ə
lverişli deyillər. Ona görə də təbii dilə yaxın formallaşdırılmış dillərdən istifadə
olunur. Bu cür dillərə proqramlaşdırma dilləri deyilir. Bəzən bu mənada "yüksək
səviyyəli proqramlaşdırma dilləri" ifadəsindən də istifadə olunur. Proqramlaşdırma
dillərində yazılmış proqram (ona ilkin proqram deyilir) sonradan kompüter dilinə
çevrilir, sazlanır və icra olunur. Kompüter dilindəki proqrama işçi və ya mütləq
proqram deyilir. Ilkin proqramı işçi proqrama çevirmək üçün
translyator adlanan
xüsusi proqramlardan istifadə olunur.
Istifadə olunan dilin strukturuna, formallaşdırma səviyyəsinə və vəzifəsinə
uyğun olaraq proqramlaşdırma sistemlərini aşağıdakı siniflərə bölmək olar:
- maşınyönlü sistemlər;
- proseduryönlü sistemlər
- problemyönlü sistemlər;
- köməkçi sistemlər.
29. Tə
tbiqi proqram paketlə
ri.
Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə
yaradılır. Tətbiqi proqram təminatı, sistem PT-nin, xüsusən ƏS-nin idarəsi altında
işləyir. Tətbiqi PT-nin təsnifat sxemi şəkil 1.-də verilmişdir.
Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin
avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onu informasiyanın
emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə
yetirilməsini bilməkdən azad edir. Hal-hazırda, öz funksional imkanlarına və
reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur.
TPP – müəyyən olunmuş sinif məsələləri həll üçün təyin olunmuş kompleks
proqramdır.
Aşağıdakı bir-birindən fərqli TPP-lər var:
- ümumi təyinatlı (universal);
- üsulyönlü;
- problemyönlü;
- qlobal kompüter şəbəkələri üçün;
- hesablama prosesinin təşkili üçün.
Ümumi təyinatlı TPP – istifadəçinin funksional məsələlərinin və informasiya
sistemlərinin hazırlanması və istismarının avtomatlaşdırılması üçün təyin olunan
universal proqram məhsuludur.
Bu tip TPP-yə aşağıdakılar aiddir:
- mətn və qrafiki redaktorlar;
- elektron cədvəllər;
- verilənlər bazasının idarəetmə sistemləri (VBIS);
- inteqrallaşdırılmış paketlər;
- Case - texnologiyası;
- ekspert və süni intellekt sistemləri.
30. Ə
mə
liyyat sistemi anlayış
ı. Ə
mə
liyyat sistemlə
rinin tə
snifatı.
Ə
məliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların
işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini,
həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram
vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti-
mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa
düşülür.
Ə
məliyyat sistemləri - informasiya emalının idarə olunmasını və aparat
vasitələri ilə istifadəninin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-in əsas
funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin
avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə
edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun
yerinə yetirilməsinə nəzarət edir.
Ə
S kompüterin qoşulması ilə yüklənir və istifadəçi ilə hesablama sistemi
arasında rahat və əlverişli ünsiyyət üsulu (interfeys) təqdim edir. Funksiyalarına
görə interfeysin aşağıdakı növləri var:
• Proqram interfeysi - hesablama sistemi çərçivəsində qurğu və
proqramların qarşılıqlı əlaqəsini təmin edən vasitələr məcmusudur.
• Istifadəni interfeysi – istifadəçinin kompüterlə qarşılıqlı əlaqəsi üçün
proqram və aparat vasitəsidir. Öz növbəsində istifadəçi interfesi əmrli və
obyektyönlü ola bilər.
Ə
mrli interfeys istifadəçiyə kompüter resurslarının idarə olunması üçün
ə
mrləri klaviaturadan daxil etməyə imkan verir.
Obyektyönlü interfeys – obyektlər, yəni fayl, kataloq (qovluq), disk aparıcısı,
proqram, sənəd və s. üzərində əməliyyatları bilavasitə həyata keçirən hesablama
sisteminin resurslarını idarə edir.
Əməliyyat sisteminin yeni modifikasiyasının adı dəyişilmir, amma versiya
(variant) adını alır. ƏS-in versiyası «onluq kəsr» şəklində 6.00, 3.11, 2.1 və s. işarə
olunur. Nöqtədən soldakı rəqəmin artması sistemdə mühüm dəyişikliyin, nöqtədən
sağdakı rəqəmin artması isə sistemdə cüzi dəyişikliyin edilməsini göstərir. Versiya
nömrəsinin böyük olması, sistemin daha çox imkanlara malik olmasını göstərir.
31. Ə
mə
liyyat sistemlə
rinin funksiyaları.
Ə
məliyyat sistemi (ƏS) kompüter resurslarını idarə edən, tətbiqi proqramların
işə salınmasını, onların xarici qurğular və digər proqramlarla qarşılıqlı əlaqəsini,
həmçinin, istifadəçi ilə kompüter arasındakı dialoqu təmin edən proqram
vasitələrinin məcmusudur. Resurs dedikdə kompüterin istənilən komponenti-
mərkəzi prosessor, əməli və ya xarici yaddaş, xarici qurğu, proqram və s. başa
düşülür.
Ə
məliyyat sistemləri - informasiya emalının idarə olunmasını və aparat
vasitələri ilə istifadəninin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-in əsas
funksiyalarından biri informasiyanın daxiletmə-xaricetmə prosesinin
avtomatlaşdırılması, istifadəçi tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə
edilməsidir. ƏS lazım olan proqramı kompüterin yaddaşına yükləyir və onun
yerinə yetirilməsinə nəzarət edir.
Ə
məliyyat sistemləri yerinə yetirdiyi funksiyalara görə üç qrupa bölünür:
- birməsələli (biristifadəçili);
- çoxməsələli (çoxistifadəçili);
- şəbəkə.