9
qanunverici hakimiyyət orqanları (əsasən, daxili təşkilati işləri həyata keçirərkən);
məhkəmə hakimiyyəti orqanları (əsasən, daxili təşkilati məsələlərin həlli zamanı);
icra hakimiyyəti orqanları (idarəetmənin əsas subyektləri).
II. Yerli özünüidarə orqanları (bələdiyyə orqanları).
«Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının 02.07.1999 tarixli
Qanununun 42-ci maddəsinin məzmunundan aydın olur ki, istisna hallarda bələdiyyələr ayrı-
ayrı dövlət səlahiyyətlərini həyata keçirə bilərlər.
Dövlət idarəetməsi sosial idarəetmənin digər növlərindən özünəməxsus əlamətlərinə
görə fərqlənir.
Bu əlamətlər aşağıdakılardır:
Dövlət idarəetməsi sosial-mədəni və iqtisadi fəaliyyətə bilavasitə operativ
rəhbərliyi həyata keçirir;
Dövlət idarəetməsi dövlət-hakimiyyət xarakterldir;
Dövlət idarəetməsi xüsusi səlahiyyətli subyektlər tərəfindən həyata keçirilir (icra
hakimiyyəti orqanları);
Dövlət idarəetməsi nəzarət altında həyata keçirilir;
Dövlət idarəetməsi qanun qüvvəli xarakterə malikdir .
I. Dövlət idarəetməsinin ümumi (sosial-hüquqi) prinsipləri aşağıdakılardır:
obyektivlik (elmilik);
qanunçuluq və intizam;
konkretlilik (dəqiqlilik);
idarəetmədə vətəndaşların iştirakı;
effektivlik.
II. Dövlət idarəetməsinin təşkilati prinsipləri aşağıdakılardır:
sahəvi prinsip;
xətti tabecilik prinsipi;
ərazi prinsipi;
funksional tabecilik prinsipi;
ikili tabeçilik prinsipi;
təkbaşçılığın və kollegiallığın uzlaşdırılması prinsipi;
səlahiyyətlərin səmərəli bölüşdürülməsi prinsipi.
Dövlət idarəetməsi bütövlükdə cəmiyyətin obyektiv qanunauyğunluqlarının dərk
edilməsi və istifadə edilməsi əsaslarında təşkil edilir və həyata keçirilir.
Dövlət idarəetməsinin qarşısında duran məqsəd və vəzifələrin yerinə yetirilməsinə nail
olmaq üçün dövlət idarəetmə orqanları müxtəlif metodlardan istifadə edirlər.
Dövlət idarəetmə prosesində istifadə olunan metodların məzmunundan asılı olaraq,
onların aşağıdakı növləri var:
inzibati metodlar (məsələn: müxtəlif əmrlərin, göstərişlərin, təlimatların və s.
tətbiq edilməsi);
iqtisadi metodlar (dövlət idarəetmə qərarlarının yerinə yetirilməsi üçün maddi
marağın yaradılması)
ideoloji metodlar (mənəvi həvəsləndirmənin müxtəlif növləri və s.).
Dövlət idarəetməsinin qarşısında duran məqsəd və vəzifələrin tam, vaxtında və effektiv
yerinə yetirilməsi üçün müxtəlif məzmunlu funksiyalar həyata keçirilir.
10
Dövlət idarəetmə prosesində icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən
funksiyaların əsas növləri aşağıdakılardır:
proqnozlaşdırma şəxsi məlumatlar və elmi məlumatlar əsasında hər hansı bir
hadisə və ya proseslərin inkişafında gedən dəyişikliklərin qabaqcadan görülməsidir;
planlaşdırma idarəolunan fəaliyyətin konkret kəmiyyət və keyfiyyət
göstəricilərinin, məqsədin, vəzifə və göstərilən nəticələrin müəyyən edilməsidir;
idarəedən və idarəolunan sistemaltının təşkili idarəetmə orqanlarının təşkili,
tabeçilik, hüquq və vəzifələrin müəyyən edilməsi, kadrların seçilməsi və yerləşdiriliməsini
nəzərdə tutur;
hüquqi nizamasalma istənilən fəaliyyətin hüquqi rejiminin müəyyən edilməsi və
müvafiq strukturların fəaliyyət göstərməsini nəzərdə tutur;
ümumi rəhbərlik və operativ sərəncamvermə işi hər hansı fəaliyyətin müəyyən
edilmiş qaydada aparılmasına ümumi rəhbərliyinin həyata keçirilməsi və yaranan
problemlərin tezliklə aradan qaldırılması məqsədilə operativ sərəncamverilmə tətbiq edilir;
müxtəlif idarəetmə orqanlarının, vəzifəli şəxslərin, təşkilatların fəaliyyətlərinin
ə
laqələndirilməsi (razılaşdırılma); dövlət idarəetməsində bir neçə ayrı-ayrı orqanların
müəyyən vəzifələrin icrası üzrə birğə fəaliyyət ğöstərirlər və bu zaman onların fəaliyyətinin
uzlaşdırılması tələb olunur buda məhz elə ğöstərilən funksiya vasitəsilə həyatakeçirilir;
yoxlama qanunların, planların və proqramların yerinə yetirilməsində pozuntuların
aşkar edilməsi və aradan qaldırılması üçün faktiki vəziyyətin yoxlanılması və tədbirlərin
tətbiq edilməsi, o cümlədən müəyyən edilmiş qaydanı pozanlara qarşı tədbirlərin tətbiq
edilməsidir;
uçotun aparılması icraedici-sərəncamverici fəaliyyətin, o cümlədən onun yekun
nəticələrinin həyata keçirilməsi üçün maddi və digər vəsaitlərin (ehtiyatların) istifadəsinin
qeydiyyata alınmasıdır ;
məlumatlandırmanın təmin edilməsi və analitik işin aparılması;
metodiki rəhbərlik;
kadrlarla və maddi-texniki təminatlarla təmin etmək, maliyyələşdirmə və s.
Göstərilən funksiyalar icra hakimiyyəti strukturları üçün xarakterikdir. Onların ətraflı
təhlil edilməsi və təkmilləşdirilməsi sosial idarəetmə nəzəriyyəsinin predmetidir.
cra hakimiyyəti orqanları idarəetmə prosesini həyata keçirirlər. cra hakimiyyəti
orqanlarının idarəetmə prosesi aşağıdakı mərhələlərdən ibarətdir:
qərarın hazırlanması və qəbul edilməsi;
qəbul edilmiş qərarın yerinə yetirilməsinin təşkil edilməsi;
qəbul edilmiş qərarın yerinə yetirilməsinin yoxlanılması və ona nəzarətin həyata
keçirilməsi;
idarəetmə prosesi nəticələrinə yekunun vurulması.
Beləliklə, ikinci sualının açıqlanmasını yekunlaşdıraraq qeyd etmək istərdim ki:
1. Dövlət idarəetməsi dövlət fəaliyyətinin formalarından biri olaraq, dövlətin vəzifə və
funksiyalarının həyata keçirilməsindən ibarətdir. Dövlət idarəetməsi dövlət orqanlarının
icraedici-sərəncamverici fəaliyyətlərində özünü biruzə verir.
2. Dövlət idarəetməsinin subyektləri aşağıdakılardır:
a) Dövlət orqanları:
qanunverici hakimiyyət orqanları (daxili təşkilati işləri həyata keçirərkən);
məhkəmə hakimiyyəti orqanları (daxili təşkilati məsələlərin həlli zamanı);