Microsoft Word informatika cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə19/22
tarix11.10.2017
ölçüsü0,53 Mb.
#4435
1   ...   14   15   16   17   18   19   20   21   22

38. Sistem proqram təminatı ,,Müştəri – server” texnologiyası. 

cra  etdiyi  funksiyadan  asılı  olaraq,  server  müxtəlif  cür  adlandırılıa  bilir.  Məsələn, 

telekommunikasiyalar serveri lokal şəbəkə ilə digər şəbəkələr arasında əlaqə yaradır. Buna 

görə  də  bu  server  xəbərlərin  marşrutlaşdırılmasını  və  gəlib-gedən  informasiyanın 

buferləşdirilməsini  təmin  etməlidir.  Hesablayıcı  server  işçi  stansiyaların  gücü  çatmayan 

hesablamaları aparmaq üçündür. Disk serveri geniş xarıcı yaddaş resurslarına malik olmaqla, 

işçi stansiyalara əlavə yaddaş xidməti göstərmək üçün qurulur. Verilənlər bazası serveri üçün 

isə  bir  neçə  kompüter  ayırmaq  mümkündür.  Lakin  bütün  bu  kompüterlərə  funksional 

aspektdə vahid kompüter kimi baxılacaqdır.  

Şə

bəkə həm də müxtəlif proqram və altproqramların qarşılıqlı fəaliyyətini təmin etdiyindən, 



həmin proqramların hansı kompüterlərdə yerləşməsindən çox şey asılıdır. Yəni elə etmək 

lazımdır ki, şəbəkə boyu ötürülən informasiyanın həcmi minimum olsun.  

“Müştəri  –  server”  texnologiyasında  funksiyalar  və  informasiya  xidməti  müştəri 

(informasiya istifadəçisi) ilə server (informasiya sahibi) arasında elə paylanır ki, şəbəkə üzrə 

informasiya  ötürülüşü minimum  olsun. Bu texnologiyada  müştəri serverə sorğu göndərir. 

Sorğuda  tələb  olunan  informasiyanın  xarakteri  və  həcmi,  həmçinin  verilənlərin  təşkili 

forması göstərilir. Bunun əsasında lazımi informasiyanı server verilənlər bazasında axtarır, 

tapır və tələb olunan formada dəyişdirir, alınmış nəticə müştəriyə ötürülür. Bu texnologiyada 

interfeys proqramları müştəri kompütürdə, sorğunu işləyən sistem proqramları isə serverdə 

işləyir. 



 

39. Şəbəkə verilənlərin ötürülməsi.Lokal şəbəkə topologiyaları. 

Şə

bəkədə  verilən  xüsusi  kabellərlə  ötürülür.  Bu  zaman  siqnallar  fiziki  olaraq 



çevrilir.  nformasiyanın  düzgün  çevrilməsi  təmin  edilməlidir.  Bu  məqsədlə 

kompüterlər  kabellə  birləşdikdə  şəbəkə  adapteri,  telefon  xətti  ilə  birləşdikdə 



modemdən istifadə edilir. 

Şə

bəkənin  (lokal)  topologiyası  dedikdə  şəbəkə  qovşaqlarının  həndəsi  olaraq 



birləşmə forması başa düşülür. Ulduzşəkilli, dairəvi  şin tapologiya mövcuddur. 

Lokal şəbəkədə məlumat ötürülüşü prosesi şəbəkə əməliyyat sistemini təşkil edən proqram 

vasitələri kompkeksinin köməyi ilə həyata keçirilir.  

Şə

bəkə ƏS-nin vəzifələri aşağıdakılardan ibarətdir: 



• 

 Verilən və proqramları bir kompüterdən digərinə ötürmək; 

• 

Ayrıca kompüterdə proqram işlətmək; 



• 

Şə

bəkədə fayl sisteminin idarə edilməsi; 



• 

stifadəçilərin şəbəkə resurslarına müdaxiləsinin və verilənlərin icazəşiz müdaxilədən    

qorunmasının idarə edilməsi; 

• 

Xarici  və  operativ  yaddaşdakı  verilənlərin  təhlükəsizliyinin  təmin  edilməsi, 



imtinalardan qoruma, verilənlərin arxivləşdirilməsi və təkrarlanması; 

• 

Giriş-çıxış üzrə şəbəkə resurslarının paylanması; 



• 

Şə

bəkədən kollektiv istifadə qaydalarına əməl olunmasının uçotu və nəzarət edilməsi; 



• 

Şə

bəkənin əmr prosessorunun interfeysinin təmin edilməsi. 



 

 


40. Monokanal şəbəkə topologiyası ( thernet topologiyası ). 

Lokal şəbəkə topologiyası dedikdə, şəbəkə düyünlərinin birləşdirilməsinin həndəsi forması 

nəzərdə tutulur. Ulduzşəkilli, dairəvi  şin tapologiya mövcuddur. 

Ş

in  topologiyasında  bütün  işçi  stensiyalar  bir  rabitə  kanalına  qoşulur.  Bu  halda  kanaldan 



istifadə üçün növbə yaradılır. Ünvan ötürülən paketdə göstərilir. Konflikti aradan qaldırmaq 

üçün  şin  arbitrajı  metodundan  istifadə  edilir.  Adətən  müxtəlif  kompüterlər  üçün  kanal 

müxtəlif tezliklə işləyir. 

Lokal şəbəkələrdə düyünlərin qarşılıqlı fəaliyyətinin təşkili zamanı əsas rolu rabitə kanalına 

müraciət metodu oynayır. Kompüterlərin kabel birləşmələrinin 3 növü tətbiq edilir: 1) Token 

Ring

 (marker dairəsi), 2) Arcnet, 3) Ethernet

 Bu  Xerox  firması  tərəfindən  təklif  edilmiş  və  burada  “ümumi  şin” 

topologiyasından  istifadə  edilmişdir.  Ümumi  şin  ilə  ötürülən  məlumatların 

sərlövhəsində ötürülən və qəbul edilən mənbələrin ünvanları göstərilir.  

Bu üsul aparıcı tezliyi araşdırmaq və ziddiyyətləri yox etməklə, çoxşaxəli mübadilə 

üsuludur.  Bu  üsulun  mahiyyəti  ondan  ibarətdir  ki,  işçi  stansiyalar  yalnız  o  vaxt 

məlumatı ötürməyə başlayır ki, kanal boş olsun, əks təqdirdə məlumatın ötürülməsi 

müəyyən  zaman  anı  üçün  gecikdirmiş  olacaq.  Eyni  zamanda  məlumatların 

ötürülmə imkanı avtomatik olaraq aparat üsulu ilə həyata keçirilir.  

80-100  işçi  stansiyalar  eyni  vaxtda  işlədikdə  şəbəkənin  işləmə  sürəti  azalır.  Bu 

kanalda əmələ gələn münaqişələrlə əlaqədardır. 



 

41. Halqavari şəbəkə topologiyası (Token Ring topologiyası) . 

Lokal şəbəkə topologiyası dedikdə, şəbəkə düyünlərinin birləşdirilməsinin həndəsi forması 

nəzərdə tutulur. Ulduzşəkilli, dairəvi və şin topologiyaları geniş yayılmışdır.  

Dairəvi topologiyada işçi stansiyalar bir-biri ilə ardıcıl qoşulur. Kompüter bir şəbəkə adapteri 

ilə informasiyanı qəbul edir, digər adapterlə ötürür. Bu halda məlumat dairə üzrə hərəkət 

edir. Ötürmə asanlaşır. Ötürmə müddəti dairədəki  kompüterlərin sayından asılıdır. Dairəvi 

qoşulmuş  kompüterlərdən  hər  hansı  biri  imtina  etdikdə  şəbəkə  imtina  edir.  Lakin  bu 

topologiyada şəbəkəyə istənilən sayda kompüter qoşmaq mümkündür. Çünki faktiki olaraq 

şə

bəkə hər dəfə yalnız iki kompüter arasındakı məsafə ilə bağlı olur. 



Lokal şəbəkələrdə düyünlərin qarşılıqlı fəaliyyətinin təşkili zamanı əsas rolu rabitə kanalına 

müraciət metodu oynayır. Kompüterlərin kabel birləşmələrinin 3 növü tətbiq edilir: 1) Token 



Ring

 (marker dairəsi), 2) Arcnet, 3) Ethernet



“Token  Ring”

–halqavari  topologiyaya  malik  olub  BM  firması  tərəfindən  təşkil 

edilmişdir. Bu firmadan başqa, bu cür şəbəkələrin avadanlıqlarını Proteon, 3 Com 

və  Undermanu-Bacc  firmaları,  şəbəkə  proqram  təminatını  isə  3Com,  Novell  və 

Undation  firmaları  istehsal  edirlər.  Bu  üsul  “Arcnet”  üsuluna  oxşayır.  Əsas  fərq 

ondan  ibarətdir  ki,  burada  üstünlük  mexanizmi  vardır.  Bunun  sayəsində  bəzi  işçi 

stansiyalar digərlərinə nəzərən daha tez markeri əldə edə bilərlər və onu bir qədər 

özündə saxlamaq imkanına malik olurlar. 

LKŞ-də  tipik  proqramlardan  istifadə  etmək  məqsədilə  şəbəkədə  məlumatların 

mübadiləsi  üçün  hansı  protokoldan  istifadə  olunmasını  bilmək  lazımdır.  Belə 

protokollardan bir neçəsi mövcuddur. Ən geniş yayılmış protokollar bunlardır. 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə