Microsoft Word İqtisadiyyat tam 5



Yüklə 5,33 Kb.
Pdf görüntüsü
səhifə5/176
tarix20.10.2017
ölçüsü5,33 Kb.
#5877
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   176

İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
12
 
 
XIX  əsrin  əvvəllərində  Azərbaycan  parçalanaraq  Rusiya  tərəfındən  işğalından 
başlayaraq,  XX  əsrin  ilk  iyirminci  illərinə  qədər  olan  dövrdə  burda  gedən  ictimai-siyasi, 
iqtisadi-sosial, mədəni-mənəvi proseslər xalqımızın M.F.Axundov, A.Bakıxanov, Q.B.Zakır, 
H.B.Zərdabi, N.B.Vəzirov, C.Məmmədquluzadə, M.Ə.Sabir, M.Ə.Rəsulzadə, N.Nərimanov 
kimi görkəmli simalarının  yaradıcılığında tapmışdır. Onların  bədii əsərlərində, mətbuatdakı 
yazılarında,  publisist  məqalələrində,  müsahibələrində,  çıxışlarında  və  əməli  fəaliyyətbrində 
çar  Rusiyasının  müstəmləkə  siyasəti,  xalqın  hüquqsuz  vəziyyəti,  rəsmi  məmurlann 
rüşvətxorluğu,  cəmiyyətin  sosial  təbəqələşməsi,  zəhmət  adamı  –  fəhlənin,  kəndlinin, 
sənətkarın  ağır  həyati,  pulun  ağalığı,  insanların  haqq  və  hüquqlarının  tapdalandığı, 
sələmçiliyin  yaratdığı  bəlalar,  ölkənin  şəristəsizliklə  idarə  olunması,  əhalinin  savadsızlığı, 
dini-xürafat  mühitinin  formalaşdırdığı  həyat  tərzinin  nəticələri,  milli  qeyrət,  vətəndaşlıq 
məsuliyyəti  mövqeyindən  tənqid  edilmişdir.  Eyni  zamanda  onlar  Azərbaycanın  təsərrüfat 
həyatındakı  canlanmanı,  yeni  iqtisadi  münasibətlərin  özünə  yol  açmasmı,  ölkənin  daxili-
xarici iqtisadi əlaqəbrinin genişlənməsini, xalqın iqtisadi-sosial vəziyyətindəki dəyişiklikləri 
və  ümumi  inkişaf,  habelə  milli  şüurun  formalaşması  istiqamətindəki  obyektiv  meylləri 
düzgün dəyərləndirmişlər. 
Bütün  Şərqdə  ilk  parlamentli  demokratik  respublika  kimi  tarixə  daxil  olmuş 
Azərbaycan  Xalq  Cümhuriyyətinin  1918-1920-ci  illəri  əhatə  etmiş  23  aylıq  hakimiyəti 
dövrü,  onun  M.Ə.Rəsulzadə,  Ə.M.Topçubaşov,  F.X.Xoyski,  H.B.Ağayev,  N.B.Usubbəyov 
və digər xadimbrin iqtisadi-sosial görüşləri, Musavat hökümətinin hazırladığı iqtisadi siyasət 
tədbirləri  platforması  bu  xəttin  özünəməxsus  xüsusiyyətləri,  həyata  keçirilən  ilk  uğurlu 
addımlar,  xalqımızın  iqtisadi  fıkir,  habelə  təfəkkürünün  formalaşması  prosesində  mühüm 
mərhələ olmuşdur. 
Hökumətin mülkiyyət münasibətlərindəki Şərq ölkələrinin xüsusiyyətlərini nəzərə alan 
çevik  iqtisadi  siyasət  taktikası,  bir  neçə  variantda  hazırlanmış  aqrar  proqramı,  sənayenin 
inkişaf  yolları  xətti,  maliyyə  valyuta  siyasəti,  inflyasiyaya  qarşı  mübarizə  üsulları,  xarici 
ticarət 
əlaqələrinin 
genişləndirməsi 
səyləri, 
iqtisadiyyatın 
dövlət  tənzimlənməsi 
istiqamətindəki addımları, əhalinin həyat səviyyəsini yaxınlaşdırmaq, təhsil, səhiyyə və digər 
sahəbrdəki  dünya  təcrübəsinə  əsaslanan  düşünülmüş  tədbirlər  sistemi,  Azərbaycan  Xalq 
Cümhuriyyətinin  lideri  M.Ə.Rəsulzadənin  «fıkri,  milli  və  siyasi  istiqlalın  kökü  iqtisadi 
istiqlaldır» ideyasına söykənmişdir. 
71 il (1920-1991) davam etmiş işğalçı bolşevik rejimi şəraitində müəyyən istisnalarla 
Azərbaycanda  iqtisad  elmi  və  iqtisadi  fıkrin  inkişafı,  hakim  ideologiya  olmuş  marksist-
leninçi  nəzəriyyənin  doqmatik-sxolastik  ehkamçı  iqtisadi  müddəalarının  öyrənilib  tədqiq, 
habeb  tədris  olunmasına  tabe  edilmişdi.  Lakin  həyat  sübut  etdi  ki,  xüsusi  mülkiyyət 
hüququnu  qadağan  edən,  sahibkarlıq-biznes  fəaliyyətinə  yol  verməyən,  insanların  iqtisadi 
maraq  və  təşəbbüslərini  boğan,  rəqabət  prinsiplərinə  əməl  etməyən  bir  təsərrüfat  sistemi 
məhvə məhkumdur. 
Sovet  hakimiyyəti  illərinin  obyektiv  çətinlik  və  məhdudiyyətlərinə  baxmayaraq, 
Azərbaycanda  iqtisad  elminin  nəzəri-praktik  məsələlərinə  dair  Məmmədhəsən  Vəlili 
(Baharlı),  Bəkir  Həsənbəyov,  Həsən  Dadaşov,  Əliqulu  Fərəcov,  Bəhmən  Axundov, 
Əlisöhbət  Sumbatzadə,  Əhməd  Mahmudov,  Mədət  Allahverdiyev  Muxtar  Mustafayev, 
Ələsgər  Qasımov,  Mahmud  Tağıyev,  Yusif  Məmmədov,  Mirağa  Musayev,  Balaca 
Əbdürrəhmanov, Əbdülqafür Zərgərov, Ərəstun Axundov, Fərid Fərəcov, Teymur Vəliyev, 


İqtisadi nəzəriyyə  
 
ECONOMICS
 
 
13
 
 
Ağayar  Həsənov,  habelə  başqaları  müxtəlif  istiqamətlərdə  tədqiqatlar  aparmış, 
monoqrafıyalar,  dərsliklər,  kitablar,  məqalələr  nəşr  etdirmiş,  iqtisadçı  kadrların 
hazırlanmasına xidmət gostərmişlər. 
XX əsrin 90-cı illərində keçmiş Sovet İttifaqının siyasi-ictimai və iqtisadi-sosial sistem 
kimi  ifasından  sonra  imperiya  ərazisində  formalaşmış  müstəqil  dövlətlərdən  biri  olan 
Azərbaycan  Respublikasında  iqtisad  elminin,  о  cümlədən  də  onun  tərkib  hissəsi  sayılan 
iqtisadi  nəzəriyyənin,  habelə  təlimlər  (fıkir)  tarixinin  obyektiv  sürətdə  öyrənilib  tədris 
olunmasına geniş imkanlar açılmışdır. 
Sinfı  mübarizə  zəruriliyi,  ideoloji  təzyiq,  inqilabi  çevrilişlərin  labüdlüyü 
konsepsiyalarından, mərkəzləşdirilmiş totalitar planlı sosialist sistemindən keçən bir ölkədə, 
müasir mərhələdə qarşıya çıxan mürəkkəb və ziddiyyətli problemləri, nisbətən qısa müddət 
ərzində  daha  az  itkilərlə,  yüksək  sosial-iqtisadi  səmərəlilik  meyarları  ilə  həll  etmək  üçün 
iqtisad  elminin  həm  elmi-nəzəri,  həm  də  əməli-praktik  axtarışlarına,  tövsiyələrinə  ciddi 
ehtiyac vardır. 
Müstəqil  Azərbaycan  Respublikasının  rastlaşdığı  gündəlik  cari  qayğılar  ilə  hökmən 
məşğul  olmaqla  yanaşı,  müasir  dünya  təcrübəsi  və  iqtisad  elminin  son  nailiyyətlərindən 
yaradıcılıqla  faydalanmaq  əsasında  milli  iqtisadiyyatımızın  gələcək  uzunmüddətli  inkişaf 
perspektivlərini  işləyib  hazırlamaq,  iqtisadçılar  qarşısında  zəruri  bir  vəzifə  kimi 
durmaqdadır. 
İqtisadi  inteqrasiya  və  qloballaşma  şəraitində,  ölkənin  yaxın,  orta,  uzun-müddətli 
inkişaf perspektivlərinin daxili-xarici bazarın tələblərinə uyğun prioritet istiqamətlərini milli 
təhlükəsizlik,  beynəlxalq  iqtisadi-ticarət  əlaqələri,  istehsal-xidmət  dairələrinin  son 
səmərəliliyi baxımından yalnız iqtisad elminin müxtəlif sahələrinin ahəngdar inkişafı, alim-
mütəxəssislərin peşəkar məsləhətləri təməlində aparmaq mümkündür. 
 
1.2.  Biz  yaşadığımız  cəmiyyəti,  onun  ümumdünya  anlayışının  tərkib  hissəsi  kimi 
keçdiyi  böyük  inkişaf  yolunu,  çətinlikləri  və  ziddiyyətlərini,  gəlib  çatdığı  müasir  dövrün 
mürəkkəb problemlərini, həmin problemlərin həlli yollarını, habelə iqtisadi-sosial yüksəlişin 
perspektivlərini elmi biliklər əsasında öyrənirik. 
Ümumiyyətlə elm dedikdə, – təbiət, cəmiyyət və insan təfəkkürünün inkişaf qanunları 
haqqında tam biliklər sistemi başa düşülür. 
Hələ qədim dövrlərdə elm öz tədqiqat və öyrənmə sahələrinə görə təbiət elmlərinə və 
cəmiyyət elmlərinə ayrılmışdır. Müasir dövrdə elm-ictimai (sosial), təbiət və texniki elmlərə 
bölünür. 
Öyrənməyə  başladığımız  iqtisad  elmi,  yaxud  iqtisadi  nəzəriyyə  fənni,  ictimai  elmlər 
qrupna daxil blub, onun mühüm tərkib hissələrindən birini təşkil edir. 
Bu  geniş  əhatəli  və  bir  sıra  sahələri  özündə  birləşdirən  iqtisad  elmini,  onun  müxtəlif 
səpgili məsələlərini bilmək, qarşıya çıxan gündəlik, habelə gələcək problemləri səriştəli həll 
etmək  dövlət  xadimlərinə  də,  siyasətçilərə  də,  diplomatlara  da,  sahibkarlara  da,  işgüzar 
biznes adamlarına da, sadə insanlara da lazımdır. 
Təsadüfi  deyildir  ki,  tanınmış  iqtisadçı  N.Qreqori  Mənkyü  (ABŞ)  özünün 
«Economicsin prinsipləri» adlı əsərində yazır ki, iqtisad elmi insanlara şirkətlərin, bankların, 
mehmanxanaların  işini  idarə  edəndə  də,  televiziya  verilişlərinə  baxanda  da,  ölkənin  ən 
məsuliyyətli vəzifələrini tutanda da lazımdır. Çünki, bu sahələrdə qarşıya çıxan problemləri 


Yüklə 5,33 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə