить как…) dialoq pəncərəsi açılır.
Bu pəncərədə sənədə ad vermək, həmçinin disk, qovluq və sənədin tipini seçmək
olar. Artıq mövcud olan sənədə dəyişikliklər etdikdən sonra onu saxlamaq üçün
Save (Сохранить) əmrini seçmək lazımdır.
Close (Закрыть)
Aktiv sənədlə işi bitirir. Əməli yaddaşın aktiv sənədə ayrılmış hissəsi boşalır.