Microsoft Word informatika cavab az docx



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə12/22
tarix11.10.2017
ölçüsü0,53 Mb.
#4435
1   ...   8   9   10   11   12   13   14   15   ...   22

(format-A4) modellərə rast gəlinir.Yüksək çap keyfiyyəti NLQ (Near Letter 

Quality-tam makinə keyfiyyətinə yaxın) rejimində işləyən 9 iynəli printerlərdə,həm 

də LQ (Letter Quality-makinə keyfiyyətli) 24 iynəli printerlərdə əldə edilir.Bir 

qayda olaraq,müasir printerlər “rezident” və ya yüklənən miqyaslı şriftlərlə təmin 

olunurlar.Bu sahədə Epson,Star,Micronics ,Okidata firmalarınınməhsulları daha  

çox yayılmışdır.Lakin zərbəsiz printerlərlə müqayisədə zərbəli printerlərin istehsalı 

son zamanlar getdikcə azalır. 

Ş

ırnaqlı printerlər. Bu cür zərbəsiz printerlər demək olar ki,tam səssiz işləyirlər. 



Termoprinterlər. Bu cür üsulla təsviri kağıza çap etmək üçün kağızın ayrıca 

götürülmüş hər hansı bir hissəsi qızdırılır.Bu halda kağız müəyyən nazik 

termohəssas örtükləörtülür. 

Lazer və LED (Light Emitting Diode) printerləri. Lazer printerlərində surət 

çixaran maşınlarda olduğu kimi,təsviri əldə etmək üçün elektroqrafik prinsipdən 

istifadə edilir. Bu proses zamanı elektrostatik potensial relyefi yarımkeçirici qatda 

təşkil edilir və sonra bu relyef vizual şəkildə göstərilir.Vizual şəkildə göstərmək 

üçün quru toz hissəciklərindən istifadə edilir.Quru toz kağız üzərinə yerləşdirilən 

“toner”dən ibaətdir.Lazer printerinin əsas hissəsi yarımkeçirici lazer olan 

fotohəssas çap barabanı və optik-mexaniki sistemdir. 

Çoxfunksiyalı qurğular. Bir gövdədə birləşən printer,skaner,sürət çıxaran, bəzi 

hallarda isə faks çoxfunksiyalı qurğu və ya “kombayn” adlanır. 



 

27. Proqram vasitələrinin fəaliyyət dövrü. Proqram təminatının təsnifatı. 

Proqram təminatı (PT) sistemini yerinə yetirdikləri funksiyalara görə iki 

hissəyə bölmək olar: 

-  sistem proqram təminatı; 

-  tətbiqi proqram təminatı. 

Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin 

təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT 

kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir 

hissəsi də hesab edirlər. SPT-yə aşağıdakılar daxildir (şəkil 1): 

-  əməliyyat sistemləri; 

-  texniki xidmət proqramları; 

-  servis proqramları; 

-  proqramlaşdırma sistemləri. 

Tətbiqi proqram təminatı istifadəçinin hər hansı məsələni həll etmək məqsədilə 

yaradılır. Tətbiqi proqram təminatı, sistem PT-nin, xüsusən ƏS-nin idarəsi altında 

işləyir. Tətbiqi PT-nin təsnifat sxemi şəkil 1.-də verilmişdir. 

Tətbiqi proqram paketləri (TPP) istifadəçi tərəfindən həll edilən məsələnin 

avtomatlaşdırılması üçün çox güclü alətdir və praktiki olaraq, onu informasiyanın 

emalında kompüterin bu və ya digər funksiya və prosedurlarının necə yerinə 

yetirilməsini bilməkdən azad edir. Hal-hazırda, öz funksional imkanlarına və 

reallaşdırma üsullarına görə fərqlənən çox geniş spektrli TPP mövcuddur. 

TPP – müəyyən olunmuş sinif məsələləri həll üçün təyin olunmuş kompleks 

proqramdır. 



Aşağıdakı bir-birindən fərqli TPP-lər var: 

-  ümumi təyinatlı (universal); 

-  üsulyönlü; 

-  problemyönlü; 

-  qlobal kompüter şəbəkələri üçün; 

-  hesablama prosesinin təşkili üçün. 



 

28. Sistem proqram təminatı. 

Sistem proqram təminatı (SPT) kompüterdə informasiyanın emalı prosesinin 

təşkili ilə yanaşı, tətbiqi proqramlar üçün normal mühiti təmin edir. SPT 

kompüterin aparat vasitələri ilə sıx əlaqədə olduğundan, bəzən onu kompüterin bir 

hissəsi də hesab edirlər. SPT-yə aşağıdakılar daxildir (şəkil 1): 

-  əməliyyat sistemləri; 

-  texniki xidmət proqramları; 

-  servis proqramları; 

-  proqramlaşdırma sistemləri. 

 

 



 

 

 



 

 

 

 



 

 

          

 

Ə

məliyyat sistemləri (ƏS) - informasiya emalının idarə olunmasını və aparat 



vasitələri ilə  

   Test 


proqramlar 

Xüsusi 


nəzarətçi 

proqramlar  

Servis     

Örtüklər  

Utilitlər      

Antivirus 

   Antivirus 

Proqramlaşdır-ma 

sistemləri 

Kompilyatorl ar 

İnterpretator   

Assemblerlər     




istifadəçinin qarşılıqlı əlaqəsini təmin edir. ƏS-nin əsas funksiyalarından biri 

informasiyanın daxiletmə - xaricetmə prosesinin avtomatlaşdırılması, istifadəçi 

tərəfindən yerinə yetirilən tətbiqi proqramın idarə edilməsidir. ƏS lazım olan 

proqramı kompüterin yaddaşına yükləyib və onun yerinə yetirilməsinə nəzarət 

edir. 

Ə

S-ləri yerinə yetirdiyi funksiyalara görə



 

üç qrupa bölünür: 

-  birməsələli (biristifadəçili); 

-  çoxməsələli (çox istifadəçili); 

            -    şəbəkə. 

Servis proqramlar istifadəçiyə kompüterlə işləyərkən əlavə xidmətlər göstərir 

və əməliyyat sisteminin imkanlarını genişləndirirlər. 



Utilitlədisk və fayl sisteminə xidmətə əsaslanaraq, istifadəçilərə əlavə 

imkanlar verirlər. 

Utilitlər aşağıdakı funksiyaları yerinə yetirirlər: 

-  disklərə xidmət etmək (formatlaşdırma və s.); 

-  informasiya mühafizəsinin təmini, nasazlıq hallarında bərpanın mümkünlüyü 

və s.; 


-  fayl və kataloqlara xidmət etmək; 

-  arxivlərin yaradılması və yeniləşdirilməsi; 

-  kompüter resursları, disk sahəsi, proqramların ƏYQ-də paylanması haqqında 

informasiyanın verilməsi; 

-  müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı; 

-  kompüteri viruslardan mühafizə. 



Antivirus proqram vasitələri virusların neytrallaşdırılmasını və kompüterin 

diaqnostikasını təmin edir. Viruslar çoxalaraq proqramlara özbaşına qoşulur, 

lazımsız və ziyanlı müxtəlif əməliyyatları həyata keçirir. 

Kompüter viruslarının geniş yayılması viruslarla mübarizədə istifadəçilərə bir 

çox çətinliklər

 

yaradır. Buna görə də virusların yayılma xüsusiyyətlərinin və əmələ 



gəlmə xarakterinin öyrənilməsi viruslarla mübarizədə antivirus proqramlardan 

effektiv istifadəyə imkan verir. 



Proqramlaşdırma sistemləri. Proqramlaşdırma sistemləri proqramlaşdırma 

dillərində işləməyi təmin edirlər. Buraya proqramlaşdırma dilləri, həmin dillərdə 

proqramları kompüter dilinə çevirən translyatorlar (çevirici proqramlar), sazlayıcı 

proqramlar və s. daxildir. 

Komputer dili bilavasitə kompüterin "başa düşdüyü" kodlarda ifadə olunmuş 

ə

mrlərdən təşkil olunur. Bu halda proqram müəyyən əmrlər ardıcıllığından ibarət 



olur. Bu əmrlər kifayət qədər sadə olub, verilənlər üzərində müəyyən əməliyyatları 

(toplama, çıxma, vurma, bölmə, müqayisə, köçürmə və s.) yerinə yetirirlər. Hər bir 

ə

mr yerinə yetirilən əməliyyat (əməliyyatın kodu), əməliyyatda iştirak edən 



operandlar- (verilənlərin yaddaşdakı ünvanları və ya özləri) və nəticənin haraya 

(hansı ünvana) yazılması haqqında məlumatdan ibarət olur. Hər bir tip kompüter 

üçün müxtəlif əmrlərin sayı 100-dan artıq olur. 

Kompüter dilləri kompüterin tipindən asılı olaraq müxtəlif olduqlarına görə, 

istifadəçilər üçün öyrənilməsi çətin və işlədilməsi çox zəhmət tələb etdiyindən, 



Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə