Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə7/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
16
 
 
Müxtəlif məqsəd və istiqamətlərindən asılı olmayaraq, ölkənin və dünyanın təsərrüfat 
həyatında baş verən iqtisadi artım, yığım və istehlak, rəqabət, tələb və təklif, vergilər, büdcə, 
inflyasiya,  işsizlik,  xarici  borclar,  inteqrasiya  prosesləri,  valyuta-kredit  sistemi,  başqa 
ölkələrlə  iqtisadi  əlaqələr  kimi  problemlər  həmişə  iqtisadi  nəzəriyyənin  diqqət  mərkəzində 
olmuşdur. 
Müasir  mərhələdə  də  dünyada,  o  cümlədən  müstəqil  Azərbaycan  Respublikasında 
cəmiyyət  həyatının  əsası  olan  iqtisadiyyatın  inkişafının  səmərəli  yollarının  tapılmasında 
iqtisadi nəzəriyyənin rolu böyükdür. 
 
1.3.  Mürəkkəb  və  çoxsahəli  vahid  sistem  kimi  formalaşan  iqtisadiyyatı  müxtəlif 
səviyyələrdə öyrənmək mümkündür. İngilis  iqtisadçısı A.Marşall  yazmışdır ki,  iqtisad elmi 
normal insan cəmiyyətinin həyat fəaliyyətini öyrənir. Cəmiyyətin iqtisadi həyatı isə canlı bir 
orqanizmi  xatırlatdığından,  burada  həmişə  dəyişikliklər,  bəzən  isə  hətta  ən  gözlənilməz 
proseslər  baş  verir.  P.Samuelson  və  V.Nordhaus  «Economics»  kitabında  qeyd  edirlər: 
«Dünyada baş verən iqtisadi proseslər (iqtisadi sistemlərin dağılması, böhranlar inflyasiyalar, 
inteqrasiya  meylləri,  iqtisadi-ticarət  əlaqələrinin  genişlənməsi,  elmi-texniki  tərəqqi) 
bəşəriyyətin yaşadığı bir tamaşa və dramadır». Bu həyati tamaşanın müəllifı də, rejissoru da, 
aktyoru  da  təbiətlə,  istehsalla,  bir-birləri  ilə  mürəkkəb  əlaqələr  sistemi  qurmuş  insanlardır. 
Doğrudan  da  «insan  amili»,  onun  təsiri  və  marağı,  tələbi  və  təklifi,  ideya  və  əməlləri 
olmadan heç bir iqtisadiyyat formalaşıb inkişaf edə bilməz. 
Cəmiyyət  miqyasında  iqtisadiyyatı  hərtərəfli  öyrənib  dərk  etmək  baxımından,  onu  – 
mikroiqtisadiyyat, 
mezoiqtisadiyyat, 
makroiqtisadiyyat 
və 
meqoiqtisadiyyat 
(interiqtisadiyyat) səviyyələrində öyrənmək mümkündür. Müəyyən qeyd-şərtlərlə bu bölgü, 
demək olar ki, bütün dünyada qəbul olunmuşdur. 
Mikroiqtisadiyyat  istehsal  və  xidmət  dairəsi  müəssisələrinin,  şirkətlərinin 
fəaliyyətinin öyrənilməsi, təhlil olunması, təşkili və idarəedilməsi məsələləri ilə məşğul olur. 
İstehsalın  və  xidmət  dairəsinin  ən  aşağı,  ilkin  səviyyədə  öyrənilməsi  mühüm 
əhəmiyyət  kəsb  edir.  Çünki  konkret  müəssisə  timsalında  istehsal  və  xidmət  dairəsinin 
özünəməxsus cəhətlərini öyrənib təhlil etmədən, sahə və iqtisadi sistem miqyasında müxtəlif 
problemləri həll etmək çətindir. 
Hər  hansı  bir  ölkə  iqtisadiyyatının  özəyini  təşkil  edən  müəssisə,  şirkət,  bankların 
timsalında  istehsal,  habelə  xidmət  dairəsi  obyektləri  daha  az  xərclərlə  yüksək  keyfıyyətli, 
bazarın  dəyişən  tələblərinə  cavab  verən  məhsul  buraxılışına  çalışırlar.  Ona  görə  də 
mikroiqtisadi səciyyədə tələb, təklif, istehsal xərcləri, qiymət, rəqabət, mənfəət, əmək haqqı, 
investisiya  problemlərinə  ciddi  diqqət  yetirilərək,  bu  proseslərin  daha  səmərəli  variantları 
axtarılır. 
Mezoiqtisadiyyat  –  ölkənin  təsərrüfat  həyatının  bir-biriylə  qarşılıqlı,  yaxud  üzvi 
surətdə  bağlı  sahələrinin  kompleksidir.  Mezoiqtisadiyyatın  maddi  əsasını  ictimai  əmək 
bölgüsü və istehsalın kooperativləşdirilməsi təşkil edir. 
Aqrar-sənaye kompleksi (aqro-biznes), hərbi-sənaye kompleksi, infrastruktura (xidmət 
dairəsi) buna misal ola bilər. Həmin sahələrin fəaliyyət xüsusiyyətləri elədir ki, aqrar-sənaye 
kompleksində kənd təsərrüfatı ilə emal sənaye sahələrinin və bəzi istehsal vasitələri istehsal 
edən  sənaye  sahələrinin  üzvi  əlaqəliliyi  nəzərdə  tutulur.  Hərbi-sənaye  kompleksində  həm 
hərbi,  həm  də  mülki  istehsal  sahələrinin,  infrastruktura  (servis)  dairəsində  isə  müxtəlif 
təyinatlı xidmətlərin qarşılıqlı əlaqəsi bir-birini tamamlamalıdır. 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
17
 
 
Makroiqtisadiyyat  –  ölkənin  milli  iqtisadiyyatını  bütövlükdə  təhlil  etmək  və  bunun 
əsasında  ümumiləşdirici  iqtisadi  göstəricilərin  müəyyənləşdirilməsidir.  Makroiqtisadi 
səviyyədə cəmiyyətin və milli iqtisadiyyatın ümumi daxili məhsulunun (UDM) həcmi, onun 
artım  tempi,  məşğulluğun  təmin  edilməsi,  pul-kredit  siyasətinin  tənzimlənməsi,  inflyasiya 
problemi, dövlətin iqtisadiyyatı idarə etməsi, ölkənin təbii sərvətlərinin qorunub saxlanması, 
əmtəələr  istehsalı  və  əhaliyə  müxtəlif  xidmətlər  göstərilməsinin  optimal  nisbətinin 
gözlənilməsi kimi məsələlər araşdırılıb həll edilir. 
Meqoiqtisadiyyat dedikdə, bu anlayış altında  bütövlükdə dünya təsərrüfat sistemi və 
milli  iqtisadiyyatların  qarışıqlı  əlaqəsi,  habelə  inteqrasiyası  əsasında  beynəlxalq  miqyasda 
(interiqtisadiyyat)  başa  düşülür.  İqtisad  elminin  bir  hissəsi  kimi  meqoiqtisadiyyat  dünya 
təsərrüfat həyatının ümumi inkişaf meylləri, dünya ticarəti, kapitalın beynəlxalq hərəkəti, iş 
qüvvəsinin axını, beynəlxalq valyuta sistemi, tədiyyə (ödəniş) balansı, iqtisadi inteqrasiya ilə 
bağlı  problemlərlə  məşğul  olur.  Müasir  dövrdə  vahid  dünya  təsərrüfat  sisteminin 
formalaşdığı  bir  şəraitdə,  iqtisad  elminin  bu  hissələri  arasında  daha  sıx  və  qarşılıqlı  təsir 
əlaqəsi vardır. 
 
1.4.  Tanınmış  ingilis  iqtisadçısı  C.M.Keyns  vaxtilə  yazmışdı  ki,  «iqtisadiyyatın 
öyrənilməsi yüksək səviyyəli xüsusi qabiliyyətin olmasını tələb etməsə də, lakin çox az adam 
bu sahədəki əla biliyi  ilə  fərqlənə bilər. Buna səbəb, iqtisadçıda bir neçə qabiliyyətin nadir 
sürətdə  birləşməsi  zəruriliyidir.  İqtisadçı  müəyyən  qədər  riyaziyyatçı,  tarixçi,  filosof  və 
dövlət  adamı  olmalıdır.  O,  simvolları  başa  düşməli  və  öz  fikirlərini  sözlə  ifadə  etməyi 
bacarmalıdır.  İqtisadçı  detallara  ümumi  cəhətdən  yanaşmalı  və  eyni  bir  məsələyə  həm 
abstrakt  (mücərrəd),  həm  də  konkret  tərəfdən  toxunmalıdır.  O,  bugünu  keçmişin  işığında 
gələcək  məqsədlər  üçün  öyrənməli,  nəzərindən  heç  nəyi  qaçırmamalıdır.  İqtisadçı 
məqsədyönlü olmalıdır və kimlərinsə əhval-ruhiyyəsinə uyğun olaraq dəyişməməlidir. O, əsl 
sənətkar kimi yüksəkdə dayanmalı, təmiz olmalıdır. İqtisadçı cəmiyyətin problemlərini təhlil 
etdikdə  alim  kimi  hərəkət  etməli,  həmin  məsələlərin  həyata  kecirilməsində  isə  siyasətçi 
olmalıdır.» 
Bu  müdrik  məsləhətlər  və  yüksək  məsuliyyət  baxımından,  müasir  inteqrasiya, 
qloballaşma  prosesləri,  eyni  zamanda  vahid  dünya  təsərüffat  sisteminin  formalaşdığı  bir 
şəraitdə  bəşəriyyətin  (cəmiyyətin)  sərvətlərinin  mədudluğu,  təlabatların  isə  sonsuzluğu 
realığında  son  iqtisadi-sosial  effektliyə  (faydalılığa,  səmərəliliyə)  nail  olmaq  üçün  iqtisadi 
nəzəriyyənin  (Economicsin)  10  prinsipinə  əməl  olunmasını  irəli  sürür.  Həmin  prinsiplər 
aşağıdakılardan ibarətdir; 
A. İnsanlar qərarları necə qəbul edirlər: 
I. İnsanlar seçimlərlə üzləşillər. 
II. Bir şeyin dəyəri, onu əldə etmək üçün imtina olunmalarla ölçülür. 
III. Rasional insanlar marjinal faydanı düşünürlər. 
IV. İnsanlar stimullara cavab verirlər. 
B. İnsanlar arasındakı münasibətlər: 
V. Ticarət hər kəs ücün faydalı ola bilər. 
VI. Bazarlar iqtisadi fəaliyyətin təşkili üçün yaxşı vasitədir. 
VII. Dövlətlər bazar fəaliyyətinin nəticələrini yaxşılaşdıra bilərlər. 
C. Bütövlükdə iqtisadiyyat necə dəyişir. 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə