7
qərarın icrası;
qərarın icrasına nəzarətin həyata keçirilməsi.
Sual II.
Dövlət idarəetməsinin anlayışı, subyektləri, əlamətləri, prinsipləri
və funksiyaları
″
Dövlət idarəetməsi″ sosial idarəetmənin növlərindən biri olub, öz xüsusiyyətlərinə
görə sosial idarəetmənin digər növlərindən fərqlənir. Sosial idarəetmənin başqa növlərindən
fərqli olaraq ″dövlət idarəetməsi″ daha geniş istifadə olunan idarəetmə növüdür.
″
Dövlət idarəetməsi″ məhfumundan elmi ədəbiyyatlarda və bir çox ölkələrin
qanunlarında geniş istifadə olunur. Azərbaycan Respublikası Sovetlər ttifaqı tərkibinə daxil
olduğu müddətdə də bu məhfumdan geniş istifadə olunmuşdur. Sovetlər ttifaqı dağıldıqdan
və Azərbaycan Respubli-kası öz müstəqilliyini qazandıqdan sonra xalqımız özünün çoxəsrlik
dövlətçilik ənənələrini davam etdirərək, Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini
və ərazi bütövlüyünü qorumağa qadir olan demokratik, hüquqi və dünyəvi dövlət
quruculuğuna başladı.
12 noyabr 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş Konstitusiyamız bu
məhfumdan imtina etdiyindən, onun əvəzinə ″icra hakimiyyəti″ işlədilməyə başlandı. Lakin
bu o demək deyildir ki, dövlət idarəetməsi mövcud deyil və ya bu yalnız məhfumların
dəyişdirilməsidir. Bu dəyişiklik Konstitusiya ilə elan olunmuş hakimiyyətlərin bölünməsi
prinsipi ilə izah olunur. Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü
bəndinə əsasən: ″Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin
bölünməsi prinsipi əsasında təşkil edilir:
qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata
keçirir;
icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur;
məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata
keçirirlər.
Dövlət idarəetməsi dövlət hakimiyyətinin həyata keçirilməsi və hakimiyyət
səlahiyyətlərinin reallaşdırılması üzrə dövlət orqanlarının fəaliyyət növlərindən biridir.
darəetməni həyata keçirən dövlət orqanlarının səlahiyyətləri həcmcə eyni deyildir. Bu
Azərbaycan Respublikasının idarəçilik və quruluş forması ilə izah olunur.
Dövlət hakimiyyətinin strukturu hüquqi cəhətdən Azərbaycan Respublikası
Konstitusiyasında və qanunlarında öz əksini tapmışdır. Dövlət hakimiyyəti qarşıya qoyulan
məqsədlərə nail olmaq üçün qanunlardan, dövlət aparatından, maddi ehtiyatlardan, pul
vəsaitlərindən və s. istifadə edir.
Konstitusiyaya əsasən qanunverici, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət
göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Hər bir dövlət orqanı ona təhkim
edilmiş işi müvafiq həcmdə yerinə yetirir. Azərbaycan Respublikasında dövlət hakimiyyəti
Azərbaycan Respublikasının Milli Məclisi, Respublika Prezidenti və Azərbaycan
Respublikasının məhkəmələri tərəfindən həyata keçirilir. Yerli özünüidarə orqanları
(bələdiyyələr) dövlət hakimiyyəti orqanları sisteminə daxil deyil.
Qanunverici hakimiyyətin aparıcı funksiyası qanunların hazırlanmasından və qəbul
edilməsindən ibarətdir.
8
Məhkəmə orqanları Konstitusiyamızın 130-132-ci maddələrinə əsasən, konstitusiyon,
cinayət, mülki və inzibati xətalarla bağlı işlərə baxırlar. cra hakimiyyəti orqanlarının,
onların vəzifəli şəxslərinin və hakimiyyət nümayəndələrinin fəaliyyətində qanunçuluğa
riayət olunmasına məhkəmə orqanları müvafiq nəzarəti həyata keçirirlər.
cra hakimiyyəti təşkilati-idarəetmə, icraedici-sərəncamverici xarakterli funksiyaları
həyata keçirir. Bu funksiyalar dövlət aparatının gündəlik fəaliyyət göstərməsini təmin etmək
və qanunların icrası üçün reallaşdırılır. cra hakimiyyətinin həyata keçirilməsi üçün
səlahiyyətlər Nazirlər Kabinetinə, nazirliklərə, dövlət komitələrinə , icra hakimiyyəti
orqanlarına, onların ərazi orqanlarına və bir sıra vəzifəli şəxslərə həvalə edilir.
Göstərilən orqanların təsərrüfat, sosial-mədəni və inzibati-siyasi sahədə həyata
keçirdikləri rəhbərlik əvvəllər dövlət idarəetməsi kimi adlandırılırdı. Milli Konstitusiyamız
qəbul olunarkən ″dövlət idarəetməsi″ məhfumundan imtina olundu və ″icra hakimiyyəti″
məhfumu işlədilməyə başlandı.Bundan sonra qanunvericilikdə icra hakimiyyəti orqanları
dövlət idarəetməsini həyata keçirən orqanlar kimi adlandırılmağa başlandı. Bu iki məhfum
bir-birinə çox yaxındır. Qeyd etmək lazımdır ki, icra hakimiyyəti dövlət idarəetməsi
formasında həyata keçirilir. Dövlət idarəetməsi anlayışı icra hakimiyyəti anlayışından daha
geniş məzmuna malikdir. Çünki bəzi dövlət idarəetmə funksiyaları digər dövlət hakimiyyəti
orqanları (Azərbaycan Respublikasının Milli Məclisi və məhkəmə) tərəfindən həyata
keçirilir.Məsələn, məhkəmə orqanları ədalət mühakiməsi ilə yanaşı, konkret işlərin baxılması
zamanı icra hakimiyyəti orqanları aktlarının qanunlara uyğun olub-olmamasına nəzarəti də
həyata keçirirlər.Azərbaycan Respublikasının Konstitusiyasının 8-ci maddəsinə əsasən:
″
Azərbaycan dövlətinin başçısı Azərbaycan Respublikasının Prezidentidir″. Ölkə Prezidenti
dövlət hakimiyyətinin bütün qollarının fəaliyyətini razılaşdırır və əlaqələndirir.
Konstitusiyanın 8-ci maddəsinin 4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının
Prezidenti məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısıdır.
cra hakimiyyəti orqanları öz səlahiyyətləri çərçivəsində fərdi və normativ xarakterli
aktlar, hüquq tətbiqetmə aktları qəbul etmək hüququna malikdirlər. Bu aktlar qanunlara
ə
saslanmalı, onları dəqiqləşdirməli və inkişaf etdirməlidir. cra hakimiyyəti orqanlarının
qanunqüvvəli aktlar qəbul etməsi və onları reallaşdırması sərəncam vermə xarakteri daşıyır.
Yuxarıda göstərilənlərdən belə nəticəyə gəlmək olar ki,
Dövlət idarəetməsi onun fəaliyyət formalarından biri olaraq, dövlətin vəzifə və
funksiyalarının həyata keçirilməsindən ibarətdir. Dövlət idarəetməsi dövlət orqanlarının
icraedici-sərəncam verici fəaliyyətlərində özünü biruzə verir.
Dövlət idarəetməsinin mahiyyəti qanunların və qanunqüvvəli aktların icrasının həyata
keçirilməsindən, dövlət quruculuğunun və müdafiəsinin möhkəmləndirilməsindən, insan və
vətəndaş hüquq və azadlıqlarının tam həcmdə təmin edilməsindən və inkişaf etdirilməsindən
ibarətdir. Qanunlarda dövlət idarəetməsini həyata keçirən müxtəlif orqanlar üçün müxtəlif
həcmdə icraedici-sərəncamverici səlahiyyətlər nəzərdə tutulur. Dövlət idarəetmə orqanının
hüquqi vəziyyətindən asılı olaraq onların icraedici-sərəncamverici səlahiyyətləri müəyyən
edilir .
Dövlət idarəetmə orqanları öz səlahiyyətləri çərçivəsində hakimiyyət xarakterli
səlahiyyətlərdən istifadə edirlər. Bu orqanlar dövlət məcburetmə tədbirlərinin tətbiq
edilməsinə sərəncam vermək və onları tətbiq etmək hüququna malikdirlər.
Dövlət idarəetməsinin subyektləri aşağıdakılardır:
I. Dövlət orqanları: