Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə16/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
34
 
 
Dünya  ölkələrinin  təsərrüfat  həyatı  təcrübəsi  göstərir  ki,  bu  real  prosesdə  başlıca  şərt  – 
konkret  vəziyyətin  tələblərindən  çıxaraq,  bazar  sərbəstliyi  ilə  dövlət  tənzimlənməsinin 
hüdudları arasında optimal nisbətlərin müəyyənləşdirilməsidir. 
 
4.2.(b)  İnhisarçı  kapitalizm,  yaxud  müasir  bazar  iqtisadiyyat  forması  XX  əsrint 
əvvəllərindən  başlayaraq  tədricən  azad  rəqabəti  əvəz  edərək,  müxtəlif  ölkələrin  təsərrüfat 
həyatında  mühüm  yer  tutmuşdur.  Bu  dəyişiklik  və  yeni  bir  mərhələyə  keçid,  müxtəlif 
mülkiyyət  formalarının  istehsal-xidmət  dairələrində  geniş  fəaliyyəti,  elmi-texniki 
tərəqqinin  güclü  irəliləyişi,  istehsal  və  sosial  təyinatlı  infrastrukuturunun  əhəmiyyətli 
dərəcədə  inkişafı,  dünya  ölkələri  arasında  iqtisadi-ticarət  əlaqələrinin  sürətlə  artması  ilə 
bağlı olmuşdur. 
İqtisadi-sosial inkişaf sahəsində baş verən köklü kəmiyyət və keyfiyyət dəyişiklikləri 
bazasında  sərbəst  rəqabətdən  inhisarçı  kapitalizm  mərhələsinə  keçid  prossesi, 
iqtisadiyyatın  dövlət  tərfəindən  tənzimlənməsini  bir  zərurət  kimi  irəli  sürmüşdür.  Çünki 
yeni şəraitdə  bazarda  iri kapital  və  şirkət sahibləri  meydana çıxır,  bazar tarazlığı pozulur, 
iqtisadi  böhranlar  baş  verir,  inflyasiya  prossesləri  güclənir.  Sərbəst  bazar  rəqabəti 
prinsiplərini  iri  şirkətlərin,  korporasiyaların  və  böyük  kapital  sahiblərinin  «yeni  oyun 
qaydaları»  əvəz  etdiyindən,  iqtisadiyyatın  tənzimlənməsi  prossesi  bu  mərhələdə 
qanunauyğun bir xarakter daşıyır.  
Xüsusi  mülkiyyətin  kiçik  fərdi  formalarından  başlayaraq,  onun  müxtəlif  orta  tipli 
səhmdar  cəmiyyətləri,  şərikli  şirkətlər  və  ən  iri  korporativ  birliklər,  habelə  trans  milli 
korporasiya  (TMK)  formalarına  qədər  rəngarənglik  əsasında  fəaliyyət  göstərən  müasir 
bazar iqtisadiyyatı (inhisarçı kapitalizm), tədricən öz təsir dairəsini genişləndirməkdədir.  
 
4.3.(a)  Qeyri-bazar  iqtisadi  sisteminin  ənənəvi  formasının  mahiyyəti  birgə  (icma) 
mülkiyyəti  əsasında  dini  etiqadlara,  etik  normalara  söykənərək  təsərrüfat  həyatının 
inkişafıdır.  Ənənəvi  iqtisadi  sistemin  səciyyəvi  cəhətləri  onun  ibtidai  texniki  üsullarla 
aparılması,  əl  əməyinin  üstünlüyü  əsasında  təbiətin  verdiyi  nemətlərin  toplanması  və 
qismən  emal  olunaraq,  insanlar  tərəfindən  istehlak  edilməsi  idi.  Bu  sistemdə  bütün 
həlledici  iqtisadi  problemlər  əsrlər  boyu  davam  etmiş  icma  və  tayfaların  ənənəvi  «dədə-
baba» qaydaları ilə həll edilmişdir. Ənənəvi iqtisadi sistemdə təsərrüfat həyatının təşkili və 
idarəsi  məsələləri  ağsaqqallar  şurasının  razılığı,  habelə  başçıların,  rəhbərlərin  iradəsi  ilə 
yerinə yetirilmişdir.  
Ənənəvi iqtisadi sistem qədim dövrlərdən başlayaraq bəşəriyyətin inkişafının sonrakı 
mərhələlərində  də  müəyyən  rol  oynamışdır.  Müasir  dövrpdə  Asiya,  Afrika  qitəsinin, 
Cənubi Amerikanın, Cənub-Şərqi Asiyanın bir sıra ölkələrinin, uzaq dəniz adalarının, hələ 
də  geridə  qalmış  xalqların  təsərrüfat  həyatının  müəyyən  sahələrində  ənənəvi  iqtisadi 
sistemin  ayrı-ayrı ünsürləri qalmaqdadır. İnkişaf  etməkdə olan dövlətlərin,  xüsusilə  neftlə 
zəngin  olan  Ərəb  Şərqi  ölkələrinin  iqtisadi-sosial  inkişafında  müasir  texnika  və 
texnologiyanın  nailiyyətlərindən  geniş  istifadə  olunsa  da,  lakin  iqtisadiyyata  rəhbərlik 
vərəsəlik prinsiplərinə tabe edilir, resursların və gəlirlərin bölgüsü səmərəlilik meyarları ilə 
deyil,  ənənələrin  tələb  etdiyi  «sosial  ədalət»  qaydalarına  uyğun  həyata  keçirilir.  Bazar 
münasibətləri iqtisadi sisteminin formalaşmasından (XVIII əsr) sonra ənənəvi sistemin öz 
fəaliyyət dairəsini məhdudlaşdırması prossesi davam etməkdədir.  
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
35
 
 
4.3.(b)  İnzibat-amirlik,  yaxud  əmrlə  idarə  olunan  iqtisadi  sistem  keçmiş  Sovet 
İttifaqında,  Şərqi  Avropa  və  Asiya  qitəsinin  bir  sıra  ölkələrində  hökm  sürmüşdür. 
Azərbaycan Respublikası da zorakı işğalçılıq siyasəti nəticəsində 70 il müddətində (1920-
1991) Sovet İttifaqının tərkibində inzibati amirlik sistemində olmuşdur. Hazırda Çin Xalq 
Respublikaı,  Şimali  Koreya,  Kuba  Respublikasının  təsərrüfat  həyatında  inzibati-amirlik 
sisteminin müəyyən üsul və metodlarından qismən istifadə olunmaqdadır. 
Bu  iqtisadi  sistemin  ən  mühüm  cəhəti,  onun  formal  baxımdan  ictimai,  əslində  isə 
mərkəzləşdirilmiş  qaydada  dövlət  mülkiyyəti  üzərində  qurulub  fəaliyyət  göstərməsidir. 
Qeyd  etmək  lazımdır  ki,  inzibati-amirlik  sisteminin  meydana  çıxması,  cəmiyyətin  təbii-
tarixi gedişinin deyil, XX əsrin əvvəllərində bütütn dünyada qərarlaşmağa  başlayan  bazar 
iqtisadi münasibətlərinin təkamül yolu ilə inkişafının zoraki vasitələrlə qarşısının alınması 
ilə bağlı olmuşdur. Hamının bərabərliyi və əhalinin həyat səviyyəsini yüksəltməyi özünün 
əsas  məqsədi,  eyni  zamanda  vəzifəsi  elan  etmiş  inzibati-amirlik  sistemi,  gündəlik 
fəaliyyəti,  iqtisadi  siyasəti,  totalitar  rejimi,  vahid  ideologiyası,  təkpartiyallılığı  ilə  həmin 
prinsipləri mahiyyətcə pozmuşdu.  
Vahid mərkəzdən istehsalın planlı sosialist idarəçiliyinə, direktiv göstərişlərlə bölgü 
prinsiplərinə,  istehsalçıların  iqtisadi  maraq  və  müstəqilliyinin  boğulmasına,  ölkənin 
resurslarından  səmərəsiz  istifadə  olunaraq  dünyada  kommunizm  ideyalarının  ağalığına 
yönəldilməsinə,  hərbi  sənaye  kompleksinin  üstün  inkişafına  əsaslanan  bu  sistem,  dünya 
kapitalizm  aləmi,  habelə  beynəlxalq  bazarın  rəqabət  mübarizəsinə  davam  gətirə 
bilməyərək, 1991-ci ildə iflasa uğradı. 
 
4.4.  Qarışıq  iqtisadi  sistem  dövlətin  və  xüsusi  bölmənin  (şirkətlərin,  ev 
təsərrüfatlarının)  ölkənin  resurslarından  səmərəli  istfadə  olunması  əsasında,  istehsal 
xidmət,  bölgü,  mübadilə,  istehlak  mərhələlərində  onların  əlaqələndirilmiş  qarşılıqlı 
fəaliyyətini  əhatə  edir.  Son  dövrlərdə  ayrı-ayrı  ölkələrin  milli  iqtisadiyyatında  dövlət  və 
xüsusi  bölmə  ilə  yanaşı,  eyni  zamanda  xarici  kapital,  habelə  beynəlxalq  işgüzar  biznes 
dairələri də fəal iştirak edirlər. 
Bu  iqtisadi  sistemin  ən  səciyyəvi  cəhəti  oundan  ibarətdir  ki,  xüsusi  bölmənin 
istehsal-xidmət  dairəsində  üstünlüyü  şəraitində,  dövlətin  simasında  ölkənin  təsərrüfat 
həyatının bir sıra strateji əhəmiyyət kəsb edən sahələrində inzibati (məcburi) ünsürlərindən 
istifadə  olunur.  Belə  bir  qarışıq  iqtisadi  fəaliyyət  şübhəsiz,  müəyyən  fərq  və  nisbət 
daxilində  özünü  həm  yüksək  inkişaf  etmiş  (ABŞ,  İngiltərə,  İsveç,  Almaniya,  Yaponiya), 
həm  inkişaf etməkdə olan (Çin, Hindistan, Birma, Misir), həm də keçid dövrünü  yaşayan 
(Rusiya,  Belorus,  Ukrayna,  Azərbaycan,  Özbəkistan)  ölkələr  qrupunda  göstərir.  Dünya 
ölkələrinin keçdiyi iqtisadi-sosial inkişaf yolu, onların resurs imkanları və gələcək yüksəliş 
perspektivləri  qarışıq  iqtisadi  sistemin  formalaşması  səviyyəsinə,  dövlətin  təsərrüfat 
həyatının inzibati üsullarla tənzimlənməsi prossesinin hüdudlarını müəyyənləşdirir.  
Mütəxəsislərin  fikrincə,  yaxın  və  uzaq  perspektivdə  müxtəlif  ölkələrdə  mülkiyyət 
rəngarəngliyi  təməlində  fəaliyyət  göstərən  qarışıq  iqtisadi  sistem  daha  mühüm  bir  rol 
oynayacaqdır. Sosial yönümlü bazar iqtisadiyyatı modelinin formalaşmasına real imkanlar 
yaradan  qarışıq  iqtisadi  sistem,  cəmiyyətin  sabitliyi,  istehsalın  səmərəliliyi,  əhalinin 
gəlirlərinin artırılması, xalqın həyat səviyyəsinin yüksəldilməsi istiqamətində daha əlverişli 
imkanlar açır.  
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə