- sadələşdirilmiş vergiqoyma sisteminin (xüsusən də, hasilatın pay bölgüsü, servis
xidmətlərinhaqqında sazişilərin) tətbiq edilməsi;
- xarici investisiyaların spesifik dövlət tənzimetmə mexanizmdə olması;
- ikiqat vergiqoymanın istisna edilməsi
- mübahisələrin xüsusi həlli qaydası və digər bu kimi səbəblər problemin hüquqi
həllini tələb edir
4. Beynəlxalq investisiya hüququnun
prinsip və mənbələri
Xarici kapital qoyuluşunun genişlənməsi müxtəlif dövlətlərdə kapital qoyuluşu,
investisiya münasibətlərinin hüquqi tənzimlənməsini meydana gətirmişdir. Xarici
investisiya münasibətləri beyəlmləşdikcə hüquqi tənzimetmə də beynəlmiləşdirilmişdir.
Beynəlxalq investisiya münasibətlərinin hüquqi tənzimlənməsi özündə dövlətdaxili hüquqi
tənzimetmə mexanizmlərilə bərabər tədricən beynəlxalq hüquqi müdafiə, təhlekəsizlik
sistemlərini təsis etmiş beynəlxalq investisiya hüququnu formalaşdırmışdır. Bu halda
formalaşan hüquq qaydası investisiyalar üzrə, ilk növbədə dövlətlərarası iqtisadi
münasibətləri tənzim edən normaların məcmuu kimi təzahür edir.
Beynəlxalq investisiya hüququ xarici kapital qoyuluşunun anlayışını, məqsədini
(birbaşa, portfel, ssuda kapitalı və s.) formalarını, rejimini müəyyən edən prinsip və
normalardan ibarət bir sistemi formalaşdırır. Xarici kapital qoyuluşu özünün mənbəyinə
görə bir qayda olaraq, dövlət və xüsusi mənşəli kapital ola bilər. Dövlətlər xarici kapital
qoyuluşunu əksər halda beynəlxalq təşkilatlar vasitəsilə (məsələn, Beynəlxalq valyuta
Fondu, Dünya Bankı və s.) və ya bilavasitə hökumət vasitəsilə həyata keçirir. Həmin
kapital qoyuluşu dövlət borcları, ssuda, təminat, kredit və s. formasında ola bilər.
Xüsusi kapital isə qeyri-dövlət mənbələrindən xaricdə yerləşdirilən fiziki və hüquqi
şə
xslərə mənsub investisiya formasıdır. Bu investisiyalar birbaşa dövlətə mənsub olmasa
da, dövlət onların hərəkətinə nəzarət edir.
Xarici kapital qoyuluşunda sahibkarlıq və ssuda kapitalından daha geniş istifadə
edilir. Birinci halda mənfəət kimi dividentlərin alınması üçün müxtəlif həcimli hüqulardan
istifadə edilə bilər. Ssuda kapitalı isə faiz əldə etmək üçün verilir.
Müddətinə görə qısa, orta (bir ildən artıq) və uzunmüddətli kapital qoyuluşu
fərqləndirilir. Beynəlxalq investisiya münasibətlərində uzunmüddətli kapital qoyuluşu
daha çox əhəmiyyət kəsb edir. Əsasən xüsusi investorların birbaşa və portfel
investisiyaları və ssuda kapitalı formasında dövlət kreditləri uzunmüddətli kapital
qoyuluşuna aiddir.
Özünün məqsədinə görə kapital qoyuluşu birbaşa və portfel investisiyalara bölünür.
Xüsusi kapital formasında mülkiyyət hüququ və ya müəssisənin idarəçiliyində iştirakla
uzunmmüdətli maraqlara malik olmaq üçün həyata keçirilən kapital qoyuluşu birbaşa
investisiyalara aiddir. Portfel investisiyalarında birbaşa içtirak və nəzarət hüququ nəzərdə
tutulmasa da, uzunmüddətli mənfəət əsas məqsəd kimi diqqəti cəlb edir.
Xarici investisiya qouyluşunun təhlükəsizliyi, onların tənzimlənməsi beynəlxalq
investisiya hüququnun prinsip və normaları ilə tənzimlənir. Beynəlxalq investisiya
hüququnun prinsiplərini növbəti qaydada ifadə etmək olar:
- qəbul edən dövlət tərəfindən xarici investisiyaların tənzimlənməsi;
- qəbul edən dövlətin iqtisadiyyatına zərər vurmamaq;
- qəbul edən dövlətin daxili işlərinə qarışmamaq;
- müvafiq kompensasiya verilmədən xarici investisiyaların milliləşdirilməsinin
yolverilməzliyi;
- investisiyalardan əldə edilən gəlirin sərbəst xaricə köçürülməsi;
- subroqasiya və s.
Bu prinsiplər beynəlxalq investisiya münasibətləri sferasında qəbul edilmiş ikitərəfli
və çoxtərəfli beynəlxalq sazişlərin əsasında dayanır. Məsələn, qəbul edən dövlətin
iqtisadiyyatına zərər vurmamaq prinsipinə uyğun olaraq Enerji Xartiyasına Müqavilədə
belə bir müddə təsbit olunub ki, əgər Razılığa gələn Tərəflərin və yaxu da onların
vətəndaşlarına mənsub olan hüquqi şəxslər qəbul edən dövlətin ərazisində əhəmiyyətli
işgüzar fəaliyyətlə məşğul olmadıqda, verilmiş üstünlükləri pozduqda və ya üstələdikdə,
müvafiq dövlətlər müqavilə ilə nəzərdə tutulmuş üstünlüklərdən imtina etmək hüququna
malikdir (m.17 (II)).
nvestisiyaların qarşılıqlı müdafiəsi və təşviqi haqqında müqavilələr əksər digər
beynəlxalq iqtisadi xaraqterli müqavilələrdə olduğu kimi, beynəlxalq iqtisadi hüququn bir
sıra prinsiplərinə (milli rejim, daha əlverişlilik, ayrı-seçkiliyə yol verməmək və s.) formada
istinad edir.
AFR ilə AR-in 1995-ci il 22 dekabr tarixli eyni adlı müqavilənin 3.2 maddəsində
qeyd edilir ki, hər bir razılığa gələn Tərəf digər razılığa gələn Tərəfin vətəndaşlarına və ya
müəssisələrinə münasibətdə, onların kapital qoyuluşu fəaliyyətilə bağlı özünün və ya
üçüncü dövlətin vətəndaş və ya müəssisələrinin istifadə etdiyi rejimdən az əlverişli
olmayan rejim təqdim edir.
Qeyd olunan müqavilələrdə əks olunan prinsip və müddəalar beynəlxalq təcrübəyə
müvafiq olmaqla bir-birinə oxşadırlar. Bir qayda olaraq həmin müqavilələrdə əsas öhdəlik
kimi
-
qarşılıqlı olaraq razılığa gələn tərəflərin investisiyalarına əlverişli rejim
yaratmaq;
-
xarici əmlakın müdafiəsini təmin etmək;
-
kapital qoyuluşundanəldə edilən gəlirləri maneəsiz xarici köçürmək
imkanının
yaradılması, kapital qoyuluşu ilə bağlı məsələlər üzrə mübahisələrin beynəlxalq üçlər
(münsiflər) məhkəməsində baxılması şərtlərini təmin etmək və s. qeyd olunur.
Beynəlxalq investisiya hüququnun mənbəyi kimi yalnız ikitərəfli və çoxtərəfli
investisiaya sazişləri, investisiyaların təhlükəsizliyi üzrə beynəlxalq sazişlər deyil, həm də
məskunlaşma haqqında sazişlər ticarət, maliyyə aspekti beynəlxalq müqavilələr və s. çıxış
edir.
Beynəlxalq investisiya münasibətlərinin beynəlxalq hüquqi tənzimlənməsində
universal beynəlxalq sazişin hazırlanması tendensiyası ləng getsə də, TRIMS-in qəbulu ilə
Uruqvay raundunda bu problem qismən də olsa həll olunmuşdur.
Məhz həmin sazişin beynəlxalq investisiya münasibətlərinin bütün aspektlərini
ə
hatə etməsi beynəlxalq iqtisadi münasibətlərin digər sferalarından fərqli olaraq bu sahədə
ikitərəfli sazişlərin və regional inteqrasiya sistemlərindəki mövcud tənzimetmə
mexanizmlərinin rolu yüksək olaraq qalmaqdadır.
Dostları ilə paylaş: |