İqtisadi nəzəriyyə
ECONOMICS
34
Dünya ölkələrinin təsərrüfat həyatı təcrübəsi göstərir ki, bu real prosesdə başlıca şərt –
konkret vəziyyətin tələblərindən çıxaraq, bazar sərbəstliyi ilə dövlət tənzimlənməsinin
hüdudları arasında optimal nisbətlərin müəyyənləşdirilməsidir.
4.2.(b) İnhisarçı kapitalizm, yaxud müasir bazar iqtisadiyyat forması XX əsrint
əvvəllərindən başlayaraq tədricən azad rəqabəti əvəz edərək, müxtəlif ölkələrin təsərrüfat
həyatında mühüm yer tutmuşdur. Bu dəyişiklik və yeni bir mərhələyə keçid, müxtəlif
mülkiyyət formalarının istehsal-xidmət dairələrində geniş fəaliyyəti, elmi-texniki
tərəqqinin güclü irəliləyişi, istehsal və sosial təyinatlı infrastrukuturunun əhəmiyyətli
dərəcədə inkişafı, dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin sürətlə artması ilə
bağlı olmuşdur.
İqtisadi-sosial inkişaf sahəsində baş verən köklü kəmiyyət və keyfiyyət dəyişiklikləri
bazasında sərbəst rəqabətdən inhisarçı kapitalizm mərhələsinə keçid prossesi,
iqtisadiyyatın dövlət tərfəindən tənzimlənməsini bir zərurət kimi irəli sürmüşdür. Çünki
yeni şəraitdə bazarda iri kapital və şirkət sahibləri meydana çıxır, bazar tarazlığı pozulur,
iqtisadi böhranlar baş verir, inflyasiya prossesləri güclənir. Sərbəst bazar rəqabəti
prinsiplərini iri şirkətlərin, korporasiyaların və böyük kapital sahiblərinin «yeni oyun
qaydaları» əvəz etdiyindən, iqtisadiyyatın tənzimlənməsi prossesi bu mərhələdə
qanunauyğun bir xarakter daşıyır.
Xüsusi mülkiyyətin kiçik fərdi formalarından başlayaraq, onun müxtəlif orta tipli
səhmdar cəmiyyətləri, şərikli şirkətlər və ən iri korporativ birliklər, habelə trans milli
korporasiya (TMK) formalarına qədər rəngarənglik əsasında fəaliyyət göstərən müasir
bazar iqtisadiyyatı (inhisarçı kapitalizm), tədricən öz təsir dairəsini genişləndirməkdədir.
4.3.(a) Qeyri-bazar iqtisadi sisteminin ənənəvi formasının mahiyyəti birgə (icma)
mülkiyyəti əsasında dini etiqadlara, etik normalara söykənərək təsərrüfat həyatının
inkişafıdır. Ənənəvi iqtisadi sistemin səciyyəvi cəhətləri onun ibtidai texniki üsullarla
aparılması, əl əməyinin üstünlüyü əsasında təbiətin verdiyi nemətlərin toplanması və
qismən emal olunaraq, insanlar tərəfindən istehlak edilməsi idi. Bu sistemdə bütün
həlledici iqtisadi problemlər əsrlər boyu davam etmiş icma və tayfaların ənənəvi «dədə-
baba» qaydaları ilə həll edilmişdir. Ənənəvi iqtisadi sistemdə təsərrüfat həyatının təşkili və
idarəsi məsələləri ağsaqqallar şurasının razılığı, habelə başçıların, rəhbərlərin iradəsi ilə
yerinə yetirilmişdir.
Ənənəvi iqtisadi sistem qədim dövrlərdən başlayaraq bəşəriyyətin inkişafının sonrakı
mərhələlərində də müəyyən rol oynamışdır. Müasir dövrpdə Asiya, Afrika qitəsinin,
Cənubi Amerikanın, Cənub-Şərqi Asiyanın bir sıra ölkələrinin, uzaq dəniz adalarının, hələ
də geridə qalmış xalqların təsərrüfat həyatının müəyyən sahələrində ənənəvi iqtisadi
sistemin ayrı-ayrı ünsürləri qalmaqdadır. İnkişaf etməkdə olan dövlətlərin, xüsusilə neftlə
zəngin olan Ərəb Şərqi ölkələrinin iqtisadi-sosial inkişafında müasir texnika və
texnologiyanın nailiyyətlərindən geniş istifadə olunsa da, lakin iqtisadiyyata rəhbərlik
vərəsəlik prinsiplərinə tabe edilir, resursların və gəlirlərin bölgüsü səmərəlilik meyarları ilə
deyil, ənənələrin tələb etdiyi «sosial ədalət» qaydalarına uyğun həyata keçirilir. Bazar
münasibətləri iqtisadi sisteminin formalaşmasından (XVIII əsr) sonra ənənəvi sistemin öz
fəaliyyət dairəsini məhdudlaşdırması prossesi davam etməkdədir.
İqtisadi nəzəriyyə
ECONOMICS
35
4.3.(b) İnzibat-amirlik, yaxud əmrlə idarə olunan iqtisadi sistem keçmiş Sovet
İttifaqında, Şərqi Avropa və Asiya qitəsinin bir sıra ölkələrində hökm sürmüşdür.
Azərbaycan Respublikası da zorakı işğalçılıq siyasəti nəticəsində 70 il müddətində (1920-
1991) Sovet İttifaqının tərkibində inzibati amirlik sistemində olmuşdur. Hazırda Çin Xalq
Respublikaı, Şimali Koreya, Kuba Respublikasının təsərrüfat həyatında inzibati-amirlik
sisteminin müəyyən üsul və metodlarından qismən istifadə olunmaqdadır.
Bu iqtisadi sistemin ən mühüm cəhəti, onun formal baxımdan ictimai, əslində isə
mərkəzləşdirilmiş qaydada dövlət mülkiyyəti üzərində qurulub fəaliyyət göstərməsidir.
Qeyd etmək lazımdır ki, inzibati-amirlik sisteminin meydana çıxması, cəmiyyətin təbii-
tarixi gedişinin deyil, XX əsrin əvvəllərində bütütn dünyada qərarlaşmağa başlayan bazar
iqtisadi münasibətlərinin təkamül yolu ilə inkişafının zoraki vasitələrlə qarşısının alınması
ilə bağlı olmuşdur. Hamının bərabərliyi və əhalinin həyat səviyyəsini yüksəltməyi özünün
əsas məqsədi, eyni zamanda vəzifəsi elan etmiş inzibati-amirlik sistemi, gündəlik
fəaliyyəti, iqtisadi siyasəti, totalitar rejimi, vahid ideologiyası, təkpartiyallılığı ilə həmin
prinsipləri mahiyyətcə pozmuşdu.
Vahid mərkəzdən istehsalın planlı sosialist idarəçiliyinə, direktiv göstərişlərlə bölgü
prinsiplərinə, istehsalçıların iqtisadi maraq və müstəqilliyinin boğulmasına, ölkənin
resurslarından səmərəsiz istifadə olunaraq dünyada kommunizm ideyalarının ağalığına
yönəldilməsinə, hərbi sənaye kompleksinin üstün inkişafına əsaslanan bu sistem, dünya
kapitalizm aləmi, habelə beynəlxalq bazarın rəqabət mübarizəsinə davam gətirə
bilməyərək, 1991-ci ildə iflasa uğradı.
4.4. Qarışıq iqtisadi sistem dövlətin və xüsusi bölmənin (şirkətlərin, ev
təsərrüfatlarının) ölkənin resurslarından səmərəli istfadə olunması əsasında, istehsal
xidmət, bölgü, mübadilə, istehlak mərhələlərində onların əlaqələndirilmiş qarşılıqlı
fəaliyyətini əhatə edir. Son dövrlərdə ayrı-ayrı ölkələrin milli iqtisadiyyatında dövlət və
xüsusi bölmə ilə yanaşı, eyni zamanda xarici kapital, habelə beynəlxalq işgüzar biznes
dairələri də fəal iştirak edirlər.
Bu iqtisadi sistemin ən səciyyəvi cəhəti oundan ibarətdir ki, xüsusi bölmənin
istehsal-xidmət dairəsində üstünlüyü şəraitində, dövlətin simasında ölkənin təsərrüfat
həyatının bir sıra strateji əhəmiyyət kəsb edən sahələrində inzibati (məcburi) ünsürlərindən
istifadə olunur. Belə bir qarışıq iqtisadi fəaliyyət şübhəsiz, müəyyən fərq və nisbət
daxilində özünü həm yüksək inkişaf etmiş (ABŞ, İngiltərə, İsveç, Almaniya, Yaponiya),
həm inkişaf etməkdə olan (Çin, Hindistan, Birma, Misir), həm də keçid dövrünü yaşayan
(Rusiya, Belorus, Ukrayna, Azərbaycan, Özbəkistan) ölkələr qrupunda göstərir. Dünya
ölkələrinin keçdiyi iqtisadi-sosial inkişaf yolu, onların resurs imkanları və gələcək yüksəliş
perspektivləri qarışıq iqtisadi sistemin formalaşması səviyyəsinə, dövlətin təsərrüfat
həyatının inzibati üsullarla tənzimlənməsi prossesinin hüdudlarını müəyyənləşdirir.
Mütəxəsislərin fikrincə, yaxın və uzaq perspektivdə müxtəlif ölkələrdə mülkiyyət
rəngarəngliyi təməlində fəaliyyət göstərən qarışıq iqtisadi sistem daha mühüm bir rol
oynayacaqdır. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin formalaşmasına real imkanlar
yaradan qarışıq iqtisadi sistem, cəmiyyətin sabitliyi, istehsalın səmərəliliyi, əhalinin
gəlirlərinin artırılması, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində daha əlverişli
imkanlar açır.
Dostları ilə paylaş: |