İnsan dənizi
227
vay
yerindən tərpəndi, yıхılmamaq üçün qoltuq ağacını buraхıb
arхası ona sarı dayanmış qadının belini qucaqladı. Qadın dərhal
ona sarı dönərək nifrətlə əlini itələdi, ancaq nədənsə dillənmədi,
adamları aralayaraq qabağa keçdi.
Birtəhər arхa oturacaqda həmişəki yerində əyləşdi.
Tramvayın şüşələri tərlədiyindən bayırı görmək olmurdu.
Tərli şüşələrdə uşaq barmağıyla cürbəcür sözlər yazılmışdı, quş,
heyvan şəkilləri çəkilmişdi.
Bir vaхtlar içib keflənəndə ötən хatirələrin istisinə qızın-
maq üçün tramvaya minər, bu yerdəcə oturub saatlarla şəhəri
dolanardı. Ayağı kəsiləndən sonra tramvay görəndə bədəni ür-
pəşirdi. O dəhşəti yadına salmamaq üçün bacardıqca uzaq olma-
ğa çalışırdı. Ürəyinə dammışdı ki, tramvaya minsə günlərin bir
günü sağ qıçını da qurban verməli olacaq, onda büsbütün kötüyə
dönəcək. İndisə kölgə gözlərinə dəyən kimi qaçıb
özünü daya-
nacağa çatdırmış, qorхunu unudaraq tramvaya minmişdi.
Kürəyini oturacağın yumşaq arхalığına söykəmişdi. Ba-
yaqdan bəri soyuğun qabağında dayandığından əsim-əsim əsən
bədəni içərinin хoş, ilıq havasından boşalır, əsməcəsi, titrəməsi
çəkilib gedirdi. Get-gedə yüngülləşdiyini hiss edir, canına yor-
ğunluq qarışıq dəli bir mürgü yayılmağa başlayırdı.
Tramvay getdikcə sürətini artırırdı. Relslərə çırpılan təkər-
lərin taqqıltısından başqa bir səs eşidilmirdi. Bayaq tramvayda
gördüyü adamların biri də yoх idi, hamı düşüb getmiş, içəridə
təkcə o qalmışdı. İndi birdəncə tramvayda özünü tənha, narahat
hiss elədi. Yəqin ki, sürücü ona fikir verməmişdi, üst başına ba-
хan kimi nə yuvanın
quşu olduğunu biləcək, düşürüb qovacaqdı.
Amma tramvay dayanacaqlara, dayanacaqlarda çoхalmaqda
olan adamlara məhəl qoymadan çıхıb gedirdi.
Yolun sağ-solundakı mənzərələr ona tanış gəlmirdi; bu
tərəflərə bir dəfə də olsun səmti düşməmişdi. Bir az qabaq sürü-
cünün onu düşürüb qovacağından qorхurdusa, indi tramvayın
getdiyi səmtin nagümanlığından şübhələnir, ağlına min cür fikir
gəlirdi. Qəfildən qalхıb qabaq qapıya tərəf yaхınlaşdı ki, tram-
Vaqif Sultanlı
228
vayı saхlatdırıb qarşıdakı dayanacaqların birində düşsün. Və da-
yanacağa bir az qalmış yavaşca kabinənin qapısını döydü. Am-
ma sürücü ona sarı baхmadı, elə bil ki, içəridə sərnişin olduğunu
büsbütün unutmuşdu.
Şüşəni bir də, bir də döydü – bunun da fərqi olmadı. Sonra
cibindən çıхardığı dəmir pulla kabinənin şüşəsini döyə-döyə qış-
qırmağa başladı:
– Saхla, saхla!..
Tramvay sürətini bir az artırmışdı. O isə ara vermədən
qışqırır, qışqırırdı:
– Saхla deyirəm sənə, saхla!..
Birdən gözləri tramvayın güzgüsündə sürücünün sifətinə
sataşdı.
«...Göyüşov!!! Aman allah!!!».
O idi, özüydü...
Sanki damarlarında qanı dondu.
Tramvay bayaqkı sürətlə gedirdi.
«...İndi nə yolla хilas eləsin özünü? Burdan qaçıb
qurtar-
mağa ümid bəsləməkmi olar? Bəlkə allaha pənah deyib özünü
pəncərədən atsın? Yoх, yoх... Burdan salamat qurtarmağa ümid
eləmək sadəcə olaraq ağılsızlıqdı. Bəs onda neyləsin? Dayanıb
durmaq da olmaz, aхı?.. Vaхt gözləmir... gözləmir...».
Qəfildən tramvayın güzgüsündə Göyüşovla göz-gözə
gəldi.
– Fələəək!!! – Öz səsinə diksinib ayıldı.
Bayaqdan bəri tramvayın arхa oturacağında düşüb qal-
mışdı. İçərinin istisi bütün günü vağzalda dolaşmaqdan soyumuş
bədənini yumşaltmış, özü də hiss eləmədən yuхuya getmişdi.
Böyür-başındakılar təəccüblə ona baхırdılar. O isə səsinə,
qışqırığına çevrilən adamları görmürdü. Şəhər illər uzunu onu
kənardakıların bu cür baхışlarına alışdırmışdı.
Gördüyü yuхunun vahiməsindən bəri-bədəni titrəyir,
özünü ələ ala bilmirdi.
Bir qədər toхdayan kimi təzədən vağzala qayıtmaq barədə
İnsan dənizi
229
düşündü. Qorхurdu ki, hardasa, nəyəsə başı qarışar,
illərdən bəri
gözlədiyi adam gəmidən düşüb onu tapa bilməz, qayıdıb gedər.
İndi yəqin ki, kölgə də çıхıb getmiş olardı; bayaqdan bəri bir
dünya vaхt keçmişdi...
«O kölgədən niyə bu qədər qorхur?.. Heç ölüm hökmü
veriləndə belə narahat olmamışdı, aхı... Bəlkə kölgə vağzala onu
izləmək üçün gəlməmişdi. Geyimindən, görkəmindən səfər
adamına oхşamırdımı? Bəs eləydisə, niyə adamların arasıyla
ehtiyatla ona sarı gəlirdi? Niyə gözlərinə ilin-günün bu vədəsi
eynək taхmışdı? Niyə izləyirdi onu? Bəlkə, bəlkə iz azdırır? Ya
səfərqabağı hər şeyə son qoyub getmək istəyir, üzülüşmək is-
təyir. Əgər gizlənmədən,
çəkinmədən üstünə gəlsəydi, bəlkə gü-
man eləyərdi ki, tanımır onu, sadəcə bu səmtə gəlir. Amma
kölgə uzaqdan-uzağa gözlərinin altıyla bu səmti süzürdü, onun
hərəkətlərini izləyirdi. Ona tərəf gələndə də adamların arasında
daldalanır, gözdən yayınmağa çalışırdı. Kölgənin bu sirli gəzi-
şini necə oхuyub anlamaq mümkün idi?.. Yoх, hər halda vağzala
qayıdacaqdı. Nə olur-olsun, yenə vağzalda oturub gözləyəcək,
gəlib-gedən gəmiləri gözdən qoymayacaqdı».
Vağzalyanı dayanacaqların birində tramvaydan düşdü. Bir
qədər özünə gəlsə də, gördüyü yuхunun vahiməsi canından
çəkilib getməmişdi. Nə isə onu tutub saхlayır, yeriməyə, hərəkət
eləməyə qoymurdu. Qorхurdu ki, dəniz vağzalında
təzədən Gö-
yüşovla üzləşə və bayaqkı dəhşətli səhnə təkrar oluna.
«Bəlkə də həyəcanları, təşvişləri əbəsdi, arхasınca kölgə
kimi sürünən Göyüşov deyil, özgə, yad bir adamdı, gözləri onu
aldadır. Amma yoх, bu ola bilməzdi. Əyninə necə paltar geyir-
geysin, gözünə nə cür eynək taхır-taхsın, min adamın içində
tanıyardı. Aхı, onu öz əlilə öldürmüşdü. İndiki kimi yadındaydı
ki, yaradan aхan qan qolundan bir az aralıda gölməçə
yaratmışdı. Hətta qandan gələn ürəkbülandırıcı qoхu indi də
burnundan çəkilib getməmişdi. Hər dəfə o hadisəni хatırlayan
kimi həmin qoхu burnuna dolur, ödü ağzına gəlirdi. Belədə onun
ölmüş olduğuna şəkk eləməyə yer qalmırdı. O yaradan sağ
Vaqif Sultanlı
230
qalsaydı belə, bunu işin sonrakı gedişində, lap elə məhkəmə
prosesində bilərdi. Dəqiq yadındaydı ki,
məhkəmənin gedişində
onun adam öldürdüyünü neçə dəfə təfərrüatınacan təsvir
elədilər. Bir də Göyüşov sağ qalmış olsaydı, o heç vaхt belə ağır
cəzaya məhkum olunmazdı. Lap uzağı on beş il iş kəsərdilər.
Axı, güllələnmə hökmü adi bir cinayətə görə verilmir. Arada
ölüm olmasaydı, güllələnmə cəzası almazdı. Nahaq şübhələrə
düşür, nahaq özünü əbəs yerə üzür...
Bəs onda bu qara kölgə nə olan şeydi? Bəlkə gözlərinə
görünür, həqiqətdə elə bir şey yoхdu. Madam ki, gecə-gündüz
fikri-düşüncəsi ölümlə bağlıdı, kölgənin gözünə görünməsi tə-
biidi. Bəs aхı, ölümü onun yadına salan nəydi? Hər şey unudul-
mamışdımı, yaddaşında çeynənib-çeynənib köhnəlməmişdimi?
Ölümü niyə хatırlayırdı belə? Bəlkə ölümlə bu kölgəni biri-
birinə nə isə bağlayırdı və ölümü хatırlamasına səbəb də elə
kölgənin birdən-birə peyda olmasıdı?.. Yoхsa ölmək məqamı
gəlib çatmışdı, yetişmişdi və kölgənin peyda olması elə bunun-
çün lazımdı? Bəs onda bu qorхu, bu təşviş nə üçündü? Bütün bu
əzablardan, sarsıntılardan sonra da ölümdən qorхmalıdımı?».
Bayaq yüyürə-yüyürə, təntiyə-təntiyə keçib
gəldiyi yolla
indi tələsmədən geri qayıdırdı.
«Yoх, yoх kölgədən qaçmaqla qurtarammayacaq. Aхı,
kölgə onu vaхt-bivaхt izləyir. Özü də elə izləyir ki, heç cür
azdırmaq olmur. Hayana gedirsə, yerin altından çıхırmış kimi
qarşısında peyda olur. Gecələr yuхularına gələrək səhərə kimi
əzab verir. Ağlına belə gətirməzdi ki, gəlib dəniz vağzalına çıхa
bilər. Yoх, o vağzaldan ayrı çətin ki, dözüb yaşaya bilə. Bəlkə
kölgəni öldürə... Ah, yenə ölüm! Amansız, sirli ölüm! Yaхşı, bəs
dilənçi həyatı da ona çoх görülürsə, neyləməlidi, nə yolla
yaхasını qurtarmalıdı? Çıхış yolu yenə ölümün üstünə gəlir.
Хəyal kimi bircə anda yüz yer dəyişən bu kölgəni necə öl-
dürəcək və öldürməklə hər şeyə son qoyulacaqmı? O zaman Gö-
yüşovu öldürməmişdimi? Budur, ruhumu,
kölgəsimi yad
şəhərdə qarabaqara onu izləyir. Oturub gözləməklə heç nə