MÖVZU IX.
XARICI INVESTISIYA ÜÇÜN DÖVLƏT TƏM NATI
1. XAR C NVESTORLARIN HÜQUQLARI
2. Xarici investisiya üçün dövlət təminatları
3. Xarici investisiya qoyulmuş müəssisələrin yaradılması və fəaliyyəti
Azərbaycan Respublikasının “Xarici investisiyaların qorunması haqqında” qanun
Azərbaycan ərazisində xarici investisiya qoyuluşunun hüquqi və iqtisadi prinsiplərini
müəyyən edir. Qanun xalq təsərrüfatında xarici maddi və maliyyə ehtiyatlarının, qabaqcıl
xarici texnikanın və texnologiyanın, idarəetmə təcrübəsinin cəlb olunmasına, bunlardan
səmərəli istifadə edilməsinə yönəlmişdir və xarici investorların hüquqlarının müdafiəsinə
təminat verir.
Xarici investisiya haqqında qanunvericilik Azərbaycan Respublikasının ərazisində
xarici investisiya ilə bağlı münasibətlər, Azərbaycan Respublikasının başqa qanunvericilik
aktları və beynəlxalq müqavilələri ilə nizama salınır.
Xarici investorlar Azərbaycan Respublikasında xarici investorlar aşağıdakılar ola
bilər: a) xarici hüquqi şəxslər;
b) xarici vətəndaşlar, vətəndaşlığı olmayan şəxslər və xaricdə daimi yaşayış yeri olan
Azərbaycan Respublikası vətəndaşları; bu şərtlə ki, onlar vətəndaşı olduqları və ya daimi
yaşadıqları ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmaq üçün qeydə alınmış olsunlar;
v) xarici dövlətlər;
q) beynəlxalq təşkilatlar.
Xarici investisiya və onun qoyulması formaları Xarici investorların mənfəət əldə
etmək məqsədilə sahibkarlıq fəaliyyəti və başqa növ fəaliyyət obyektlərinə qoyduqları
ə
mlakın və əmlak hüquqlarının bütün növləri, o cümlədən intellektual fəaliyyətin
nəticələrinə hüquqlar və əşya hüquqlarına aid olmayan digər hüquqlar xarici investisiyadır.
Xarici investorlar Azərbaycan Respublikası ərazisində aşağıdakı yolla investisiya
qoya bilərlər:
a) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə birlikdə yaradılan
müəssisələrdə, təşkilatlarda payçılıq iştirakı;
b) tamamilə xarici investorlara məxsus olan müəssisələr yaradılması;
v) müəssisələrin, əmlak komplekslərinin, binaların, qurğuların, müəssisələrdə iştirak
payının, səhmlərin, istiqrazların və digər qiymətli kağızların, habelə Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə xarici investorlara məxsus ola bilən
başqa əmlakın əldə edilməsi;
q) torpaqdan və başqa təbii ehtiyatlardan istifadə hüquqlarının, habelə digər əmlak
hüquqlarının əldə edilməsi;
ğ) Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları ilə xarici investisiya
qoyuluşunun başqa formalarını nəzərdə tutan müqavilələr bağlanması.
Dövlətsizləşdirmədə və özəlləşdirmədə xarici investorların iştirakı Dövlət və
bələdiyyə
müəssisələrinin,
habelə
başa
çatdırılmamış
tikinti
obyektlərinin
özəlləşdirilməsində xarici investorlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyənləşdirilən şərtlərlə və qaydada iştirak edə bilərlər.
Xarici investisiyanın hüquqi rejimi nəzərdə tutulmuş istisnalarla, xarici
investisiyanın, habelə investisiya qoyuluşu sahəsində xarici investorların fəaliyyətinin
hüquqi rejimi Azərbaycan Respublikasının hüquqi şəxslərinin və vətəndaşlarının əmlakı,
ə
mlak hüquqları, habelə investisiya fəaliyyəti üçün yaradılmış rejimdən az əlverişli ola
bilməz. Xalq təsərrüfatının üstünlük verilən sahələrində və ayrı-ayrı ərazilərdə xarici
investisiya üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə əlavə güzəştlər müəyyən
edilə bilər. nvestisiyaların cəlb edilməsi sahəsində dövlət müəssisələri və təşkilatları ilə
bağlanmış kontraktların şərtlərinin icra olunmasına nəzarət müvafiq icra hakimiyyəti
orqanıtərəfindən həyata keçirilir.
Fəaliyyət növləri Xarici investisiyalı müəssisələr Azərbaycan Respublikasının
qanunvericilik aktları ilə qadağan olunmamış hər hansı fəaliyyət növü ilə məşğul ola
bilərlər. Xarici investisiyalı müəssisələr müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi siyahıdakı ayrı-ayrı fəaliyyət növləri ilə yalnız xüsusi razılıq (lisenziya) əsasında
məşğul ola bilərlər.
Xarici investisiya üçün ərazi məhdudiyyətləri Azərbaycan Respublikasının
qanunvericilik aktları ilə elə ərazilər müəyyən edilə bilər ki, müdafiənin, milli
təhlükəsizliyin, ətraf təbii mühitin və əhalinin müdafiəsinin təmin olunması mülahizələrinə
görə bu ərazilərdə xarici investisiyalı müəssisələrin fəaliyyəti məhdudlaşdırılsın və ya
qadağan edilsin.
nvestisiya fəaliyyətinin əlaqələndirilməsi Azərbaycan Respublikasının müvafiq icra
hakimiyyəti orqanı xarici investisiyanın cəlb edilməsi və ondan istifadə olunması
tədbirlərini hazırlayıb həyata keçirir, investisiya fəaliyyətini əlaqələndirir, xarici
investorlara və xarici investisiyalı müəssisələrə kömək göstərir.
2. Xarici investisiya üçün dövlət təminatları
Xarici investisiyanın hüquqi müdafiəsi Azərbaycan Respublikasının ərazisində xarici
investisiya hüquqi cəhətdən tam və qeyd- şərtsiz müdafiə olunur. Belə müdafiə
Azərbaycan Respublikasının bu Qanunu, başqa qanunvericilik aktları və beynəlxalq
müqavilələri ilə təmin olunur.
Qanunvericiliyin dəyişdirilməsi ilə bağlı təminatlar Azərbaycan Respublikasının
sonrakı qanunvericiliyi investisiya qoyuluşu şəraitini pisləşdirdikdə on il ərzində xarici
investisiyaya investisiyanın qoyulduğu zaman qüvvədə olmuş qanunvericilik tətbiq edilir.
Bu müddəa müdafiənin, milli təhlükəsizliyin və ictimai qaydanın təmin olunması, kredit
və maliyyə, ətraf mühitin, əhalinin əxlaq və sağlamlığının mühafizəsi barəsində
Azərbaycan Respublikası qanunvericiliyinin dəyişdirilməsinə şamil edilmir.
Milliləşdirmə və rekvizisiya ilə bağlı təminatlar Azərbaycan Respublikasında xarici
investisiya, Azərbaycan Respublikasının xalqına və dövlət mənafelərinə zərər vuran
müstəsna hallar istisna olmaqla, milliləşdirilmir. Milliləşdirmə haqqında qərarı
Azərbaycan Respublikasının Ali Soveti qəbul edir. Təbii fəlakət, qəza, epidemiya,
epizootiya və fövqəladə xarakter daşıyan başqa hallar istisna olmaqla, xarici investisiya
rekvizisiya edilmir. Rekvizisiya haqqında qərarı Azərbaycan Respublikasının Nazirlər
Kabineti qəbul edir. Milliləşdirmə və rekvizisiya tədbirləri görüldükdə xarici investora
təxirə salınmadan müqabil və səmərəli kompensasiya ödənilir.
Xarici investorların zərərinin kompensasiya edilməsi və ödənilməsi Xarici
investorlara ödənilən kompensasiya investisiyanın milliləşdirmə və ya rekvizisiya
Dostları ilə paylaş: |