Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə2/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
5
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İqtisadiyyata giriş  
(birinci bölmə) 
 
 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
6
 
 
 
Mövzu 1.  Kursun məqsədi, vəzifələri və əsas prinsipləri 
 
1.1  İqtisadi biliklərin meydana çıxması, formalaşması mərhələləri və müasir 
istiqamətləri 
1.2  Elmlər sistemində iqtisadi nəzəriyyənin (Economicsin) yeri 
1.3  Cəmiyyətin təsərrüfat həyatının mikroiqtisadi, mezoiqtisadi, makroiqtisadi 
və meqaiqtisadi səviyyətlərdə öyrənilməsi 
1.4  Economicsin 10 prinsipi 
 
1.1.  İctimai  elimlərin  tərkib  hissəsi  sayılan  iqtisad  elminin  tarixi  minillikləri  əhatə 
edərək,  bəsit  və  ibtidai  şəkildə  olsa  da,  ilk  ünsürləri  qədim  Babilistan,  Misir,  Çin, 
Hindistan,Yunanistan kimi sivilizasiya ocaqlarında meydana çıxmişdir. 
Qədim  Hind  və  Çin  mənbələrində,  Misirin  papirus  yazılarında,  şumerlərin  daş  və 
kərpic  üzərində  həkk  olunmuş  kitabələrində,  Babilistan  hökümdarı  Xammurapinin 
qanunlarında,  Şərq  və  Qərb  müəlliflərinin,  xüsusilə  də  Yunanistan,  Roma  müdrik 
filosoflarının,  tarixçilərinin  əsərlərində,  natiqlərinin  çıxışlarında  o  dövrün  təsərrüfat  həyati, 
əkinçilik,  sənətkarlıq  peşələri,  gəmiçilik,  sələmçilik,  ticarət  əlaqələri  haqqında  bir  sıra 
qiymətli məlumatlar öz əksini tapmışdır. 
Elm  tarixində  iqtisadiyyat-oykonomiya  anlayışı  ilk  dəfə  qədim  yunan  filosofu 
Ksenofont  (e.ə.450-355)  tərəfindən  onun  «Ev  təsərrüffat»,  yaxud  «Ev  iqtisadiyyatı»  adlı 
kitabında  işlədilmişdir.Sonralar  yunan  filosofu  Aristotel  (e.ə.384-322)  bu  sözü  daha  geniş 
mənada işlədərək, şərh etmişdir. 
«Oykonomiya»  sözü  2  hissədən  ibarət  olub,  «oykos»  (ev  təsərrüfatı)  və  «nomos» 
(qanun,  qayda)  söz  birləşməsindən  əmələ  gələrək,  «ev  təsərrüfatı  qaydaları»,  yaxud  «ev 
təsərrüfatının  idarə  olunması  qaydaları-qanunları»  anlamını  verir.  Bu  mənada  qədim 
Yunanıstan  iqtisadi  biliklərin  vətəni,  qədim  yunan  müəllifləri  isə  onun  yaradıcıları  sayıla 
bilərlər. 
IV-XVIII  əsirləri  əhatə  etmiş  orta əsrlərdə, qədim  və  antik  dövrlərə  nisbətən  iqtisadi 
fikirlərin  ardıcıllıqla  inkişaf  etməməsinin  səbəbi,  istər  Şərq  aləmində,  istərsə  də  Qərb 
ölkələrində dini-mövhumat mühitinin hökm sürməsi olmuşdu. Doğrudur, buddizm-xristian-
islam dininin müqəddəs kitabları və qaydalarında ölkənin təsərrüfat həyatı, xüsusi mülkiyyət, 
ədalətli  bölgü,  əmək  haqqı,  vergilər,  qənaət,  sadə  həyat  tərzi,  sələmçiliyin  pislənməsi 
haqqında  müəyyən  fikirlər  irəli  sürülmüşdür.  Lakin  bu  dini  təlimlərdə  zülmə  qarşı  səbirli 
olmaq,  cəmiyyətdəki  ictimai  və  iqtisadi  haqsızlıqlarla  barışmaq  cəhdləri,  hər  işi  Tanrının 
hökmü ilə bağlamaq meylləri üstünlük təşkil etmişdir. 
Orta  əsrlərdə  ərəb  mütəfəkkiri  İbn  Xəldun  (1332-1406)  dünya  iqtisadi  təlimlər 
tarixində xüsusilə seçilmişdir. O, bəşər cəmiyyətinin keçdiyi inkişaf yolunu köçərilik, oturaq 
həyat və mədəniyyət mərhələləri kimi səciyyələndirmiş, eyni zamanda həmin dövrlərin tarixi 
ardicilliqla  bir-birini  əvəz  etməsini  əmək  bölgüsü,  habelə  məhsuldar  qüvvələrin  ümumi 
yüksəlişi  ilə  əlaqələndirmişdir.  İnsanların  tədricən  cəmiyyət  halında  birləşməsinin 
zəruriliyini irəli sürmüş müəllif göstərmişdir ki, bəşəriyyətin yaşaması və təhlükəsizliyi üçün 
təbiətin bəxş etdiyi müxtəlif təyinatlı nemətlərdən səmərəli faydalanmaq tələb olunur. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
7
 
 
Orta  əsr  gerçəkliyi  şəraitində  İbn  Xəldunun  sərbəst  bazar,  əmtəə,  dəyər,  qiymət, 
rəqabət, tələb, təklif, ticarət, pul, sərvət, dövlət idarəçiliyi  haqqındakı elmi-nəzəri  ideyaları, 
iqtisadi təlimlər tarixinin dəyərli səhifələrini təşkil edir.  
Qərbi Avropa ölkələrində və Rusiyada orta əsirlərin iqtisadi təlimləri müxtəlif mənbə, 
habelə müəlliflərin əsərlərində bu ya digər formada əks olunsa da, lakin öz dolğun ifadəsini 
italyalı  din  xadimi  Foma  Akvinskinin  (1225-1274)  ziddiyyətli  iqtisadi  görüşlərində 
tapmışdır.  O,  cəmiyyətin  iqtisadi  problemlərini,  insanların  müxtəlif  təbəqələrə  mənsub 
olmasını  ilahi  qanunlarla  bağlamış,  mülkiyyəti  insanın  ilk  günahının  cəzası  saymışdır. 
Tacirlərin  müəyyən gəlir əldə etməsilə razılaşan  müəllif, ölkəyə onun ehtiyaclarını ödəmək 
ücün  deyil,  yalnız  qazanc  naminə  mal  gətirənləri  «nifrətə  layiq  olan  alçaq  peşə»  sahibləri 
adlandırmışdı.  O,  Aristotelin  iqtisadi  təliminə  əsaslanaraq  «ədalətli  qiymət»  prinsipini  irəli 
sürmüş,  mübadiləni  ekvivalentlik  hesab  etmiş,  öz  növbəsində  ekvivalentliyi  isə  əmək 
məsrəfləri  (xərcləri)  ilə  əlaqələndirmiş,  lakin  qiymətin  rəqabətdən  asılı  olmadığını 
göstərmişdir. 
Feodalizm  cəmiyyətini  son  dövrü,  Qərbi  Avropada  iqtisadi  təlimlər  tarixində  Tomas 
Mor (1478-1532) və Tommazo Kampanella (1568-1639) kimi utopik sosialistlərin adları ilə 
bağlıdır. Onların «Utopiya» və «Günəş şəhəri» adlı əsərlərində, yaşadıqları dövrün iqtisadi-
ictimai  nöqsanları  tənqid  olunmaqla  yanaşı,  qurmaq  istədikləri  utopik  cəmiyyətin 
üstünlükləri  göstərilmişdir.  Həmin  gələcək  utopik  cəmiyyətdə  xüsusi  mülkiyyət  olmamalı, 
hamı işləməli, insanların ehtiyacları tam ödənilməli, iş günü 4-6 saat təşkil etməli, uşaqların 
və yeniyetmələrin tərbiyəsi ictimai nəzarət altında aparılmalı idi.  
XVI  əsrin  sonu  və  XVII  əsrin  əvvəlləri  dünya  təsərrüfat  həyatında  böyük  coğrafi 
kəşflər,  əmtəə-pul  münasibətlərinin  inkişafı,  iqtisadi  əlaqələrin  genişlənməsi,  ilkin  kapital 
yığımı  prosesi,  müstəmləkə  sisteminin  yaranması,  dünya  bazarının  formalaşması  kimi  yeni 
hadisələrlə  əlamətdar  olmuşdu.  Nəticədə  xüsusi  mülkiyyətin  müxtəlif  formaları  geniş 
yayılmağa  başlamış,  azad  sahibkarlıq  fəaliyyəti  üçün  əlverişli  imkanlar  açılmış,  rəqabət 
mübarizəsi gündəlik təsərrüfat həyatına daxil olmuşdu. 
Ona  görə  də  əvvəllər  müxtəlif  elmlərin  tərkibində  inkişaf  etmiş  iqtisadi  təlimlər, 
fikirlər,  baxışlar tədricən  müstəqil  bir  elm  sahəsi  kimi  formalaşmağa  başlamışdı.  Bu  elmin 
ilk məktəbi merkantilizm adlanmışdı. 
Merkantilistlər  iqtisadi  məktəbinin  U.Stafford,  T.Men,  Q.Skaruffi,  A.Serra, 
A.Monkretyen  kimi  müxtəlif  ölkələrinin  nümayəndələri,  ölkənin  iqtisadi  həyatında  pula 
(qızıla,  gümüşə)  və  bunun  əsas  mənbəyi  saydıqları  ticarətə,  xüsuslilə  də  xarici  ticarət 
əlaqələrinə  əsas  diqqət  yetirmişlər.  Onlar  iqtisadiyyatı  bir  sistem  kimi  deyil,  onun  yalnız 
əmtəə tədavülü dairəsini, alqı-satqı əlaqələrini öyrənərək belə bir prinsip  irəli sürmüşlər ki, 
qızıl-gümüş əsl sərvət olduğundan ölkə «çox şey satmalı və az məhsul idxal etməlidir». 
Fiziokratlar  iqtisadi  məktəbi  Fransada  formalaşmış  və  onun  banisi  Fransua  Kene 
(1694-1781)  sayılır.  «Taxıl»,  «Fermer»,  «İqtisadi  cədvəl»  əsərlərində  göstərilmişdir  ki, 
ölkənin  iqtisadi  həyatını,  onun  sərvətinin  əsl  mənbəyini  ticarət  deyil,  torpaq  və  kənd 
təsərrüfatı  təşkil  edir.  Bu  məktəbin  ən  mühüm  xidməti  ondan  ibarətdir  ki,  onlar 
merkantilistlərdən  fərqli  olaraq  öz  iqtisadi  təlimlərini  tədavül  dərəcəsindən  (ticarətdən) 
istehsal  (kənd  təsərrüfatı,  aqrar)  bölməsinə  yönəltmişlər.  Fiziokratlar  göstərirdilər  ki, 
təsərrüfatın  digər  sahələrində  təbiətin  və  torpağın  verdiyi  məsulların  yalnız  forması 
dəyişdirilir,  amma  mahiyyət  etibarilə  yeni  bir  şey  yaradılmır.  Ona  görə  də  bütün  diqqət 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə