Microsoft Word informatika cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə16/22
tarix11.10.2017
ölçüsü0,53 Mb.
#4435
1   ...   12   13   14   15   16   17   18   19   ...   22

tutulub. Intel Physical Address Extensions (PAEs) texnologiyasını nəzərə almaqla 

işlənmiş aparat vasitəsi fiziki yaddaş ölçüsündən çoxa ünvanlanmağa imkan verir. 

Microsoft Windows 2000 DataCenter Server – yüksək etibarlılıq tələblərinə 

cavab verən və əlavə olaraq klasterləşmə imkanı olan və 16-dan 32 prosessora kimi 

nəzərdə tutulan ƏS-dir. Bu yeni və olduqca güclü funksional imkanları olan server 

Ə

S-dir. Bu əməliyyat sistemi böyük müəssisələr üçün nəzərdə tutulub. 



2001-ci ildə yaradılan əməliyyat sistemi Windows XP (Windows eXPerience ) 

adlandırıldı. Bu əməliyyat sisteminin Windows XP Server, Windows XP 

Professional və Windows XP Home versiyaları mövcuddur. 

Bu əməliyyat sistemində ən böyük yenilik əməliyyat sisteminin özündə CD-R və 

CD-RW disklərində yazmağı dəstəkləməsidir. 

2003-cü ilin yayında yeni server ƏS olan Windows Server 2003 yarandı ki, bunun 

da aşağıdakı dörd versiyası mövcuddur. 

Windows Server 2003 Standart Edition - kiçik biznes müəssisələri və təşkilatın 

ayrı-ayrı bölmələri üçün nəzərdə tutulan şəbəkə əməliyyat sistemidir və aşağıdakı 

xassələrə malikdir: 

•  fayl və printerlərdən birlikdə istifadəni dəstəkləyir. 

•  nternetə təhlükəsiz qoşulmanı təmin edir. 

Windows Server 2003 Enterprise Edition – istənilən həcmli müəssisənin tələblərini 

ödəyən əməliyyat sistemidir. ƏS aşağıdakı xassələrə malikdir: 

•  səkkiz prosessoru dəstəkləyən tam server əməliyyat sistemidir; 

•  32 Qb yaddaşı dəstəkləyir; 

•  Intel Itanium prosessorunun bazasında kompüterlər üçündür; 

•  8  prosessor  və  64  Qb  əməli  yaddaşı  dəstəkləyən  64  mərtəbəli  hesablama 

platforması üçün də mümkündür. 

Windows Server 2003 Datacenter Edition - biznes tətbiqi proqramları üçün 

nəzərdə tutulub və aşağıdakı xassələrə malikdir: 

•  32-axınlı SMP multiprosessorlu emalı və 64 Qb əməli yaddaşı dəstəkləyir. 

•  32  prosessor  və  128  Qb  əməli  yaddaşı  dəstəkləyən  64  mərtəbəli  hesablama 

platforması üçün də mümkündür. 

Windows Server 2003 Web Edition - bu Windows əməliyyat sisteminin yeni 

məhsulu olmaqla, veb-server istifadəsi üçün nəzərdə tutulub. Bu ƏS aşağıdakı 

xassələrə malikdir: 

•  veb-tətbiqi proqramları, veb-səhifələr və XML veb-xidmətlərinin işlənməsinə imkan 

verir; 

•  .NET  Framework  əsas  hissəsi  olan  ASP.NET  texnologiyasından  istifadə  edən 



platformanı dəstəkləyir. 

 

34. World  redaktorunun obyektləri və paneli 

Word proqramının işə salınması çox sadədir. O, aşağıdakı sxemə əsasən yerinə 

yetirilir: 

• 

Məsələ panelində START (Пускdüyməsi basılır. 



• 

Programs (Программыalt menyusunda Microsoft Word seçilir. 


Ə

gər Word-ün pəncərəsi bütün ekranı tutmursa, onda Maximize (Развернуть

düyməsi basılır. Word işə salındıqdan sonra açılan fayla (sənədə) Document 1 

(Документ 1) adı verilir. 

Proqramdan çıxmaq üçün isə əvvəlcə bütün açıq fayllar FileClose 



(Файл→Закрытьəmrinin köməyilə bağlanır, daha sonra FileExit 

(Файл→Выходəmrindən istifadə edilir. 

Word-ün əsas ekranına baxarkən siz Windows mühitində işləyən bütün 

proqramlar üçün tipik elementləri – ekranın aşağı hissəsində Tapşırıqlar panelini, 

yuxarı hissəsində isə başlıq və menyu sətrini görürsünüz. Lakin bunlardan başqa 

çoxlu elementlər var ki, onlar ya sizə müəyyən məlumat verir, ya da sizin bəzi 

hərəkətlərinizi sadələşdirir. 

•  Alətlər Paneli (Standart alətlər və formatlaşdırma paneli) sənədləri 

yaratmaq, redaktə etmək və formatlaşdırmaq üçündür. 

•  Sahə və sətir başındakı məsafəni xətkeş (Ruler) vasitəsilə quraşdıra 

bilərsiniz. 

•  şçi sahə - ekranın bütün işi yerinə yetirdiyiniz və nəticəni gördüyünüz 

hissəsidir. Nə qədər çox yer tutsa, bir o qədər yaxşıdır. 

•  Kursor növbəti daxil edəcəyiniz simvolun yerini göstərir. 

•  Sürüşdürmə zolağı hal-hazırda sənədin görünməyən hissəsini görməyə 

kömək edir. 

•  Status Bar (Vəziyyət sətri) işçi sahənin vəziyyəti haqqında məlumat verir, 

məsələn, yerləşdiyiniz səhifəni və rejimi (əlavə etmə və ya əvəz etmə) göstərir. 



 Minimize (Свернуть) – pəncərəni Tapşırıq panelində nişan şəklində yığır. 

 Reset (Восстановить) – pəncərəni ilkin ölçülərini bərpa edir. 

 Maximize (Развернуть) – pəncərəni ekran boyu açır. 

 Close (Закрыть) – işçi pəncərəni bağlayır. 

Aşağıda Word-ün əsas əmrlərinin siyahısı və onların qısa xülasəsi (izahı) 

verilmişdir. Əmrlərin adları ingilis və rus versiyalarına uyğun verilmişdir. 

Ə

mrlərin ardıcıllığı proqramın menyusuna uyğun olaraq göstərilmişdir.  



 

New (Создать

Yeni sənədin yaradılması. Yeni təmiz səhifə açılır. 

 

Open (Открыть

Kompüterin yaddaşında mövcud olan sənədin açılması. Bu düyməni seçdikdə, 

dialoq pəncərəsi açılır. Lazım olan (mövcud) sənədi dialoq pəncərəsində 

göstərmək lazımdır. 

 

Save As... (Сохранить как…) 

Aktiv sənədin kompüterin yaddaşında saxlanması. Əgər sənəd birinci dəfə 

yaddaşda saxlanırsa, onda Save As... (Сохранить как…) dialoq pəncərəsi açılır. 

Bu pəncərədə sənədə ad vermək, həmçinin disk, qovluq və sənədin tipini seçmək 

olar. Artıq mövcud olan sənədə dəyişikliklər etdikdən sonra onu saxlamaq üçün 

Save (Сохранитьəmrini seçmək lazımdır. 

 

Close (Закрыть

Aktiv sənədlə işi bitirir. Əməli yaddaşın aktiv sənədə ayrılmış hissəsi boşalır. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə