Microsoft Word informatika cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə15/22
tarix11.10.2017
ölçüsü0,53 Mb.
#4435
1   ...   11   12   13   14   15   16   17   18   ...   22

•  fayl və kataloqların kopyalanması və yer dəyişmələri; 

•  fayl və kataloqların silinməsi; 

•  faylların atributlarla idarəsi. 

Faylların yaradılması və onların adlandırılması.  nformasiya disklərdə fayl 

şə

klində yadda saxlanılır. Fayl disk və ya başqa informasiya daşıyıcısında 



adlandırılmış bir sahədir. Faylda proqram mətni, sənəd, şəkil, qrafik, səs, video 

film və s. ola bilər. 

Disklərdə yerləşən fayl və kataloqlara müraciət etmək üçün disk aparıcısının 

adından istifadə olunur. Disk aparıcıları A:, B:, C:, D: və s. kimi adlandırılır. 

Ə

slində A:, B:, C:, D: disk aparıcılarının yox, məntiqi disklərin adıdır. Sərt diski 



(vinçestr) 2 və daha çox hissəyə bölməklə bir neçə məntiqi disk yaratmaq olar. 

Fayllar çox vaxt iki kateqoriyaya bölünür: mətn və ikilik. Mətn faylları 

istifadəçi tərəfindən oxunur. Bu fayllarda proqram mətni, ƏS-in əmrlər faylı və s. 

ola bilər. Mətn faylları ASC  simvollarından ibarət olduğundan, çox vaxt bu 

fayllara ASC  faylları da deyilir. 

Hər bir proqramın (əməliyyat sistemlərindən başqa) tərkibində bu proqramı 

yükləyən fayl mövcuddur ki, bu fayl icra olunan fayl adlanır. Icra olunan faylın 

genişlənməsi .COM və ya .EXE olur. Ümumiyyətlə, bir çox proqramlar faylın 

genişlənməsini özü təyin edir ki, bununla faylın hansı proqram tərəfindən 

yaradıldığı bilinir və bu faylların bir çoxu uyğun proqramı yükləyir. Genişlənmə 

faylın tipini göstərir və onlardan bir çoxu standartdır. Məsələn: 

-  .COM, .EXE – yerinə yetirilməyə hazır olan, yəni icra olunan fayllar; 

-  .BAT-əmrlər (Batch) faylı; 

-  .TXT –mətn faylı; 

-  .MDB - Access VBIS-nin faylı; 

-  .XLS - Excel elektron cədvəl faylı; 

-  .DOC - Microsoft Word mətn redaktoru faylı; 

-  .PAS -Pascal dilinin proqram faylı; 

-  .C- C dilinin proqram faylı; 

-  .ASM - Assembler dilinin proqram faylı; 

-  .BAK- faylın dəyişiklikdən əvvəlki sürəti; 

-  .ARJ və . ZIP- sıxlaşdırılmış fayllar. 



Faylların atributlarla idarəsi. Faylların xüsusiyyətlərini təyin edən əlavə 

parametrlər atribut adlanır. Əməliyyat sistemi fayllarla əməliyyatları avtomatik 

həyata keçirərkən atributlar nəzərə alınır. Faylların aşağıdakı atributları 

mövcuddur. 



R (Read-only) - "yalnız oxunan". Bu faylları sistem vasitələri ilə yeniləşdirmək 

və ya silmək mümkün deyil. 



H (Hidden) - "gizli fayl". 

S (System) - "sistem fayl". Bu fayllar əməliyyat sistemlərində istifadə olunur 

və onları dəyişdirmək mümkün deyil. 



A (Archive) - "arxivləşdirilmiş fayl". Bu atribut hər bir faylın yaradılmasında 

təyin olunur 



 

 


33. Windows əməliyyat sistemi, əsas elementləri. 

 

Windows ailəsinin əməliyyat sistemləri Microsoft firması tərəfindən 

hazırlanmışdır. Windows rahat qrafiki interfeysli, çoxməsələli əməliyyat 

sistemidir. Bu ailənin hələlik sonuncu versiyası Windows Vista -dır 

Bu ailənin ilk versiyalarından olan Windows 95/98 qismən 16 və 32-mərtəbəli 

ə

məliyyat sistemidir. 



Windows NT (Windows New Technology) əməliyyat sistemi çox geniş 

yayılmış 32-mərtəbəli şəbəkə ƏS-dir. Windows NT - nin iki modifikasiyası 

mövcuddur: Windows NT Server və Windows NT Work Station. Windows NT 

Server ilk növbədə şəbəkə resurslarının idarə olunması üçündür. Windows NT 

Server informasiyanın sürətli axtarışının təşkili və istənilən əlaqə vasitəsindən 

istifadə etməklə qlobal şəbəkə resurslarına baxış üçün vasitələrə malikdir. Qeyd 

etmək lazımdır ki, bu sistem bir serverə eyni vaxtda 256 terminalın qoşulmasının 

və bir neçə serverin şəbəkə xidmətinə ümumi müraciətin təşkili üçün istifadə 

edilməsinə imkan verir. 

Windows "NT Work Station - Windows NT - nin versiyasıdır və lokal 

kompüterlərdə və işçi stansiyalarda işləmək üçün nəzərdə tutulub. Bu sistem 

tamamilə 32-mərtəbəli əməliyyat sistemidir və olduqca mühafizəli və etibarlıdır. 

Windows NT – dəki tətbiqi proqramlar çoxməsələli rejimdə işləyir. Amma MS 

DOS və 16-mərtəbəli Windows proqramların heç də hamısı Windows NT-də 

işləmir. 

Windows NT Work Station-dən mühəndis, elmi, statistik məsələləri yerinə 

yetirilməsində böyük həcmli verilənlərin təhlilinin məhsuldarlığını yüksəltmək 

məqsədilə istifadə olunur. 

Windows 2000 əməliyyat sistemləri ailəsi Windows NT texnologiyası əsasında 

yaradılıb və özündə olan çoxlu sayda təkmilləşdirmələrə və əlavələrə görə 

fərqlənir. Windows 2000 çoxməqsədli əməliyyat sistemi olmaqla birsəviyyəli və 

kliyent-serverli şəbəkəni dəstəkləyir. 

Windows 2000 ailəsi dörd proqram məhsulundan təşkil olunub. 

Microsoft Windows 2000 Professional - stolüstü kompüterlər üçün nəzərdə 

tutulan baza ƏS olmaqla biznesdə tətbiq olunur. Bu əməliyyat sisteminin bir neçə 

sadələşdirilmiş istifadəçi interfeysi mövcuddur. Əməliyyat sistemində Windows 98 

və Windows NT Workstation əməliyyat sistemlərinin ən yaxşı keyfiyyətlərini 

özündə birləşdirir. Bu əməliyyat sistemi 2 prosessoru dəstəkləyir. 

Microsoft Windows 2000 Server - dörd prosessor və əməli yaddaşın həcmi 4 

Qb kimi nəzərdə tutulan çoxməsələli şəbəkə ƏS-dir. ƏS-in tərkibinə daxil olan, 

çoxsaylı Internet və Web xidmətləri mürəkkəb Web-tətbiqi proqramlar yaratmağa 

imkan verir. Həmçinin buraya işçi qruplara səmərəli xidmət və server fayllardan, 

çapdan, Web-serverlərdən və kommunikasiya serverlərlərindən birlikdə istifadə 

üçün funksiyalar daxildir. 

Microsoft Windows 2000 Advanced Server – səkkiz prosessora kimi işləyə 

bilən və ikitərəfli klasterizasiyaya malik server ƏS-dir. Bu ƏS klasterli sistemlər 

yaratmağa və böyük verilənlər bazasının quraşdırılmasının effektiv həllinə imkan 

verir. Ümumiyyətlə bu ƏS Web və biznes tətbiqi proqramları üçün nəzərdə 




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə