Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə9/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
20
 
 
Yeddinci  prinsip,  müəyyən  hallarda  dövlətlərin  bazar  fəaliyyətinin  nəticələrini 
yaxşılaşdıra  biləcəyini  nəzərdə  tutur.  Sərbəst  bazar  münasibətlərinin  inkişafı  üçün  əlverişli 
imkanlar  yaradan  «gözəgörünməz  əl»  prinsipinin  fəaliyyəti  şəraitində  də  dövlətə  müəyyən 
ehtiyac  olduğunu  irəli  sürənlər  vardır.  Onların  fikrincə  bazarda  alıcıların  və  satıcıların 
təhlükəsizliyini qorumaq, sahibkarların  və  fermerlərin rahatlığı naminə dövlət orqanlarının, 
polisin,  məhkəmələrin  olması  zəruridir.  Eyni  zamanda  dövlət  orqanlarının  iqtisadiyyata 
müdaxilə  etməsi,  cəmiyyətin  təsərüffat  həyatında  səmərəliyin,  ictimayi-siyasi  həyatında  isə 
sosial ədalətin təmin olunması ilə bağlıdır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, dövlətin 
simasında  bazarın  və  iqtisadiyyatın  fəaliyyətinə  kənar  müdaxilə  olmadan,  bazar  gücü  öz 
təsirini  qiymətlərin  artmasında,  inhisarçılıq  meyillərində,  elm  və  incəsənət  sahələrinə 
biganəlikdə, ətraf mühitin çirkləndirilməsi, ekalogiya problemlərində hökmən göstərəcəkdir. 
Ona  görə  də  dövlətin  həyata  keçirdiyi  gəlir  vergisi,  gömrük  rüsumları,  əhalinin  sosial 
müdafiə  tədbirləri,  iqtisadi  resursların  və  maddi-mənəvi  nemətlərin  daha  ədalətli 
bölüşdürülməsinə  yönəldilməlidir. Əlbəttə, ayrı-ayrı  müəlliflərin  haqlı olaraq qeyd etdikləri 
kimi  dövlətin  bu  sahədəki  fəaliyyəti,  hec  də  həmişə  gözlənilən  nəticəni  vermir.  Çünki 
«dövlət  siyasətini  həyata  keçirənlər  mələklər  deyildir,  əslində  mükəmməl  olmayan  siyasi 
prosesin  iştirakçilarıdırlar».  Belə  vəziyyətdə  isə  obyektiv-subyektiv  xarakterli  nöqsanlara, 
«güclü olanların mükafatlandırılmasına», tam məlumata malik olmayan liderlərin iradi «xoş 
niyyətlərinə»  rast  gəlinir  ki,  bunların  qətiyyətlə  aradan  qaldırılması,  cəmiyyətin  gələcək 
demokratik inkişafına, daha yüksək templərlə irəliləməsinə təminat verir.  
Səkkizinci  prinsip,  ölkə  əhalisinin  həyat  səviyyəsinin  orada  məhsullar  istehsali  və 
xidmətlər göstərilməsi qabilliyyəti  ilə qarşılıqlı əlaqəsini aydinlaşdırır. Bu məsələ hər hansı 
bir  ölkədə  ümumi  daxili  məhsulun  (ÜDM)  həcmi,  əhalinin  gəlir  səviyyəsi,  onun  artım 
templəri, ölkədə demoqrafik vəziyyət, məşğulluq və inflyasiya səviyyəsi ilə bilavastə yaxud 
dolayı  yollarla  bağlıdır.  Təsadüfü  deyildir  ki,  müxtəlif  ölkələrin  keçdikləri  iqtisadi-sosial 
inkişaf  yolunun  nəticəsi  sayilan  əhalinin  həyat  səviyyəsi  göstəriciləri  biri-birindən  kəsgin 
surətdə  fərqlənir.  Planetin  əhalisinin  hər  bir  nəfərinə  hazida  orta  hesabla  təxminən  10.000 
dollar  həcmində  məhsullar  istehsal  olunur  və  müxtəlif  təyinatli  xidmətlər  göstərilirsə,  bu 
rəqəm  ayrı-ayrı  ölkələrdə  bir  neçə  yüz  dollardan  50-60  min  dollara  qədər  fərqlənir. 
Azərbaycan Resbuplikasinda isə bu ümumiləşdirici göstərici 5-6 min dollardır. 
Ölkə  əhalisinin  real  həyat  səviyyəsinin  tədricən  və  davamli  sürətdə yüksəldilməsinin 
ən  sınanmış  yolu  –  əmək  məhsuldarliğini,  yəni  hər  bir  işçinin  müəyyən  vaxt  (saat,  gün) 
ərzində  məhsul-xidmətlər  istehsalını  artırmasından,  yaxud  həmin  məhsul-xidmətlər 
istehsalına sərf olunmuş vaxtın (başqa şərtlər dəyişməz qalmaqla) azaldılmasından ibarətdir. 
Əmək məhsuldarlığının yüksəldilməsi ilə əhalinin həyat səviyyəsi arasındakı qarşılıqlı 
əlaqə,  hər  bir  dövlətin  daxili  və  xarici,  xüsusilə  də  sosial  siyasəti  üçün  mühüm  rol 
oynadığından,  elm  və  texnikanın,  qabaqcıl  texnologiyaların  istehsal-xidmət  sferalarında 
tətbiqinə,  işçilərin  peşə-ixtisaslarının  təkmilləşdirilməsinə,  yeni  yaradılacaq  elmtutumlu 
sahələrin hazırlıqlı gənc kadrlarla təmin olunmasına ciddi diqqət yetiliəməsi zəruridir. 
Doqquzuncu  prinsip  izah  edir  ki,  dövlət  həddən  artıq  pul  çap  edib  dövriyyəyə 
buraxdıqda  ölkədə  qiymətlər  qalxır  və  inflyasiya  baş  verir.  Ölkədə  qiymətlərin  ümumi 
səviyyəsinin  artımı  ilə  bağlı  olan  inflyasiya  hadisəsi  kağız  pulların  öz  qızıl  tərkibindən 
ayrılması,  bank-kredit  şəbəkəsinin  çoxşaxəli  fəaliyəti,  ölkələr  arasındakı  iqtisadi-ticarət 
əlaqələrinin  durmadan  genişlənməsi,  beynəlxalq  turizmin  sürətlə  inkişafı  və  dövlətlərin 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
21
 
 
iqtisadi-sosial  siyasət  xəttindəki  obyektiv-subyektiv  əyintilərlə  bağlıdır.  Ötən  əsrin 
əvvəllərindən  başlayaraq  dünyanın  Almaniya,  Meksika,  Fransa,  ABŞ,  İtaliya,  Cənubi 
Amerika  ölkələri  vaxtaşırı  olaraq  bu  problemlərə  rastlamışlar.  Keçmiş  Sovet  İttifaqı 
dağıldıqdan  sonra  onun  ərazisində  formalaşmış  müstəqil  dövlətlərdə,  o  cümlədən 
Azərbaycan  Respublikasında  da  inflyasiya,  habelə  onun  tənzimlənməsi  məsələsi  aktual  bir 
əhəmiyyət kəsb edir. 
Mütəxəsislərin  və  iqtisadçıların  fikrincə,  ölkə  iqtisadiyyatında  illik  inflyasiya 
səviyyəsinin 3-5% hüdudlarında olması  mümkün,  hətta təsərrüfat həyatın canlanmasına bir 
təkan  amili  kimi  lazımdır.  Bəzi  hallarda  ölkənin  iniqtisadi-sosial  inkişaf  xüsusiyyətləri  və 
həll  etdiyi  problemlərin  xarakterindən  asılı  olaraq,  inflyasiyanın  təkrəqəmli  (8-9%) 
səviyyədə  saxlanmasına  haqq  qazandırılır.  Lakin  tədricən  bu  səviyyənin  artması 
iqtisadiyyatın sturukturunda, onun sahələrdaxili və sahələrarası nisbətlərində, xarici ticarətin 
quruluşunda,  dövlət  büdcəsinin  formalaşmasında,  tədiyyə  balansında,  nəhayət  ölkənin 
iqtisadi  siyasətinin  strategiyası,  habelə  taktikasındakı  müəyyən  nöqsanlar,  düzgün  nəzərə 
alınmamış  cəhətlərlə  əlaqədardır.  Ona  görə  də  müasir  mərhələdə  dünyanın  müxtəlif 
ölkələrinin iqtisadi siyasətində, inflyasiya prosesinin tənzimlənməsi tədbirlərinə ciddi diqqət 
yetirilir. 
Onuncu  prinsip  cəmiyyət  həyatında  inflyasiya  ilə  işsizlik  (əhalinin  məşğulluq 
səviyyəsi)  arasındakı  qısa  müddətli  və  uzunmüddətli  dövrdə  (perspektivdə)  olan  seçim 
əlaqəsini  özündə  əks  etdirir.  İnflyasiya  ilə  işsizlik  səviyyəsi  arasındakı  qarşılıqlı  əlaqəni 
1958-ci  ildə  iqtisadçı  Artur  Fillips  tədqiq  edərək,  Fillips  əyrisi  adlanan  qrafik  sxemdə  əks 
etdirmişdir.  Həmin  sxemə  görə  inflyasiya  artdıqda,  işsizlik  azalmağa  doğru  meyl  edir  və 
əksinə iflyasiya azaldıqda isə cəmiyyətdə iş qüvvəsinə olan tələb aşağı düşdüyündən əhalinin 
məşğulluq səviyyəsi azalır, işsizlərin sayı çoxalır. Bu mənada inflyasiya və işsizlik təsərrüfat 
həyatının əks prosesləri kimi fəaliyyət göstərir. 
Lakin  ötən  əsrin  70-80-ci  illərindən  başlayaraq  dünya  ölkələrində  və  xüsusilə  keçid 
mərhələsində  olan  dövlətlərdə  baş  verən  proseslər  göstərdi  ki,  inflyasiya  ilə  işsizlik 
arasındakı qarşılıqlı təsir əlaqəsi nisbətən «qısamüddətli» dövr üçün düzgün sayılsa da, lakin 
«uzunmüddətli»  dövr  üçün  özünü  doğrultmur.  Müxtəlif  ölkələrin  təsərrüfat  həyatında 
staqflyasiya dövrü həm inflyasiya, həm də işsizlik hadisələrinin eyni bir vaxtda baş verməsi 
ilə səciyyələnir. Deməli, Fillips əyrisi qisa müddətdə inflyasiya ilə işsizlik arasındakı əlaqəni 
düzgün əks etdirdiyindən, dövlət öz iqtisadi siyasətində, büdcə xərclərində, vergilərdə, bank 
faizlərində, gömrük rusumlarında müəyyən dəyişiklər etməklə, həmin prosesləri tənzimləyə 
bilər. 
Şübhəsiz,  yuxarıda  qeyd  etdiyimiz  10  prinsipin  konkret  şəraitdən  asılı  olaraq,  seçilib 
təsərrüfat həyatında istifadə olunması ilk mərhələdə müsbət nəticələr versə də, lakin onların 
son səmərəliliyi  birgə, kompleksli surətdə hərtərəfli düşünülüb tədbiq edilməsi  ilə bağlıdır. 
Unudulmamalıdır  ki,  cəmiyyət  həyatının  ən  mürəkkəb  iqtisadi-sosial  problemlərinin  təhlili 
və onların optimal həlli yolları məhz bu prinsiplərə əsaslanır. 
 
 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə